Sonuncu kvartal”… yeniləşən Bakımız haqqında əsl apafiozdur 

 

«Biz bizi Yaradanın hansı yaradıcılıqla məşğul olmasını görməliyik ki, yaradıcılıqla məşğul ola bilək»

 

Diqqət! Məşq gedir!

Müsahibimiz rejissor Elvin Mirzəyevdir.

Qısa arayış: Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub, 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003-2004-cü illərdə Space TV, 2004-2006-cı illərdə isə ANS TV-də işləyib, 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının quruluşçu rejissorudur. Elvin Mirzəyev 2000-ci ildə Respublika Gənclər Festivalında "Yaranış" tamaşasına görə 2-ci mükafata, 2003-cü ildə "İlin ən yaxşı Gənc Rejissoru" mükafatına, 2007-ci ildə Prezident Mükafatına layiq görülüb. Almaniyada, Rusiyada, İranda keçirilən beynəlxalq teatr festivallarında öz tamaşaları ilə çıxışlar edib, mükafatlar qazanıb.

2009-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluş verdiyi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası ilin ən yaxşı tamaşası kimi "Yaxşıların Yaxşısı" Milli mükafatına layiq görülüb. Hazırladığı teatr tamaşaları: U.Gibson "İki nəfər yelləncəkdə", T.Uilyams "Arzu tramvayı”, A.P.Çexov "Qılaflı adam", E.Mirzəyev "Çıxış", Hofman "Portağal şahzadə", "Şelkunçik", P.Lyuis "Narniya əhvalatları", Qurban Səid "Əli və Nino", Üzeyir Hacıbəyli "Arşın mal alan".

Ailəlidir - bir qızı, bir oğlu var.

- Elvin müəllim, siz Musiqili Komediya Teatrında yeni bir tamaşa hazırlayırsınız. Necə oldu ki, məhz bu əsəri seçdiniz?

- Musiqili Komediya Teatrı 2012-ci ildə aktyor xor heyətinə işə qəbul üçün müsabiqə elan etmişdi. Teatrın rəhbərliyi tərəfindən bu musabiqədə iştirak edəcək gənclərə baxmaq üçün mən dəvət olundum. Gəldim, əyləşdim zalda, baxdım. Əvvəlcə, klassik mövzu üzərində işləməyi planlaşdırırdım. Gəncləri görən kimi isə onların özünü ifadəsindən çəkindirməmək qəlibə salmamaq üçün fikirləşdim ki, onlar öz müasirlərini oynasınlar. İndiki dövrümüzü əks etdirən mövzulara, dramaturgiyaya çox böyük ehtiyac var buna görə bu gənc aktyorların yeni bir əsərə imza atmaları məqsədi iləSonuncu kvartaladlı tamaşanın hazırlanması ideyası yarandı. Əsərin şərti adıKubinkaidi. Sonra teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə məsləhətləşmələr apardıq qərara gəldik tamaşanıSonuncu kvartaladlandıraq. düşündük ki, bu, yeniləşən Bakımız barədə möhtəşəm bir apafioz olacaq.

-Sonuncu kvartal?

- Bəli. Dağılmağa məhkum olunmuş məhəllənin son günləri. Bundan sonraKubinkaadlı məhəllə olmayacaq. Onun yerinə olacaq? Bax, bu suala biz tamaşada cavab axtaracağıq.

-Təbii ki, köhnə məhəllə dağıldıqdan sonra onun yerinə daha müasir binalar tikilir.

-Elədir, amma burada qlobal məna da var. Axı, zaman bir yerdə durmur. Görün böyük dəyişikliklər baş verir dünyada bu dəyişikliklər müxtəlif itkilərlə müşayiət olunur. Zaman dəyişir, dövr dəyişir, era dəyişir... XX əsrin əvvəllərində, sovet hakimiyyəti dövründə başqa tendensiyalar var idi. Müstəqil həyata qədəm qoyduqdan sonra isə biz Avropaevi”nə gedirik. Bax, bu Avropaevi”nə biz necə gedirik? Avropaevibizim üçün nədir biz buna dərəcədə hazırıq? Bu, dəyişən mərhələdə yaşayan insanların taleyindən bəhs edən bir mövzudur. Müstəqil Azərbaycanımız üçün bu yeni bir mərhələdir. Biz bunu necə qəbul edirik bizim adət-ənənələrimiz bununla necə uyuşur? Bu məsələlər aşılanır. Hər bir ölkədə, yer üzünün hər bir nöqtəsində öz adət-ənənəsi ilə seçilən məhəllə var hər bir ölkə belə bir məkana sahibdir. Tamaşaçılara təqdim edəcəyimiz isə bizimKubinkatipli məhəlləmizdir - çox böyük bir tarixə malik olan yerdir bu yerin son mərhələsidir. Dağılmağa yeniləşməyə məhkum olunan bir məkan...

-Sizcə dağılması yaxşıdır, yoxsa pis?

- Pisdir ya yaxşıdır, bu barədə biz danışmırıq. Heç belə düşünmürük ki, bu bizim xeyrimizədir, ya da ziyanımıza. Biz o barədə düşünürük ki, bu fakt var bunun necə baş verdiyini izləmək istəyirik. Okeandakı hər bir damcıda okeanın əksi hər damcıda onun informasiyası var. Bu əhvalatı da həmin bir damcı olaraq qəbul edərək, o əksi tapmağa çalışırıq. dərəcədə alınacaq, bunu zaman göstərəcək.

-Bildiyimizə görəSonuncu kvartalmüzikldir. Tamaşanın ssenari müəllifi bəstəkarı kimdir?

- Ssennari müəllifi - İlqar Fəhmi özünü təsdiq etmiş, çox istedadlı bir müəllifdir. Bir çox mükafatların laureatıdır. Bəstəkarımız isə xalq artisti Xəyyam Mirzəzadənin yetirməsi olan, çox istedadlı Firudin Allahverdidir. Firudin vizual fakturanı öz musiqisində çox yaxşı əks etdirə bilir. Bu səbəbdən ona müraciət etdim.

-Tamaşanın məşqlərinə baxdıq. Aktyorlar hər gün səhər saat 8-də məşqə başlayırlar. Özü xüsusi proqram əsasında. Azərbaycan teatr tarixində belə rejimi biz biləni ilk dəfədir. Aktyorları hər gün səhər tezdən səhnədə toplamaq asan deyil. Buna necə nail oldunuz?

-Bu bir xarakterdir. Rejissorun tamaşasına baxmaqla onun həyat tərzini, oxuduğu ədəbiyyatı müəyyən etmək mümkündür. Bu faktdır. Bizim məhşur ustadımız olub - Mehdi Məmmədov. Onun xüsusi bir fəlsəfi xətti olub. Bizim başqa bir karifeyimiz - Tofiq Kazımov. Daha bir nəhəngimiz - Adil İskəndərov. Hərəsinin öz yolu, öz xətti olub. Mənim tamaşalarım isə mənim həyata baxışımdır. Mənə elə gəlir ki, həyatda nəyisə çatdırmaya bilərəm. Deməli, bu axarın içərisində elə sürətli hərəkət etməliyəm ki, daha çox görüm. Mənim aktyorum deyir ki, hər gün hava fərqli açılır. Tamaşaçının ola bilər ki, yarısından çoxu onu görməsin. Başqa bir aktyorum deyir ki, səhər tıxac filan saatın filan dəqiqəsindən sonra başlayır s. Yəni, bunlar hamısı təcrübədir. Biz bu təcrübələri səhər saatlarından başlayaraq toplayırıq ki, səhnədə həmin təcrübəni tamaşaçı ilə bölüşək. Aktyorlara təklif etdim ki, bu yolu belə getmək istəyirəm. Əgər siz mənimlə birgə getmək istəyirsinizsə, səhər tezdən durmağı bacarmalıyıq. Səhərin necə açılmağını görməliyik. Axı, Yaradan bunu bizim üçün yaradıb! Biz bizi Yaradanın hansı yaradıcılıqla məşğul olmasını görməliyik ki, yaradıcılıqla məşğul ola bilək. Bizi Yaradanın yaradıcılığını izləyə-izləyə, biz özümüz hansısa balaca bir yaradıcıya çevrilirik.

-Elvin müəllim, bu tamaşadan seyrçiyə vermək istədiyiniz əsas mesaj nədir?

-Mən çalışıram ilk növbədə hər şeydə özümü tapım mesajı ilk növbədə özümə verim. Heç bir kəsə mesaj vermək istəmirəm ki, ay camaat, belə olun, belə olmayın. Buna camaat gülməli baxır. Qurani-Kərim məni azadlığa dəvət edir və mənə deyir ki, sən azad ol! Amma bu azadlığı hər bir insan özünəməxsus anlayır. Həyatda hər hansı bir dəyişiklik baş verirsə, yeni gələn zamana mən nə cür uyğunlaşmalıyam? Mən də məhv olmalıyam? Mən də onlar kimi olmalıyam? Yoxsa, mən başqa üsullar tapıb bu cür qalmalıyam? Əsrlər boyu bizim etiqadımız, inancımız, imanımız, adət-ənənəmiz olub. Bunları atmaq olmaz axı! Mən axı, bu keçiddə, bu dəyişmədə ölmürəm, qalıram! Mən ətrafıma xəyanət etməməliyəm! Öz xalqıma xəyanət etməməliyəm! Bu dəyişikliyi ilk növbədə mən özüm çalışıram anlayım və bölüşüm. Bölüşəndə də əgər mənim tərəfdarlarım mənim tamaşama gələcəklərsə, deməli, onlar mənimlə həmfikirdir.

-Sizə işinizdə uğurlar arzulayırıq...

-Çox sağ olun. Həmişə bu tamaşada məşğul olan aktyorlara bir misalı xatırladıram: bir nəfər deyir ki, mənim bir planım var, istəyirəm baş tutsun. Amma kənardan deyirlər ki, bu plan baş tutmayacaq. Mən deyirəm ki, əgər siz öz daxilinizdə razılaşırsıznızsa, onlar deyən düzdür. Sizin daxilinizdə inam olmalıdır ki, planlarınız baş tutsun, işin nəticəsi olsun. Biz də inanırıq ki, İnşAllah planlar uğurla həyata keçəcək.

 

 

Elvin Əliyev,

 

Vəfa Mühacirova

 

Kaspi.-2013.-27-29 aprel.-S.11.