Bəyimxanım Vəliyevanın unudulmaz konserti
Xanəndə Heydər
Əliyev Sarayında
tamaşaçıları məftun etməyi
bacardı
Dekabrın 18-də istedadlı
xanəndə, tanınmış muğam
ifaçısı Bəyimxanım Vəliyeva
Heydər
Əliyev Sarayında “Yollara yağış
yağır” adlı
solo konsert proqramı ilə
çıxış etdi. Xanəndə iki saatlıq
canlı ifası ilə
bütün zalı coşdurmağı bacardı
desək,
yanılmarıq. Anşlaqla keçən edən
konsertdə
ustad sənətkarlar,
ziyalılar və müxtəlif
yaş qrupuna aid tamaşaçılar iştirak
edirdi. Qeyd edək
ki, bu, Bəyimxanım Vəliyevanın
Azərbaycanda
verdiyi ilk solo konserti idi.
Uğura
gedən
yol
Tamaşaçıların gur alqışları altında səhnəyə çıxan xanəndə ilk olaraq
qonaqları salamladı
və
konsertdə
iştirak etdikləri üçün onlara təşəkkürünü
bildirdi. Bunun ardınca müğənni konsertin açılış
ifasını – Cahangir
Cahangirovun “Ana Kürüm”
mahnısını səsləndirdi. Gözəl ifanın davamı
kimi royalda Fəridə Hüseynovanın müşayiəti ilə
“Dəli
Kür” filmindən dinlədiyimiz
mahnıları oxudu.
Daha sonra Bəyimxanım
repertuarında olan sevilən
mahnılarına müraciət etdi. O, həmçinin muğam
sevənlər üçün “Şirvan
şikəstəsi” və
“Cahargah”ı ürək yanğısı ilə ifa etdi.
İki saat ərzində ifaçı repertuarında
olan mahnıları ilə
yanaşı, yeni bəstələrə
də
müraciət
etdi. Bəyimxanım tamaşaçılara verdiyi sözünü tutaraq, məhz
bu konserti üçün iki yeni duet ortağı ilə
mahnı oxudu. Xanəndənin sevilən
ifaçı Namiq Qaraçuxurlu və xalq artisti Samir
Cəfərovla baş tutan bu duetləri
sarayda toplaşan tamaşaçılar tərəfindən
də
böyük maraqla qarşılandı.
Xalq artisti Samir Cəfərov səhnədə ilk olaraq
öz sevilən mahnılarından birini oxuyaraq tamaşaçılara
xoş anlar bəxş
etdi. O, öz tələbəsini
təbrik
edərək, yaradıcılığında uğurlar arzuladı: “Bəyimxanım
Milli Konservatoriyada mahnı və romansların
ifa tərzinə
dərindən yiyələnib. O, çox istedadlı xanımdır. Ona böyük uğurlar
və
bu uğurların davamlı olmasını arzulayıram”. Daha sonra
müğənnilər bəstəkar Ramiz Mirişlinin “Səadət” mahnısı ilə tamaşaçıların könlünü
oxşadılar.
Xanəndənin növbəti duet ortağı olan Namiq Qaraçuxurlu da Bəyimxanıma
konsertlərinin
davamlı olmasını
dilədi. Tamaşaçılara təqdim
olunan “Qəmli qadın”
dueti isə gur alqışlarla qarşılandı.
Qeyd edək
ki, “Qəmli qadın”
mahnısının musiqisi
Ruslan Səfəroğluna,
sözləri
isə
konsertdə
qonaq qismində iştirak edən tanınmış
şairə
Sona Vəliyevaya məxsusdur.
Aldığımız məlumata
görə,
Namiq Qaraçuxurlu səhnəyə çıxarkən 39 dərəcə temperaturu
olub. Lakin buna baxmayaraq,
o, konsertdə
iştirak edərək tərəf müqabilini
tək
qoymayıb.
Sənətdə yüksəliş
cığırı
Sürprizlərlə zəngin
olan konsertdə xanəndə muğam və xalq mahnıları ilə bərabər, sevilən
bəstəkar mahnılarını da ifa edərək tamaşaçılarına xoş
anlar yaşatdı. Xanəndə konsertdə
daha çox şairə
Sona Vəliyevanın şeirlərinə bəstələnmiş mahnıları
ifa etdi. Bəyimxanım Vəliyeva
bu xoş günündə
daim yanında olan, ona hər zaman doğru yolu göstərən
müəllimi,
xalq artisti, məşhur
muğam ifaçısı
Ağaxan Abdullayevə də
minnətdarlığını
bildirdi. Xalq artistinin
Bəyimxanım
və
onun sənəti
haqqında çıxışı,
söylədiyi
fikirlər
konserti daha da rəngləndirdi. Sevimli tələbəsinin uğurlarını
gördükcə
fərəhləndiyini söyləyən Ağaxan
Abdullayev Bəyimxanımla fəxr
etdiyini dedi: “Arzu edirəm
ki, hər günümüz
belə
gözəl
keçsin. Qoy, Tanrım hər zaman xalqımıza belə
gözəl
günlər
qismət
etsin. Bu gün mənim
üçün ən gözəl
günlərdən biridir. Çünki mənim
gözəl
qızım bu gün səhnədə ilk solo konsertini
verir. Bəyimxanımı
Bül-bül adına orta ixtisas musiqi məktəbində oxuyan zamanlardan tanıyıram. 2-ci sinifdən
11-ci sinfə
qədər ona dərs
demişəm.
Sonra Azərbaycan Milli
Konservatoriyasının rektoru,
professor Siyavuş Kərimi
ilə
mənim
tələbəm oldu. Mən Bəyimxanımı
öz övladlarımdan
ayırmıram. Bəyimxanımın ailəsindəki xoşbəxtliyini,
sənət aləmində yüksəlməyini izlədikdə fərəhlənirəm.
O, yaşadığı bu
gözəl
günlərə layiq qızdır. Bəyimxanımın valideyni mənə onun iki yaşından oxuduğunu və oxumağa
marağının olduğunu
deyirdi. Bu, sizə
inandırıcı görünməsə də, doğrudan da elə
idi, çünki istedadı olan insanda o hisslər erkən yaşda baş qaldırır. Nə xoş mənə ki, bu gün tələbəmin
uğurlarını görürəm və
bu gün də
onun konsertini izləyirəm. Mən öz övladlarıma
nə
arzulayıramsa, Bəyimxanıma da onu arzulayıram.
Mənim dörd oğlum
var, ancaq qızım yoxdur. Elə hesab edirəm ki, Bəyimxanım
mənim
qızımdır”.
Xalq artisti Bəyimxanıma
daha çox məşhurluq
qazandıran I Muğam
televiziya müsabiqəsinin seçim turlarından danışaraq xanəndənin keçdiyi
yaradıcılıq yoluna
da nəzər saldı: “O həmin müsabiqədə iştirak
edərkən mən
də
münsiflər
heyəti
qismində
çıxış edirdim.
Gözəl səslərdən biri də
Bəyimxanım
idi. Həmin müsabiqədə çox gözəl çıxışlar etdi.
Gözəl mükafata layiq
görüldü. Bu gün Bəyimxanımı
səhnədə görəndə ürəyim dağa dönür.
Gün o
gün olsun ki, fəxri
ad, Şöhrət
ordeni alasan. Sən səhnəyə yaraşırsan,
daima belə gözəl səhnələrdə
olasan”.
Qəlblərin fəthi
Ağaxan Abdullayevin çıxışı nə qədər səmimi idisə, zalı ağuşuna alan alqışlar da o qədər sürəkli idi. Alqışlar bitər-bitməz, tamaşaçılara qısa bir filmə baxmaq təklif olundu. Film Bəyimxanımın uşaq yaşlarından – 3 yaşından bu günə qədər sənət yolunda atdığı addımlardan və qazandığı uğurlardan bəhs edirdi. Belə ki, 1989-cu il sentyabrın 20-də Bakıda doğulan B.Vəliyeva 1992-ci ildə “Bədii şən və rəqs” ansamblının solisti olaraq Az TV-də “Nargilə” mahnısını ifa edib. Ardınca 5 yaşında Respublika üzrə keçirilən “Bağçalar və məktəblər” müsabiqəsində birinci yerə layiq görülüb ki, bu da onun sənət yolunda ilk uğurlarından hesab olunur. Bir-birinin ardınca uğurlar qazanan azyaşlı xanəndə 1996-cı ildə hər kəsin sevimli müsabiqəsi olan “7-dən 77-yə” müsabiqəsinin qalibi olur. 1997-ci ildə “İstedadlar axtarırıq” müsabiqəsinin fəxri diplomuna layiq görülür. Muğam sənətinə olan sevgi onu Bülbül adına orta ixtisas məktəbinə aparır və ustad sənətkar Ağaxan Abdullayevin xanəndəlik sinfinə daxil olur. 1998-ci ildə “İkinci Uşaq Muğam Festivalı”, 1999-cu ildə isə “Üçüncü Uşaq Muğam Festivalı”nın diplomuna layiq görülür. İllər keçdikcə, Bəyimxanım musiqi sənətinin dərin və sonsuz olduğunu anladıqca, ona daha çox bağlanmağa və addım-addım onu kəşf etməyə başlayır. “Muğam Assosiasiyası 99” müsabiqəsində üçüncü dərəcəli laureatı fəxri adına layiq görülür.
“Yollara yağış yağır” adlı konsertdə Bəyimxanımı iki ansambl - 11 nəfərdən ibarət Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri Ələkbər Ələkbərov) və 6 nəfərdən ibarət Hicaz qrupu (bədii rəhbəri Vahid Qəribov) müşayiət etdi. Əksər mahnıları böyük alqışlarla qarşılanan müğınninin ifası insanların qəlbinə yol tapmağı bacardı. Konsertin sonunda isə tamaşaçılar xanəndəni gözəl ifasına görə ayaq üstə alqışladılar.
Qeyd edək ki, konsertdə
bir sıra rəsmi
şəxslər, millət vəkilləri,
tanınmış ziyalılar, eləcə də Milli
Konservatoriyanın rektoru Siyavuş
Kərimi, xalq artistləri
Ağaxan Abdullayev, Arif Babayev, Zabit
Nəbizadə, Zamiq
Əliyev, Ramiz Mirişli,
əməkdar incəsənət
xadimləri Tahir Əkbər,
Nailə Mirməmmədli, xanəndələr Qəzənfər Abbasov, Almaz Orucova, Bahar Lətifqızı,
əməkdar artistlər Firuzə İbadova,
Gülyaz və
Gülyanaq bacıları, xalq
artisti Fuad Poladov, aparıcılar Zaur
Kamal, Anar və digər qonaqlar
iştirak edirdi.
Xəyalə
Rəis
Kaspi.-2013.-20 dekabr.-S.13.