Millət üçün yaranan
mahnılar ölməz
Əhməd Şəfəq: “Musiqi millətin bir parçasıdır. Türk milləti davasından vaz keçməyəcəyəm”
Tanınmış türk
sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Opera və Balet
Teatrında “Azərbaycan-Türkiyə” adlı solo konserti ilə
çıxış edəcək. Sənətçi konsert
öncəsi “Kaspi”nin suallarını
cavablandırıb.
Musiqi əyləncə
deyil
- Millətin
mədəniyyətini
yaşatmaqda mahnılar mücadilə
üçün yetərlidirmi?
- Hər
bir sənətçi
çalışmalı və
öz işini əməli ilə
göstərməlidir. Kitablar yazmalı, mahnı bəstələməlidir. Bu, bizim işimizdir. Hər hansı bir millət
mədəniyyəti ilə nəfəs
alır, yüksəlir.
İnsanlar mədəniyyəti bu
yolla yaradırlar. Mən də
mədəniyyətimizin dünyada uduzmaması üçün
çalışıram. Mən
böyük türk
millətinin
övladıyam. Millətin
mədəniyyətini yaşatmaq
üçün mücadilə edirəm. Şeirlər, kitablar
yazır, mahnılar oxuyuram. Millətin mədəniyyətini
fərqli
bölümlərdə ifadə edirəm. Mən bu
millətin mənsubu olmaq
məsuliyyətini yaşayıram
və bundan qürur duyuram. Ona görə də həm
Türkiyə, həm Azərbaycan sənətçilərinə səslənirəm ki,
şöhrətpərəst olmasınlar. Millətin mədəniyyətini
yaşatmaq üçün
mücadilə etmək gərəkdir.
- Amma sizin mücadiləniz nədənsə bəzən lazımınca dəyərləndirilmir. Məsələn, Azərbaycanda tanındığınız qədər Türkiyədə tanınmırsınız...
- Etiraf edim ki, mən Türkiyədə o qədər də şöhrətli, tanınan bir müğənni deyiləm. 2006-cı ildə mənə Kral Tv mükafatı verildi. Amma heç kim məndən müsahibə almadı. Türkiyədə ən çox konsert verən on sənətçidən biri mənəm. Bununla belə, ictimaiyyətdə, mediada fəaliyyətimlə bağlı geniş məlumatlar verilmir. Xüsusilə də 2007-ci ildən bəri mahnılarım efirlərdə, radiolarda səsləndirilmir. Bunun səbəbi isə mənim türk milləti davasından vaz keçməməyimdir. Musiqi dediyimiz şey bu millətin mədəniyyətinin bir parçasıdır. Mənim üçün musiqi əyləncə vasitəsi deyil. Əyləncə sənəti Bizans sənətidir. Bizanslar musiqini əyləncə vasitəsi kimi görürlər. Bizanslı sənətçilər əyləndirirlər, amma türk mədəniyyətində sənətçilər bilgi verirlər. Ona görə də Dədə Qorqudun adı Oğuzun bilicisi kimi düşüb tarixə. Halbuki Dədə Qorqud sənətçidir, əlində qopuzu var. O, qopuz çalıb, söz söylərdi. Bu gün bir çox şairlər Dədə Qorqudun sözlərindən ilham alıb yeni şeirlər yazırlar.
Şöhrət
sənəti
öldürür
-
Tanınmış türk sənətçisi
Sezen Aksu bizim “Sarı gəlin” xalq
mahnısını erməni mahnısı kimi təqdim etdi.
Müğənninin mahnını erməni
dilində
oxuması ilə bağlı media qarşısında hər
hansı etirazınız oldumu?
- Mən özüm bu hadisənin şahidi olmamışam, amma dostlarımdan eşitdim ki, belə bir hal yaşanıb. Bütün hallarda nəyəsə etiraz etməyim üçün mütləq o hadisəni görüb, eşitməyim lazımdır. Məsələn, bildiyiniz kimi, bir neçə il əvvəl Türkiyə hökuməti tərəfindən bir “kürd acılımı” məsələsi ortaya qoyulmuşdu. Adını çəkdiyiniz xanım gecənin bir aləmində baş nazirə telefon edib, belə bir söz deyib ki, bu açılımı dəstəkləyənlər iki cahanda da ləkəsizdir. O zaman mən buna etiraz edərək dedim ki, siz türk millətindən üzr istəməlisiniz. Çünki bu millətin bir qismi AKP-yə səs verirsə və bu səs verənlər “kürd açılımını” dəstəkləyirsə, siz “bu açılımı dəstəkləməyənlərin üstündən keçəkmi” deyirsiniz? Bu o deməkdir ki, Türkiyədə xalqın yarıdan çoxu ləkəlidir. Sizin dediyiniz məsələ də çox üzücüdür. Təəssüf ki, Türkiyədəki ictimai rəy ölkə ictimaiyyətinin çoxluğunun mövqeyini əks etdirmir.
- Bu
gün şou-biznes bütün dünyada ciddi sənəti
küncə sıxışdırıb. Sizcə,
bu rəqabətdə
əsl
sənətin
sıradan çıxma təhlükəsi
varmı?
- Bu mənim
yaralı yerimdir. Mən
beş il əvvəl “Şöhrət sənəti öldürdü,
cinayəti mən gördüm”
adlı bir kitab
yazdım. Bir dəfə sənətçilərə “həqiqətən də
şöhrət sənəti öldürürmü?”
sualı verildi. Onların əksəriyyəti
“öldürməz”
deyə cavab verdilər.
Çünki məsələ şöhrətli olmaq məsələsidir.
Türkiyədəki və dünyadakı anqlosakson sistem sənəti öldürür.
Bütün dünyada
şou-biznes əsl
sənətə təsir
etdir, sənəti öldürür.
Onlar üçün
yeni şeylər
lazımdır. “Kral öldü,
yaşasın yeni kral!
Sənətkarlar öldü, yaşasın yeni
sənətkarlar! Mahnı öldü, yaşasın yeni
mahnılar!” Ancaq millət üçün
yaranan mahnılar ölməz. Məsələ şöhrətli olmaq məsələsidir.
Şöhrət sənəti öldürür.
Türkiyədən tez-tez
Azərbaycana
müğənnilər qonaq
gəlir. Onların əksəriyyətinə nə Azərbaycanın,
nə də Türkiyənin öz
problemləri
maraqlı deyil. Siz
onların konsertlərinə can
atırsınız, amma Türkiyənin həssas nöqtələrində
onlar heç vaxt görünmürlər.
Onların məqsədi yalnız
şöhrət
qazanmaqdır. Mən
Türkiyədə ictimai
rəydə o
qədər məşhur deyiləm. Ancaq
orada ən
çox konsert verən sənətçilərdən biriyəm. Türk
milləti
davasından vaz keçməyəcəyəm. Musiqi
millətin bir parçasıdır. Mən də
bu millətin
övladı olaraq musiqimizi
paylaşıram. Bir düşünün,
niyə hələ də
Üzeyir Hacıbəylidən
danışırıq? Əlbəttə, gənc dostlarımıza
bundan yüz il əvvəl baş
verən hadisələr o qədər də
maraqlı görünmür. Sıradan insanlar ancaq sadə günlərini yaşayır, hər gün
qarşılaşdıqları məsələlərə baxırlar. Amma qeyri-adi insanlar sabaha baxar. Sabahın güclü
və uğurlu olmasının ən əhəmiyyətli yolu
isə
keçmişdən
ilham almaqla mümkündür. Çünki
keçmiş gələcəkdir. Üzeyirlə, Cavidlə
hələ də maraqlanmağımızın səbəbi də
budur. Onlar böyük bir sənət, mədəniyyət binası tikdilər. İndi
şou-biznes bu
binanı yıxmaqla məşğuldur.
Bu, Türkiyədə də belədir.
Eyni zamanda, dünyada da bu proses gedir.
Vəsait tapan kimi...
- Siz bir neçə il əvvəl Qarabağ haqqında
film çəkməyə başladınız.
Ancaq film
yarıda qaldı.
Səbəb nədir?
- Qarabağ haqqında film maliyyə
məsələsinə
görə
dayanıb. Biz bu filmi öz
imkanlarımızla çəkməyə
başladıq, ancaq maliyyə
sıxıntısını həll
edə
bilmədiyimizdən hər
şeyi yarıda saxladıq. Bu barədə danışmaq məni ağrıdır. Filmin ssenarisi
hazırdır, hətta filmin Azərbaycanda
çəkiləcəyi yerlər də
müəyyənləşib. Aktyor heyəti də
ilə
də
müəyyən razılıqlar əldə edilib.
Həmin filmi çəkmək mənim əsas
ideallarımdan biridir.
İnşallah, maliyyə
məsələsini həll edən
kimi filmi ərsəyə gətirəcəyik.
- Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri
Nizami Cəfərov
qeyd edib ki, Qarabağla bağlı çəkilən istənilən filmə
dövlət
dəstək verməyə hazırdır. Əgər dövlət dəstək göstərməyə hazırdırsa,
nə
üçün müraciət etmədiniz?
- Açığı, ssenarini
dövlət
qurumlarına təqdim etməmişəm. Ancaq bu fürsətdən istifadə edib çox hörmətli
Nizami Cəfərova
səslənirəm: rica edirəm,
bizim ssenarimizlə maraqlansın. Əslində, dövlət qurumlarına fikrimi bildirməməyimin bir səbəbi də
ssenarimin içərisində olan proseslərlə
bağlıdır. Dövlət bunu qəbul etməyə bilər.
Mən isə
daha azad davranmağı sevirəm. Qarabağla bağlı çəkiləcək bu filmin ssenarisinin içərisindən bir cümləmin belə çıxarılmasını istəmərəm. Mən burdan həm
də
iş adamlarına səslənirəm ki, bu məsələyə laqeyd yanaşmasınlar. Axı Qarabağ təkcə
Əhməd
Şəfəqin dərdi
deyil. Həm də
bu film təkcə
Azərbaycan
üçün çəkilmir. Film gələcəkdə
Avropa və dünya
ölkələrində nümayiş etdirilmək və
Azərbaycan
həqiqətlərini dünyaya
çatdırmaq üçün
nəzərdə tutulub.
- Azərbaycana növbəti gəlişlərinizdə Qarabağ torpaqlarında yaşayan məcburi köçkünlər qarşısında konsert
proqramı ilə çıxış etmək planınız varmı?
- Bu, əslində yaxşı ideyadır.
Mən Azərbaycana
ilk gəlişimdə Qarabağda yaşayan məcburi
köçkünlərlə görüşə
getdim. Əsgərlərlə görüşdüm. İnşallah,
gələn ilin aprel-may aylarında Qarabağda
solo-konsertlə
çıxış etmək haqqında düşünürəm. Xocavəndə gedəndə orada çəkilən
bir video-çarxı
mənə seyr etdirdilər. Orada oğlu
şəhid
olan bir ana var idi.
O, «İnsan müvəqqətidir, ancaq
Vətən daimidir!» - dedi.
Onun sözləri
qulağımdan heç
çəkilmir.
Biz hər
bir işi Vətən üçün görməliyik. Mənim bu yaxınlarda
işıq üzü
görən
albomumun adı da “Vətən gözlüm”dür. Dünyada insanın
ən
çox sevdiyi Vətəndir. O üzdən,
mən
albomumu «Vətən
gözlüm» adlandırdım.
- Türkiyədə yenidən Ermənistanla
sərhədlərin açılması
məsələsi gündəmə gəlib. Bu günlərdə xarici işlər naziri Əhməd
Davudoğlu da Ermənistana
səfər edib. Beynəlxalq güclər
bu mövzuda hökumətə təsir
göstərməkdədir. Sizcə, onlar məqsədlərinə çatacaqlarmı?
- Biz hörmətli
hökumətimizi
bu fikrindən döndərə bilmədik. Niyə döndərə bilmədik,
onu da bilmirəm. Xatırlayırsınızsa, bir
neçə
il öncə İsveçrədə bir sazişə imza atdılar, amma alınmadı. Mənim fikrimcə,
beynəlxalq
səviyyədə anqlosakson
siyasətçilər Türkiyə
siyasətçilərinə təzyiq
göstərirlər ki, Ermənistana
bir şəkildə
güzəştə getsin. Fikrimcə, bu yenə alınmayacaq.
- Dekabrın 21-də keçiriləcək solo-konsertiniz
haqqında nə deyərdiniz?
Tamaşaçıları hansı sürprizlər gözləyir?
- Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə konsert proqramımı təqdim edəcəyəm. Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Konsert zamanı ümumilikdə 22 mahnı ifa olunacaq. Mahnılar əsasən «Vətən gözlüm» albomundan olacaq. Bu albomda isə 14 mahnı yer alıb. Konsert günü bir sürprizim də olacaq. Bir mahnım var ki, onu ilk dəfə Opera Teatrının səhnəsində oxuyacağam. Çünki mən Əhməd Şəfəqəm, mən çərçivəyə sığmıram.
Təranə
Məhərrəmova
Kaspi.-2013.-19 dekabr.-S.12