Təvəkkül
Əliyev: Mən Lənkəran teatrını heç bir teatra dəyişmərəm...
O, səhnə fəaliyyətinə başladığı ilk illərdən yaratdığı qəhrəman obrazları ilə qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi Lənkəran teatrının aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Sizə yaradıcılığı haqqında bəhs etdiyim sənətkar əməkdar artist Təvəkkül Əliyevdir. Ötən ay “Tərəqqi” medalına layiq görülən Təvəkkül Əliyev Lənkəran Dövlət Dram Teatrında 40 ildir ki, çalışır. Əməkdar artisti avqustun 21-də 63 yaşını haqlaması münasibəti ilə təbrik edib, bu günə qədər keçdiyi sənət yolundan söhbət açdıq.
Tamaşaçı
sevgisi
- Ömrünüzün ən
gözəl çağları Lənkəran Teatrında
keçib. Qırx ilin
uzaqlığından bu yol
necə görünür?
- Elədr. Ömrümü
demək olar ki, Lənkəran
Teatrına həsr etmişəm. Bu teatrda hər bir aktyorun arzulaya biləcəyi
bütün rolları oynamışam. Buna görə özümü
çox xoşbəxt sayıram və bütün obrazlarımla da
fəxr edirəm. Heç də peşman deyiləm. Universiteti
bitirəndə bizi təyinatla Lənkəran
Dövlət Dram Teatrına göndərdilər,
hamımız gənc idik. Buraya
yaradıcılıq eşqi ilə gəlmişdik.
O zaman elə düşünürdük
ki, biz təyinatımızı
başa vurduqdan sonra yenidən paytaxta
qayıdacağıq. Ancaq elə
olmadı. Kurs yoldaşım
Böyükxanım Əliyeva da Lənkəran
Teatrına gəldi. Onu müəllimə
olaraq Universitetdə
saxlamışdılar deyə üç
aylıq gəlmişdi, biz burda tamaşa
hazırladıq və elə oldu ki, burada qalası olduq. Tale elə gətirdi
ki, Böyükxanımla ailə qurduq.
Sizə
dəqiq deyə bilmərəm ki, bizi burda nə saxladı. O
zaman paytaxta
qayıtmaq istəyirdik, ancaq kollektivə
görə qalası olduq. Qalmağıma
da heç peşman deyiləm, çünki
Lənkəran camaatı çox qonaqpərvər,
diqqətçil, qayğıkeşdir. Lənkəranlı
tamaşaçılardan hörmət və diqqətdən başqa heç nə
görməmişəm. Tamaşçılar bizimlə
maraqlanır və məktublar yazırlar. Teatra
paytaxtdan, Moskvadan və
başqa ölkələrdən rejissorlar dəvət olunur.
Demək olar ki, yerli rejissorların əksəriyyəti Lənkəran
Teatrında tamaşalar hazırlayıb. O
zamankı tamaşalarımız da
maraqlı idi. Gənc idik,
içimizdə gənclik həvəsi də çox
idi. İndi demirəm
ki, qocayam və yaxud da pis
tamaşalar hazırlanır, elə deyil. 62 yaşımın olmasına baxmayaraq yenə də o həvəslə
çalışıram. Allah nə qədər
ömür versə bir
o qədər də bu
sənətdə çalışacam.
- Qeyd etdiniz ki, əksər
rejissorlarla işləmisiniz. Hansı rejissorun
iş prinsipini daha çox bəyənirsiniz?
- Hər bir rejissor
istəyir ki, onun
tamaşası səhnədə öz uğurlu həllini tapsın. Bizim
özümüzün yetişdiryi
rejisorlar da var. Mehdi Məmmədovun bir tələbəsi vardı, Hacırza
Əliyev. Universiteti bitirib teatra gəldi, daha sonra Moskvaya təcrübə almağa
getdi. Təəssüflər olsun ki, gənc yaşında dünyasını itirdi.
Onunla işləmək mənə
çox maraqlı idi. Ondan başqa Oruc Qurbanovun iş prinsipini bəyənirdim. Onunla “Aydın” əsəri üzərində işləmişdik.
Maraqlı bir tamaşa
alınmışdı. Ümumiyyətlə, Oruc Qurbanov
aktyorun nə istədiyini bilir. Hər bir rejissorun öz yeri və
öz üsulu var. Aktyor çalışmalıdır
ki, rejissorun tələblərini lazımı
səviyyədə yerinə
yetirsin.
Milyon da versələr çəkilmərəm
- Bəs gənc rejissorların iş prinspini bəyənirsinizmi?
- Düzünü desəm gənc rejissorların işi məni qane etmir. Gənc rejissorlarla
işləmişəm. Əksəriyyəti səhnədə aktyordan nə istədiklərini özləri
də bilmirlər.
Hazırda hər kəs yönəlib Avropaya, oranın iş prinsipi ilə getməyə çalışır. Bu özü
də düzgün iş prosesi deyil. Bizim klassik əsərlərimiz
kənara atılır.
Tamaşa da hazır olanda görürsən ki, nə əsərdən
bir şey qaldı, nə də rejissor öz istədiyinə nail
oldu. Bu sözlərimi
bütün gənc rejissorlara şamil etmirəm, içlərində
bacarıqlılar da
var. Nədənsə gördüklərimin
tamaşa anlayışını
bəyənmədim. Əsərləri zay edib atan,
milli klasik əsərlərimizi şikəst
edən tamaşaların
qurulmasını yaxşı
qarşılamıram. Əsərin ideyasını
itirmək olmaz axı... Amma gənc rejissorların
aktyorlardan tələbləri
çox vaxt həddini aşır.
Lənkəranda öz tamaşçılarımız
var, biz heç zaman onları təhqir etməmişik. Tutalım ki,
səhnəyə maykasız
çıxmaq və bu kimi səhnələri
görəndə, aktyordan
artıq şeylər
tələb olunanda o zaman oynamaq istəmirik.
Bu yaxınlarda rusiyalı rejissor çəkəcəyi filmə
aktyor seçmək üçün Bakıya
gəlmişdi. Serial Moskvada çəkiləcəkdi.
Məni də dəvət etdilər, ssenarini oxuyanda dedim ki, çəkilmərəm.
Çünki bu filmə mənim nəvələrim,
qızlarım baxacaq.
Dedim mən bu yaşımda belə şeylərə çəkilmək istəmirəm,
lap mənə milyon da versəniz. Orada yataq səhnələri var idi. Heç cavan yaşımda da çəkilmək istəməzdim. Getmək istədikdə
məni saxladılar və başqa bir rola təsdiq
etdilər. Deməyim odur
ki, filmlərdə mən belə səhnələrdən imtina
edirəm. Bugünkü gənclərin çoxunun
istəyi intim səhnələri açıq
şəkildə göstərməkdir.
Ancaq bu lazım deyil.
- Sizi seriallarda da görürük. Yeni çəkilişlər
olacaqmı?
- Son çəkildiyim serial “Kabusun
kölgəsində” oldu,
iyul ayında mövsümə yekun vurduq. Orada Fazil müəllim
obrazını canlandırırdım.
Demək
olar ki, baş rol idi.
İndi mənə daha bir ssenari də
göndəriblər. Təkcə serialda deyil, bir neçə
il öncə
“Cavad xan” bədii filmində Qarabağ xanı İbrahim xanı oynamışam. Başqa çəkilişlərimiz də olacaq. Daha bir film, bayaq dediyim kimi Moskvada
çəkiləcək.
- Həmkarınız,
Xalq artisti Qabil Quliyevlə söhbətimiz zamanı əyalət teatrı anlayışını qəbul
etmədiyini söylədi.
Siz necə, Lənkəran Teatrını
mövqeyini bölgə
teatrları arasında
necə qiymətləndirirsiniz?
- Mən də o sözü qəbul etmirəm. Bu kəlmə
mənə çox toxunur. O sözü deyəndə sanki məni təhqir edirlər. Mən bu gün paytaxt teatrının aktyorları ilə birgə çalışıramsa,
nə üçün
bizim teatrı əyalət teatrı adlandırırlar? Axı bizim
onlardan heç bir fərqimiz yoxdur. Bizim günahımızdır ki, biz Lənkəran Teatrında çalışırıq?
Bölgə teatrlarına əyalət
teatrı, orada işləyən aktyorlara
əyalət aktyoru demək doğru deyil. Amma bu gün bu söz çox
işlənilir və
bu isə bizi heç də xoşhal etmir.
- Sizcə
Təvəkkül Əliyev
paytaxt teatrında çalışsaydı daha
məşhur olmazdımı?
- Məşhur olmaq... Bilirsinizmi, serialda çəkiləndən
sonra Bakıda məni daha çox tanımağa başladılar. Düşünürəm ki, aktyor öz
işini görməlidir,
məşhur olmaq üçün çalışmamalıdır.
O həvəs gənclərdə
daha çoxdur. Onlar məşhurluğa
can atırlar ki, tanınsınlar. Məşhurluq adi bir şeydir.
Aktyor bu gün tanınır, sabah unudulur.
Əsas odur ki, mən
öz işimin öhdəsindən layiqincə
gəlim, məşhur
olmasam da olar. Mənim işim yaratdığım
obrazı tamaşaçılara
təqdim etməkdir.
Onunla fəxr edirəm
- Həyat yoldaşınız
Böyükxanım Əliyeva
Xalq artistidir, titul baxımında sizdən bir addım öndədir...Bu
sizdə ona qarşı qısqanclıq
yaratmır ki...?
- Onun yaradıcılığına
da özünə də böyük hörmətim var. Çox
zaman evdə oyandığımız obrazları
müzakirə edirik. Bir birimizə məsləhətlər
veririk. Biz bir birimizi gözəl
başa düşürük.
Mən onunla fəxr edirəm. Çalışıram ki, onun üçün əlimdən
gələni edim.
Mənim
xarakterimdə nə paxılıq, nə də ki, qibtə
kimi pis vərdişlər yoxdur.
Çünki nə rolu istəmişəmsə onu
da oynamışam.
Aktyora bundan böyük xoşbəxtçilik
nə ola
bilər?
- Səhnədə
sözünü demiş
iki tanınmış
aktyorun ailədə dil tapmalarında çətinliklər yaranırmı?
- Aktyorlar kövrək qəlbli
olur. Mən də eləyəm,
Böyükxanım da. Mən bu yaşımda da onu çox istəyirəm,
çünki o buna layiqdir. Bizə heç bir şey mane olmur.
Bu yaşda da bir birimizə böyük hörmətimiz var.
- Təvəkkül müəllim,
avqustun 21-i 63 yaşına qədəm qoyacaqsınız. 63
yaş aktyor üçün nə deməkdir?
- 63 yaş faciəli yaş deyil. Teatrda 40 ildir ki, çalışıram.
Düşünürəm ki, artıq səhnədə
öz sözümü
demişəm. Buna baxmayaraq,
indi də üzərimdə işləyirəm.
Mənim daxilimdə rol nisgili
yoxdur ki, ona həsrət qalım. Bundan
sonra baba, ata rollarını canlandıracağam. Yəni
öz yaşıma uyğun
obrazlar oynayacağam. İndi durub gənc rolunu da oynaya
bilmərəm. Çünki yaş öz sözünü deyir. Təbii
ki, səhnədə məni kimsə əvəz
etməlidir. Bunu da qəbul
etməyi bacarmaq lazımdır.
- Gənc aktyorların fəaliyyətindən
necə, razısınızmı?
- Hazırda Mədəniyyət və İncəsənət
Universitetini bitirən gənclər
bölgələrə gəlmirlər. Hansı ki, bölgə teatrlarında onlara
çox böyük ehtiyac var.
Çalışırlar, nə yolla olur-olsun Bakı teatrlarında qalsınlar. Hər
hansı bir serialda
çəkilsinlər. İstedadlı gənclərimiz çoxdur. Amma onlar bilməlidir ki, əyalətdə
oynaya biləcəklərini heç paytaxt
teatrlarında oynaya bilməyəcəklər.
Bizim teatrın gənc aktyorlara
və rejissorlara böyük
ehtiyacı var.
- Bəs
siz necə paytaxt teatrlarında çalışmaq istəməzdinizmi?
Axı bu, hər bir aktyorun
arzusudur.
- Belə təkliflər mənə də, həyat yoldaşıma da çox olub.
Ancaq biz getməmişik. Lənkəran Teatrı bizim üçün çox doğma teatrdır. Demək olar ki, teatrı
1973-cü ildə bizimlə
gələn kurs açıb. O zaman teatra yerli və
həvəskar aktyorlar
da cəlb olunmuşdu. Paytaxt teatrlarında tez-tez
qalmaqallar baş verir, şər, böhtanlar olur. Bizim teatrda isə belə hallara rast gəlmək mümkün deyil. Bizdə hər şey qaydasındadır, hörmət,
abır həya, səliqə-səhman çox
yaxşıdır. Buna
görə də mən Lənkəran teatrını heç vaxt heç bir teatra dəyişmərəm.
Paytaxt teatrlarında işləmək üçün
dəvətlər olub,
gedib əməkdaşlıq
edərəm, seriallara,
filmlərə çəkilərəm,
ancaq heç zaman daimi iş
yeri olaraq gedib başqa teatrda işləmərəm.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2013.-17 avqust.-S.11.