Ciddi uğurlar əldə
etmişik
Hicran Hüseynova: «Komitə qarşıda duran vəzifələrin həlli istiqamətində
məqsədyönlü fəaliyyətini davam
etdirir»
Ailə, qadın və uşaq
problemləri üzrə dövlət komitəsinin yeddi
yaşı tamam olur. Komitənin sədri Hicran Hüseynovanın
«Kaspi»yə müsahibəsini təqdim edirik.
-Hicran xanım, komitənin
yaranmasından ötən yeddi ili necə xarakterizə edərdiniz?
-Qadın
problemlərinə həmişə xüsusi diqqətlə
yanaşan Ulu Öndər Heydər Əliyev bu məsələlərin
vahid mərkəzdən idarə olunması məqsədilə
1998-ci il yanvarın 14-də Qadın Problemləri üzrə
Dövlət Komitəsinin yaradılması haqqında Fərman
imzaladı. Ümummilli Liderin siyasətini uğurla davam etdirən
cənab Prezident İlham Əliyevin Fərmanı ilə
keçmiş Komitənin bazası əsasında 2006-cı
il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi yaradıldı.
Yeddi
ildir fəaliyyətə başlamış Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
üç istiqamət üzrə Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
qarşıya qoyulmuş vəzifələri həyata
keçirmək məqsədi ilə bütün
gücünü səfərbərliyə alaraq milli dövlətçiliyin
daha da möhkəmləndirilməsinə töhfə verməyə
çalışır.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi ailələrlə bağlı dövlət siyasətinin
təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər
həyata keçirir. Komitə tərəfindən gənc nəsil
arasında ailə dəyərlərinin qorunub
saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi
ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin
aşılanması istiqamətində mütəmadi olaraq
genişmiqyaslı maarifləndirmə kampaniyası
reallaşdırılır. Maarifləndirmə işi çərçivəsində
aktual mövzularda mühazirələr təşkil
edilmişdir. Heydər Əliyev Fondu və BMT Əhali Fondu ilə
birgə “XXI əsrdə qadınlara qarşı
zorakılıq əleyhinə” layihəsi çərçivəsində
bir sıra maraqlı tədbirlər keçirilmişdir. Həmçinin
“Beynəlxalq Ailə Günü” ərəfəsində Azərbaycanın
hər bir rayonunu əhatə edən tədbirlər və
yekun olaraq “Ailə bayramı” təşkil olunmuşdur. Eyni
zamanda həmin silsilənin davamı olaraq “Azərbaycan ailəsi”
film festivalı təqdim olunmuşdur. İl ərzində Ulu
Öndər Heydər Əliyevə həsr olunmuş “Mən
fəxr edirəm ki, mən Azərbaycanlıyam”, görkəmli
oftalmoloq-alim Zərifə Əliyevanın və böyük
ziyalı, şərqşünas Aida İmanquliyevanın xatirələrinə
həsr edilmiş yazı müsabiqələri
aparılmış və qaliblər
mükafatlandırılmışdır.
Komitənin
nəzdində fəaliyyət göstərən Uşaq və
Ailələrə Dəstək Mərkəzləri şəbəkəsi
il ərzində ardıcıl fəaliyyətini davam
etdirmiş, müvafiq regionlarda xüsusi qayğıya
ehtiyacı olan ailələrin sosial reabilitasiyası və
lazımi dəstəklə təmin olunması istiqamətində
məqsədyönlü iş aparmışdır.
Bu
kimi taleyüklü məsələlərin həllində
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci
xanımı, millət vəkili Mehriban xanım Əliyevanın
daimi dəstəyini hiss etmişik.
- Son bir ildə hansı işlər görülüb?
- Bu gün məişət zorakılığı probleminin
həlli ən aktual vəzifələrdən
biri kimi qarşıda durur. Ötən il
ərzində bu məqsədlə “Məişət
zorakılığının qarşısının alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
təbliği sahəsində
geniş maarifləndirmə
kampaniyası həyata
keçirilmişdir. “Qadınlara qarşı zorakılığa “YOX” adlı
tədbirimiz də xüsusi rezonansa səbəb olan tədbirlərdən idi.
“Sarlam ailə sarlam cəmiyyətin təməlidir” adlg silsilə tədbirlərin
yekunu kimi keçirilən konfransg da xğsusi qeyd etmək istərdim.
Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibəti
ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
“Müstəqil Azərbaycan
20 il: Dövlət ailə, qadın və uşaq siyasəti “ mövzusunda
elmi-praktik konfrans təşkil olunmuşdur.
Bu günlərdə həmin konfransın materialları əsasında
iri həcmli, sanballı bir kitab da nəşr
etdirmişik.
Komitə uşaqların müdafiəsinin
gücləndirilməsi, onların
hüquqlarının təmin
edilməsi sahəsində
fəaliyyətin əlaqələndirilməsi
məqsədi ilə bir sıra tədbirlər
həyata keçirmişdir.
1 İyun Uşaqları
Beynəlxalq Müdafiə
Günü münasibəti
ilə keçirilən
tədbirlər minlərlə
uşağı əhatə
etmişdir. Uşaqlarla bağlı İnternet-portal
- “Ushaqlar.az” saytı yaradılmışdır.
Uşaqların övladlığa verilməsi,
onların sonrakı həyat şəraiti və tərbiyəsinə
nəzarətin həyata
keçirilməsi qaydaları
işlənib hazırlanmışdır.
Habelə
ötən il
mayın səkkizində
“Uşaq hüquqlarının
həyata keçirilməsinə
dövlət nəzarəti
Qaydaları haqqında”
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Fərman imzalamışdır.
Komitədə bu Fərmandan
irəli gələn məsələlərin həlli
istiqamətində də
bir sıra işlər görülmüşdür.
Bu il yanvarın
13-də Nazirlər Kabinetinin
“Uşaqlarla bağlı
təşkilatların elektron
məlumat bankı haqqında” Qərarı təsdiqləndi ki, biz bu istiqamətdə də tədbirlər planı hazırlayıb həyata keçirməyə
başlamışıq.
Onsuz da uşaq məsələləri
ilə məşqul olan Komitənin səlahiyyətləri daha
da genişləndirilərək
Uşaq hüquqlarına
nəzarət də dövlət tərəfindən
bizim quruma həvalə olundu.
“Yarat” incəsənət
məkanıyla birgə
təşkil etdiyimiz tədbirdə istedadlı
uşaqların üzə
çıxarılması, onların həyata kreativ baxışlarının
formalaşdırılması önə çəkilmişdir.
YUNİSEF-lə birgə
küçə uşaqları
problemi ilə bağlı geniş araşdırma, habelə,
erkən nikahlar mövzusunda irimiqyaslı layihə gerçəkləşdirilmişdir.
-Komitənin xarici dövlətlərdəki müvafiq
qurumlarla əməkdaşlıq
məsələləri barədə
nə deyərdiniz?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra ölkələrin
müvafiq dövlət
orqanları ilə sıx əməkdaşlıq
münasibətlərinin qurulmasını,
eləcə də beynəlxalq təşkilatlarla
əlaqələrin inkişaf
etdirilməsini prioritet
istiqamətlərdən biri
kimi seçmişdir.
Komitə ikitərəfli
münasibətlərin davam
etdirilməsi üçün
il ərzində İndoneziya, Latviya, Türkmənistan, Qətər,
Türkiyə, Bolqarıstan,
Mərakeş, İsveç,
İsveçrə kimi
ölkələrin qadın
və uşaq məsələləri üzrə
məsul qurumları ilə zəruri tədbirlər keçirmişdir.
Eyni zamanda, Avropa Şurasının Qadınlarla Kişilər
arasında Bərabərlik
üzrə Komitəsi,
BMT Uşaq Fondu, BMT Əhali Fondu, BMT-nin Avropa üzrə
iqtisadi Komissiyası, Avropa Birliyinin Uzunmüddətli İnkişaf
Proqramı, ATƏT-in Bakı
Ofisi, Avropa Şurasının İnformasiya
Ofisi və s. təşkilatlarla əməkdaşlıq
etmişdir.
-Komitənin fəaliyyəti ilə bağlı daha nələrə toxunmaq istərdiniz?
- Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində hüquqi bazanın möhkəmləndirilməsi
istiqamətində müntəzəm
olaraq yeni önəmli addımlar atılmışdır. Ailə
Məcəlləsinə edilən
dəyişikliklərə əsasən, qızlar üçün nikaha daxil olma yaşının
17 yaşdan 18 yaşa
qaldırılması və
qadını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən
edilməsi ilə bağlı müddəalar
təsbitini tapmışdır.
Bu məsələlərin həllində ölkəmizin
Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın bizə dəstəyini xüsusi qeyd etmək istərdim.
Ötən dövr ərzində əldə edilən ciddi uğurlardan biri uşaq və qadın qeyri-hökumət təşkilatlarının
fəallığının əhəmiyyətli dərəcədə
artırılması, onların
problemlərinin həlli
prosesinə fəal surətdə cəlb edilməsidir.
Eyni zamanda qadın sahibkarlığı
və bununla bağlı Komitəmizin təşkilatçılığı ilə keçirilmiş Forumu xüsusi qeyd etmək istərdim.
Komitə qarşıda duran vəzifələrin həlli
istiqamətində məqsədyönlü
fəaliyyətini davam
etdirir. Gələcəkdə müvafiq sahə
üzrə işlərin
daha geniş vüsətlə aparılması
nəzərdə tutulur.
-Suallarımıza ətraflı
cavab verdiyiniz üçün təşəkkürümüzü
bildiririk. Sizi və kollektivinizi
Komitənin 7 yaşının
tamam olması münasibətilə ürəkdən
təbrik edir və səmərəli fəaliyyətinizdə uğurlar
arzulayırıq.
- Sağ olun, təşəkkür edirəm.
Aygün CƏFƏRLİ
Kaspi.-2013.-7 fevral.-S.5.