Ağıllı olan
günahkardır...
(“Qocanı
öldürməliyik...”
tamaşası)
İnsan pula görə istənilən hərəkətə qadirdir. Müasir insan isə bir vaxtlar əcdadlarımızın düşünə belə bilməyəcəyi inanılmaz hadisələrin asanlıqla qəhrəmanına çevrilməyə hazırdır. Səhər durub bütün dünyaya məşhur ola bilərəm deyib, bir hərəkəti ilə buna nail olan, heç də psixoloji problemi olmayan saysız-hesabsız insanların ətrafında yaşadığımız dövrdə “Qocanı öldürməliyik...” tamaşası zamanın dəbinə çox yaxın səslənir.
Müəllif Con Patrik-amerikan dramaturqu
və
ssenaristi. “Əziz Pamela” və ya “Qocanı öldürməliyik” pyesinin müəllifi. Bu pyes müəllif tərəfindən XX əsrin 60-cı illərində yazılıb. Parlaq xarakterlər, bir-birinə ilişkili-dadlı dialoqlar,
rahat lakin kəskin hadisələr və nəfəskəsici süjet və bir də qara yumor...
Con Patrik
tərəfindən yarıməsr öncə yazılan pyes bu günlərimiz üçün deyərdim ki, daha aktualdır.
Kapitalizmin işartılarının son qeyri-insani cəhətlərinin tüğyan etdiyi
zamanda “Qocanı öldürməliyik...” tamaşasının geniş
mənada cəmiyyətimizdə, daha kiçik mənada məhz
yaşadığımız doğma Vətənimizdə, ölkəmizdə yeri var...
Pyesi
doğma dilimizə Svetlana Həkimova tərcümə edib. Pyesin remarkasında deyildiyi kimi hadisələr keçən əsrin 60-cı illərində şəhərin qərbindəki gecəqondu ərazisində baş verir. Tamaşa isə Akademik Milli Dram
Teatrının səhnəsində rejissor, əməkdar artist Loğman Kərimovun quruluşunda, səhnəqrafiya İlham Elxanoğlunun
tərtibatında
təqdim
olunur.
Qəhrəman qoca Pamela
Kronki-xarabalıq olan yarısökük bir yerdə tək-tənha yaşayır. Taxtadan ibarət bu məkanı “zibillik”
adlandırmaq sizlərdə daha düzgün təsvir yaradacaq. Pamela müxtəlif yerlərdən yığdığı nə varsa bu daxmada yerləşdirir. Daxma o qədər zir-zibillə doludur ki, burada Pamelanı tənha adlandırmaq olmur.
Yavaşıyan addımlarla hərəkət edən qəhrəmanımız özünün qəm-qüssəsini bu daxmanın
uçulmuş divarları və tavanı arasında gizlədir. Ərini və qızını itirən Pamela (əməkdar artist Münəvvər Əliyeva) yalnız
Tenner adlı pişiyi və uzun söhbətlər etdiyi Allahı ilə təsiredici həyat tarixçəsini bölüşür.
- Sənin bu doğum gününə nə hədiyyə edə bilərəm ki, sadəcə ən yaxınımda olan kəsləri dərindən sevə bilərəm. Bunun nə qədər çətin olduğunu Sən hamıdan yaxşı
bilirsən! O yaxının kim olacağını isə sən seçmirsən.
Bu
Pamelanın Allahla dialoqudur. Bəs Pamela kimi nəzərdə tutur? “Üçlük”dən ibarət quldur dəstəsini... İşini itirən istedadlı mühəndis Bred Vineri (əməkdar artist Elşən Cəbrayılov), onun rəfiqəsi Qloriyanı (əməkdar artist Vəfa Rzayeva), yoxsa mətbəənin köhnə işçisi Sol Bozonu (əməkdar artist Ayşad Məmmədov)?
Bütün
bəşəriyyət üçün yeganə fakt: həyat-bizim həqiqi mövcudluğumuzdur.
İnsanın individual istəkləri sərhədsizdir, o xoşbəxtliyə can atır və onun hər günü ehtiyacla dolu
mübarizədə keçir. Mübarizə predmeti olan rahatlıq, razılıq
və xoşbəxtlik də nisbi xarakter
daşıyır. “Üçlüy”ün hədəfi olan Pamela artıq bu
çirkin mübarizədən kənardadır. Aktrisanın ifasında Pamela Sizin təsvir etdiyiniz qoca qarı olmasa
da, optimist və xeyirxah tənha qadının tipik surətini yarada bilir. Hər səfərində tamaşaçı Pamelaya
acıyır: “Sən görmürsən onlar səni aldadırlar? Səni ələ salırlar? Sənin yaxşı insan olmağından istifadə edirlər”... İmkan olsaydı yəqin zaldan bu müraciətlər olardı...
Pamelanın
tənhalığı
onu mənən öldürməyib, yəni, görünən bu. Canlı olan bu üçlüyün verdiyi qərar: “qocanı öldürməliyik...” onları ən kəskin formada bizə təqdim edir. Bred
çaşqın hərəkətləri eyni zamanda dəqiq olmayan hədəfi ilə kimi və nəyi vuracağının fərqində deyil. Aktyorun (E.Cəbrayılov) nizamsız hərəkətləri ilə hörə bildiyi bu zəncir tamaşanın
gedişatı ərzində Bredin traktovkasına çevrilir. Bred özü də hadisələrin gedişində təəcüblü,
çaşqın qəhrəmandır.
Daha təcrübəli Sol Bozo isə hərəkətlərinin həqiqətini və hədəfinin dəqiqliyini anlayır. Aktyorun (A.Məmmədov) gerçək həqiqəti acımasız
görüntü yaradır. Sanki onu ağıl idarə etmir, ancaq istəklər idarə edir. İstəklə ağıl isə bir-birnə düşməndirlər. Aktyorun tamaşada
canlandırdığı qəhrəman ağılsız istəkləri ilə heyvani hərəkətlərin iyrənc məcmusunu yaradır. Biz hər an onu qınayırıq,
bu qədər də olmaz... Lakin bu da aktyorun
peşəkarlığının göstəricisidir.
İnsana
qarşı dünya laqeyddir. Qloriya bütün bəşəriyyətdəki qadınlar kimi xoşbəxt olmaq istəyir. V.Rzayevanın qəhrəmanı bir tərəfdən xoşbəxtliyə və anlayışa can atır,
digər tərəfdən isə “susmuş dünya”nın
biganəliyini görüb soyuqqanlı olmağa məcbur olur. Aktrisanın
soyuqqanlı oyunundan dəliqanlı rəqsinə qədər, biganə bivec hərəkətlərindən sıçrayışla qocaya qarşı olan sevgisinə qədər - bütün bunlar Qloriya obrazında
cəmlənmişdir.
İnsan
möhtəşəm sirrdir...
Mən kiməm, Allahım?... Mənim təbiətim nədir?
50000
dollar üçün qocaya qarşı qurulan bu oyunda Pamela
köməksiz, nəhəng insan maşınının altında əzilə biləcək zəif məxluq kimi görükür.
Lakin... bu əzab ona canlı olduğunu kəskin şəkildə hiss etdirir. Bəlkə də bu
çağrılmamış qonaqlar onun tənhalıqdan xilasıdır?
Axı tənhalığın əlacı Mən və Sən individinin görüşməsi ilə başlayır. Bu hadisələrdə isə O və “üçlük”
görüşür. Həqiqət isə budur ki, bir insan digər insanın yolunda maneədən başqa bir şey deyil. Pamelanın
yaşamına daxil olan üçlük onun
azadlığına daxil olur, müdaxilə edirlər.
Digər tərəf isə (üçlük) öz hərəkətlərində təkbətək, yalqızdırlar.
Seçimi özləri etməlidirlər. Birgə qərar sonda onları uçuruma apara bilər. Elə belə də olur...
üçlüyün ayrı-ayrılıqda “Mən” höcətləri həll olunmaz bir nəticəyə gətirib çıxarır.
Onlar bir-birinə məsləhət verir, bir-birinə əmr edir, ümumi qaydalara riayət etməyə çağırırlar.
İnsan
azad olmağa məhkumdur...
Tamaşanın
gedişində bir məqam özünü doğrultmur. Yəni sənətkar bir əşya, məsələn bıçaq
hazırlayanda bu alətin nə üçün olduğunu bilməlidir. Xüsusilə Bredin hərəkətlərində müəyyən olunmamış, yəni “bu nə deməkdir?” sualını yaradacaq
çoxlu nüanslar tez-tez tamaşaçı zalına
ötürülür. Aydındır ki, heç bir kəs əvvəldən axıracan nə qorxaqdır, nə də igid. Sadəcə, əvvəlcədən müəyyənləşdirib, qərar vermək lazımdır, mən nə edəcəm qorxaqlıq yoxsa igidlik.
Pamela “həyat” adlanan nəhəng maşının
qarşısında silahsızdır. O, istər fiziki, istər mənəvi zərbələrə məruz qalır, gah ona tələ qururlar, gah intihar şəklini yaradırlar, lakin bu
aciz, köməksiz qadın sonucda oyundan qalib ayrılır.
Pameladan
danışmışkən, bir fikri də söyləyim. Necə deyərlər, desəm öldürərlər, deməsəm ölləm. Pamela Con Patrikin əsas qəhrəmanıdır, bizim isə tamaşa “Qocanı öldürməliyik...” adlanır. Məhz bu qoca tamaşada yoxdur.
Bizim tamaşada ortayaşlı Pamela var. Və... bir anlığa Con
Patrikin nağıl-pritçası 360 dərəcə dəyişir. Bu bir qəmli tamaşa deyil, musiqinin və rəqsin qanları qaynadacaq
maraqlı görüntüsüdür. Həm kədərli, həm də gülməli.
Tamaşanın
digər
nizamı üçlüyün yaxşı insan
olduqlarını göstərdikdən sonra başlayır. Burada Con Patrikə nəfəskəsici bir
açılış edir – sən demə İzo (Almaz Amanova) - həyatın acısını
yaşamış, məcburən bu fikrə düşmüş bu üç insandan qəddarlıqda, vəhşilikdə daha irəlidə imiş . İzo -
tamaşanın başlanğıc xeyirxah və sevimli qəhrəmanı nöqtəsindən alçaq və rəzil sonluğa qədər bir yol cızır. Lakin
İzonun (A.Amanova) görünüşü, səhnə duruşu belində tapança gəzdirən qüvvətli, qorxmaz qəhrəman tipini yaratmır.
Gerçək olan hər nə isə insan onu yaşamağa məhkumdur. Lakin... bu kimi fərqli insan hekayətlərini eşitmək, oxumaq (zatən bizlərdə artıq heç kəs kitab oxumur), görmək və bir də həqiqi səhnədən izləmək imkanı varkən, bir daha insan
düşünür: ağıllı olmaq günahdır,
yoxsa cəza?
Aygün Süleymanova
Teatrşünas
Kaspi.-2013.-14-16 dekabr.-S.12.