"Dindən əvvəl sevgi özü din idi..."

 

“Dindən əvvəl sevgi özü din idi...” - bu gözəl aforizm Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı, şair-publisist Əkbər Qoşalının şeirindən götürülüb. İlk öncə, Dədə Qorqud boyları kimi axıcı, lakonik və məntiqli fikirlərlə zəngin olan bu örnək şeir qalasının bir bürcünə diqqət edək və sonra qalaya  sinə gərən, arzularımı, ümidimi, məni - mənə qaytaran misranın  gücünə alqış deyək:

 

“Dağlara yağış yağacaq...”

“Səslər”,

“Şairlər yanar-qovuşar”,

“Ömür keçdi cəbrdə”,

“Bir imanlı kişi gördüm, ay ellər”,

“Tanrı yazıb, ömrümüz bir cümlədi”,

“Yol yaranıb  - ən ilk öncə, ya yolçu”,

“Bir oğul istərəm Özqan adında”,

“...Deyirsən ki, mənli günün sualdı”,

“Atamızdan olmuşuq”,

“Nə ataya oğuluq”,

Yolunu azarsan Yol səni səslər”,

Göy üzündə dövran Aya keçibdi”,

Kirpiyimlə ğötürmüşdüm mən odu”,

Dindən əvvəl Sevgi özü Din idi”...

 

 Alqış! Alqış! Min alqış!

İçimdə həmişə bir səs pıçıldayıb: “Dünyanı sevgi xilas edəcək”, “O zaman ki yer üzündə bir din – Əkbər Qoşalı demiş, SEVGİ DİNi bərqərar idi, onda müharibə var idi, nahaq qan tökülürdü,  pislik, rəzalət, yalan... – heç biri insan övladının xislətini korlamamışdı..! O zaman ki, Allahın ən böyük elmi qutsal kitablarda qutsal dinlərə paylandı, elə o zamandan Adəm övladları arasında din, dil, irq, təbəqə ayrılığı başlandı insanlar öz dinindən – SEVGİ DİNindən uzaqlaşdı (özündən uzaqlaşdı)!..

İçimdəki səs yenə pıçıldayır: “O zaman ki, biz öz dinimizə - SEVGİ DİNinə qayıdacağıq, bax, onda biz olacağıqdünyanın hansı tərəfində olmasından asılı olmayan Allahın xəlq etdiyi biz!”       

öyrəndim ki, bəşəriyyərtə SEVGİ DİNi arzulayan Əkbər Qoşalı bu il ömrünün müdrik çağına (el arasında bu çağaPeyğəmbər yaşıda deyirlər) – 40 yaşına qədəm qoyub. Onun həyat yaradıcılıq səhifələrini varaqladıqca (zamanı qabaqlayan) bu yaşda bir belə uğurlar qazanmağın mümkünlüyünə heyrətlənirik. Bu, hər kəsə nəsib olmur. Nəsib kəslərsə (həm əyalətdə - Tovuz rayonunun ucqar dağ köyü olan Qoşada doğulub, mərkəzdə çox ciddi yaradıcılıq yolunda irəliləyən) onlardır ki, mübarizdir, əməksevərdir, iradəlidir, inamlıdır, nurludur, işıqlıdır. Bu yaradıcılıq yolu əsasən 90-cı illərdən boy verdi. İlk olaraq gənc Azərbaycan şairlərinin şeirlərindən ibarət "Qar çiçəyi" (1997), Türk Dünyası yeni nəsil yazarlarının şeir, hekayə publisist əsərlərindən oluşan "Türkün səsi" (1999-cu ildən) toplularını tərtib edən Əkbər Qoşalı, zamanıyla da ayaqlaşdı, zamanını yazdı, zamanından yazdı. O  zamanından ki, Qarabağ müharibəsinin sərt üzünü göstərdi ona:

 

Sözdən qabaq səsimsən, Qarabağ!

 

(Məncə, şair burada Qarabağın tarixi, coğrafi etnik baxımdan bizimAzərbaycan türklərinin, Oğuz türklərinin yurdu olduğuna işarə edərək, ta qədim insanların ünsiyyətinin sözə çevrildiyindən çox-çox qabaqlardansəsin yarandığı, dünyanın yarandığı, bəşəriyyətin yarandığı zamandan söz açır), o zamanından ki, əlinə silah alıb səngərlərə yolladı onu, o zamanından ki Vətən, vətəndaş itkisi yaşatdı ona:

 

Torpağı

hər yerdə şəhid məzarı ilə

möhürlənmiş

millətin

bayrağı əbədidir

 

o zamanından ki "Ömür qoyub gedənlər" (Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladları barədə oçerklər toplusu) kitabını yazmağı məcbur etdi ona...

Qəhrəmanlardan qəhrəmanlıq, ağsaqqallardan müdriklik, Türk Dünyasının görkəmli şəxslərindən Turan sevgisi öyrəndi. Elə bu sevgiylə ,  "Nursultan Nazarbayev" siyasi portret kitabçasını (2002) yazdı (orada da bəlkə, Nazarbayevdən daha çox Qazaxıstandan yazdı), "Azərbaycan türkologiyası"nın (1920-1938) tərtibçilərindən oldu, Türkçülükdən,  Millətçilikdən, Turançılıqdan boy verən yaradıcılıq yolu  pillələrlə yüksəlməyə başladı:

 

Altaylardan qopan atı,

Bir , bir minərmi olam?!

Altaylardan qopan atın

köpüklü dənizədək

Dinmədiyni görərmi olam?!.

Altaylardan qopan atlar

Avropanı vaxt adlar?!.

 

Tərtibçisi (həmtərtibçisi), yazarı (həmyazarı) olduğu, Azərbaycancaya uyğunlaşdırdığı kitablara baxıram: "Türkün səsi" almanaxı, I, II, III, IV, V, VI,VII,VIII buraxılış, Bakı,1999-2008, "Azərbaycan türkologiyası.1920-1938" Bibloqrafiya (kollektiv), Bakı, AzAtaM, 2002, “Dəli rüzgar”, Bakı, AzAtaM, 2006, “Ölümlərin ötəsi”, Bakı, Vektor, 2007,  Ölü yuxusu”, Bakı, Vektor, 2007, “Çağdaş Azerbaycan şiiri” (antoloji, 2 cilddə), Ankara, 2008, 2009, “Çağdaş Azərbaycan ədəbi qurumları” (Bakı, Turan Evi, 2009), “Azərbaycan gənclər hərəkatı” (Bakı, 2010), “Yeni nəsil Azərbaycan aşıqları” (Bakı, Nurlan, 2010, 2011, 2 cilddə), “Seçmə aşıq şeirləri” (2011), “Bölgələrdən səslər”(2012), “Gəldik, gördük, yazdıq” (“Bilik”, 2013), ... elə pillə-pillə ucaldı, sığmadı   Tovuza, Azərbaycana... türkün görk qalası olan (fəth şəhərimiz!) İstanbuldan Turana sarı boy tutub boylandı:

 

Gəmiləri sudan çəkib quru ilə sürərəm

İstanbulun eşqinə!

Qılıncımı suvararam

Babəkdeyən bir cüt qolun eşqinə!

Böyüdərəm doğma yurdu

Xətainin başladığı ulu yolun eşqinə!

Yaşamaram künc-bucaqda onun-bunun eşqinə,

Yaşayaram TURAN adlı bir acunun eşqinə!

 

Bu eşq qan-qan olan, bölgə-bölgə bölünən, diyar-diyar pərən düşən soydaşlarının bir gün bir olacağı ümidiylə qanadlandı (“Ürəyimin qan adı var, ürəyimin qanadı var”), elə qanadlandı ki, Qız Qalasını Bakının ürəyi görərək ona dedi arzusunu, istəyini:

 

“...Derlər, Qala Ürək olmaz,

 Ürəyə qala derlər.–

 Sən Bakının ürəyisən,

 Qız Qalası,

 ...Bu dünyanın ən bakirə qalasısan,

 Qız Qalası!

 Qoy sənə bir qarğış edim,

 alxış olsun

 görüm, səni ömrün boyu qız qalasan,

 

Qız Qalası...”

 

Yaxud:

 

 ...”Dərd deməkdən bəz düşübdü dilimə, bəz.

Mən gedirəm BƏZZə doğru

İşdi-şayət arar olsan

tonqal qala

ƏLİNCƏyə əl eylə...”

 

Ümumiyyətlə, Əkbər Qoşalı şeirlərində gözəl bir özəlliyə rast gəldim. Şair hansı şeiri yazırsa, sözdən qala qurur o qalanın özülü kimi, son misra o qədər güclü olur ki, qurduğu söz qalasının  məhz həmin misraların çiynində dura biləcəyinə əmin olur. Diqqət edək:

 

Hər gün verilməmiş bir salamım var,

hər gün gördüklərim gözümdən çıxar.

Mənim bu dünyadan bir alasım var,

bir bir adam var sözümdən çıxar.

 

Dillər var adımı təzə saxlayıb,

gözlər var üstümdə nəzər saxlayıb,

Bir qəlbi sınıq qız nəzir saxlayıb,

onun da həsrəti dözümdən çıxar.

 

Dedilər yol getsən yorulmaq qalar,

Elə oturub da qocalmaq olar.

Dəli arzularnan bacarmaq olar,

İlahi, sən məni özümdən çıxart..!

 

İlahi, sən məni özümdən çıxart-  özül möhkəmdir!

Əkbər Qoşalı hər qədər qalalı şair olsa da, yaradıcılığı zərif, incə, kövrək, titrək misralardanməhəbbət şeirlərindən xali deyil:

 

“Can” deyirəm, canım olmur,

Sevirəm, sultanım olmur,

Olmur, , ay canım, olmur,

Könlümdən silə bilmirəm.

 

Yubiley il boyunca davam edir. Elə ona görə , Əkbər Qoşalı, qardaşım, qandaşım, mən sizi ad ğününüz, şad gününüz münasibətilə təbrik edir, yüksələn pillələrinizin sayı tükənməsin deyirəm! sevginiz həmişə elə isti, qaynar, gənclik dolu olsun ki, daim deyəsiniz, bu sevginikönlümdən silə bilmirəm”...

 

 

İradə AYTEL

 

Kaspi.-2013.-27-29 aprel.-S.20.