Teatrlarımız yeni mövsümə necə hazırlaşır?

 

Ötən mövsüm milli teatrımızda bir sıra önəmli hadisələr baş verdi. Belə ki, Azərbaycan teatrının 140 ili tamam olması münasibəti ilə müxtəlif tədbirlər keçirildi, təltiflər oldu. Yeni mövsümdə isə bunun davamı olaraq II Beynəlxalq Kukla Teatrları festivalının keçirilməsi ilə Avropa və Asiyanın bir çox ölkələrindən Kukla Tearlarının vətənimizə təşrif buyuracağı gözlənilir.

Artıq yeni teatr mövsümünün başlanmasına sayılı günlər qalıb. Teatrların yaradıcı kollektivləri bu mövsümdə yeni əsərlərlə tamaşaçıların könlünü oxşayacaqlarını düşünürlər. Bəzi teatrlar möâsümə yeni tamaşalarla, bəziləri isə köhnə tamaşalarla qədəm qoymağı nəzərdə tutur. Bir çox teatrlarımız da açılmaqda olan yeni teatr mövsümünə yeni layihələr üzərində işləmək üçün böyük ümidlər bəsləyirlər. Biz də qarşıdan gələn yeni teatr mövsümünün açılışını nəzərə alaraq paytaxtımızda və bölgələrdə yerləşən teatrların rəhbərləri ilə əlaqə saxladıq.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovla söhbətimiz zamanı məlum oldu ki, teatr senòyabrın 15-də mövsümü “Lənkəran xanının vəziri”əsəri ilə açacaq. Professor yeni mövsümdə teatrda bir sıra yeni tamaşalar hazırlayacaqlarını söylədi: “Bu mövsüm Türkiyənin bir neçə şəhərinə qastrollarımız olacaq. Bundan əlavə, yeni layihələr, qastrollar da gözlənilir. Fikrimizdə yeni kadr götürmək planı yoxdur. Truppamız tamdır. Ştatda yerimizyoxdur. Yeni premyeralar olacaq”.

Sürpriz hazırlayan teatrlarımız

Pantomim teatrının direktoruaktyoru Elman Rəfiyevlə söhbətimiz zamanı aydın oldu ki, bu mövsüm teatrın truppası tamaşaçılarını sevindirmək üçün əllərindən gələni edəcəklər. Bunun üçün də teatrın yaradıcı heyəti fərqli üslubda tamaşa hazırlayır. Elman Rəfiyevin sözlərinə görə, bu tamaşanın məşqlərinə ötən mövsümün sonlarından başlayıblar: “Sentyabrın 1-dən yeni mövsüm üçün gərgin rejimi ilə hazırlıqlara başalayacağıq. Güman edirəm ki, oktyabrın əvəlləri tamaşanı təhvil verə biləcəyik. Pantomim teatrı hazırlamaqda olan yeni tamaşalarının mövzusunu, adını hər zaman son anda teatrsevərlərə bildirir, bu mövsüm də ənənəmizə sadiq qalacağıq. Tamaşaçılarımız həmişə bizdən sürpriz gözləyiblər. Biz də sürprizlərimizlə tamaşaçılarımızı sevindirməyə davam edirik. Hazırladığımız tamaşa yeni üslubdadır və məhz pantomim hərəkətlər üzərində qurulub ki, bu da tamaşaçılarımızın zövqünü oxşayacaq. Onu deyə bilərəm ki, əsər bütün dünyada məşhur olan bir yazıçının əsəridir”.

Teatrın direktoru söhbətimiz əsnasında yeni mövsümdə teatrın kollektivində heç bir dəyişikliyin olmayacağını teatrın aktyor truppasının onunla birlikdə 13 nəfərdən ibarət olduğunu və bu rəqəmin də onların ən uğurlu rəqəmi olduğunu söylədi.

Gənc kadrlar ümidimizi doğrultmur

Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov teatrın mövsümə sentyabrın 15-də 1986-cı ildən teatrın repertuarında olan Üzeyir Hacıbəyovun “Olanlardan keçənlərdən” tamaşası ilə başlayacağını söylədi: “Bu mövsüm bir ısra yeniliklərimiz olacaq. Hazırda teatrda Ukraynalı rejissor Haykani Nevkayluk N.QoqolunÖlü canlar” əsəri üzərində məşqlər aparır. Tamaşanın oktyabarın ortalarında başa çatması nəzərdə tutulub. Teatrın baş rejissoru Tural Mustafayev İbseninRuhlarpyesini tamaşaya qoyacaq. Hələ nəzərimizdə bir neçə əsərlər də var ki, onları da zamanı çatdıqda səhnəyə qoymağı düşünürük. Bundan əlavə noyabrda Almaniyadan rejissor dəvət etmək niyyətindəyik, hazırda həmin rejissorla danışıqlar gedir. Qastrol səfərlərimizə gəlincə isə bir çox ölkələrdən təkliflər almışıq. Onların içərisində qonşu dövlətlərdən Türkiyə, Gürcüstan və başqaları yer alıb. Səfərə hazırlıq məsələləri ilə bağlı problemlərimiz var. Yəni çatdıra biləcəyikmi, neçə nəfər gedəcəyik bu kimi məslələr üzərində düşünürük. Baş tutarsa noyabr ayında qərar verdiyimiz ölkəyə getməyi düşünürük”.

İslam Həsənov teatrın qarşılaşdığı problemdən də danışdı. Onun sözlərinə görə, teatrın nəzdində açılmış studiyada gəncləri yığıb yeni kadr hazırlamaq istəməklərinə baxmayaraq yenə də gənc nəsil onları yarı yolda qoyurlar:Bizim ən böyük problemimiz professional aktyor problemidir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrımızda studiya fəaliyyət göstərir ki, orada gəncləri yığıb bu peşənin sirərini öyrədirik. Bir sıra dərslər keçirik. Məni narahat edən məslələrdən biri odur ki, biz kadırı hazırlayırıq, düşünürük ki, sabah teatrda hansısa gözəl bir obrazı yaradacaq, ancaq həmin gənc oglanlar hərbi xidmətə getdikdən sonra 90%-i teatra qayıtmır. Qızlarımız isə ailə qurduqdan sonra ailələri bu sənətlə məşğul olmağa icazə vermir, ona görə də ümidimiz onlardan üzülür. Belə olan halda hər il yenidən kadr axtarmağa başlayırıq”.

Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili ilə söhbətimiz zamanı aydın ki, teatrın binasının təmiri hələ tam yekunlaşmayıb. Ancaq buna baxmayaraq teatrın yaradıcı kollektivi yeni tamaşa üzərində işləyir və tamaşa artıq yekunlaşmaq üzrədir: “Sentyabrın 27-də mövsümü İspan dramaturqu Xose Eseqarayın “Mahir aradüzəldənlər” əsərinin Mirbala Səlimlinin quruluşunda hazırlanmış tamaşası ilə açacağıq. Teatrımız təmirdən çıxdıqdan sonra yeni tamaşalar hazırlayacağıq. Onu da qeyd edim ki, teatrımız mükəmməl şəkildə təmir olunur. Onun hazırlanmasında ən son texnologiyalardan da istifadə olunub. Bu mövsümdə Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Xalqların Beynəlxalq Teatr festivalında iştirak edəcəyik. Oradan İstanbula səfərimiz gözlənilir. Belə ki, bizi İstanbula Fatih Bələdiyyəsi dəvət edib. İstanbulda 4 gün tamaşalarımızı nümayiş etdirəcəyik. Oradan da Türkiyənin Giresun şəhərində Dövlət Teatrlar festivalında iştirak edəcəyik. Teatrımız mayda 5 tamaşa ilə paytaxt tamaşçılarının görüşünə gələcək. Daha sonra iyunda Tatarıstanın Mədəniyyət Nazirliyinin dəvəti ilə 10 gün Tatarıstanın Kazan şəhərində tamaşa nümayiş etidməyimiz nəzərdə tutulub”.

Təmirsiz olsalar da...

Vətəndən kənar düşməsinə və tamaşanı göstərə biləcək bir səhnəsinin yoxluğuna baxmayaraq hər zaman nikbin əhval ruhiyədə olan Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, Əməkdar artist Azad Məmmədov Şuşa Teatrının mövsümü Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşası tamaşası ilə açacaqlarını söylədi: “Bu mövsüm yeni tamaşalarımızla tamaşaçılarımızın könlünü oxşayacağımıza əminik. Hazırda tanınınmış dramaturqumuz Əli Əmirlinin “Varlı qadın” əsəri üzərində rejissor Firudin Məhərrəmovun quruluşunda tamaşa hazırlanır. İndi yeni mövsümdə planlarımızdan danışmaq üçün bir az tezdir. Teatrın təmiri məsələsinə gəldikdə isə bu məsələ gündəmdə olsa da hələ qalıb. Nə zaman təmirə başlayacaqlarını da bilmirik”.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, Əməkdar artist Vidadi Əliyev teatrın direktoru İftixar Piriyevin hazırda Türkiyədə olduğunu qastrol səfəri üçün danışıqlar apardığını söylədi: “Teatrda İoneskonun “Stular” əsərinin üzərində işləyirik. Tamaşada iki nəfər iştirak edir. Bundan əlavə yeni əsər götürmüşük, onun üzrində işləməyi düşünürük. Ötən mövsüm bizim teatra bir neçə gənc kadr müraciət etdibiz də onları itirmək istəmədik. Yarım ştat şəklində işə götürdük. Onlara işləmək üçün imkan yaratdıq, həm də qabiliyyətlərini yoxladıq. Gördük ki zəhmətkeş gənclərdir. Hazırda isə bizdə qalıb qalmayacaqlarını söyləyə bilmərəm. Yeni mövsümdə qastrol səfərlərimiz gözlənilir. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən teatrların içərisində ən çox qastrola gedən teatr İrəvan Teatrıdır. Bu mövsüm bölgələrə gedəcəyik və Türkiyə səfərimiz planda var. Hələ ki Gürcüstanda, Dağıstanda tamaşaların nümayişi nəzərdə tutulub”.

Sumqayıt Dövlət Dram Teatrının direktoru Mehman Şükürov sentyabrın 4-dən işə başlayacaqlarını, məzuniyyətdən qayıdan kimi 2 tamaşa üzərində işələyəcəklərini söylədi: “Tamaşalardan biri İradə Gözəlovanın quruluşunda “Dədə Qarqud”, digər isə Vaqif Əsədovun quruluşunda “Dərvişin qeydləri” tamaşasıdır. Mövsümü Sentyabrın 20-25 arasındakı tarixlərdə açmağı düşünürük. Açılışı Əli Əmirlinin “20 ildən sonra” tamaşası ilə edəcəyik. Bundan əlavə teatrın ötən mövsümün sonlarında Tatyana Şevçenkonun quruluşunda hazırladığı “Qocanı necə öldürməliyik” tamaşasını təhvil verməyi düşünürük. Hələ ki, heç bir layihəmizin tarixi dəqiq deyil, Bədii şuranı yığıb tarixi dəqiqləşdirəcəyik. Teatr mövsümnünü açılışı ilə bağlı teatrın qarşısında və digər əhalinin çox olduğu yerlərdə böyük afişalar və tamaşanın reklam şəkilləri yerılşdiriləcək. Şəhərdə hiss olnmalıdır ki, teatr artıq fəaliyyətə başlayıb. Reklama daha çox önəm vermək istəyirik. Yeni mövsümdə “Qocanı necə öldürməliyik” əsəri ilə festivala getməyə planlaşdırırıq. Bir neçə ölkəyə müraciət etmişik. Şimal bölgələrində oktaybrın sonunda qastrol səfəri keçirməyi düşünürük. Yeni planlarımız ondan ibarətdir ki, hər bir müəəssisənin yubileyi ilə bağlı layihələr hazırlayaq. İstər polis idarəsi olsun, təhsil, səhyyə və sair. Onların tədbirlərini keçirməklə, tamaşa göstərməklə əlaqəni daha yaxından qurmaq istəyirik”.

Mehman Şükürov bizim vasitəmizlə Mədəniyyət və İncəsənət Universitetini bitirmiş gənc kadrlara müraciət də etdi: “Bizim hər zaman yeni kadrlara ehtiyacımız var. Teatr studiyamızda da yeni kadrlar yetişdiririk. Əgər İncəsənət Universitetini bitirən hansısa məzun bizə müracət edərsə onu işə götürməyə hazırıq”.

Diqqətdən kənarda qaldıq

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan hazırda bölgələrdə silsiləli şəkildə qastrolda olduqlarını və bu gün 8-ci rayonda tamaşa oynacaqlarını söylədi: “Biz Biləsuvarda, Cəlilabadda, Salyanda, Nefçalada, Qobustanda, İsmayıllıda, Qəbələdə, Ağdaşdabu gün də Şamaxıda “Həyatla oyun” tamaşasını oynayıb, Bakıya dönəcəyik. Qatrol səfərimizlə mösümü açmış hesab etmirik. Bu narkomaniyayla mübarizə ilə bağlı layihədir. Mövsümü sentyabrın 26-da şəhərin mərkəzi teatrlarının birində açamağı düşünürük. Nəzərimdə hələ ki, Mahnı Teatrı yer alıb. Mövsümü “Əşxaz” tamaşası ilə açacağıq. Yeni tamaşalarımız olacaq. Belə ki, uşaqlar üçün nağıl tamaşalarımız davam edəcək. Hər tamaşada uşaqlarda heyvanalara və təbiətə qarşı rəğbət, sevgi aşılamağa çalışırıq. Hazırda bu məslə cəmiyyətmizdə aktual mövzudur. Heyvanların qəddarlıqla öldürülməsi, ev heyvanlarının öldürülməsi gündəmdəir. Belə tamaşalar yerinə düşəcək. Bizim “Yaşıl meşəninsərgüzəştləri” tamaşamız silsilə şəklidə davam edəcək. Ət yeyən heyvanlarla ot yeyən heyvanlar arasındakı mübarizə uşaqların görüşünə gələcək. Bu il bizim teatrdaxili “II Monotamaşalar festivalı” da olacaq. Xarici festivallara gəlincə bu mövsüm İrandan, Rusiyadan və Türkiyədən çoxsaylı dəvət almışıq festivallara hazırda seçim edirik. Planlarımız çoxdur”.

İ. Soltan teatrın aktyorlarının teatrı tərk etməsi məsəsləsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, teatrın mərkəzdən uzaq olması, 65 nəfərlik bir truppanın 1 otaqda yerləşdirilməsi və səhnənin teatrın ixtiyarında olmaması yaradıclıq eşqi ilə alışıb yanan gənclərin fəaliyyətinə maneçiliklər göstərir. Ona görə də gənclər teatrda uzun müddət qala bilmirlər: “Bu şəraitdə işləmək istəməyənlər, dözməyib gedən işçimizvar. Bu yaradıcı kollektivlə problemlər olduğu demək deyil. Qətiyyən. Sadəcə könüllü razılşma ilə ayrılmaq istəyən işçimiz olub. Etiraf edirlər ki, uzun yolu gəlmək, az əmək hakkı ilə işləmək çətindir. Biz də onları başa düşürük. Onu da qeyd edim ki, gənclər arasında bizim teatrda işləmək istəyən aktyorlar daha çoxdur. Bu il Bakı Uşaq Teatrının 10 illik yubileyi idi. Azərbaycan Teatrının 140 illiyi yubileyində belə diqqətdən kənarda qaldıq. 1 nəfər belə olsun fəxri ada layiq görülmədi”.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.12.