“...bəxtimə yazılmışdı“
Rəşad Sahil: "Mənim kimliyim real imkanlarımın inkarında təsdiq edə bilmədiyim köməksizliyimdi..."
Zaman insanları ikiyə ayırır. Birincisi sevgisini bağıranlar, ikincisi sevgisini susanlar. Kiminə görə birincisi, kiminə görə ikincisi haqlıdr. Mənə elə gəlir ki, Allahın mizan-tərəzisində ikincilər daha ağır gəlir. Çünki babamın dediyi kimi, "hər şeyi təmizləyən sudur, o da ayaq altından axır".
Rəşad susanlardandı. Səsinin
çıxdığını heç
görən olmadı. Dəyərlidi, doludu,
mərddi. Gözəl yazar, gözəl
araşdırmaçıdı. Borçalının dumduru bulaq suyunda
arındırdığı ruhuna
batırdığı qələmiylə yazıb-yaradır.
Acgözlüklə mütaliə edən, əslinin-kökünün
tarixini araşdırıb yazılara
köçürən adamdı. Bir
sözlə, dövrümüzün dəyəri
az bilinən, bərabəri az bulunan gənclərindəndir.
Əminəm, suallarıma cavablarını oxuyanda
haqlı olduğumu görəcəksiniz
- Rəşad Sahil kimdi?
- Bundan əvvəl bizdən böyüklər, daha doğrusu, oxumuşlar “Sən kimsən?” sualını “Kimdir müqəssir?” kimi verirdilər. Məsəlçün, Gertsen, “Kimdir müqəssir?” əsərinin müəllifi. İnsan yaranışdan, bələk bağını qırandan sonra ilk qədəmlərini atan gündən günahkar bir aləmin içindən addımlamış olur. Bu günahkar aləmdə özünün Tanrı qarşısındakı günahsız əməlləriylə kimliyini qazanmış olur. Bu qovğalar içində öz mənəvi saflığını qoruduqca, bir o qədər də kimliyini təsdiq edir. O insanın mənəvi kamilliyi nəfsinə qalib gəldikcə zənginləşir. Şair demişkən:
“Kimə kim dərdimi
qıldım, onu özümdən çox dərdə mübtəla gördüm”.
Mənim kimliyim real imkanlarımın inkarında təsdiq edə bilmədiyim köməksizliyimdi. Fikrimi şair Dərviş Cavanşirin bir misrası ilə yekunlaşdırım:
“Korun əl ağacı, karın qapısı,
Ha döykü taleyin sədası gələ!”
- Yazar
olmaq “əlinə qələm almaq”mı
deməkdir, yoxsa...?
-
Qurani Kərimin “Qələm” surəsində deyilir: “Yazıya
pozu yoxdu”. Mən də taleyimə yazılanları ömür yolunda izlədim.
Əlimə qələm almaq da mənim bəxtimə yazılmışdı.
Özgələrdə bu necədi, deyə
bilmərəm. Çünki onları özüm kimi
tanımıram.
- Media
nədir?
- Bu
sual ara-sıra mətbuatda özünə yer tapır və
buna da müxtəlif cür yanaşmalar olur. Mən də
bircə cümləylə münasibətimi deyim:
özülü Həsən bəy Zərdabi
ilə, Mirzə Cəlillə qoyulan media, hər şeydən öncə maarifləndirmədi.
Hələ qalmışını demirəm...
-Təəssüf
ki, bugünkü dəyər kriteriyalarını zorlayan sərbəstlik
gəncliyi əlinə alıb. Bu
istiqamətdə kimə nə iş düşür ki, məsələnin
həlli yolu tapılmasa da,
qarşısı alınsın?
-
Çox təəssüf...
- “Könül sultanları” kimin
layihəsi idi?
- Övliyaları oxuduqca onlarla mənim aramda bir körpü
düşürdü. İstədim
ki, o körpüdən
oxucular da keçsin, özlərinə yaxın könül sultanlarını bulsunlar.
Bu səbəbdən də haqqında oxuduğum könül
sultanlarının bir qisminin
həyat və yaradıcılığını işləyib
mətbuatda dərc etdirdim. Hər bir mövzunun öz oxucusu olduğundan,“Könül
sultanları”nın da öz
oxucuları vardı. Yazılar qəzetdə dərc olunmağa başlayandan sonra oxuculardan müsbət
rəylər aldıq. Bir müddət beləcə
davam etdik. Nəhayətdə,
qəzetin fəaliyyəti dayandığından layihəni də
saxlamaq məcburiyyətində qaldım.
- Hazırda layihə başqa qəzetlərdə
davam edirmi?
-
Yox. Həmin qəzetdən sonra “Könül
sultanları”nı heç yanda dərc etdirmədim.
- Bir
az da Şəmistan bəydən bəhs edək...
-
Şəmistan Əlizamanlı müasir Azərbaycanın hərbi
diktoru kimi hərb tarixində və vətənpərvərlik
mahnılarının əvəzsiz ifaçısı kimi də
incəsənət tarixində özünün xüsusi yeri
olan bir insandır. Onun oxuduğu hərbi marşların Azərbaycan
gəncliyinin vətənpərvərlik ruhunda
böyüməsində xüsusi yeri var. Onun
ifa etiyi “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”,
“Çağırır Vətən” və s.
marşlar hər zaman
gəncliyin ruhunun aydınlanmasında bir çıraq kimi yanacaq.
- O zaman belə bir sual
verim. Şəmistan bəy səninçün
kimdi?
- Şəmistan Əlizamanlı
ən çətin anlarımda pənah gətirdiyim iman yerimdi. Onun oddan-alovdan keçmiş
ömür yolunda özümün qor götürdüyüm çırağın
nurunu gördüm.
Ən çətin anlarımda
o çırağın işığından
nurlandım.
- Bədii ədəbiyyatda əsasən
oxuyub axtardığın
nədir?
- “Atın məni nəşim axan sellərə,
Tanısın bu dünya biçarə məni”
deyən Səməd
Vurğun mənümçün
sufi şairdi. Elə “Mən tələsmirəm”,
“Dünya” şeirləri
də bu ab-havanın məhsuludu.
XVI əsr bütün
dünyada, istər Şərq, istərsə
də Qərb ədəbiyyatında bütün
ədəbi korifeylərin
sufizmə söykəndiyi
dövrdü. İstər Daniel Defonun “Robinzon Kruzo”su, istər Şeksprin “Hamlet”i, istərsə də Fizulinin “Leyli Məcnun”u o illərin ədəbi məhsuludu.
- Bildiyimə görə, mütaliəni
sevirsən?
- Bəli, heç olmayan kimi. Elə bir
vaxt olmaz ki, nəsə oxumayım.
- Bu, mənəvi
aclıqdanmı, yoxsa
yeni nəsə yaratmaq ehtiyacındanmı
irəli gəlir?
- Ədəbi mütaliə
hər şeydən öncə mənəvi ehtiyacın tələbidi,
ödənməsidi. Bu məsələnin bir tərəfi. İkinci tərəfsə,
oxuyub-öyrənərək özünü yetişdirməkdi,
yəni ədəbi zövqünü günü-gündən
kamilləşdirməkdi. Oxuduğum yazarlarla hər ünsiyyətə girəndə
əbədiyyət deyilən
anlayışı, onun
fövqündə duran
yazarlardan öyrənirəm.
Qraf Tolstoyun “Hacı Murad”, Lermontovun “İsmayıl bəy” poeması bütövlükdə
Qafqaz haqqındakı
təəssüratımı daha da zənginləşdirmiş
olur. Elə bir tarixi fakt tanımıram ki, bu əsərlər
qədər o dövrü
açıqlamış olsun.
Öz yazarlarımızdan İsa
Hüseynovun qələmindən
çıxan möhtəşəm
“Məhşər” əsərini
söyləmək olar.
Bu əsər qədər istər Nəsimi dövrünün
tarixi gerçəkliklərini,
istərsə də o
dövrün fəlsəfi
yönünü açıqlayan
ikinci belə bir əsərə rast gəlməmişəm.
İsa müəllim, bu əsərdə Azərbaycan
dilinin tarixi zənginliyini göstərməklə,
arxaik sözlərimizi
yenidən müasirləşdirib,
onlara həyat verib. “Məhşər”i
oxuyanda Azərbaycan dilinin nə qədər zəngin bir dil olduğunu
bir daha görürsən.
- Kimləri oxuyursan?
- Oxuduğum müəlliflər
çoxdur, onlardan bir neçəsinin adlarını qeyd edim. İsa Hüseynov, Çingiz Aytmatov, Yunus İmrə, Mövlanə
Cəlaləddin Rumi, Ərzurumlu İbrahim Haqqı, Dərviş Cavanşir, Rasim Gənzəli, Yaqub Qədri Qaraosmanoğlu, Mehmet Rıhtım, Turqut Özakman, Əziz Alpout və sair. Bunlar mənim
çox sevdiyim və tez-tez oxuduğum müəlliflərdi.
- Adını çəkdiyiniz müəlliflərdən
şəxsən tanıdığınız
varmı?
- Bəli, nəzmdə Dərviş Cavanşir və nəsrdə Rasim Gənzəli. Hər ikisi sevdiyim və çox hərmət etdiyim yazarlarımızdı.
- Onları bir az tanıdaqmı?
- Təbii. Dəvriş Cavanşir Azərbaycan poeziyasında öz yeri, dəst-xətti olan bir sufi təbiətli şairdir. Onun şerlərini oxumaqla,
ya dinləməklə
başa düşmək
mümkün deyil.
Vallah, səmimi deyirəm, mümkün deyil. Ona görə ki, ən azından, yazılanları qismən
də olsa yaşamalısan, ruhunu tutub, öz ruhunla qovuşdurub yaşamalısan. Ruhunda ucalıq
amanatı olan şerləri dərk etmək ancaq o ucalıqara vara biləcək kimsələrə
qismət olar. Başqa cür bir fayda
hasil olan deyil. Mövlanənin deyimi ilə
ifadə etsəm, fikrimi daha dəqiq
çatdırmış olaram;
bu hikmətləri, bu həqiqətləri eşitsən belə, bunlar sənə bir nağıl, bir qabıq təsiri bağışlayar
və sən ayrı-ayrı dənələrin
içindəki ləzzətdən
xəbərsiz qalarsan.
Dərvişin şeirlərini oxuyanda
dincəlirsən, bir rahatlıq tapırsan.
Şeirlərindən iki misranı
misal gətirim.
Allah, bir səndən başqa bir kimsəm yox dünyada,
Sənin
tənhalığına səndən
çox öyrənmişəm...
Yaxud da;
Təkcə sənin yanında
sevib də suçlu qaldım,
Yaratdığın bəndəni sənin qədər sevmədim.
Rasim Gənzəli
ilə şəxsi tanışlığım yox
idi. İlk dəfə
Şəmistan Əlizamanlı
tanış etmişdi bizi. Rasim müəllim çox yetənəkli, son dərəcə
xüsusi qabiliyyətə
malik insan, gözəl əsərlərin
müəllifidi. Müraciət etdiyi mövzular o qədər orijinaldı ki, hər Azərbaycan
türkünün ürəyindən
səs verir. Əsərlərinə diqqət edəndə
görürsən ki,
bütün kitablarının
adları “Q” hərfi ilə başlayır.
“Qanlı çay”,
“Qurtlar və manqurtlar”, “Qurdbəşər”
və sair. Səbəbini özündən
soruşduqda belə cavab vermişdi: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs
fikir vermisənmi, sənin kitablarının
adı “Q” hərfi ilə başlayır?
Doğrusu, özüm diqqət
etməmişdim. O gündən
sonra yazdığım
kitablarıma “Q” hərfi
ilə başlayan adlar seçdim”.
Bu hər iki müəllif çox sevdiyim və dostluq etdiyim ziyalılarımızdı.
- Söhbət üçün
təşəkkür edirəm.
- Mən təşəkkür
edirəm. Həm sənə, həm qəzetinizə, həm də əziyyət çəkib söhbətimizi
oxumağa vaxt ayıracaq oxuculara...
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-28 avqust.-S12.