TARİXƏ
ÇATMAQ (IV yazı)
İNAM ATA
İnam Atanın (Asif
Atanın) «Tarixə Çatmaq»
əsəri
tarixi taleyimizə,
bugünümüzə və
sabahımıza yetkin, müdrik
baxışdır.
Tarixə Çatmaq» XX yüzil Azərbaycan nəsrinin tanınmış örnəkləri əsasında (Cəlal Bərgüşadın «Siyrilmiş qılınc», İsa Hüseynovun (Muğanna) «Məşhər», «İdeal», Fərman Kərimzadənin «Xudafərin körpüsü», Əzizə Cəfərzadənin «Şirvan trilogiyası», Əlisa Nicatın «Mirzə Şəfi», Pənahi Makulunun «Səttarxan» romanları) yazılıb, Atanın özünəməxsus yaradıcılıq janrlarından biri olan fəlsəfi-bədii məqam janrındadır.
«Tarixə Çatmaq» əsəri yaradıcılıq siqləti etibarilə insanın zamandan, mühitdən, şəraitdən üstünlüyünü təsdiq edir, faciələrimizi göstərməklə yanaşı, qədim böyüklüyümüzlə öyünmək imkanı, yurddaşlarımıza ictimai gedişatın bütün çalarlarına ruhani gözlə baxmaq imkanı yaradır: «Tarixi görmək üçün daxili göz gərək – ruhani».
Ata Azərbaycanın tarixi şəxsiyyətlərinə ulusal baxış halı, ölçüsü sunur. Həmişə Ata təəssüflənirdi ki, Azərbaycanın bu boyda mənəvi zirvələri var, ancaq yenə də qaranlıqdan çıxa bilmirik. Səbəbi də odur ki, Azərbaycan tarixən böyüklüyünü yaratdığı dərəcədə onu artıran, böyüdən, dəyərləndirən əməllər silsiləsi yetirə bilməyib.
Əsərdə fəlakətlərimizin səbəbləri, Babəkliyimizin, Hürufiliyimizin, Səttarxanlığımızn mahiyyəti açılır, dəyərləndirilir. Eləcə də Babəkliyimizə, Səttarxanlığımıza tarixi və çağdaş baxışlara münasibət bildirilir. Xüsusilə son illərdə Şah İsmayıl Xətaiyə münasibət bədii nəsrin fonunda daha da ikili xarakter alıb. Tarixi gedişat ədəbiyyatda xəlqi qiymətini almır. «İki Xətai» versiyası bədii yaradıcılıq məhsulundan daha çox oxucuda gerçək tarixilik təəssüratı bağışlayır. Əsərdə Xətainin səhvlərinin nədən ibarət olduğu da açılır…
İşıqlı Atalı,
Mütləqə İnam Ocağının Yükümlüsü
(Əvvəli ötən sayımızda)
Birinci etirafda Sufi, Hürufi Mahiyyəti, İnsanın Əzəli, Əbədi İlahi Mənası təsdiq olunur, ikincidə keçici, ötəri, süni hökmdarlıq aşkarlanır.
«On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim» – izharıyla;
«Qarşu durun, səcdə qılın,
Qazilər, deyin şah mənəm» – izharı bir-birinə qarşıdır.
Birincidə Hürufi Qüdrəti, İnsanın Dünyanın cəmi olması İdeyası çağırılır, o birində Hökmranlığa – Hakimlik Səlahiyyətinə – Zoruna, Qılıncına Səcdə çağırışı səslənir…
FƏLAKƏT
… Türk Qan havasına çox oynadı. Dünyaya sahib olmağa can atdı, özünə Sahib olmadı; bir-birini sevmədi – Vahid Türk Dünyası yaranmadı, Türk Türkdə Yad gördü, Yağı gördü, Türk Türklə Döyüşdü və məğlub oldu.
Türk Yönsüzləşdi – Uzun Həsən Osmanlı Türkü Fateh Məhəmmədə qarşı Bizans imperatoruyla birləşdi, Teymurləng Bəyazidi məhv elədi, Şah İsmayıl Səlimlə vuruşdu.
Doğmalıq yaranmadı – Yadlıq, Yağılıq yarandı türklər arasında və bu Yadlıq, Yağılıq alışdırıldı, qızışdırıldı Avropasentrik siyasətçilər tərəfindən; Şah İsmayılın ən böyük Fəlakəti bunda oldu – hökmdarlığının ilk məqamlarında o, özünü Osmanlı Türkiyəsinə qarşı qoydu; Osmanlı türklərini xalqına yad saydı, bu yadlığı daim xalqa bildirdi, çatdırdı; xalqı bu yadlıq əsasında tərbiyələndirdi; yetirdi; Osmanlı türkləri ilə Azərbaycanlı türkləri arasında Sədd yaratdı: «faciəvi Osmanlı» qoltuğundan danışdı, «Ögey ata» danlağından danışdı, «Bəyazid bizi öz içərisində əridər» – dedi, Anadolu şiələrini Səlimə qarşı qaldırdı.
F.Kərimzadənin «Xudafərin körpüsü» romanında antiosmanlı təmayülü çox güclüdür.
Osmanlı hökmdarı Səlim romanda əyyaşlığın, riyakarlığın, vəhşiliyin timsalı kimi təsvir edilir, Bizans – göyləşir; Bizans qızı Dəspinə xanım – İşıq saçır, Səlcuq bəyim zülmət izhar eləyir; Şah İsmayılın «Bizanslığı» qabardılır, Bizans İşığı Rəmzi təsdiqlənir, «Türk vəhşiliyi» ideyası təzələnir, Yalan poetikləşir, Şah İsmayılın Osmanlı Türküylə savaşı bəraətləşir, Bizanslıq romantikləşir.
«Bir dünyada bir mavi dəniz vardı, o dəniz üfüqdə mavi göylə qaynayıb-qarışırdı.
Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli məbədlərdə çalınan zəng səsləri oyadırdı.
O mavi dünyanı Aləmşahbəyim körpə vaxtı görmüşdü, yadında da o uzaq, sanki bu dünyadan keçmiş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı, özünün saçları və gözləri kimi».
«Bizans imperiyasının
son qəlpəsi, ana yurdu Trabzon».
«Bir də o şəhərdə mavi və
qızılı bir saray vardı. Deyirlər ki, həmin sarayda Zülqərneynin ruhu
yaşayır».
«Qızıl, ağ,
mavi» Bizans imperiyasının «vəhşi Türklər»
tərəfindən zəbt
edilməsi,
dağıdılması haqqında
avropasentrik lənətlərin
həddi
yoxdur; Ruhani İşığın söndürülməsi haqqında süni ağlaşmaların harayı
kəsilmir,
ancaq onlar Siyasi Lənət və
Siyasi göz yaşlarıdır – yəni Yalandır.
Bizans imperiyası
Türk hücumundan çox əvvəl – mahiyyətcə, mənaca ölmüşdü, əxlaqsızlaşıb, mənəviyyatsızlaşmış, daxilən
sarsılmışdı, türklər Konstantinopolu məhv etmədilər – xilas etdilər, onu Bizans Müflisliyindən qorudular.
İşığı çoxdan keçmişdi
Bizansın, türk İstanbulu İşıqlandırdı.
Bizans – Türk Təzadında Zülmətli Avropasentrik niyyət var: Şərq Günəşini danmaq, Qərbi
Şərqin
günəşi
saymaq və bunu Şərqə təlqin
etmək
– Şərqi
Günəşsiz
qoymaq.
Həmin Təzad
romanda təkrarlanır: Bizans
İşığı İsgəndər Ruhu – Şah İsmayıl irsiyyətinin
mühüm cəhəti sayılır;
Şah İsmayılda
Bizanslıq araşdırılır;
Bizanslıq, Avropalılıq
Məziyyəti axtarılır, Bizansdan gələn keyfiyyət
gəzdirir
guya İsmayıl Fəaliyyətində – Türk Mahiyyətindən,
Ruhundan Fərqli.
Çaldıran Fəlakəti Türkün ən böyük Xətası
idi.
V. CƏHALƏT və YADLIQ
«Köhnə
cəhaləti» görürlər
yazıçılar, «Təzə Yadlığı»
görmürlər:
mədrəsə, molla, moizə,
məscid
səfalətini görürlər;
– «uşqola» özgəliyini görmürlər;
kütləvi
naşılığı görürlər – kütləvi
yadlaşmanı görmürlər;
… Allahçılıq fəlakətini görürlər
– çarçılıq fəlakətini görmürlər;
«Vəhşi
zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq
məzlumluğunu»
görürlər
– Qərb
Fitnəsini
görmürlər;
Qəflət Hiyləsini
görürlər
– Siyasət
Hiyləsini
görmürlər;
İdraki Maarifçiliyi
görürlər
– özülsüzlüyü görmürlər
– Əslində isə
Cəhalətlə Yadlıq
– mahiyyətcə Birdirlər;
Yadlıq
– Cəhalətdən xilas yolu deyil, Cəhalətin bəhrəsidir: Cəhalət – korluq, Yadlıq – Ruhsuzluqdur.
Yadlıqda cəhalət inkar olunmur – təzələnir; Yadlıqla
barışmaq – mənəvi iflasdır
– cəhalətə bərabər; özündən
ayrılma – ruhani məğlubiyyətdir – cəhalətə bərabər; «köhnə
cəhalətdən» «təzə cəhalətə» keçid
olur yadlaşma.
Bu səbəbdən də «ölü duası, fatihə
surəsi,
namaz qaydaları, oruc, xüms, zəkat»la
– «İmperator I Nikolayın
şəxsən Qafqaz canişini general-qubernator Voronsovla Bakıxanova hədiyyə
göndərdiyi
brilyant üzüyün
şərəfinə Abasqulu ağanın Bayramı» mənaca bir bəladır
– birincidə
Göz tutulur, ikincidə
milli ləyaqət
tapdanır; mahiyyətcə ikinci birinci qədər dəhşətli cəhalətdir; – ancaq o, cəhalət sayılmır – mədəniyyət
sayılır, onu bilmək,
görmək
üçün dövrandan
üstün olmalısan;
İntibah görürdülər
Avropalaşmada, pənah gətirirdilər özgələşməyə dövrün
qabaqcılları, mahiyyətcə Yönsüzləşirdilər, Yolsuzlaşırdılar.
«Məğribdə var maarif, məşriqdə var cəhalət,
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib
– işıqlı yerdir,
Məşriq
zəmini-zillət» –
yazırdı Hadimiz – təzadlaşdırırdı,
qarşılaşdırırdı Şərqlə Qərbi
Qərbin
Xeyrinə:
Qərbdən İşıq Gözləyirdilər – maarifçilər
Şərqdə zülmətdən başqa heç nə
görmürdülər;
Təqlidçilik
Uçurumundan xəbərsiz idilər – çünki zamanlarından
üstün deyildilər, Şərqin
Daxili Mahiyyətindən uzaqlaşmışdılar, özündənayrılmada qabaqcıl idilər, Məşriqdən üz çevirmişdilər – üzlərini
Məğribə tutmuşdular.
Avropa Şərqin təzə Məkkəsi olmuşdu.
«Avropa anlamışdır əlbət rəhi-nicatı,
Var çünki
əhli-Qərbin yol göstərən
dühatı» (Hadi).
Təqlidçilikdən böyük bəla yoxdur –
bunu bilmədilər,
özlərinin
Xəlqi,
Şərqi
mahiyyətlərinə söykənmədilər, İfrata qurşandılar
və
nəticədə süni,
quraşdırılmış Həyat
yarandı – Hadilərin, Sabirlərin
əvvəldən görə
bilmədikləri…
Özündən kənara
sıçramaqda qabaqcıl
olduq…
Dəhşətli, heybətli
Güc yaşayır Cəhalətdə:
«Qorxunc, gün tutulmasında çıxarılan
mis səsləri
kimi dəhşətli
gurultu qopdu, hamamın günbəzinə, divarlarına düşüb
əks-səda verirdi:
– Mütrüf köpək qızı!
Birinci arvad satılını ikincisinə, o üçüncüsünə
və
beləliklə də
Güllübəyimə çatanacan bir-birinə vurmağa, ona çatanda zərbələri gücləndirməyə başladılar.
Turnalar ilan kimi onun bədəninə
sarılır, zol-zol izlər
qoyurdu; o, elə bir yanıqlı fəryad
qoparıb səndələdi
ki, sıx duran arvadların üstünə
yıxılmasaydı, yerə dəyib
daş döşəmədə
başını yaracaq
idi».
Müsibət, bəla
gətirir
Xurafat adamların başına; ancaq Yadlaşmanın gətirdiyi bəla
daha həqarətlidir:
«Vəhşi
xalqa» sədəqə kimi verilirdi maarif «möhtəşəm
Qüdrət»
tərəfindən, Siyasətə – Ağalığa xidmət eləyirdi;
Xalqın itməsi, yox olması Təhlükəsi yaşayırdı Rəsmi Mərhəmətdə;
– siyasi xətt idi «Mənəvi İntibah» – ardıcıl,
qəddar.
«Mədrəsələşmə»ylə «Uşkollaşma» bir nöqtədə birləşirdi. Hər ikisi xalqı
özündən
ayırırdı; birincidə xalq – müsəlmanlaşırdı; ikincidə
Avropalaşırdı, hər ikisində
İtirdi, İtirilirdi.
Birinci Fəlakət göz qabağındaydı,
onu hamı görürdü, ikinci Fəlakəti görmək
üçün zəmanə həşirinə uymamalıydın, Zamandan yüksəkdə dayanmalıydın; özgələşmədə İşıqlı Sabah görməməliydin.
…Cəhalət dəhşətli İnsansızlıq, İnsafsızlıq,
Mütilik, Ölülük
yaradır. Ancaq Yadlaşma daha müdhiş ölüm yaradır: Ruhaniyyat ölümü, Ənənə ölümü,
Tarixdən
təcrid
olunmaq ölümü,
Doğmalıq ölümü,
Özül ölümü.
Cəhalətdə Mənlik
boğulur, Zor həddini
aşır, həqarət adamlara meydan oxuyur:
«Başsız kütlə onu sıx-sıx dəmir
məngənə içərisində imiş kimi sıxıb, dar qapıdan başmaq çıxarılan dəhlizə saldı. Canavar nəfəsi qulağının dibində, dodaqlarının ucunda xırıltı ilə səslənir, Seyid Əzimin nəfəsi kəsilirdi».
Ancaq Yadlaşma daha dəhşətli Bəla
– Xalqsızlaşma, Ruhani
Yetimləşmə Təhlükəsi yaradır: Yadlaşma bahasına maariflənmək – fəlakətdir; Cəhalətdə xalq maarifdən
ayrılır, yadlaşmada
özündən.
Cəhalətdə İdrak sönür,
şiddətli
idraksızlığa sürükləyir adamları Xurafat:
«Onlar narın süpürgə
kimi topa bağlanmış zəncir dəstəsinin metal dəstəyindən yapışıb mərsiyənin ahənginə uyğun halda zənciri
kürəklərinə çırpırdılar».
Ancaq Yadlaşmada, Təqlidçilikdə – Təbiilik,
özünəməxsusluq məhv
olur – Ruhsuzluq törəyir
məşəqqətli.
«Cəhalət və
səfalət» Boyunduruğu Təqlidçiliklə qırılmır – təzə boyunduruq
yaradır daha Fəlakətli; Özgələşmək boyunduruğu – təzə Cəhalət və
Səfalət yaradır – Daha Zülmətli
Cəhalət, Fəryadlı
təklik
yaradır, Şəxsiyyətlə Mühit
arasında Uçurum
törəyir,
Cəhalət sədd
çəkir
ləyaqətə:
«Canlı ölülərin nəhəng qəbiristanlığı».
Ancaq Yadlaşmada,
Özgələşmədə Xalq tək
qalır, təklənir; özgə İşığıyla İşıqlanan
öz İşığını
itirir; Kiməsə
qoşulanda – həmişə itirmişik – elə şey yaradaq ki, bizə
qoşulsunlar.
…Cəhalətdən Yadlıq
törəyir,
Yadlıqdan Cəhalət – bu həqiqəti biz Taleyimizdə,
Tariximizdə
bildik – hərtərəfli, qəti.
(Ardı var)
Kaspi.-2013.-7-9 dekabr.-S.21.