İstanbulda III Xəzər Forumu davam edir 

 

 Prezident İlham Əliyevin Foruma göndərdiyi məktubda deyilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır

 

İstanbuldakıÇırağansarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə III Xəzər Forumu işinə başlayıb. Tədbirdə Türkiyə, Azərbaycan Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji kommunikasiya layihələri müzakirə olunur.

Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması nəqlindən bəhs edən sənədli film nümayiş etdirilib. AzərTAc-ın məlumatına görə, HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Prezident müraciətində deyib ki, bölgədə özünəməxsus yeri olan Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi yalnız qonşu ölkələrin deyil, həm bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İlham Əliyev qeyd edib ki, Xəzər Strateji İnstitutunun təşkilatçılığı ilə keçirilən forumlar artıq ənənə halını almaqdadır: "Hörmətli forum iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantılar region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi İpək Yolunun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər".

Dövlət başçısı qeyd edib ki, Şərqlə Qərbi qovuşduran Xəzər regionu ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilib: "Bakı-Tbilisi-Ceyhan Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca Trans-Anadolu Trans-Adriatik boru xətlərinin tikintisinə dair yeni sazişlərin imzalanması Cənub Dəhlizinin gerçəkləşdirilməsi prosesinə güclü təkan vermiş, Xəzər enerji resurslarının daha əlverişli marşrutlarla dünya bazarlarına nəqlinə şərait yaratmışdır".

İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı regionda dünyada iritutumlu layihələr həyata keçirməyə, müxtəlif ölkələrin yanacaq-enerji kompleksinə, sənayesinə sosial infrastrukturuna böyük məbləğdə sərmayələr yatırmağa imkan verib: "Bizim təşəbbüsümüzlə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Böyük İpək Yolunun bərpası istiqamətində növbəti addım olaraq müxtəlif svilizasiya mədəniyyətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir. Ümid edirəm ki, forumda aparılan müzakirələr irəli sürülən təkliflər Xəzər bölgəsinin dövlətləri xalqları arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın yeni forma istiqamətlərinin müəyyənləşməsinə, regionda davamlı sülhün təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir".

Sonra Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsiCənubqaz dəhlizinin onurğa sütununu təşkil edəcək. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcək. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji kommunikasiya xətlərinin mərkəzi olacaq. Abdullah Gülün müraciətində o da bildirilir ki, regiondakı dondurulmuş münaqişələrin həlli istiqamətində atılan addımlar tezləşdirilməlidir: "Bütün beynəlxalq güclərin sülh üçün fəaliyyətlərini davam etdirməsi bizim üçün öndə gələn məsələlərdən biridir".

Forumun açılışında çıxış edən Türkiyənin enerji təbii ehtiyatlar naziri Taner Yıldız daCənubqaz dəhlizinin formalaşmasında Azərbaycan Türkiyənin aparıcı rol oynadıqlarını söyləyib: “TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaq. Artıq hazırlıq işləri tamamlanmış tezliklə tikintiyə başlanacaq. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaq”.

 

Kaspi. - 2013.- 6 dekabr.- S.2.