Ala qarğa
Daha bir millət
vəkili Əkrəm Əylislidən yazdı
Müasir dövrümüzdə milli-etnik münaqişələrin çözülməsi istiqamətində konfliktoloqlar tərəfindən müxtəlif məzmunlu layihələr işlənib hazırlanır və dünyanın bir sıra bölgələrində sülh və əmin-amanlıq yaratmaq üçün bu layihələrin tətbiqi ilə millətlər arasında barış mühitinin bərpa olunmasına cəhdlər göstərilir. Dünya praktikasında münaqişə tərəflərinin qarşılıqlı güzəştləri qəbul etməsi üçün həmin millətlərdən olan kreativ intelektualların yaradıcı ideyalarından da dəfələrlə istifadə olunması və bəzi hallarda bunun doğrudan da səmərəli olması faktları da məlumdur.
Əkrəm Əylislinin əsəri ətrafında
ajiotaj yarananda ağlıma gələn ilk fikir yazarın məhz
belə bir cəhddə bulunduğunu düşünərək,
sadəcə azsaylı oxucu tərəfindən düzgün
anlaşılmaması ehtimalı oldu. Onun “ala qarğa” kimi
görünüb “ucuz şöhrət” dalınca qacmaq cəhdlərini
hələ 70-ci illərdə yeniyetmə yaşlarımda ikən
oxuduğum əsərlərindən sezmişdim. O zamanlarda
dövrün senzurası ilə bədii
yaradıcılığa qoyulmuş tabulardan biri də bədii
əsərdə erotik məzmunlu təsvirlərə yol verilməməsi
idi. Bu senzuranı dəf edərək əsərində
yüngülcə bir sənhnəni təsvir etməyə
müvəffəq olan yazarların həmin əsərləri
dərhal maraq yaradır və onların daha geniş kütlə
tərəfindən oxunmasına səbəb olurdu. Bu qəbildən
olan yazarlar yalnız ala qarğa kimi başqalarından nə
iləsə fərqlənməklə geniş oxucu
ayditoriyasınınm diqqətini cəlb edə bilirdilər.
Bir sıra sovet yazıçıları, o cümlədən
Əkrəm Əylisli və Maksud İbrahimbəyov kimi Azərbaycan
yazıçıları da bu üsuldan yararlanaraq əsərlərinə
ötəri populyarlıq gətirməyə nail ola
bilmişdilər.
Həmin
dövrdə çox fərqli janrlarda yazan Anar, Elçin Əfəndiyev,
Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əlibala Hacızadə
kimi bir sıra yazarların əsərləri beyinlərə,
şüurlara və qəlblərə işləyə bilməsi
ilə geniş oxucu kütləsi tərəfindən həvəslə
oxunurdusa, Əkrəm Əylisli və Maqsud İbrahimbəyov
kimi yazarların əsərləri də məhz içərisindəki
yarım və ya bir səhifəlik erotik səhnələrin
təsvirindən doğan maraq xatirinə, xüsusən də
çoxsaylı yeniyetmələr tərəfindən oxunurdu.
Əsərlərinin az qala hər sətri beyinlərə birdəfəlik
həkk olunan birincilərdən fərqli olaraq, ikincilərin
yazdıqları bir az öncə qeyd etdiyim səhnələrin
məzmunu istisna olmaqla, dərhal unudulur və bu əsərlərin
hansısa ümumbəşəri və ya həyati əhəmiyyətindən
nəinki danışmaq, hətta bu barədə
düşünmək belə heç kimin ağlına gəlməzdi.
Mən də bütün oxucular kimi, həmin əsərləri
oxuyub elə o zamanda da unutmuşam. Yaddaşımın kifayət
qədər iti olmasına əminliyimə baxmayaraq, hətta
yeriyə və gəzə bilmədiyim yaş
dövrümün də müxtəlif epizodlarını
asanlıqla xatırlaya bilsəm də, Əkrəm Əylislinin
70-ci illərdə oxuduğum kitablarında o zaman hiss etdiyim bu
“ucuzluqdan” başqa əhəmiyyət kəsb edən hər
hansı bir epizodu xatırlamıram. Ona görə də
sosial şəbəkələrdə sürətlə
yayılmağa başlayan reaksiyaları müşahidə edə-edə
bir anlığa Əkrəm Əylislinin həvəslə
özünə yaratdığı “ala qarğa” imicini
xatırladım və onun ahıl yaşda, bəlkə də
sonuncu dəfə “ucuz şöhrət” ovuna
çıxdığını güman edərək nə
vaxtsa bu əsəri də oxuyub kənara atacağımı
düşündüm.
Cəmi
bir neçə saat sonra Əkrəm Əylislinin televiziya
müsahibəsini izləyərkən aparıcının
suallarına verdiyi qeyri-müəyyən cavablar, gözlərindən
yağan çaşqınlıq və hiylıgərlik, hətta
aparıcının oxucular adından səsləndiriyi iradlara
qarşı “minnətli” cavabları məni təəccübləndirdi
və hətta narahat etməyə başladı. Şərhlərində
hansısa bir qeyri-səmimiliyin olduğu açıq-aşkar
sezilirdi. Bu məni həmin gecəni yatmayıb sözügedən
romanı birnəfəsə oxumağa məcbur etdi.
Bilgisayarda haqqında danışılan əsəri tapanda nə
qədər sevinmişdimsə, az sonra o qədər də təəccüb
və təəssüf hissi məni boğmağa
başladı.
Əsərin
lap əvvəlində qeyri-normal adam fizionomiyasında təsvir
olunan “azərbaycanlı” Nüvarişin guya məşhur teatr
aktyoru olması, amma buna rəğmən hadisələrin
gedişində onu heç kimin tanımamasını,
ömrü boyu aktyorluq etmiş bir sənətkarın öz
fikrini aydın ifadə edə biməməsini, eləcə də
həddən artıq nervoz vəziyyətdə olan “azərbaycanlı”
həkim Fariz Fərzaninin ətrafda baş verənlərdən
guya böyük sarsıntı keçirdiyi halda həm də
zarafat etməsini bədii üslubda “şərtilik” məfhumunun
ayağına yazaraq bunun çox uğursuz bir təsvir
olduğuna təəssüf etdim. Lakin bu qədər səs-küy
yaratmış yazının üslub xüsusiyyətlərini
təhlil etmək fikrini beynimdə dərhal arxa plan
keçirib, bu təsvirlərin nə ilə davam edəcəyini
öyrənməyə və yazının mahiyyətini
anlamağa tələsdim. Lakin bir sətirdən digərinə
keçdikcə bayaqkı təəssüf hisslərim
heç gözləmədiyim, rastlaşacağıma inanmaq
istəmədiyim təəccüb və qəzəblə əvəzlənirdi.
Oxuduqca fikrim Əkrəm Əylislinin qəhrəmanlarının
sərsəmləmələrindən ayrılaraq onun
özünün üzərinə keçir, bunları qələmə
alarkən onun nələr düşündüyünü xəyalımda
canlandırmağa çalışırdım. Sətirləri
gözlərimlə qaça-qaça oxusam da artıq hətta
oxuduğumu belə analamağa çətinlik çəkir,
lakin necə olursa olsun, hər bir cümləni diqqətlə
oxuyub anlamaq üçün yenidən özümü
toplamağa çalışırdım. Ömrümdə
ilk dəfə idi ki, kitab oxumaqdan zövq almaq əvəzinə
əzab çəkdiyimi hiss etdim. Bu əzab bu qədər məşəqqətlərdən
və ölümlərdən keçmiş bir millətin
içindən birisinin çıxaraq birdən-birə
hamının bildiyi həqiqətləri bütün topluma
baş-ayaq tərzdə təqdim etməsini anlaya bilməməkdən
doğan acı təəssüf əzabı idi. Yalnız əsəri
oxuyub qurtarandan sonra bu müddət ərzində vücuduma
hakim kəsilən hissiyatın bu yazının xəyanət
olduğunu, riyakar bir məqsədlə qəsdən edildiyini
qəbul etməkdən doğan qəzəb və nifrət
olduğunu başa düşdüm. Nifrət və qəzəb
üçünsə kifayət qədər əsas vardı.
Belə ki, müxtəlif zamanlarda zori balayan, silva kaputikyan kimi
manyak erməni təxribatçıları tərəfindən
türklərə və azərbbaycanlılara qarşı irəli
sürülən böhtan və iftiralardan yoğrulmuş
bütün iddialar bu əsərdə cəmləşdirilmişdir.
Ən dəhşətlisi isə Əkrəm Əylislinin
bunları məhz “azərbaycanlı” kimi təqdim etdiyi
personajların dilindən səsləndirməsidir.
Əsər
başlayar-başlamaz guya Nüvarişin “ermənilər yox,
bizlər pisik” deyərək erməni xislətini tərifləməsi,
30 il Moskvada yaşayıb son 3 ildə Azərbaycana
qayıtmış həkim Fariz Fərzaninin guya bu vəhşilikləri
görüb vətənə dönməsindən
peşimançılıq çəkməsi adamı vahiməyə
salır. Yanlış anlamayın, mən əsərdə cərəyan
edən hadisələr qarçısında yox,
yazıçının saxta fantaziyası
qarşısında olan vahimədən danışıram.
Müəllifin
”azərbaycanlı” kimi təqdim etdiyi əsas personajlar - Saday
Sadıqlı, Nüvariş Qarabağlı, Doktor Abasəliyev,
doktor Fərzani və Əylis kəndində yaşayan,
epizodik təsvirlərdə rast gəlinən kənd
adamlarıdır. Lakin onların heç birinin öz hərəkətləri,
davranışları ilə azərbaycanlıya xas olan,
hamı tərəfindən tanınan xüsusiyyətləri
daşımaması da adamı şaşırır. Axı,
bunlar bizim azərbaycanlılarımız deyil. Belə təsəvvür
yaranır ki, Əkrəm Əylisliyə ermənilərlə
azərbaycanlıların yerini sanki qəsdən dəyişdirməklə
məhz bunun doğura biləcəyi anlaşılmazlıq və
ajiotaj lazım imiş. Burada azərbaycanlı kimi təsvir
edilən personajların hamısının
davranışı, düşüncələri, münasibətləri
bütünlüklə ermənilərə xas olan xüsusiyyətləri
daşıyır. Məsələn, Əkrəm Əylislinin
“ziyalı azərbaycanlısı” səhər tezdən acqarnına
iki qədəh konyak içərək özünə gəlir
və yalnız bundan sonra ətrafı adekvat qavramağa
başlayır. Və ya “...ermənilər kimi mədəni, ədalətli,
zəhmətkeş insanlar dünyanın heç yerində
yoxdur” deyərək ömrü boyu guya erməni taciri Zəkəriyyənin
qeydlər apardığı gündəliyi axtaran doktor Abasəliyev
obrazı zori balayan, silva kaputikyan kimi avanturist
araqarışdıranların çox uğurlu prototipi
olduğuna baxmayaraq Əkrəm Əylisli onu məhz “azərbaycanlı”
kimi təqdim edir və onun dilindən Azərbycan xalqına
iftiralar və hədyanlar yağdırır. Ən
maraqlısı və komik olan isə odur ki, əsərin
sonunda Abasbəylinin tapdığı və ölüm
ayağında can verən kürəkəni Saday
Sadıqlıya oxuduğu “sehrli” gündəlikdə göstərilən
tarixlərdə buralarda hələ ermənilərin izi-tozu da
yox idi. Belə həyasız bir saxtakarlığı öz əsərində
təqdim etməklə Əkrəm özünü bir az
öncə adlarını çəkdiyim erməni
psixopadları ilə eyni cərgəyə qoyur.
Yəqin
ki, ən azı 75 illik mənfur həyatı boyunca Bakıda
gecə bordellərinin məhz erməni “qreta”larının,
“janna”larının mənzillərində təşkil
olunduğunu və orada əsl şəhvətin dadını
heç bir millətə xas olmayan məharətlə hiss
etdirməyi bacaran gənc erməni qızlarının xidmət
göstərməsi ilə ermənilərin özlərinin də
həmişə fəxr etdiyini hamı kimi Əkrəm Əylisli
də bilirdi. Amma bunu bilə-bilə, Şahqacar adlı bir azərbaycanlının
Şuşadan Bakıya köçərək guya erməni
qonşusu Qreta Sarkisovnanı öz evindən çıxararaq
onun mənzilində “bordel” açması kimi əxlaqsız
bir səhnəni uydurmağa Əkrəmi nə vadar
etmişdir? Ümumiyyətlə, azərbaycanlılara təbiətən
yad olan ən çirkin xüsusiyyətləri
soydaşlarımız kimi təqdim etdiyi obrazlarda cəmləşdirən
müəllif sanki ömründə heç vaxt heç bir
azərbaycanlı ilə rastlaşmayıb və onda azərbaycanlı
məişəti, mədəniyyəti, bu xalqın mənəvi-əxlaqı
dəyərləri haqqında heç bir təsəvvür
olmayıbmış. Min illərlə
ölçülü-biçili həyat tərzi
formalaşdırmış bir xalqın, belə
davranışın ən azı mənəvi cəhətdən
tabu sayıldığı bir cəmiyyətin nümayəndəsini
“bordel təşkilatçısı” rolunda təsvir etmək
arzusu və cəhdi onun ağlına necə gəlmişdi?
Xalq
cəbhəsindən hər kim istəsə nəinki “makar” və
ya “kalaşnikov”, hətta pulemyot belə ala bilməyin
mümkünlüyünü iddia edən Əkrəm Əylisli
görəsən özü də “vəhşi azərbaycanlılardan”
qorunmaq üçün silah-sursat almışdımı və
ya heç olmasa bu iftiraları təsdiq edə bilən bircə
nəfər şahidi varmı? Zamanında xalqın azadlıq
mübarizəsində öz tarixi rolunu oynamış
milyonların hərəkatına və xalqımızın
tarixinə qara yaxmaqda Əkrəm Əylislinin məqsədi nə
imiş?
Xalqın
azadlıq mübarizəsində zərrəcə xidməti və
əməyi olmamış bir nadanın cəbhədə
öz canını qurban etmiş milli qəhrəman
atasını - xalq şairi Xəlil Rza Ulutürkü “sərsəm
bir mağara adamı” (ƏƏ-nin ifadəsi) kimi təsvir
etməsi hansı bədii üsluba və etik çərçivəyə
sığır. Görəsən, Əkrəm olmasaydı,
belə bir şərəfsizliyi öz üzərinə
götürən ikinci birisi tapılardımı?
Düzlük,
ədalət mücəssəməsi kimi canlandırmağa cəhd
etdiyi Saday Sadıqlı obrazının dili ilə tez-tez
“Bıvşiy” və “Nıneşnıy” epitetləri ilə
eyham etdiyi “Xozyain” və ya “Pervıy” şəxsin “xalqın mənliyini
və ləyaqətini əlindən aldığını”
iddia edən Əkrəm Əylisli özü “xalq
yazıçısı”, “əməkdar incəsənət
xadimi” adlarını, “Şöhrət” və “İstiqlal”
ordenlərini öz mənliyini və ləyaqətini sataraq
aldığını etiraf edirmi bu əsərdə? Əsərin
əvvəlindən sonuna qədər huşu özünə
qayıtmayan və azacıq da olsa özünə gələn
kimi “Eçmiadzin” pıçıldayaraq xaç çevirməyə
cəhd edən, lakin sona qədər buna nail olmayan Saday
Sadıqlının prototipi Əkrəm Əylislidirsə, niyə
ona Azərbaycanın fəxri adları və ordenləri veriləndə
onlardan imtina etməmişdi? Hətta Sumqayıt hadisələrinin
“Xozyain” tərəfindən təşkil olunması
ehtimalını öz obrazının dilinə gətirən Əkrəm
Əylisli Sumqayıt hadisələri ilə bağlı
aparılan istintaqın nəticələrindən xəbərsiz
ola bilərdimi? Əlbəttə yox. Buna baxmayaraq belə bir fərziyyəni
ortaya atmağın kimlərin arzusuna uyğun olduğunu
başa düşmək və bunun nə məqsədlə
ortaya atıldığını anlamaq Azərbaycan oxucusu
üçün heç də çətin deyil.
Bütün
əsrlərdə Azərbaycana səfər etmiş əcnəbilərin
dinindən, irqindən, milliyyətindən asılı
olmayaraq bütün insanların bu ölkədə
dünyanın heç bir yerində rast gəlinməyən
unikal bir tolerantlıq şəraitində
yaşadığını etiraf və təsdiq etdiyi
hamımıza və bütün dünyaya yaxşı məlumdur.
Buna baxmayaraq guya “cahil və vəhşi Nardaranlıların”
az qala “Saday Sadıqlı kimi gözəl bir insanı”
öldürəcəyini təsvir etməsi Əkrəm Əylislinin
xəstə təxəyyülünün məhsulu deyilmi? Bu
ölkədə vəhşi müsəlman fanatiklərinin
yaşadığını iddia edən Əkrəm Əylisli
təkcə erməniləri tərif etmir, o sətirarası
ifadələrində azərbaycanlılardan başqa bizi əhatə
edən bütün millətlərə - farslara və
xüsusən də ruslara rəğbətini izhar edir. Guya
uzun illər Moskvada yaşamış və “heç bir
psixoloji disharmoniya hiss etməmiş” doktor Fərzani yenicə əməliyyat
etdiyi Saday Sadıqlıya “bir daha bu vəhşilərin əlinə
düşməməyi” arzulayır, Moskvadakı evini
Bakılı bir rusla dəyişdirib öz vətəninə
köçməsini isə “həyatının ən
bağışlanmaz səhvi” hesab edir. Əkrəm Əylisli
bilmirmi ki, Rusiyada hər il qeyri millətlərə mənsub
olan yüzlərlə insanın skinhedlərin, neo-faşistlərin,
millətçilərin əlində vəhşıcəsinə
öldürüldüyünü heç ruslar özü də
inkar etmir. Bu günün özündə Rusiyada yaşayan
hansı millətlərin nümayəndələri özlərini
Azərbaycandakı kimi təhlükəsiz hiss edə bilir ki,
onun qəhrəmanı belə fikirləşsin.
Əkrəm
Əylislinin “ziyalı azərbaycanlıları” həmin
dövrdə azadlıq mübarizəsinə qalxmış
xalqın Bakı küçələri ilə keçərək
“Azadlıq”, “İstefa” və “Qarabağ” şüarları səsləndirməsini
“ibtidai icma quruluşu zamanı yaşamış insanların
ov səhnəsinə” bənzədir. O öz
personajlarının dili ilə bu primitiv insanların cəmi
bir neçə söz bildiklərini iddia edir ki, bu da
“Qarabağ”, ”Azadlıq”, və “İstefa” sözləri
imiş. Onlar - yəni Əkrəmin “azərbaycanlı
ziyalıları” niyə görəsə bu
şüarların mənasını və bu adamların nə
istədiklərini başa düşə bilmirlər. Bəs
görəsən ibtidai dövrün insanları hesab etdiyi bu
kütlənin də bildiyi cəmi bir neçə
sözü başa düşməyən Əkrəm Əylisli
özü hansı dövrün insanabənzər meymunudur ki,
“Qarabağ”, “Azadlıq” və “İstefa” sözlərinin mənasını
anlaya bilməmişdir.
Ermənilərin
guya lap qədimlərdən Əylisdə cənnət guşəsi
yaratdığını, türklərin isə gəlib bu cənnəti
darmadağın etdiyini və “məsum erməni
xalqını” qılıncdan keşirdiyini iddia edən Əkrəm
Əylisli göstərir ki, “buna baxmayaraq, ermənilər
öz millətini və Allaha olan etiqadını qoruyub saxlaya
bilmişlər”. Dünyanın bütün elmi mərkəzləri
tərəfindən, o cümlədən bir çox erməni
tarixçiləri tərəfindən Qafqaz ərazisində
yerləşən alban kilsələrinin bir qisminin rus
çarının üzərində bu günədək
möhürü və imzası saxlanılan məlum qərarı
ilə buralara köçürülmüş ermənilərin
istifadəsinə verildiyinin ddəfələrlə təsdiq
olunmasına baxmayaraq, Əkrəm Əylislinin bu kilsələr
haqqında öz həqiqətləri varmış. Əylis kəndini
ermənilərin “Məkkə” və “Mədinə”si hesab edən
Əkrəm Əylisli, Vuraqırd kilsəsinin künbəzindən
süzülüb gələn günəş
şüalarını “Allahın təbəssümü”
adlandırmaqla erməni yaltaqlığında və təəssübkeşliyində
ən mənfur ermənilərin özlərini belə
ötüb keçməyə müvəffəq olmuşdur.
Əsərin
bütün fəsillərində Əylisdə vaxtilə 12
erməni kilsəsinin mövcud olduğunu və sonradan müsəlmanların
onlardan dördünü tamamilə dağıdıb yer
üzündən sildiyini iddia edən Əkrəm Əylisli
bir az da uzağa gedərək ümumiyyətlə şumer mədəniyyətinin
mövcudluğunu tanımadığını dilə gətirir.
Belə çıxır ki, az öncə “ibtidai
insanların” ( yəni azərbaycanlıların ) səsləndirdiyi
“Azadlıq” şüarını anlamayan Əkrəm Əylisli
burada artıq həyasızlıq edərək yüz illərlə
aparılan araşdırmalar nəticəsində şumer mədəniyyətini
bir sıra müasir mədəniyyətlərin mənbəyi
hesab edən dünya tarixçilərinin hamısı ilə
mübahisəyə girişir.
Ta qədimdən
ermənilərin “böyük mədəniyyətə” malik
olduğunu dəfələrlə gözə soxmağa
çalışan müəllif hər cür vəchlə Əylisi
bu mifik erməni mədəniyyətinə bağlamağa
çalışır, lakin bütün yer kürəsində
onun kökünü tapa bilmədiyindən onu Parisə və
İstambula bənzətməli olur. İddia edir ki, guya
buradakı kilsələrə görə Əylisi gah “ balaca
Paris”, gah da “balaca Stambul” adlandırırlarmış. Bu məntiqlə
bir gün Əkrəm və onun kimi erməni sarsaqları
Parisin və İstambulun da erməni ustalar tərəfindən
tikildiyini iddia edəcəklərinə şübhəniz
olmasın.
Saday
Sadıqlının uşaqlıq dostları Babaşın və
Camalın hələ uşaq yaşlarında ikən
sünbül toplamaqdan və məktəbdən asudə
vaxtlarında birlikdə oynadıqlarını təsvir edərkən
müəllif özü də sanki fərqinə varmadan onları
ehmalca kilsələrin divarları üzərinə gətirir
və guya bu cocuqların iş-gücünün elə
Daş kilsənin divarları üzərindəki mərmər
heykəlləri və Vanq kilsəsinin üzərindəki
daş xaçları sındıraraq erməni izlərini
itirməkdən ibarət olduğunu göstərir. Beləliklə,
Əkrəm Əylisli son iki əsr ərzində erməni
saxtakarların alban kilsələrinin başına gətirdiyi
vandalizmi Əylis küçələrində oynayan
azyaşlı azərbaycanlı uşaqların adına
yazmaqdan belə utanmır.
Bu bədnam
əsərin hər cümləsindən yox, hətta hər
bir sözündən Əkrəm Əylislinin azərbaycanlılara
və türklərə bəslədiyi kin və nifrət
süzülüb axır. Onun üfunətli daxilindən
axıb gələn bu çirkabın içində hətta
türklərlə azərbaycanlıları
qarşı-qarşıya qoymaq cəhdi də
özünü açıq-aydın göstərir. Belə
ki, Əylis sakini Nübarın dilindən guya 1919-cu ildə Əylisə
gələrək erməniləri güllələmiş Adif
bəyə lənət yağdıran Əkrəm Əylisli
bu epizodu da uydurmaqla guya burada yaşayan azərbaycanlıların
məhz erməniləri qırdıqlarına görə
türklərə nifrət bəslədiyini iddia edir.
1918-19-cu
illərdə təkcə Əylisdə yox, Azərbaycanın
demək olar ki, bütün bölgələrində erməni
quldurları tərəfindən azərbaycanlılara
qarşı törədilən qətliamların
qarşısını türk ordusu almadımı? Bu
qardaşlıq dəstəyinə görə Azərbaycanda
özünü ulu türk millətinə və turk ordusuna
borclu saymayan bircə nəfər tapmaq
mümkündürmü? Bu ki, balacadan böyüyə
hamının bildiyi sadə bir həqiqətdir. Bütün
dünyaya bəlli olan bir həqiqəti belə bir həyasızlıqla
təhrif etməyə nə ad vermək olar?
Əkrəm
Əylislinin təsvirinə görə Əylisin hər bir
küçəsində , hər bir evin üzərində “lənətə
gəlmiş Adif bəyin” silahlıları tərəfindən
öldürülmüş ermənilərin ruhu gəzirmiş.
Onun ölüm aqoniyasında olan “azərbaycanlı” qəhrəmanı
Saday Sadıqlının da ruhu bu erməni ruhlarına
qarışaraq Əylisin üzərində süzür və
müəllifin xüsusi bir məhəbbətlə vəsf
etdiyi erməni kilsəsinin üzərində dolaşır.
Uydurduğu tarixin eyni zaman kəsiyində Azərbaycanın
müxtəlif bölgələrində Andranik
quldurlarının zorlayaraq öldürdüyü qız-gəlinlərin,
qarınları nizələrlə, qılınclarla
yarılan hamilə müsəlman qadınlarının, əl-qolu
bağlı halda boyunları vurulan müsəlman kişilərin,
qapıları çöl tərəfdən
qıfıllanmış məscidin içərisində
diri-diri yandırılıb külə döndərilən azərbaycan
türklərinin, şaxtalı qış gecəsində erməni
cəlladlarından yaxa qurtarmaq üçün ayaqyalın,
başıaçıq, yarımçılpaq halda dizə qədər
qarın içi ilə qaçıb ölümün pəncəsindən
qurtulmağa cəhd edərkən elliklə gülləbaran
edilmiş Xocalılıların ruhu isə Əkrəm Əylislini
qətiyyən düşündürmür. Qarabağ
savaşında hələ də öz obasını, namusunu qorumaq
üçün səngərlərdə dayanan
soydaşlarımıza “görk olsun” deyə erməni nəzarətində
olan təpələrin başına gətirilib qoyun kimi
diri-diri başları kəsilən və
qışqırtıları bütün ətraf kəndlərə
yayılan azərbaycanlı əsirlərin ruhunun harada gəzməsi
nədənsə Əkrəm Əylislini heç narathat
etmir. Bütün bu hadisələrin canlı şahidlərinin
təsvir etdikləri dəhşətli ölüm səhnələri
Əkrəm Əylislinin yaradıcılıq eşqini ilhama gətirə
bilmədiyi halda Birinci dünya müharibəsinin gedişində
törətdikləri cinayətləri və xəyanəti
ört-basdır etmək məqsədilə erməni
daşnaklarının özlərindən uydurduğu “genosid”
yuxusu Əkrəm Əylislini Eçmiadzinə sitayiş etməyə
qədər sarsıdır və alçaldır.
Ancaq
onu da etiraf etməliyik ki, tülkü sifətinə girərək
məzlum rolunu dünyada ən yüksək məharətlə
oynaya bilmək bacarığı Əkrəm Əylislinin
ifasında bu günədək bu rolun ən mahir
ifaçıları olan ermənilərdən daha uğurlu
alınmışdır.
Əsərdə
rast gəlinən bütün əylislilər dəli, psix ,
şikəst halda təsvir olunur və müəllif bunu “azərbaycanlıların
ermənilərə qarşı törətdikləri vəhşiliklərin”
müqabilində Allahın onlara göndərdiyi cəzası
kimi təqdim edir. Belə çıxır ki, Əylisdən
çıxmış yeganə normal adam Əkrəm Əylisli
özü imiş. Əgər bunlar həqiqətdirsə,
görəsən Allah Əkrəm Əylislini nəyinə
görə əfv edib, onu psix və ya şikəst
yaratmayıb. Bu barədə az sonra danışacağam. Hələlik
isə Əkrəm Əylisli öz müsahibələrində
guya azərbaycanlılar və ermənilər arasında
barışığa xidmət edən bədii bir əsər
yazdığını iddia etsə də əslində onun bu
münaqişəni yenidən qızışdırmağa
xidmət edən təxribat məqsədli bir yazının
altında öz imzasını qoyması
açıq-aşkar görünür. Saday
Sadıqlının çox sevdiyi, son nəfəsinədək
unuda bilmədiyi, Əylis həyətlərini dövrələyən
daş hasarların üzərində qaçışan
sevimli tülküsünün quyruğu o qədər
böyükdür ki, bu əsərin sətirlərinin
arasından görünməyə bilmir. bu əsər nə
ermənilərə, nə də azərbaycanlılara sülh
gətirmək naminə yox, əksinə bu iki millət
arasında sülhə və barışığa yol verməmək
məqsədilə ortaya atılmışdır. Belə bir
yazının kimlərin sifarişi əsasında və
hansı dövlətlərin mənafeyinə uyğun olaraq bu
şəkildə qələmə alındığı ən
azı Azərbaycanda heç kimə sirr deyil. Sirr olan Əkrəm
Əylislinin bundan nə əldə etməsidir. Mən
heç şübhə etmirəm ki, erməni
ziyalıları arasında da ədalətli və obyektiv
insanlar vardır. Ona da şübhə etmirəm ki, yəqin
ki, onlar da bunu oxuyarkən düşünüblər ki, Əkrəm
Əylisli lap ağını çıxardıb.
Görəsən, bütün bunlara nə ad vermək
olar. Ad
demişkən, son günlərdə soosial şəbəkələrdə,
mətbuatda və televiziya ekranlarındakı
çıxışlarda Əkrəm Əylislinin sərsəmləmələrini
gah “roman”, gah “povest”, gah da qoymağa ad tapmayaraq “əsər”
adlandırırlar. Mən də bu yazımda
fikirlərimi çatdırmaq üçün onu nə isə
adlandırmalı idim və buna görə də vicdan əzabı
çəkə-çəkə onu “əsər”
adlandırdım. Amma əslində bu nə
əsərdir, nə də roman. Bu nə
yuxudur, nə də həqiqət. Bu - öz şəxsiyyətini,
mənliyini hansısa çirkin bir məqsəd uğrunda iyrənc
bir niyyətlə pula və ya nəyə isə satmış
bir nadanın xəstə təxəyyülündən
doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyyatdır.
Bu nadanın kimliyinə gəlincə, bu barədə
mən də maraqlı bir yuxu görürəm. Yuxumda
76 il əvvəlki Əylis kəndinin həyətlərindən
birində erməni ustasının yonub düzəltdiyi
daşın üzərində oturmuş gözəl bir
qadının Vuraqırd kilsəsinin künbəzindən
süzülüb axan günəş şüalarına
tamaşa etdiyini görürəm. Əkrəm Əylislinin
“Allahın təbəssümü” adlandırdığı
bu mənzərə qadını o qədər valeh edir ki,
qeyri-ixtiyari olaraq bu təbəssümün arxasınca kilsəyə
gəlir. Ruhunu oxşayan bu gözəllikdən
bihuş olan qadın ayılanda özünü Vuraqırd
kilsəsinin altarında, gözləri şəhvətdən
alışıb yanan qara keşişin ağuşunda
görür. O erməni Allahının iradəsi ilə
kilsəyə gələrək Allahın yaratdığı
möcüzəli gözəllik qarşısında, onun “təbəssümü”
qarşısında özünü itirdiyi bir məqamda erməni
keşişi Mkrtıçın onun bu vəziyyətindən
sui-istifadə edəcəyinə inanmazdı. Amma
bu artıq baş vermişdi. Gözəl qadın
artıq hamilə idi... Bu uşağın
dünyaya gəlməsindən sonra qara keşiş
bütün ömrünü ibadət edərək, bu
uşağı “erməniləri qırdıqlarına görə
azərbaycanlılara göndərəcəyi” bütün cəzalardan
hifz etməyi öz Allahından diləyirmiş. Allah da erməni keşişinin şəhvətpərəstliyini
bağışlayaraq Əkrəmi nə şil, nə kor, nə
də ki şikəst etmişdir. Üstəlik,
böyüyəndə onu hətta “Azərbaycanın xalq
yazıçısı” da etmişdi...
Deyirlər, yuxunu danışmazlar. Amma Əkrəm
Əylislinin yuxularını oxuyandan sonra qərara gəldim
ki, bu yuxunu danışmaq lazımdır. Ona görə
lazımdır ki, bir millət olaraq daş yuxulardan ayılaq və
ətrafımıza,real həyata baxaq. Əkrəmi də qınamayaq. Bəlkə
milli mənşəyinə görə onun buna “haqqı”
varmış.
Cavanşir Feyziyev,
Millət vəkili
Kaspi.-2013.-7 fevral.-S.7-12.