Analitik düşünə bilən tələbələr yetişdirmək istəyirik” 

 

İzmir Universitetinin rektoru Kayhan Erciyeş təmsil etdiyi ali təhsil ocağının üstünlüklərindən danışır

 

Bu gün xaricdə təhsil alan Azərbaycanlı gənclərin bir çoxu Türkiyə universitetlərində təhsil almaqdadırlar. Bu universitetlər Türkiyənin bütün şəhərlərinə yayılmışdır. Hətta qardaş Türkiyənin bir sıra universitetlərində 100-dən çox azərbaycanlı tələbənin təhsil aldığı barədə məlumatlar da var. Əlbəttə ki, bu ölkənin seçilməsinin bir sıra səbəbləri var. Şübhəsiz ki, ilkin fakt olaraq digər ölkələrə nisbətən azərbaycanlılar üçün dil problemi olmur. Coğrafi yaxınlıq isə bu ölkənin seçilməsində daha mühüm bir faktordur.

Türkiyənin 3-cü böyük şəhəri olan İzmirdə 3 dövlət və 4 özəl universitet yerləşir. İzmir universitetləri mehriban və qonaqsevər mühiti, zəngin mədəniyyət, Aralıq dəniz iqlimi, tələbələrə əsaslanan cəmiyyət, daha ucuz həyat şəraiti, Qərb və Şərq, Avropa və Asiya arasında körpü, artan iş imkanları, sadə viza imkanları, zəngin yemək mədəniyyəti, əbədi dostluq münasibətləri ilə diqqəti cəlb edir. Universitetlərin cəmiyyətdəki yeri və rolu, üstünlükləri haqqında, həm də Türkiyədə oxumaq, buradakı təhsil imkanları ilə bir az da ətraflı tanışlıq üçün İzmir Universitetinin rektoru professor Kayhan Erciyeş həmsöhbətimizdir.

- Sayın Rektor, universitetlərin cəmiyyətdəki yeri, rolu və üstünlükləri haqqında bilgilərinizi oxucularımızla bölüşərdiniz.

- Universitetlərin 3 əsas universal vəzifəsi vardır ki, biz də bunları hədəflədik. Bunlardan birincisi, yaxşı bir bakalavr təhsili verərək gənclərimizi gələcəyə hazırlamaq və onları yaxşı bir peşə sahibi etməkdir. Bu İzmir Universitetinin bir nömrəli hədəfidir. İkinci hədəfimiz, cəmiyyətdə öndər bir təhsil təşkilatı və universitet olmaqdır. Bu da yalnız bakalavr təhsili ilə olmur. Bunun üçün universitetin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə geniş yer verərək, iqtisadiyyat, o cümlədən sənaye ilə birgə layihələr hazırlaması lazımdır ki, biz bunun üzərində çox dayanırıq... Bu məqsədlə, magistraturadoktorantura bölmələrimizi açdıq və təhsilə başladıq. Universitetlərin üçüncüson vəzifəsi də ictimai problemlərlə maraqlanmaq və onları həll etmək, təkliflər təqdim etməkdir. İstədiyiniz qədər bakalavr təhsili verin, araşdırma, inkişaf etdirmə fəaliyyətlərinə başçılıq edin, amma dünyanın, o cümlədən məmləkətinizin problemlərindən uzaqsanızsa, söylədiyimiz universal üçlüyü tamamlamış sayıla bilməzsiniz. Biz İzmir Universiteti olaraq, ictimai problemlərlə daim maraqlanmağa, bu mövzuda əlimizdən gələni etməyə cəhd edirik.

- Dünya universitetləri sırasında Türkiyə universitetlərinin yerini necə dəyərləndirərdiniz? Ümumiyyətlə Türkiyədəki təhsil haqqında danışmağınızı xahiş edərdim.

- Türkiyə bu gün 175 universitet vardır. Hər il artan universitet sayı ilə Türkiyə, Avropa, Balkanlar Orta şərq üçün əhəmiyyətli yüksək təhsildə bir yüksəliş mərkəzi halına gəlmişdir. Dünya standartlarında verilən universitet təhsili, seçmə alimləri, gündəmə uyğun olaraq yenilənən texnoloji infrastrukturu ilə Türkiyə təhsil sistemi özünü təsdiq edib. Bu sistem təkcə ali təhsil vermir, eyni zamanda tələbələrə ixtisası yönündə üstün kariera imkanları təqdim etməsiylə birlikdə, həm elm dünyasına bəxş etdiyi fündamental biliklərlə hörmət qazanır layiqli, üstün bir yer tutur.

- Bildiyimə görə Siz İngiltərədə Mançester Üniversitetində, sonra isə Salford Üniversitetində magistr təhsili almısınız. Daha sonra professor olarak Edinburq Üniversiteti, Oregon Dövlət Üniversiteti və Kaliforniya Dövlət Üniversitetində fəaliyyətinizi davam etdirmisiniz. Bunlar Qərbin təhsil sistemi ilə Türkiyənin təhsilini müqayisə etməyə böyuk şans verir. Bu barədə danışın...

- Bakalavr təhsilindən başlayacaq, ilkin onu görərik ki, qərb təhsilində tələbə müəllimdən tapşırıq istəyir, tapşırığını yerinə yetirərkən başqasının məhsulu olan bir cavabdan istifadə etməyin nə qədər zərərli olduğunun başa düşür, bunun cəzasının sonralar ödəmək məcburiyyətində qalacağını dərindən anlayır. Türkiyədə isə tapşırıq verəndə, ümumiyyətlə, tələbənin əhvalı pozulur və bir-birinə kömək halları həddindən artıq olur. Bir də dərs saatı məsələsi var. Dərs saatları, hər fənn üçün həftədə 2-3 saat nəzərdə tutulmuşdur ki, tələbələr anlamadıqları mövzuları fərdi şəkildə soruşub öyrənə bilsinlər. Burada dərslərdə çox nadirdir ki, tələbə dərs saatında gəlib bir şey soruşsun. Kaliforniya Universitetində ilk günlər işə başlayanda bunlara inanamamışdım, dərs saatı başlayanda otağımın qarşısında 15 nəfərlik növbə var idi. Qısacası tələbəni daha şüurlu hala gətirməyimiz lazımdır. Müəllimlərimizin ölkə səviyyəsində tapşırıq, layihə, dərs xarici məsləhət və yardım mövzularına daha çox əhəmiyyət verməyi lazımdır. Amma bütün bunlara baxmayaraq, bu gün Türkiyədə bakalavr təhsili, ümumiyyətlə, qərb ölkələrindəki təhsildən çox da zəif deyil.

Magistraturada isə vəziyyət bir az daha fərqlidir. Doktoranturanı bitirmiş bir insandan, ədəbiyyata əlavələr etmək müstəqil araşdırma - inkişaf etdirmə səviyyəsinə gəlməyi gözlənilər. Bu iki qayda qərbdə ümumi mənada tətbiq olunur. Bizdə isə bu mövzu bəzən bu qədər ciddi qəbul olunmur. Daha təsirli təftişlər lazımdır. Hər universitetin doktorant verməsi lazım deyil. Bir başqa mövzu isə layihə mədəniyyətidir. Tələbələrimizi araşdırıcılarımızı layihə hazırlamaq üçün təşviq etməmiz lazımdır. TÜBİTAK bu mövzuda çox yaxşı dəstək verir. Universitetlərdə bu münasibətin daha da artırılması lazımdır.

- İzmir Universitetinin yaradılması tarixi qazandıqlarınız haqqında demək istərdiniz? Bu gün Türkiyə Universitetlərinin sırasında İzmir Universitetinin yerini necə dəyərləndirərdiniz?

- Universitetimiz rəhmətlik Necdət Doğanata tərəfindən qurulmuşdur. Özü gerçək bir təhsil vurğunu fədaisi idi. Bütün şüurlu həyatını təhsilə həsr etmiş olan Necdət Doğanata, İzmir Özəl Fatih Kollecinin qurulmasında fəal iştirak etmiş, burada yüksək vəzifə almış bu təşkilatı Bütün Türkiyədə sayılıb seçilən bir mərtəbəyə çatdıra bilmişdi. Amma hörmətli Necdət Doğanatanın həyatı boyunca düşündüyü bir arzu, qurduğu bir xəyal olub ki, universitet quraraq Türkiyə təhsilinə ölkəsinə Töhfələrini verə bilsin. Başlanğıcda qarşılaşdığı bürokratik maneələr bu işi uzun müddət ləngidib, amma bürokratiya onu sındıra bilməyib. Nəhayət ki, 15 il səbr etdikdən sonra universiteti qurma icazəsini alıb İzmir Universiteti 18 May 2007 tarixində qurulub. İlk tələbə qəbulu 2008-2009-cu təhsil ilində keçirilib həmin tədris ilində universitetimiz 526 tələbə 60 müəllimdən ibarət bir heyyətlə təhsilə başlamışdır. İzmir Universiteti, bu gün təməlində təxminən yarım əsrlik təhsil müəssisələrinin təmin etdiyi məlumat təcrübə fəaliyyəti olan Doğanata Şirkətlər Qrupunun dəstəyi ilə təhsil fəaliyyətlərini uğurla davam etdirməkdədir. Doğanatadan danışarkən bir faktı da bildirmək lazımdır ki, Doğanata Təhsil Mədəniyyət Cəmiyyəti qurulduğu gündən bəri istər ibtidai təhsil, istərsə ali təhsil səviyyəsində maddi vəziyyəti aşağı olan şagirdlərə tələbələrə təhsil ödənişləri yemək haqqları kimi təqaüdlərlə təmin etmiş, mədəni, bədii elmi tədbirlərin təşkilində köməklik göstərmiş bu tipli layihələrə maddi dəstək vermişdir.

Bu gün isə İzmir Universiteti 3 min 500-ə yaxınlaşan tələbə sayı ilə, 7 fakultəsi 30-dan çox digər təhsil sahələri ilə Türkiyə universitetləri sırasında çox layiqli mötəbər bir yerə sahiblik edir. Quruluşunun 5-ci ilində - 2012-ci ildə təhsil verməyə başladığı Tibb Fakültəsi ilə İzmir Universiteti, cəmiyyət universitetləri arasında quruluş ilində ən çox seçilən 4-cü universitet olma müvəffəqiyyətini qazanmışdır. Hər üç tələbədən birinə təqaüdlü təhsil verən İzmir Universiteti, araşdırma imkanları, ictimai məsuliyyət işləri elm dünyasında iştirak etdiyi layihələri ilə qabaqcıl bir yerdə dayanır.

-Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş təhsil müşaviri Halis Koyunçuoğlu müsahibələrinin birində bildirir ki, 2011-ci ildə Azərbaycandan 150 azərbaycanlı gənc dövlət, 2500 nəfər özəl xətlə Türkiyədə təhsil almağa gedib. Türkiyənin seçilən bir universiteti kimi Sizin Universitetdə təhsil alan azərbaycanlılar varmı?

- İzmir Universitetinin Keniya, İngiltərə, Somali, Kosovo, Hollandiyaya, Ukrayna, Tunis, Albaniya, İran, Bolqarıstan, Tacikistan Suriyanın olduğu 16 ölkədən 34 nəfər xarici tələbə var. O, cümlədən Azərbaycandan da tələbələrimiz var-6 azərbaycanlı tələbəmiz psixologiya, beynəlxalq əlaqələr, beynəlxalq ticarət maliyyələşdirmə, hüquq, tibb biznes idarəetmə üzrə magistr proqramındakı təhsillərinə davam etməkdədirlər.

-Türkiyə universitetlərində bakalavr pilləsində təhsil almaq üçün TQDK balı, YÖS ya atestat balı tələb olunur. Bu günlərdə bəzi ali təhsil ocaqları YÖS, SAT üzrə imtahanın tarixlərini TQDK üzrə keçid ballarını açıqladı. Bu sırada Ankara Universitetinin, Orta Doğu Teknik Universitetinin, İstanbul, Egey, Marmara Universitetlərinin, Yıldız Teknik Universitetinin eləcə onlarca universitetlərin adlarını gördük. İzmir Universitetinin adını bu sırada vaxt görəcəyik? Başqa sözlə İzmir Universitetini secmək istəyənlərə deyərdiniz?

- Adlarını çəkdiyiniz universitetlər Türkiyənin təhsil sistemində cəmiyyətdə çox tanınan universitetlərdirlər. Onların hər birinin yaranma fəaliyyət tarixi İzmir Universitetindən dəfələrlə çoxdur. Amma bu heç o demək deyil ki, bizim təhsil bilşilərimiz onlardan yaşımız qədər aşağıda durur. Bu cür olsa idi heç fəaliyyətimizə icazə verməzdilər. İzmir Universiteti analitik düşünə bilən, yalnız özlərinə deyil, içində olduqları cəmiyyət dünyaya da dəyər fayda verməyi hədəfləyən, ictimai məsuliyyət sahibi olan, savadlı tələbələr yetişdirməyi hədəfləyir. Hədəflərimiz üçün isə dünya meyarlarını əsas götürürük. Bu mənada müəyyən etdiyimiz beynəlxalq qəbul meyarlarına uyğun olaraq, universitet təhsili almağa ən uyğun iqtisadi, coğrafi mədəni şərtlərə sahib olan bütün Azərbaycanlı gəncləri Türkiyənin incisi olan İzmirə- İzmir Universitetinə dəvət edir, onları gözləyirik.

- Ümumiyyətlə tək tələbə yox, həm kadr mübadiləsi haqqında hansısa fikirləriniz varmı?

- İzmir Universiteti, yalnız tələbələr üçün deyil akademik personal üçün əməkdaşlıq razılaşmalarına sahib bir universitetdir. Bu əməkdaşlıq çərçivəsində İzmir Universiteti müəllimlərinin xarici universitetlərdə dərs verməsiylə birlikdə, çox sayda xarici alimin təhsilini davam etdirməyə ev sahibliyi etməkdədir. 2012-2013-cü təhsil ilində 4 inzibati 8 akademik personalını xaricə göndərən İzmir Universiteti, razılaşılan universitetlərdən gələn 4 akademik 4 inzibati personala da qapılarını açmışdır.

- Qəzetimizin çoxminli oxucularına nələri söyləmək istərdiniz?

- İzmir Universiteti, hər il təhsil verdiyi xarici tələbə sayını artırmağı hədəfləyir. Bu hədəf daxilində daha çox Azərbaycanlı universitet tələbəsini dünya standartlarındakı təhsilimizlə universitetimizdə qəbul etməkdən qürur duyarıq.

 

 

Namiq Əhmədov

 

Kaspi.-2013.-25 aprel.-S.11.