Tanımadığımız Tahir Salahov 

 

 Görkəmli rəssamımızın bilmədiyimiz yaradıcılığı

 

Azərbaycanın məşhur rəngkarlıq ustasının bu istiqamətdəki yaradıcılığı haqqında pərəstişkarlarının əksəriyyəti kimi mən də xəbərsizdim. Ta ki Moskvadakı növbəti fərdi sərgisi haqda xəbərdə həmin sərgidə ustad üçün yeni olan xalı çalışmalarının da nümayiş olunduğu qeyd olunanadək.

Sərginin təqdimat mərasimində Tahir bu məqama ona xas təvazökarlıqdanmı toxunmayıb, həmkarları və sərgiyə gələnlər özlərimi buna lazımi diqqət yetirməmişdilər, hər halda sənətkar özü mənimlə bu barədə yalnız üstündən iki il keçəndən sonra söhbət açdı. Səbəb də odur ki, görüşümüz zamanı Tahirə yeni əsərlərini gətirdilər. İkisi də həm tanış, həm də yeni təəssüratı bağışlayırdı. Tahir Azərbaycan xalçaçılıq sənətinin əsrlərdir yüksək məharətlə istifadə etdiyi üslubdan, bənzərsiz naxışlardan, yaxud işlənən mövzulardan yox, özünün daha əvvəl kətənə hopdurduğu fəlsəfi baxışlarından, ülvi duyğularından qaynaqlanan rəngkarlıq tablolara istinad edərək həmin rəsmləri ərsəyə gətirib.

Ustadın məşhur “Parisin Eyfel qülləsi” əsərini bu dəfə xalı üzərində gördüm. Uşaqlıq çağımdan xatırladığım evimizin divarlarında hər birimizin yatağı üstündə asılmış xalılardakı sehrli naxışlar və nağıl qəhrəmanlarına oxşar surətlər yaddaşımda yenidən dirçəlir və mən sanki uzaq keçmişə yenidən qayıtmaq üçün həmin xalının incə tüklərini oxşayıram. Bununla bahəm də təsviri sənətin rəsm quruluşu, naxış növləri, rənglər çeşidi, kolorit, mövzu, ilmə sıxlığı, üslub vs. kimi əlamətləri xatırlayıram.

- Bu, sınaq nüsxəsidir, eləmi? – deyə rəssamdan soruşuram.

- Yox, on ikincisidir... Sonrası da gəlir. Sərgiyə hazırlaşıram.

- Kimin fikridir bunlar?

- Xalça insanı tez-tez düşündürür. Onun bir çox süjetlər üçün əlverişli olması fikri bir gün mənim ağlıma gəldi, ona görə əsərlərimi xalı üzərinə köçürməyi düşündüm.

- Buna təkan verən nədir?

- Yəqin bu işi həm keyfiyyətlə, həm böyük məsuliyyətlə, qəlbinin hərarətilə görə bilən ustaya rast gəlməyim.

- Məncə, Azərbaycanda belə insanlar o qədər az deyil.

- Amma mən, bəlkə özüm bilmədən, məhz onu, Elyar Quliyevi gözləyirdim... Tanış olun!

Mayası bir yerdə yoğrulmuş, xalçada fəlsəfə, yaşayış tərzi, həm öz həyatının, həm milli tarixin bir parçası görən iki insan söhbət etdilər. Daim axtarışda olan Tahir Salahov ilahi vergi sahibi kimi əsrlərlə xalqın yaşatdığı, təkmilləşdirdiyi sənətə adına layiq töhfə vermək haqqında, həmçinin xalçaçılığın vurğunu olan gəncəli Elyara bu layihədə verilən vəzifələr haqqında şirin söhbət edirdilər.

 

Elyar danışır:

- Kiçik yaşda ata-anamı itirdim. Anamın cehizi olan bir xalı vardı, sonradan babam mənə bağışladı mən uzun müddət yadigar kimi saxladım, amma səfalət dolu 90-cı illərdə əntiq əşya alverçilərinə satdım özümü satqın hiss etdim. Bu hissdən qurtulmaq üçün o vaxtdan özüm əntiq əşya alış-verişinə girişdim ki, bəlkə anamın əllərinin istisini daşıyan o xalı rastıma çıxdı. Qonum-qonşunun, dost-tanışın əllərində illər boyu toplanmış varsa, hamısını nəzərdən keçirdim, amma tapmadım. Əvəzində bu peşmançılığım, inadım müqabilində bir peşəyə yiyələndim, xalçaçılığa meyl salıb iş-güc sahibi oldum. İndi öz sexim var, orada müvafiq avadanlıq quraşdırılıb, Sofiyə Səfərova, Xumar Quliyeva, Elmira Rzayeva, Səlimə Quliyeva kimi yüksək ixtisaslı xalçaçılar çalışır, hamısı da yaradıcı insanlardır. Mürəkkəb işdir, məsuliyyətli işdir, amma bu, hamımızı daha da ruhlandırır. Mənim kimi onlar da belə çətin, məsuliyyətli sifarişlər olanda sevinirlər, Tahir Salahov kimi sənətkarla görüşəndə özlərini bəxtəvər bilirlər. Çünki bununla biz yüksək sənətə təmas edirik.

- Bu işdəki məxsusi çətinliklər nədir?

- İpliyin ən müxtəlif rəng çalarlarının rəngkarlıq orijinalına tam uyğun olmasına diqqət etmək lazımdır. Bəzən bu çalarlar iyirmidən artıq olduğundan bəzilərini özüm öz texnologiyamla rəngləməli oluram. Üstəlik iri ölçülü əsərlər üzərində işləyəndə daha geniş otaqlar götürmək, xana adlı böyük metal dəzgahlar gətirmək, millimetrlik kağızda kompüterlə çəkilmiş xüsusixəritə”ləri araşdırmaq lazım gəlir. Elə sifarişlər olur ki, aylarla, hətta illərlə vaxt aparır, psixoloji cəhətdən zarafat deyil bu.

- İndiyədək işlər görülüb?

- Seçimi Tahir müəllim özü edir. İlk olaraqOdlar Yurdutriptixindən başlamışıq. Möhtəşəm əsərdir...

- Təsəvvür edirəm...

Söhbətə Tahir Salahov qoşulur:

- Sözsüz ki, bu əsərdən başlamağımız təsadüf deyil. Bütün siyasi, iqtisadi problemlərin içində bir vətəndaş olaraq məni həmişə ayrıca insanın taleyi maraqlandırıb. VaxtiləNövbədən qayıdanlaradlı diplom işimlə bağlı dəniz neftçilərini çəkəndə, ümumiyyətlə neftlə bağlı əsərlər üzərində çalışarkən dənizdə həlak olan Mixail Kaveroçkin, camaatın yaxşı yaşaması naminə canlarını fəda edən “Sergey Çvanovkaterinin dənizçiləri gəlib gözlərim qarşısında dururlar. Xəzər, neft mövzuları bütün yaradıcılığımın içindən keçib, artıq 2007-ci ildəOdlar Yurdutriptixində əzəmətli bir qazma qurğusunu təsvir etdikdən sonra rahatlıq tapdım. Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...

- Xalı üzərində bu əsər elə kətandakı kimi möhtəşəmdir.

- Hər halda onun üzərində on aydan çox işləmişik.

- Başqaları ilə yanaşı...

- Əlbəttə! Bir sıra portret monumental əsərlərin xalça variantları artıq hazırdır.

- Deyilənə görə, 2 x 6 metrlikSənə, ey bəşəriyyətadlı panno xalça çox əzəmətli çalışmadır.

- Bu əsərin 1960-cı ildə, ilk kosmos uçuşu ərəfəsində ərsəyə gətirilməsi az qala bir növ vəhy kimi qəbul olunurdu.

- Bu əsərin rəngkarlıq variantı iri həcmli divar çalışması təəssüratı yaradır. Xalının hərarətində isə soyuq ulduzlu səmada süzən qadın kişi sanki mənən daha ucalmış görünürlər.

- Təşəkkür edirəm.

Sözügedən layihə çərçivəsində həmçinin Heydər Əliyevin portreti, “Salvador Dali aləmi”, Fikrət Əmirovun Kreml Teatrında səhnəyə qoyulan “Min bir gecəbaletindən 12 şəkil, “Eyvanda qırmızı stulda var.

Moskva sərgisinə gələnlərdən birinin fikrincə, nümayiş olunan xalılarda Tahir Salahov yaradıcılığı ona doğma olan Azərbaycan, ümumiyyətlə Şərq incəsənətinin miniatür janrına qovuşur. Belə ki, Salahovun tanıdığımız əsərləri bu sərgidə tamam başqa biçimdə, yeni məna tutumuna bürünmüş olaraq qarşımıza çıxır. Məsələn, Qara Qarayevin ciddi, zəhmli görünüşünə bir yumşaqlıq gəlib. Həmçinin Şostakoviç xalça portretində xalçada daha hərarətli, mərhəmətli, hətta kövrək görünür. Rəssamın qızı Aydanın, həyat yoldaşının – “Şlyapalı Varya”, şairlərin, yazıçıların, rəssamların xalça portretləri unudulmazdır.

Sözsüz ki, Azərbaycan Rusiya Federasiyasının xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, iyirmidən çox başqa ölkənin akademiya yaradıcı qurumlarının fəxri üzvü, professor, bir sıra xarici şəhərlərin fəxri vətəndaşı, 85 yaşı ərəfəsində hələ yeni-yeni istedadlar üzə çıxarıb yetişdirən, yeni fikirlərilə yanaşı iri həcmli layihələr həyata keçirən bu böyük sənətkar haqqında çox danışmaq, bəhs etmək olar. Lakin yer vaxt azlığı üzündən hörmətli sənətşünasın bir fikrini gətirməklə kifayətlənməli oluruq. Belə ki, Tahir Salahov həm müasirlik duyğusu, həm əbədilik təbi kimi bir-birinə zidd olan cəhətlərə malik sənətkardır, təsvir etdiyi hər şey sanki maddiyyatdan, məişətdən uzaqlaşaraq hansısa başqa, ötəki dünyaya köçür.

Tahir Salahovun əsərlərinin xalça variantı da eləcə insanı gündəlik həyatdan yayındıraraq daimi, əbədi Zamanı dinləməyə vadar edir...

 

 

Qalina Mikeladze

 

Kaspi.-2013.-1 fevral.-S.12.