Uzundərəoynayan robot, salamlaşan “Titan”

 XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi insanların böyük marağına səbəb olub

Dekabrın 2-dən 5-nə kimi Bakı Ekspo Mərkəzində XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2013) keçirildi. Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olanIteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 28 ölkədən 300 şirkət iştirak edirdi. Böyük marağa səbəb olan sərgi ilə tanış olmaq üçün biz də dünən sözügedən ünvana yollandıq.

Sazz-dan pulsuz modemlər

Xatırladaq ki, sərgi keçirilən müddətdə N.Nərimanov metrostansiyasının yaxınlığından hər saatın tamamında pulsuz avtobuslar iştirakçıları Ekspo Mərkəzə aparırdı. Biz də bu avtobuslardan birinə minib sərginin keçirildiyi yerə gəldik. Təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra salona daxil olduq. Sərgi yüksək səviyyədə təşkil olunmuşdu. Burada hər yaşda adama rast gəlmək mümkün idi. Sərgiyə girə-girməz, Sazz 4G stendi diqqətimizi çəkdi. Stendin qarşısında qələbəliyin olduğunu görüb özümüzü ora yetirdik. Yaşanan insan izdihamının səbəbini soruşduqda, məlum oldu ki, insanlar şirkətdən hədiyyə ala bilmək üçün bir-birilərini itələyirlər. Sən demə, Sazz sərgidə 4G USB modemlərini pulsuz paylayırmış. Bundan əlavə, bu stenddə SkyPort yeni simsiz ayrılmış xətt xidmətinin necə işlədiyi sərgi iştirakçılarına əyani olaraq göstərilirdi.

Sərgidə pulsuz xidmət göstərən və marağa səbəb olan stendlərdən biri dəElektron hökumətportalının stendi idi. Bu pavilyonda sərgi iştirakçılarına ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu verilirdi. Stendin bələdçisi bizimlə söhbətində bildirdi ki, elektron imza almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə bilirlər: “Vətəndaşlar yalnız pavilyon ərazisindən www.e-gov.az portalına daxil olur, elektron imzaVətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” online müraciət formasını doldururlar və ödənişsiz olaraq sifariş qəbul edilir. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim edilir”.

 

Bu stenddən ayrılaraq ən çox məktəblilərin və tələbələrin toplandığı Azercell-in pavilyonuna yaxınlaşdıq. Burada yarışma təşkil edilmişdi və suallara cavab verən vətəndaşlar mobil telefon, ödəmə kartları və digər hədiyyələr əldə edə bilirdilər. Həmçinin Azercell telekomun nümayəndələri ziyarətçilərə şirkətin texnoloji yenilikləri, Bakı və şəhərətrafı əraziləri əhatə edən 4G sistemi, mobil və simsiz cihazlar sahəsində yeniliklər və korporativ həllər haqqında məlumat verirdilər.

Nar”dan ucuz nömrələr

Azərbaycanın gənc mobil operatoru olan “Nar Mobile”ın pavilyonu da fəaliyyətdə idi. Kampaniya haqqında məlumat almaq üçün stendə yaxınlaşdıq. Şirkət nümayəndəsi bildirdi ki, sərgi ilə əlaqədar olaraq Nar nömrələrin satışında endirimlər edilib: “Adi günlərdə 15 manata olan nar nömrələr indi 6 manata satılır. Nömrələrin əksəriyyətizerkalnı”dır. Kampaniya şəklində ucuz satırıq”.

Mançester Yunayted”in oyunçuları ilə ünsiyyət

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkətiBakuTel 2013” sərgisindəki stendində texnologiya ilə əyləncəni bir araya gətirmişdi. Şirkət nümayəndəsinin verdiyi məlumata görə, sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinə Asan imza və M2M xidmətləri, Artırlılmış Reallıq (Augmented Reality) texnologiyası, eyni zamanda bir neçə əyləncə zonası təqdim olunub. Bununla yanaşı, şirkət Artırılmış Reallıq (AR) və oyun zonası olmaqla iki böyük əyləncə zonası nümayiş etdirir. Artırılmış Reallıq (AR) zonası Bakcell şirkəti iləMançester Yunaytedfutbol klubu arasındakı əməkdaşlığı əks etdirir və AR vasitəsiləBakuTelsərgisinə futbol ruhu gətirir. Belə ki, stendin ziyarətçiləri AR applikasiyaları vasitəsiləMançester Yunayted”in oyunçuları ilə ünsiyyət yaradır, şəkil çəkdirirdilər.

Uzundərəoynayan robot

Sərgi ilə tanış olarkən milli musiqimizin səsi diqqətimizi çəkdi. Bu səsin haradan gəldiyi ilə maraqlanmaq üçün səsin izinə düşdük. Burada bir pavilyonun ətrafına insanlar toplaşmış və gülüşürdülər. Onlara yaxınlaşdıqda məlum oldu ki, bu, Qafqaz Universiteti tələbələrinin stendidir və onlar özlərinin hazırladıqları robotları nümayiş etdirirdilər. Uzaqdan hərəkətə gətirilən robotlar iştirakçıların marağına səbəb olurdu. Belə ki, universitetin kompyuter mühəndisliyi fakültəsi tərəfindən yaradılan nano-robot hər yarım saatdan bir stendə gələn ziyarətçiləri salamlayır vəUzundərəhavasına rəqs edirdi.

Əfqanıstan istehsalı telefonlar

Bakutelin sərgisində ilk dəfə iştirak edən Əfqanistan şirkətinə məxsus stendə yaxınlaşdıq. Stendin bələdçisi ilə söhbətləşdikdən sonra məlum oldu ki, onlar öz ölkələrinin istehsalı olan mobil telefonları və kompyuterləri sərgidə satışa çıxarıblar. Əfqanıstan istehsalı mobil telefonlar 70-75 manata satılırdı.

Pavilyonlar arasında öz fərqli dizaynı ilə seçilənAzərkosmos” ASC-in qarşısında demək olar ki, bütün sərgi ziyarətçiləri şəkil çəkdirirdilər.Azərikosmos”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bizimlə söhbətində bildirdi ki, bu stenddə Azərspace-1 peykinin göstərdiyi telekommunikasiya və yayım xidmətlərinə dair məlumatlar, eləcə də gələcəkdə yerin məsafədən zondlaşması aşağı orbit peykinə həsr olunan guşə təqdim edilir”.

Əlillərin stendi

Sərgidə stendləri gəzərkən fotosərgi diqqətimizi çəkdi. Stendlə maraqlanmaq üçün pavilyona yaxınlaşdıq. Bu stend fiziki qüsurlu insanlarla bağlı idi. Belə ki, stenddə əlil insanların çəkdiyi şəkillər nümayiş olunur və satışa çıxarılır. Qiyməti isə iştirakçılar özləri təyin edir.

Sərgidə diqqət çəkən stendlərdən biri də naviqasiya texnologiyaları sahəsində lider olan Caspian Navtelin stendi idi. Bu stenddə sərgi iştirakçılarına Azərbaycanda yerli elektron xəritələrin, məxsusi proqram təminatının tərtibi, onların müxtəlif avadanlıqlara tətbiqi, bu sistemlərə nəzarətin və xidmətin göstərilməsi haqqında məlumat verirdilər.

“Titan” robot əyləndirdi

Bu ilki sərgidə ilklərdən biri də “Titan” robot idi. Belə ki, məhz bu robotu görmək üçün sərgiyə gələnlər az deyildi. 2.5 metr hündürlüyü olan “Titan” robot öz görkəm və dinamikası ilə sərgi iştirakçılarının marağına səbəb olmuşdu. Robotun çıxış saatı yaxınlaşdıqda, bu ərazidə sözün əsl mənasında izdiham yaşanırdı. Səhnəyə çıxan robot həm oxuyur, həm də rəqs edirdi. Eyni zamanda, insanlarla dialoq quran bu nəhəng robotu sərgiyə gələnlər bir neçə dəqiqədən sonra sevməyə başlayırdı. Öz jestləri ilə diqqəti çəkən robota yaxınlaşıb toxunmaq istəyənlər də var idi.

Qeyd edək ki, “Bakutelsərgisi artıq 19 ildir ki, Bakıda keçirilir. Bu ilki sərgidə bir sıra yeniliklər var idi. İlk dəfə olaraq bu ilBakutel”də Əfqanıstan, İtaliya və ABŞ-ın milli qrupları iştirak edirdi. Milli pavilyonlar, “start-up”-ların təmsil olunması da yeniliklər sırasına daxildir. Həmçinin, innovativ inkişafı təmin etmək üçün yeni texnologiyalar parkı təmsil olunub.

Aygün Əziz

Kaspi.-2013.-6 dekabr.-S.7.