“Mənim üçün sevda – dərddir!“

 

Elman Tovuz: " ...daşa kürəyini söykəmir ki, soyuq olar, nəfəsini verməksə ağlına gəlmir"

...elə gözəl düzür ki, sözləri, elə bil incidi, ipə yaraşır. Şairdi, SÖZ adamıdı, yazardı, qələm əhlidi amma ən əsası VƏTƏN DAŞIDI!

Müsahibim Elman Tovuzdur. Mən onun təqdimatını yazdığı bir şeirlə verəcəm. Başqa cürəsinə gücüm çatmaz:

 

QARABAĞ

 

Göy üzü də gözdən itir...

uzaq olmuş Qarabağ?

Nə əl çatır, nə ün yetir, -

Səhraymış, çölmüş Qarabağ?

 

Hanı Atam? Hanı Anam?

Mən nə biçarə İnsanam...

Sən durma, ağla, sonam,

Qurumuş gölmüş, Qarabağ!

 

Dağ götürməz bu qəstə bax,

Torpağı, daşı xəstə, bax.

Şikəstəsi şikəstə bax -

Yanıb-tökülmüş Qarabağ...

 

Dağdan gedib dağ maralı,

Xarıbülbülü xar alıb...

Yağış verib, yağmur alıb,

...Heç üzü gülmüş Qarabağ?

 

Kimdir bilən düzü, görən,

vaxt gülər üzü görən -

Görəcəkmi bizi, görən,

Anası ölmüş Qarabağ?..

 

 

-Sevda nədi?

bir məfhum, bir anlayış olaraq cavablandırmağı artıq hesab edirəm. Ən azı ona görə ki, hər yerdə bu haqda yazılıb, var. Mövlana sevdanı qaranlıq tuneldə mum işığı adlandırıb. Ümumiyyətlə, ruhi varlıqlar mücərrad aləmlər haqda fikir bildirmək ya onu müzakirə etməkdən uzağam. Çünki bu kimi ilahi varlıqlar haqda yüz nəfərdən soruşsan yüz müxtəlif cavab alacaqsan. Mən bu yüzdən biri kimi, amma özünəməxsus cavablandırmağa çalışacam. Sevdaruhi aləmdir. Təsəvvür edin ki, bir ucqar dağ kəndində bulaqdan su götürən bir məsum kənd qızının verdiyi bir dolça suyu içincə yaşananlar bir ömür boyu səni müşaiət edir. O kövrək baxışlar, titrəyən əllər... əsən dodaqlar... bunlardan xəbərsiz (xəbərsizmi?!) daşların arasından öz həzin nəğməsini oxuyaraq axıb gedən bulaq suyu... Bax, Yurd buradır... Ocaq buradır...Vətən buradır... Həyat buradır... Aləm buradır... Dünya buradır... Ən böyük arzuların doğulduğu yer buradır! Bütün bunları özündə cəm eləyən isə SEVDA! - sevinci ilə, dərdi ilə:

 

Harda idin Sevda adlı Dərdim? Xoş gəldin! Xoş gəldin! Məncə, qaranlığın da işığı var. Qaranlıqda yanan deyil, qaranlığın öz işığı. Zülmətdə belə, səni yıxılmağa qoymayan, maneələrdən keçirən bir işıqkönül işığı! Budur SEVDA! Bunu deməsəm olmaz: deyirlər, bəzən bir yalan sevda insanı bir ömür yaşadır... Olsun! Mənim üçün sevdadərddir! Onun yalanı olmur. Demək, mən xoşbəxtəm, çünki sevdamla yaşayıram, onun geridə qalan xatirələri ilə ya irəlidə gözləyən (gözlə!) arzularıyla deyil...

-SÖZ , SEVDA , SAZMI əsvəldi?

-Təbii ki, bunlar bir-birini tamamlayan aləmlərdir. Elə düzmüsünüz ki, yadıma bir şeir düşdü, onun son iki misrası belə idi: Bir həyat nəğməsi qoşaq ikimiz: Sözünü mən yazım, bəstəsini sən! Bax burda SEVDA – həyat nəğməsidir! Bu həm BƏRƏKƏT, HÖRMƏT, DOST məfhumları haqda bir rəvayəti xatırlatdı mənə. Uzundur deyə, bircə orasını deyim ki, torpağa hörmət BƏRƏKƏTi, insana hörmət DOSTu yaradır. Yani hörmət əsvəldir, baxmayaraq ki, düzülüşdə bərəkətlə dostun arasında yerləşib. Burda da həmçinin. Demək, sevda əsvəldi. Onun da yazılışı sözü, oxunuşu musiqini yaradır. Beləliklə, sözü sazı (saz burda şərtidir), yəni musiqini yaşatmaq üçün ona nəfəs gərək. Bu nəfəs sevdadır. Yəni, bax burda SEVDA – həyar nəğməsidir.Bulaqməsələsi

-Sarı simin zilimi, bəmimi yandırır?

-Sarı sim! Sarı simin zili, bəmi olmur ki.. Sarı sim zil, bəm tanımır kibəlkə belə daha düzgün olar. Yəni, necə deyərlər, harda yaxaladı yaxaladıQəribədir ki, sarı sim arzulardan daha çox xatirələrlə bağlı olur. Yanmışsoyumuşbildiyin bir ocaq yerinə ruhuna düşən, içini tərpədən bir HAVA toxundumu, külünü tərpədirbir qığılcım qaldırıronun da yanğısı - Sarı simin yanğısıBilmirəm ustadlardan hansısa deyib ki, sarı sim heç vaxt kökdən düşməyən, ancaq hər zaman da çalınmayan simdir... Yəni, bilinmir zildə, ya bəmdə olur, amma həmişə dəmdə olur!

-Şair deyir ki, "...uğrunda ölməyi bacarmadıqca Torpaq unudacaq vətən olmağı..." Biz necə, vətəndaş olduğumuzu unutmuşuqmu?

-Bu elə sualdır ki, sənətindən, peşəsindən asılı olmayaraq hər kəsə verilə bilər... Qızıl qəfəsdən buraxılan bülbülün bir kola qonması məsələsini bilməmiş deyilsiniz. Bu baxımdan deyirsinizsə, əlbəttə, yox. Unutmaq deməzdim, amma necə olmalıyıq elə ola bilməmişik deyərdim. Necə olmağı isə kim müəyyənləşdirir?.. Vətəndaş olmaq – o vətənin sakini olub, onun qanunlarına tabe olaraq yaşamaqdır. Allah rəhmət eləsin Böyük Şair Məmməd Araza. Biz Vətəndaş olmaq üçün Vətən daşı olmalıyıq. Bax sizin cavab axtardığınız bu məsələ çox təəssüf ki, bizdə alınmır ki, alınmır. Ən azı əksəriyyət bu Daşa kürəyini söykəmir ki, soyuq olar, nəfəsini isə vermək ağlına gəlmir, versə o nəfəs soyuqdur. Bax beləcə, soyuqlaşırıq gün-gündən. Əl-əlin istisini, qan-qanın ruhunu çəkmirsə ayaq torpaqda, kürək qayada, göz düşməndə olmayacaq........! isə... sualınıza başqa cür cavab vermək qərarına gəldim: Bir dostum var. İstanbulda olanda küçədə bir uşağa təpinir ki, niyə o yaşıl otların üstündə oynayırsınız, gedin qıraqda oynayın. Uşaq dostumun üstünə yeriyərək, - əfəndim, burası benim toprağım, - deyir. Dostum danışırdı ki, çaşıb qaldım. Bax o cocuq siz deyən vətəndaşdır. Dostumun çaşqınlığı isə sualınızın cavabı... Onu əlavə edim ki, başqa sənət peşə sahiblərini deyə bilmərəm, şairlər vətəndaşdırlar!

-Hərə birinin ölümündən gileylidi, amma hamı unudur ki, əslində ölən doğmalıqdı, biz isə bundan xəbərsizik. İndi döyməyə qonşu qapısı tapılmır. Nədi bizi buralara tələsdirən?

-Bu çox ağrılı məsələdir. Bu sual üçün ayrıca təşəkkür edirəm. Mənim yaralı yerimdir. Amma konkret olaraq kimsə bu sualın cavabını açıqlamaq gücündə deyil məncə. Qidadan, geyimdən, davranışdan tutmuş kəndlərdən şəhərlərə axınacan, ən adi bir ikili münasibətdən dünyəvi (qlobal) problemlərəcən, ən xırda bir əməyin avtoatlaşdırılmasından internet kimi inanılmaz inkişafa kimi hər şeyin bu işdəpayı” var. Bütün bu inkişafın hamısı insanı münasibətlərin, yaxınlığın, istiliyin, Şərq doğmalığının çökməsinə gətirdi. Bu məsələnin iqtisadi tərəfi idi. Deyirlər itki deyib yandığımız ölüb gedəndir. Ən çox kimə yanırıq?ən çox itirməyə qorxduğumuzun itkisinə. Demək ən çox sevdiyimizə. Amma, unuduruq ki, bunlar obyektdir. Əsas cərəyan edən isə münasibətdir. Münasibətin ölümü bu obyektlərin olub-olmamağının fərqsizliyini ortaya qoyur. Fəqsizlik isə qrafiki obsis oxuna paralel düz xəttdir. Bu isə ürəyin artıq, vurmamasıdır. Yəni, dolayısı ilə, həyatın məhvi. Həyatın məhvi isə çox əlamətləri özündə birləşdirir. Məncə ən əsası təbiiliyin itməsidir. Sünilik artıqtəlabataçevrilib. Qonşu qonşunun sevincinə, qəminə elə qoşulardı, sanki özününkü kimi. İndi təbrik dilucu deyilir, rəhmət . Bizi buralara tələsdirən səbəbləri axtarmaqmaraqsızlığınadaha vaxtımız belə yoxdurBoşluq!

 

Söhbətləşdi:

Nigar İsfəndiyarqızı

Kaspi.-2013.-24-26 avqust.-S.22.