Nurhafiz: İŞIQDAN KEÇƏN ADAM

 

Bu mənim qənaətimdi ki, doğmalıq hissi zamandan kənardı...

Ömrün boyu üzünü görmədiyin, ancaq varlığını duyub, səsini eşidib, yelinə uçduğun bir kəs sənə dünyanın ən yaxını adamı ola bilər, əksinə, gündə nəfəs-nəfəsə olduğun bir bir kəsəsə nə qanın qaynayar, nə ürəyin yatar...

Nurafizlə yaşıdıq, üstəlik, adı həmişə yaddaşlarda, həmişə qoşa qalan, comərdlikdə də, dünyanın atişləməz məsələlərində də qoşa çəkilən yaxın yurdlarda doğulub böyümüşük, Bakı adlanan arzular şəhərinə eyni vaxtda qədəm basmışıq, amma tale bizi düz əlli il qarşılaşdırmayıb. Uzaqdan-uzağa adını, şeir yazdığını, arabir çap olunduğunu, yetmişinci illərin Söz həvəslisi tay-tuşlarımızın çoxu kimi ədəbi dərnəklərə getdiyini eşitmişdim. Oturub-durduğum həmyaşıdlarım bir neçə şeirinioxumuşdular, onda otuz beş ildən sonra belə yaxşı xatırladığm izaholunmaz doğmalıq hissi keçirmişdim.

O doğmalığın obrazı içimdə düz otuz il beləcə qaldı. Bir təsadüf rast gətirmədi ki, rastlaşaq, Ruhun, Sözün, Səsin doğmalığına heyrətlənək. Nurafiz yaxşı ki, qələmlə yaşamırdı, ailəsinin ruzisini başqa sahəylə bağlı olan peşəsindən çıxarırdı. Çox güman, rastlaşmamağımızın başlıca səbəbi də bu idi...

İndi düşünürəm ki, doğrudan da hər baş verən hadisənin mütləq bir səbəbi var. Biz ortaq dostumuz Rafiq Hümmətin Gürçüstana qayıtdığı, bu səbəbdən bir tərəfimizin boşaldığı, bir az təkləndiyimiz, sınıxdığımız vaxtda rastlaşmalıydıq ki, mənəvi təpərimizi saxlaya bilək...

Onda Nurafiz də, mən də nə az, nə çox, düz 50 yaşındaydıq...

***

Onda şeirləri həmin vaxtacan dövri mətbuatda, toplularda, almanaxlarda çap olunmuş Nurafizin yenə Rafiq Hümmətin təhriki və təzyiqilə lk kitabı çapdan çıxmışdı. “Hamı işıqdan keçiradlanan əl boyda şeirlər toplusu ədəbi aləmdə heyrətlə qarşılanmışdı, haqqında danışır, məqalələr çap etdirirdilər...

O əl boyda kitabı Nurafizin özüylə düz-əməlli tanış olmamış mən də oxumuşdum, qəribədi ki, onun şeirlərindəki doğmalığa heyrətlənib-eləməmişdim, çünki mənə görə, elə belə də olmalıydı – o şeirlərdən məni yurd havası, ayrılıq, tənhalıq, dərd mehi vurmalıydı, başqa çürola bilməzdi. Məni heyrətləndirən başqa şey oldu: bu qədər ürəktərpədən, özünəxas, mükəmməl şeirləri “öz içinin sandığında” necə saxlaya bilib, niyə indiyəcən çap etdirməyib, bu poetik potensialla bu qədər illər ərzində ədəbiyyatda öz halal yerini niyə tutmağa çan atmayıb?

O vaxt bu həqiqəti də dərk elədim: xoşbəxtlikdən Nurafiz özünü höləkə-höləkə xərcləyən, axırda necə deyərlər, “quru yurdda qalansöz adamlarından olmadı, əksinə, ədəbi qələbəlikdən uzaqda hisslərini həmişə ovxarlı saxladı, duyğularını üzəyarı təriflərlə, tənqidin “müdrik” göstərişlərilə, xudmani məclislərin tostlarıyla yorğun düşməyə qoymadı. Nurafiz ədəbi aləmə şəxsiyyətilə də, xarakterilə də, poeziyasıyla da kamillik çağında qədəm qoydu, daha doğrusu, illərlə yığdığını cilalanmış şəkildə, amma elə həminki səmimiyyətlə ortaya çıxardı...

Əminəm ki, Rafiq Hümmətin ərkyana təzyiqi olmasaydı, o kitab üzə çıxmayacaqdı, çünki Nurafizdən ötrü duyğuların maddiləşməyi o qədər də vacib deyil, başlıcası, misraların yarandığı o ilahi və təkrarolunmaz anı yaşamaq, mənən boşalıb rahatlanmaqdı...

Amma o əl boyda kitabı bir neçə dəfə çap etdirməli oldu. O kitabla hamı kimi özü də işıqdan keçdi, Söz qədri bilənlər üçün aydınlaşdı, duruldu, üstəlik, Söz Adamı təki özünü təsdiq elədi...

BirNurafizin iilk kitabının da təqdim olunduğu əlli illik yubileyində Sözünün çəkisi daha aydın duyuldu..

***

Sözün qısası, o vaxtdan Nurafizlə təkcə Sözün yox, həm də Ruhun mərhəmətinə sığındığımızı gözəl anlaya-anlaya çiyin-çiyinə addımladıq. Dünyanın gedişatından darıxanda, mənəvi tarazlığımızı bərpa eləmək üçün bir təkana ehtiyacımız olanda, yaxud ədəbi məclislərə getmək zərurəti yarananda bir-birimizi axtardıq.

Bu illər ərzində Nurafizlə yaxın-uzaq səfərlərə çıxdıq, yol yoldaşı olduq. Sözün düzü, belə məqamlarda o heç yol yoldaşı da olmur, sənin bütün məsuliyyətini öz üzərinə götürür, yükünü, ağrını çəkir (yarızarafat-yarıciddi deyirəm, qağa, yaxşı oğlansan, amma heç yoldaşlığın yoxdu). Belə vaxtlarda narahat olmaqdan çox rahatlandığını, gözgörəti zövq aldığını duyub təskinlik tapmaqdan başqa əlacım qalmır.

Onun adamlarla dil tapmaq, ünsiyyət qurmaq, səmimiyyətilə hamının qəlbinə girmək, böyüklə böyük, kiçiklə kiçik kimi davranmaq, insani dəyərlərə sadiq olmaq istedadı heçpoetik istedadından geri qalmır. Ucqar dağ kəndindəki tənha bir qarının könlünü sevindirib çayını içmək, təsadüfi tanışına ürək-dirək vermək üçün yüz kilometrlərlə yol getmək, qəfil gəlişiylə əyalət girdabında çabalayan adamların qəlbinə təpər vermək... əzab-əziyyətdən çox Ruhun dincliyidir.

Amma bu illər ərzində onun nə qədər narahat adam olduğunu da gördüm. İşsizlik, bekar oturmaq ondan ötrü ağlagəlməz əzablı şeydi, belə vaxtlarda içindəki fırtınanı sakitləşdirmək üçün özünə də, ətrafındakılara, mübaliğəsiz, zülm eləyir. Gün ərzində bitib-tükənməyən işlərini də yoluna qoyur, ailəsinin qayğılarını da çəkir, qohum-qardaşın, dost-tanışın xeyrində-şərində də iştirak eləyir, adamlar arasında ünsiyyət də yaradır – başqa cür yaşaya bilmir...

Əvvəllər fikirləşidim ki, bu qədər qaçaqaçın içində şeirlərini neçə yazır, görəsən? Sonralar otağındakı kağız-kuğazıarının arasında ayrı-ayrı misralardan, bəndlərdən, bütöv şeirlərdən ibarət qaralamalarına rast gəldim, çib telefonunun diktafonundan bir az kədərli, yorğun, az qala, minillərin ö üzündən gələn səsini eşitdim, başa düşdüm ki, o şeirlər dar-macalda, iki daşın arasında, özündən vaxt oğurladığı məqamlarda yaranır...

Bəlkə elə Nurafizin şeirlərində açıq-aşkar duyduğumuz Gedilən Yolun Ovqatı bundandı...

***

Haqq şahiddi, Nurafiz, az qala, beş ildən sonra ikinci kitabını üzə çıxarmağa tərəddüd eləyirdi. Birinci kitabı çoxdan tükənmişdi, vacib lazım ilanda dost-tanışdan almaq məcburiyyətinə qalırdıq. Növbəti kitab üçün bir ildən artıq “diplomatik” gedişlər eləməli, aşkar həqiqəti sübuta yetirməli oldum. Dost-tanışların israrı da təkan oldu, beləcə, “Sözün dörd havası” yarandı.

Təxminən beş ildən bəri Nurafizin əksər şeirlərinin ilk oxucusuyam, söz yatırına, demək olar, tam bələdəm, onun yaradıcılığının mənzərəsini aydın görürəm. Nurafizin poetik səsi, nəfəsi, dili fərqli olsa da, bütün şeirlərini eyni poetik sistem birləşdirsə də, yaradıcılığı öz hüdudları daxilində dörd qola ayrılır. Hər qolu ayrıca toplu şəklində çap etdirmək olar, hər toplu da rəğbətlə qarşılanar. Məqsəd də bunu oxuculara çatdırmaq idi. Kitab barədə söylənən rəylərdən, yazılan ressenziyalardan hiss olunur ki, çəkilən zəhmət hədər getməyib...

Elə həmin məqamlarda Nurafizin Söz duyğusunun nə qədər ovxarlı olduğunu da gördüm. Vaxtilə Təhlənin söz adamlarından Əbdüləli İbrahimsoyun, Əsəd Məmmədlinin, Şahvələd Əhmədoğlunun, Nurəddin Hüseynlinin... kitablarını öz imkanları hesabına çap etdirdiyini bilirdim. “Təhlədənəm, özüm, dağlar” adlandırdığımız Təhlə çökəyi ədəbi antoloğiyasını çapa hazırlayanda 40-a yaxın söz adamımnın yaradıcılığını, bioqrafiyasını, şəkilini tapmaq üçün hansı əziyyətlərə qatlaşdığını, antologiya çapdan çıxanda sevincdən neçə kövrəldiyini gördüm.

Qaxda yaşayan söz adamı Fərman Muradoğlunun şeirlərini mənə necə həyəcanla gətirdiyi, kitabın çapı üçün nə qədər səy göstərdiyi yadımdadı. Estoniyadan Xaqani Qayıblının, Gürcüstandan Rafiq Hümmət, Allahverrdi Təhləli və Tapdıq Yolçunun, Rusiyadan Kamandar Mamocoğlunun, Qubadan Ramiz Qusarçaylı və Zakir Məmmədin, Gəncədən Bahadur Fərman və Məmməd Dəmirçioğlunun, Naxçıvandan Vaqif Məmmədov və Xanəli Kərimlinin, qazaxdan Şahinə Könülün, Qabaldan Yunus Novruz və Fərman Qulamoğlunun, Salyandan Firudin Həsənağa və Eldar İsmayıloğlunun..., eləcə də Əlisəmid Kürün, Kəmaləddin Qədimin, Məlahət Yusifqızının, Həyat Şəminin, Səhər Əhmədin... şeirləri həmişə dilindədi.

Unudulmaz Arif Mustafazadənin şeirləri son illərinin ayrılmaz yol yoldaşıdı...

Bütün bunlar təkcə Sözə sevgisinin yox, həm də intəhasız qəlb genişliyinin əlamətidi...

***

Nurafizin cəmi-cümlətanı bir necə essevari-publisistik yazısı var. O yazıları yazmaya bilmədiyi məqamlarda yazıb...

Birincisi unudulmaz şairimiz İsa İsmayılzadə haqqındadı, “...orta məktəbdə oxuduğum illərdə İsa İsmayılzadə şeirinin yaddaşımda yandırdığı ocaq hələ ruhumu isidir. Bəlkə heç vaxt şeir yazmayacaqdım o şeirlər olmasaydı...” etirafına söykənir. Sonra duyğularının yolu, xeyir-duadan, ümiddən, təbrikdən, xəbərdən keçir. İsa İsmayılzadənin ilahi yaxşılığın müqabilində özünü borclu sayır. Bəlkə elə Tiflisdə Qarayazıda İsanın 70 illik yubileyi keçiriləndə ən çox duyğulananlardan zəhmət çəkənlərdən biri Nurafiz idi...

İkincisi nakam yazıçı dostumuz Eyvaz Əlləzoğlu haqqındadı. Bakıda, çiçəkdən küsmüş arı kimi tüyünən Ayvaz bu dünyada səsinin quzulamış divarına kor yığvalın şəklini asıb, qədim-qayım yaddaşına sığınaraq yaşayır. Onu yaxından tanıdıqca dalağım sancmışdı ki, yaddaşı ağrı çəkir bu ağırıların ağırlığı ruhundan çiyindirək asıb, onu içi boyu dilinə gətirə bilmədiyi bir ümidsizliyin dərd öpən dizinə çökdürür.” Eyvaz itkisini başqa cür obrazlı-ağrılı ifadə eləmək çətindi. Bu yazını da hansı zülümlə yazdığının şahidiyəm.

Üçüncüsü bənzərsiz ziyalı Arif Əliyev haqqındadı.Ruhunun işığıyla yaddaşının divarına yazdıqlarını özüylə aparsa da, Borçalının yaddaşında Ruhun şəkli kimi qalan Arifə hər açılan sabah, hər açan çiçək salam verəcək, yağan yağışlar salavat çəkəçək.” Bu da ziyalı itkisinə qədirbilən insan rekviyemidi, o gün ağrıdan Nurafizin çat vermişdi...

Dördüncüsü varlı iti haqqına esse, daha doğrusu, hekayədi. “Bu boyda zənginlik, yarhal yeməklər, qədərindən artıq qayğı yormuşdu bu küçüyü. Gözündəki yolçəkmələr, ürəyindəki xiffət onsuz da ağrılı keçən gününü bir az da uzun eləmişdi. Xəyalının gücü çatmırdı onu kəndə aparıb doğma yerlərə qovuşdurmağa.” Bu yazda öz yeri üçün darıxan itin faciəsi var...

Bir Sözün dörd havası kitabına bircə səhifəlik onsöz əvəzi yazıb: “...Rəhmətlik anamın ilk dəfə verdiyi sual yadıma düşdü:” - A bala, niyə şeir yazırsan?” Cavab vermək istədim, məndən qabaq o paslı kilidin nələr dediyini bir Allah bidi, bir mən. Bir ... Qanrılıb geri baxdım, Kür çayı yenə öz havasında evimizin yanıyla axırdı...” O bircə səhifədə getdiyi Söz Yolunun xəritəsi cızılıb.

Hər dəfə bu yazıları üzə çıxaranda hiss eləmişəm ki, Nurafiz sözü urvatdan salmaqdan yaman qorxur...

... yaxşı ki, Nurafiz şairliyi özünə peşə eləmədi. Yoxsa çoxları kimi üzə düşüb kökdə, ovqatda, havada oldu-olmadıboynuna düşənvəzifəsiniyerinə yetirməli, mütəmadi mətbuatda görünməli, ailəsinin boğazından kəsib, heç olmasa, ildə bir kitab çıxartdırmalı, təqdimatlar keçirməli, ekranlara can atmalı, mükafatlar, təqaüdlər ummalı olardı...

Bu kədərli işləri görməyi alın yazısına yazmadığına görə Allahına şükür eləməlidi, yəqin eləyir də...

Nurafiz yazmamağa kücü çatmayanda yazdı, yazdıqlarını da uzun müddət təkcə özünə, bir də Tanrıya pıçıldamağı bacardı. Günlərin birində də onun ÖZ SÖZÜ qabağında qoyduğu maneələr təbiətin sel stixiyasına tab gətirə bilmədi, uçulub-dağıldı, şeirləri yaddaş saxlancından gün işığına çıxdı, Söz anlayanların diqqətini çəkdi, üstəlik, könüllərində taxt qurdu.

Şükür ki, bu halalca haqqı da Nurafizi “rəsmən şair olmağa” təhrik eləmədi, onu cazibəsi-parıltısıyla yoldan çıxarmadı, qismətinə düşən ömrünü yaşaya-yaşaya yenə yerdə-göydə yox, yerlə göy arasında rastına çıxanları sözə çevirdi...

Nurafizin şeirləri mövzusundan, poetik tapıntısından, obrazlılığından əvvəl havasından, nəfəsindən tanınır. O şeirlər formaca mövcud olanlardan fərqlənməsə də ab-havasına görə ancaq ona məxsusdu – bəlkə də buna görə Söz anlayanın ruhunu tərpədir...

Nurafiz o şeirləri hamıdan əvvəl özünə və Tanrısına pıçıldayanda ədəbi formalar, terminlər barədə fikirləşmir, xoşbəxtlikdən çox vaxt qısır düşüncəni birtəhər işə keçirməyə, oxucunun gözünə kül üfürməyə hesablanmış bu çür əməllərdən də xəbəri yoxdu.

Yeganə istəyi SÖZÜN çiyinlərinə yük kimi düşən ağırlığından qurtulmaq, ötəri də olsa, yüngülləşmək olur...

Sonra bu məşşəqqət yenidən başlanır – daha bir şeir doğulur...

Həyatı da elə beləcə keçir...

Amma yaxşı ki yazmaya bilmir...

Yoxsa bu cür bənzərsiz şeirlər yaranmazdı..

 

Nəriman ƏBDÜLRƏHMANLI

Kaspi.-2013.-17 avqust.-S.18.