Qazax təfəkkürü və çölü Berik Şaxanovun qələmində 

 

…Qarlı dağlar. Dağ ətəyi kənd. Hürüşən itlər. Kişnəyən at. Bajadan çıxan tüstü. Sobanın böyründə büzüşüb yatmış uşaq… Bu səhnə kənd uşaqlarına yaxşı tanışdır. Tanışdırsa, deməli, bu mənzərəni təsvir edən müəllifi də tanıyırlar.

Qazax yazıçısı Berik Şaxanovun kiçik bir kitabı qarşınızdadır.

Azərbayjan dilində ilk dəfə nəşr olunan Şaxanov iyirmi və iyirmi birinji əsrin qovşağında yazıb-yaradan qələm adamlarındandır. O, Abayın xələfi, Muxtar Auvezov və Olcas Süleymenovun çağdaşıdır.

Qazaxlar dünya ədəbi jameəsinə verdikləri müəlliflərlə öyünə bilərlər.

Ötən əsrin altmışınjı illərində ədəbiyyata gəlmiş, keçmiş Sovetlər Birliyinin bir çox respublikasında, o jumlədən də Moskvanın nüfuzlu nəşrlərində çap olunan Berik Şaxanov modernist yazıçı deyil. Ümumən, onun əsərlərində hər hansı «izm»i axtarmağa çalışmayın. O, sırf klassik üslübda yazıb-yaradan ustadlardandır. Bir az romantik, bir az duyğusal yazıçı təsiri bağışlayan Şaxanov realist ədəbi məktəbin davamçılarındandır. Bəzi əsərləri impressionistlərlə səsləşsə də, onun impressianizmi hisslərdən yox, xatirələrdən doğur.

Xatirə insanın alt yaddaşıdır.

Berik Şaxanovun hekayə və povestlərində baba-nəvə, nənə-nəvə tandemi üstünlük təşkil edir. O öz qəhrəmanlarını sevən, daim onlarla yaşayan, nəfəs alan qələm adamıdır.

Berden obrazı onun uşaqlığını təjəssüm edir. Bekta babasını, Irıs nənəsini xatırladır.

Çoban Serali öz xeyirxahlığı, kəndinə-obasına bağlılığı ilə diqqətdə qalır.

O, düynanın bir çox yazıçıları kimi öz yurduna bağlıdır və əksər hekayələrində də daim doğma yerləri, onun adamlarını təsvir edir: nə yerlərin, nə də adamların adı dəyişir. Hər bir obraz öz xarakterinə uyğun və öz dilində danışır.

Berik bəyin yazılarında insanın duyğularına və xatirələrinə toxunan çox şeyə rast gəlmək olar. «İlğım» və «O nəğməni unutmaram» hekayələri gənjlərin sevgisindən bəhs edirsə, «Baba»da xəstə bir qojaya bütün aulun sevgi və ehtiramından söz açılır.

«Jilov» hekayəsində insan tamahı və müdrikliyi öz əksini tapır. Bir tərəfdə dəliqanlı Bayjigit, o birisində müdrik Seralı: «dünya malı dünyada qalajaq, insan sevgisi isə əbədidir» - deyimi bu hekayədə özünəməxsus yazıçı təhkiyəsi və düşünjəsiylə yozulur.

«Köhlən at haqqında nağıl»da qazaxların at kultu ön sıraya çıxır. Tamahkar və xain xislətli Taurbəyin türkmən atını tövlədə diri-diri yandırması ona baha başa gəlir. O, həyatını qarabasmalar, ağrılar və əzablar içərisində başa vurur.

«Irıs nənə» povestində dünyanın faniliyi, amma bu fanilikdə bir yurd, torpaq istəyi qabardılır.

Hər bir hekayədə aul həyatı, qazax çölləri, təbiəti, ilin fəsilləri elə rəngarəngliklə verilir ki, adam valeh olmaya bilmir. Bayaq dediyim kimi, bu əsərlərə realist boyalarla birgə bir nostalci də hopub və adamı həyajanlandırır.

Keçmişi gələjəkdə, gələjəyi keçmişdə axtarmaq istəyi bəşəri düşünjələrdən irəli gəlirsə, at kultu, çöl, elat təfəkkürü qazax yaşam tərzini və düşünjəsini ortaya qoyur. Bu mənada onun bir sıra müşahidə və fikirləri, təsvirləri Çingiz Aytmatovu xatırladır.

Berik Şaxanovun hər bir əsərindən ayrıja danışmaq olar. Amma oxujuların özlərinin oxuyub, qiymətləndirmələri məqsədəuyğundur.

Tale elə gətirib ki, Berik Şaxanovla ötən il onun 70 illiyində Alma Atada tanış olmuşam.

Üzündəki məsumluq onu günahsız uşağa bənzədir. Qazaxıstan Yazıçılar Birliyinin birinji katibi kimi mötəbər vəzifə tutsa da, məmurluqdan əsər-əlamət yoxdur. Berik bəyin xoşbəxtliyi ondadır ki, əsərindəki baba obrazını indi yaşamaqdadır. Hamı onun ətrafındadır: mehriban, qayğıkeş həyat yoldaşı Dərijan xanım, oğlanları Berdibəy və Qazıbəy, qızları Saulə və Qarlıqaş, kürəkənləri, gəlinləri, nəvələri.

Elxan Zal Qaraxanlı və Əyyub Qiyasla onların evlərində qonaq da olduq. Bu insanlarda bir Azərbayjan sevgisi var və bunun əsas səbəblərindən biri də bizim yazarlardır. Berik Şaxanov bir neçə azərbayjanlı yazıçını qazax dilinə tərjümə edib. Onların ailələrində yazıçı Anara böyük ehtiramın şahidi olduq və bu barədə Elxan Zal bir müddət önjə ayrıja məqalə yazmışdı.

Berik bəyin oğlu Qazıbəy Şaxanov iş adamı olsa da, yaradıjılığa meyllidir. Elxan Zal onun bir neçə şeirini tərjümə edib və ədəbiyyat portallarında yerləşdirib.

Qazıbəy özünə də, ətrafa da yumorla yanaşır, məktublarını da yaradıjı yazır. Hər məktubunda bir qazax lətifəsi danışır. Birini də siz eşidin. «Bir qazax o birisindən soruşur: -Bilirsən, dünyada ən çox ət yeyən janlı hansıdır? –Hansıdır? –İkinji yerdə janavarlardır. Bəs, birinji yerdə? –Bilmirsən? Qazaxlardı da…»

Mən bu şən ovqatla da yazıma son qoyuram və arzu edirəm ki, Berik Şaxanovun əsərləri sizə sonsuz sevgi və xatirələr bəxş etsin.

 

 

Elçin Hüseynbəyli

 

 Kaspi.-2013.-2-4 fevral.-S.21.