Dünyanın ən məşhur
yazıçısı: “Bütün
yazdıqlarımı birinci Röyaya oxuyuram”
“Çərpələng
uçuran” romanı ilə bütün dünyada
tanınan əfqanıstanlı yazar Xalid Hüseyn Türkiyə
mətbuatına müsahibə verib.
Maraqlı olacağını nəzərə alıb, həmin
müsahibəni təqdim edirik:
- “Çərpələng
uçuran”nı yazdığınız zaman həm iki
uşaq atası, həm də bütün günü işləyən
bir həkim idiniz. Kitab yazmağa necə vaxt
tapdınız?
- Yuxu saatlarımı bir az qısaltdım. Hər
gün səhər saat
beşdə yuxudan
durub təxminən saat
səkkizə qədər yazırdım. Sonra
da hazırlaşıb xəstələrimə
baş çəkməyə gedirdim. İlk
kitabımın çox böyük
bir qismi səhərin
erkən saatlarında, qaranlıqda yazıldı.
- Bir yazı atelyesinə
qatılmağınız ilk kitabınızı
yazmağınıza necə təsir göstərdi?
- “Çərpələng uçuran”nın bir neçə hissəsini çox
sevdiyim bir dostum, yazar Tamim
Ansarynin idarə etdiyi
San Fransisco Yazarlar Atelyesində yazdım. Atelyedə mənə
verilən bəzi tövsiyələr çox
yararlı oldu və məni yaxşı tərəfə
yönləndirdi. Bəziləri isə sadəcə
ağlımı qarışdırdı. Amma
mən səhvlərimi tapıb onları özüm
düzəltməyi sevirəm. Kənardan gələn yönləndirmələrlə
yazmağı sevən bir yazar
deyiləm. Ən azından ilk
qaralamalarımda belədir. Fəqət ən sonunda
edilən redaktə və düzəltmələrin çox faydalı olduğuna
inanıram.
- Kitabınızı yazmazdan əvvəl
doğru fikrin bu olduğuna necə əmin ola bildiniz?
- Sanıram bir şəkildə əmin idim. Xüsusilə də hekayə
və xarakterlərə
olan marağım davam edirsə, bunu hiss edirəm. Səhərin erkən saatlarında oyanıb xəyal dünyanıza girməyə can atmırsınızsa,
bu yaxşı bir şeyə işarə deyil. Keçmişdə böyük bir
həvəs və motivisasiyayla bir kitaba başaldığım
zamanlar olurdu. Fəqət yüz, ya da
iki yüz səhifə yazandan sonra heç bir şey diqqətimi
çəkməməyə başlayırdı. Belə zamanlarda
vaxt itirmədən başqa bir şey yazmağa davam edərdim.
- Başqa-başqa
fikirlərinizi də yazmağı sınaqdan keçirdinizmi?
- Tamamilə əksinə, ağlıma bir fikir ilişirsə və mən supermarketdə olanda belə onu düşünməkdən
özümü saxlaya
bilmirəmsə, əsas
obrazla olan daxili dialoqum kinoda olduğum zaman belə davam edirsə, yaxşı bir şey yaxladığımı
anlayıram. Hər üç kitabım
bu şəkildə meydana gəldi.
- Kitabınızı
nəşriyyata, ya da redaktorunuza göndərməzdən əvvəl
başqalarına da oxdunuzmu?
- Bəli. Amma sadəcə həyat
yoldaşım Röyaya
oxudum. Röya yazar deyil, amma çox ağıllı bir oxucudur. Mənə nə etməyim
lazım olduğunu söyləməz, amma etdiyim bir şeyin
işə yarayıb,
yaramadığını söyləyə
bilər. Ümumilikdə ilk qaralamanın yarısına
gəldiyim zaman yazdıqlarımı ona oxuyuram o da mənə
dürüst bir şəkildə və birbaşa fikrini söyləyir. Yumuşaltmağa gərək duymur. Mənim də tam olaraq, istədiyim budur elə. Bu səbəbdən
də onun həm pozitiv, həm də neqativ tənqidlərinə
güvənirəm. Röya mənim
bütün qaralamalarımı
oxuyur və ikimzin də ürəyimizə yatana qədər kitabın qaralamasını nəşriyyata
göndərmirik. Bu sistem hər üç kitabımda işə yaradı.
- Redaktorlarınızın
üzərinizdəki təsiri
nə qədərdir?
- Redaktorlarımla aramada çox məhsuldar bir münasibət oldu həmişə. Həm Cindy Spiegelin (“Çərpələnuçuran”), həm Sarah McGrathın
(son iki kitab) mənə çox köməkləri oldu. Onların istedadlarından faydalanma şansı əldə etdim. Ümumilikdə redaktələri
çox məmnuniyyətlə
qarşılayıram. Mənə görə
redaktorun işi, yazara əsərinin potensialını göstərməyə
imkan verir. Cindy və Sarah mənə
kitablarımda fərq
etmədiklərimi göstərib,
gizli qalan bəzi nöqtələrə
diqqət çəkdilər.
Buna görə də onlara minnət borcum var.
- Yaxşı bəs sizə qarşı olan tənqidləri necə qarşıladınız?
- Kimsə tənqid edilməkdən çox da xoşlanmaz əslində. Mən anlayışla edilən
tənqidlərə sayğı
duyuram. Amma məqsədi yazarı
kölgələyib, özlərini
ön plana çıxarmaq olan tənqidçilərin yazdıqlarına
fikir vermirəm.
- Kitablarınız haqqında
ən çox verilən sual nədir?
- “Kitablarınız nə
qədər avtobioqrafikdir?”
- Bir yazar olduğunuzu lap əvvəldən bilirdiniz?
- Yazmağı sevdiyimi bilirdim. Uşaqlıqdan bəri yazıram.
Hekayələr və yeni xarakterlər yaratmaq istəmədiyim bir dövrümü xatırlamıram.
Bu da, “hər
zaman bir yazar olduğumu bilirdim” deməkdən daha artıqdır. Heç o kəlmələri düşünmədim,
çünki mənə
görə həqiqi yazarlar kitabları çap olunmuş yazarlardır. İlk kitabım
“Çərpələng uçuran”
nəşr olunduqdan sonra belə həqiqi bir yazar olduğuma inanmadım. Çünki həqiqi bir yazar olmaq üçün
birdən çox kitabınız yayımlanmalıydı.
Özümü sevdiyi işi
görən, şanslı,
azlıq təşkil
edən insanlardan sayıram.
Tərcümə
etdi: Günel
Kaspi.-2013.-31 avqust-2 sentyabr.-S.24.