İkiüzlülük və yalanın dinimizdə yeri yoxdur

 

İnsanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Halbuki (Allahın) razı olmayacağı sözləri gecə ikən uydurduqları zaman Allah onların yanındadır. Çünki Allah onların etməkdə olduqlarını (elm və qüdrəti ilə) biləndir (ən-Nisə, 4/108).

İnsan digər insanlardan gizlətdiyi söz və fikirlərini yalnız sirdaş etdiyi kimsələrə söyləyə bilər. İstər başqalarından gizlətsin, yaxud yaxın dostlarına danışsın, bütün hallarda o, bunları daim onunla bərabər olan Allahdan gizli saxlaya bilməz. Kiminsə Allahdan bir şey gizlətməsi əsla mümkün deyildir. Elə isə ikiüzlü bir davranışdan kimsə fayda götürə bilməz. Əslində bu cür davranışlar Allahın açıq-gizli hər şeyi bildiyi şüurundan uzaq olmanın nəticəsidir.

Hz.Peyğəmbərin: “Cahiliyyə dövründə üstün sayılanlar əgər islami əsasları tam mənası ilə anlayıb tətbiq edərlərsə, İslamiyyətdə də xeyirli sayılacaqlar” açıqlaması İslamdakı yeganə xeyirlilik ölçüsünün fəzilət, ədalət, hikmət və elm olduğunu ortaya qoymuşdur.

Rəsuli-Əkrəm ikiüzlü şəxslərin birisinə qarşı bir üzlə, bir şəkildə, digərlərinə qarşı isə bir başqa üzlə, başqa şəkildə yanaşdıqlarına diqqət cəlb etmişdir. İnsanlardan bu yolla sui-istifadə edərək onları bir-birinə qarşı qızışdıranlar, ədavətə sürükləyənlər ən pis insanlar kimi xarakterizə olunmuşdur. İkiüzlülük nifaqla, yalançılıqla, saxtakarlıqla birləşir. Düşdüyü yerin abi-havasına asanlıqla alışan, buqələmun kimi rəng dəyişdirən bu tip insanların davranışları qəlbdəki nifaqdan qaynaqlanırsa, daha iyrənc xarakter alır. Belələrinə münafiqdeyilir. Münafiqlər isə Qurani-Kərimin açıq bəyanına görə, dünyada kimlərlə bərabər olacağını bilməyən, gah ona, gah da buna könül verən, ortada qalmış insanlar kimi axirətdə cəhənnəmin ən dərin qatlarında cəza çəkəcəklər:      

Onlar imanla küfr arasında tərəddüd edib dururlar, nə tamamilə onlara, nə də bunlara tərəf dururlar. Allahın azdırdığı şəxsə heç bir yol tapa bilməzsən! Heç şübhə yox ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsindədirlər və sən onlara heç bir yardımçı tapa bilməzsən! (ən-Nisə, 4/143, 145).

Qəlbdə iman olmasına baxmayaraq, başqa səbəblə belə davranılarsa, bu hərəkət də ən azından riyakarlıqdır. Riyakarlıq isə nifaqa çox yaxın bir pislikdir.

Beləliklə:

1.           İkiüzlü davrananlar ən pis insanlardır.

2.           İkiüzlülük münafiqlik kimi dəyərləndirilmişdir.

3.           İslam insanlara təqva, fəzilət və elmə görə qiymət verir.

4.           Xüsusilə idarə edənlərə qarşı dürüst davranmaq, doğrunu söyləmək lazımdır.

5.           Müsəlman mərd, doğru sözlüdürüst davranışlı olmalıdır.

 

Hz.Əli (ə.s.) buyurmuşdur: “Yalan İslam əxlaqından deyildir” (Quraru-l-hikəm, 5/74)

Dinimiz yalanı haram qılmış və qəti şəkildə yasaqlamışdır. Yalan ruhi bir xəstəlikdir, müsəlmanların özlərini bundan qorumaları gərəkdir. Uşaqlara kiçik ikən yalanın zərərləri başa salınmalıdır. Allah-Təala Qurani-Kərimdə buyurur:

 

Haqqında qəti bilgi sahibi olmadığın bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb – bunların hamısı sorğu-sual olunacaqdır (əl-İsra, 17/36).

Dediyi hər sözü (qeyd etmək üçün) onun yanında hazır durub gözləyən bir mələk vardır! (Qaf, 50/18).

Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə deyilir:

 

“Şübhəsiz, sözdə və əməldə doğruluq xeyrə və yaxşılığa istiqamətləndirir. Yaxşılıq isə cənnətə aparır. İnsan doğru söyləyə-söyləyə Allah dərgahında “siddiq” (doğru danışan) kimi qeyd olunur. Yalançılıq, yolunu azmağa (fücura) sürükləyir. Fücur isə cəhənnəmə səbəb olur. Bir insan yalançılığı məslək etdikdə Allah yanında çox yalançı (kəzzab) kimi təsbit olunur” (Riyazü-s-salihin, VI, s.496-497).

Belə bir təsbit yalan mövzusunda son dərəcə diqqətli olması gərəkən ciddi bir xəbərdarlıq olub, yalançılığın və saxtakarlığın İslamda yeri olmadığını ortaya qoyur.

Məlum olduğu üzrə, yalan dilə aid bir afətdir. Dil isə qəlbin şərhçisi olaraq insanın bütün davranışlarına təsir edir. Dilinəən azındanşüurlu olaraq, yalan danışmamaq barəsində hakim ola bilən şəxs böyük ölçüdə özünü hədisdə qeyd olunan pis aqibətdən qorumuşdur.

Yuxarıdakı hədisdən belə qənaətə gəlmək olar:

1. Yalan danışmaq haramdır.

2. Yalanı kiçik şey hesab edib yalan danışmağa davam edən şəxs buna vərdiş edir nəticədə yalançılar dəftərinə yazılır.

3. Yalan, insanı hər cür pisliyə sövq edir.

4. Fücur deyilən pisliklər insanı cəhənnəmə aparır.

5. İman yalan bir-birinə tamamilə ziddir. Müsəlman, mümkün olduğu qədər, yalandan uzaq durmalı, doğru danışmağı dürüst davranışı seçməlidir.

Rəsuli-Əkrəm buyurmuşdur:

İnsana məxsus dörd xüsusiyyət vardır ki, bu xüsusiyyətlərə malik olan şəxs tam münafiq hesab olnur. Bu xasiyyətlərdən birinə sahib olan kəs həmin xasiyyəti tərk edənə qədər münafiqliyin bir cəhətinə malik olmuş olur: 1) Həmin şəxsə bir şey əmanət edilərsə, ona xəyanət edər. 2) Danışanda yalan söyləyər. 3) Söz verdikdə sözünə əməl etməz. 4)Düşmənçilik etdikdə həddi aşar, haqsızlıq edər” (Riyazü-s-salihin, VI, s.499).

Nifaq inancda ikiüzlülük deməkdir. Yəni daxildə inanmadığı halda özünü mömin kimi göstərir. İnsanı münafiq durumuna salan bu xasiyyətdən müsəlmanın uzaq durması gərəkdir. Bizi bizdən daha çox düşünən Rəbbimizin yalan mövzusunda qoyduğu qadağanı diqqətə alıb doğru danışan, dürüst bir müsəlman kimi yaşamaq üzərimizə düşən ən mühüm vəzifələrdəndir. İzzət, şərəf xoşbəxtlik hər mövzuda olduğu kimi, bu mövzuda da uca dinimizin cızdığı sərhədlərə bağlı qalmaqla təmin oluna bilər. Hədisdən öyrəndiklərimizi belə sıralamaq olar:

1.           Yalan danışmaq nifaq əlamətidir.

2.           Nifaq inancda saxtakarlıq deməkdir.

3.           Dili yalandan qorumaq qəlbi nifaqdan təmizləməklə mümkün ola bilər.

4.           Münafiqin vəziyyəti kafirin vəziyyətindən pisdir.

5.           Müsəlmanlar hədisdə sadalanan bu dörd xasiyyətdən uzaq durmalıdırlar.

 

İnsanların arasını düzəltmək məqsədilə xeyirli söz söyləyən kəs yalançı sayılmaz (Hz.Muhəmməd s.a.s).

 

Qəbul etmək lazımdır ki, insanlar arasında meydana gələn ədavəti əvvəlcə yumşaldıb, sonra aradan qaldıra bilmək üçün küsülülərin hər birinə digərinin onun haqqında əslində yaxşı şeylər düşündüyünü söyləmək lazım gəlir. Bunun üçün isə müəyyən mənada yalan söyləməyə ehtiyac duyulur. Əgər söyləniləcək yalan cəmiyyət insanlar üçün faydalıdırsa, bundan çəkinmək lazım deyil. Unudulmamalıdır ki, “İşləri yoluna qoyan yalan, fitnəyə səbəb olan doğrudan daha üstündür”.

Belə rəvayət olunur ki, haqsız yerə məhkum edilən bir şəxs öz ana dilində hökmdarı söyüb təhqir etməyə başlayır. Məhkumun qəribə şəkildə donquldandığını görən hökmdar, yanındakı vəzirlərinin birindən bu şəxsin söylədiyini soruşur. Xeyirxah vəzir: “Cənabım, onu bağışlamağınızı istəyir” – deyir. Xeyirxah vəzirlə arası olmayan başqa bir vəzir irəli atılaraq: “Hökmdarın hüzurunda yalan söyləmək bizə yaraşmaz. Bu adam sizə söyüş söyür, sultanım” – deyir. Bunun cavabında hökmdar: “Onun yalanı bizi sənin doğrundan daha yaxşı bir yola sövq edir” – deyir məhkumu əfv edir.

Hədisdən belə qənaətə gəlmək olar:

1.           Yalan danışmaq haramdır, amma yalan danışmağın caiz olduğu yerlər vardır.

2.           Müharibədə düşmənə qarşı, həmçinin küsülü insan ya qrupların arasını düzəltmək üçün yalan söyləməyə icazə verilmişdir.

 

Uca Allah buyurur: Belə olduğu təqdirdə yalan sözlərdən (yalan yerə şahidlik etməkdən, Allaha şərik qoşmaqdan) çəkinin (əl-Həcc, 22/30).

İslam yalan yerə şahidlik etməyi qəti surətdə qadağan edir. Kamil möminlər, əlbəttə, bu kamillik səviyyəsinə gözəl, faydalı məşru (qanuni) işlər görməklə nail olmuşdurlar. Onların söz davranışları bu cəhətdən böyük əhəmiyyət kəsb edir. Onların nümunəvi davranışlarından biri yalan yerə şahidlik etməmələridir. Həqiqət kiminsə xatirinə ya qorxudan təhrif edilməməlidir. İmana dürüstlük yaraşır.

Rəsuli-Əkrəmin belə söylədiyi rəvayət olunur: “Ən böyük günahın olduğunu sizə deyimmi?” – buyurdu. Biz: “Bəli, Ya Rəsulullah!” – dedik. Rəsuli-Əkrəm: “Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik etmək” – dedikdən sonra söykəndiyi yerdən dikəlib oturdu : “Yaxşı yadda saxlayın, bir yalan söyləmək yalan yerə şahidlik etməkdir” – buyurdu.

Yalan danışmaq yalan yerə şahidlik etmək qul haqqına təcavüz etmək deməkdir.

Hədisdən belə nəticəyə gəlmək olar:

1.           Yalan yerə şahidlik etmək, Allaha şərik qoşmaq ata-anaya itaətsizlik göstərmək böyük günahların başında yer tutan çox ağır məsuliyyəti olan bir günahdır.

2.           Peyğəmbərimizin hərəkət davranışı mövzunun ciddiliyinə dəlalət edir. Onun bu cür davranışı ümmətinə qarşı duyduğu şəfqət mərhəmətin nəticəsidir.

3.           Bir-iki kəlmə olsa yalan danışmaq yalandan şahidlik etmək ən böyük günah törətmək üçün kifayətdir.

4.           Həqiqi dindarlıq dinin qoyduğu qayda-qanunlara riayət etməklə sübut edilir.

 

İdris Abbasov,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Kaspi.-2013.-31 avqust.-2 sentyabr.-S.18.