Mechule sürüldüm doğmadan önceAbdürrahim Karakoç 

 

Kırım, Kerkük, Azerbaycan,

Gönlümüzde öç olsa da,

Ne şeref ki, Türk olmuşuz,

Türk olmamız suç olsa da.

 

Kafkaslardan Tanrı dağı,

Yırtarız engeli, ağı,

Türk eline Türk bayrağı,

Asacağız güç olsa da.

 

Türk dünyasının hansı şairinin, yazarının könül dəftərini arasan orada nələr görməssən!? Vətən hayqırtısı, zincirləri qırıb əbədi hürrə qovuşmaq arzusu, ruhlarından dünyaya türkçülük-mövlanalıq ismarıcı, ilahi eşqə hüdud tanımayan sevdalanmış ürəklər, daha nələr, nələr. Türk ədəbiyyatında şerində sonsuzadək yanan ulduzların sayı çoxdur. O azmanların adlarını sadalasaq bitməz, əsrlər öncə əsrlər sonra əbədiyyətdə tutduqları məkanda hey parlayacaqlar, məkanları cənnət olsun. Çünki yaratdıqları dünyaya türk-islam aləminə işıqlı yol göstərdi, hər kəlmələri, misraları həqqi-təladır onların. Mənsub olduqları xalqın ruhudurlar, əbədiyyətin fövqündə yanarlar daima.

Onlardan biridir Abdurrahim Karakoç, divan ədəbiyyatının babalarından, türk ədəbiyyatı düşüncəsinin önəmli şəxsiyyətlərindən biri, Anadolu insanın səsi. Müasirləri yaradıcılığını türk xalq şerinin minillik səs təcrübəsinə bənzədirlər. Türk divan ədəbiyyatının səs təcrübəsindən faydalanaraq yeni təsirli ifadə tərzi ilə yazılmış şeirdir deyirlər cahan şairi adlandırırlar onu. Həyatı boyu hakkın yanında olub, türk ədəbiyyatına şəxsiyyət, igid, bilgə kimi gəlib, eləcə yaşayıb bu gün yaşamağına davam edir. Sevdalıların sevgisində, eşqi nalədən ney avazı kimi bülənd olub tək-tək kəsilərək dağlanmış bədənlərdə, ayrılıqların göz yaşında, bütün türk elinə al bayraq sancmaq istəyənlərin qürurlu köksündə. Bir sözlə harada arasan oradadır Abdurrahim Karakoç. Doğmadan öncə məchulə sürüldüyünü bilən yaşayan şair doğulduqdan sonra həyatın anlamını daha gözəl dərk edir. Ama bu dərk onu mangalda yandırır, dilini-dodağını qarsalayır:

 

Bən millətim uğruna adamışım kendimi,

Mukaddes davalarda ölüm bile güzeldir.

 

Əsasən türkcənin heca vəznində yazıb. Divan ədəbiyyatının ərdəm yazarlarından olan Vehbi Sünbülzadə, mövlud yazarı Nadir Baba, Nəcib Fazil Qısakürək, Erdem Beyazit digər ünlü şair yazarların fikrincə Karakoç türk şeirində rezonans doğuran, özgün, fərqli bir şair simadır. Bu cür şairlər hər əzaba qatlanarak ölümsüzlük qazandılar. gözəl demiş Erdem Bəyazit: “Ölüm ne uzak bize, ne yakın bize ölüm! Ölümsüzlüyü tattık; ne yapsın bize ölüm?”

Abdurrahim Karakoç 1932-ci ildə Kahramanmaraşda Elbistan bölgəsinin Ekinözü kəndində doğulmuşdu. Hamı kimi bir uşaqlıq yaşayıb, ama şeir duyğusu onun damarlarından axan qan kimiydi. Babası, böyük qardaşları da şeir yazarmışlar. İlk aşıqsayağı qoşmaları da Elbistanda çıxan Engizek qəzetində dərc olunur. İki kitab həcmində şeirlərini bəyənməyib cırıb atır. 1958-ci ildən başlayaraq yazdıqlarını toplayır 1964-cü ildəHasana məktublaradı altında 10 min nüsxə ilə ilk şeir kitabını nəşr etdirir. tezliklə dilbər əzbərinə çevrilir, aşiqlərin könlünə yatır, bəstəkarların nəğmələrinə çevrilir. Sevgisi hüdud tanımayan ruh adamım içində həm üsyan vardı. Haksızlığa, zəyifliyə, Allahsızlığa üsyan

 

Ben zayıfları sevmem ey can,

Hakikatları sarıb sarmalayan

Zayıflardan uzak ol!

Geri dur, geru dur ey can,

Nifret sarayındaki sultanlıktan,

İlim ocağına çırak ol!

 

Sana tavsiyyemdir ey can!

Zalimlerin boynunda süslü kravat olacağına,

Var bir garip ölünün üstünde kefen ol.

Kimsesiz gelinlerin yüzünde duvak ol!

 

Bir doğulub böyüdüyü Kahramanmaraşı, Elbistanı çox sevər, şeirlərində öyər, vəsf edər, Şardağının təpəsinə çıxmaq arzusu ilə yaşayardı. Hansı yöndə olursa olsun şeirlərini musiqiçilər, sənətçilər sevə-sevə oxuyar, gözəl türkülər kimi xalqın yaddaşına yazılardı.

 

Tutuşsak el-ele bir yaz sabahı,

Çıksak Şardağının yücelerine.

Kovsak saaetleri, dakikaları,

Baksak Elbistanın gecelerine.

 

Şeir bədii yaradıcılığı ilə yanaşı mətbuatda da çalışır, hər gün qəzet səhifələrində yazısı dərc olunurdu. Bir ara siyasətlə məşğul olmuş, sonra bu məsləyin əqidəsinə uyğun olmadığını görüb geri çəkilir. Soranlara cavab verir ki, Allah rizası üçün getmişdim, Allah rizası üçün geri döndüm. Abdurrahim Karakoçun sevib qovuşmadığı bir qara sevdası var idi. Mihriban onun bütün həyat yaradıcılığını, ruhunu kapsamış atəş olub, yaşamının sonunadək tərk etməyib.

 

Yüregime kundakladım ben seni.

Yakacaksan yakta kurtul, ne deyim.

 

Mehriban həm ilham pərisi olub, həm oda atıb yandıb şairi. Gerçəkdən bu sevdayla yanıb külə dönüb. Ölümsüz eşq yaşadığı, lakin qara sevdasına çevrilmiş mələk Mehriban adlı sarı saçlı Anadolu gözəli idi. Sanki bu sevgiyə birləşmədən ayrılıq nikahı qılınmışdı. Bu dəli sevgisiylə hər gəncin ürəyində bir Mehriban oyatmışdı şair. Sonda əli çatdı, ünü yetdi. Ürəyini açmaq cəsarətini gec tapır onu şerlə demək istəyir:

 

Sarı saçlarına deli gönlümü,

Bağlamıştın, çözülmüyor Mihriban.

Ayrılıktan zor belleme ölümü,

Görmeyince sezilmiyor Mihriban.

 

Yar deyince kalem elden düşüyor,

Gözlerim görmüyor, aklım şaşıyor.

Lambada titreyen alev üşüyor,

Aşk kağıda yazılmıyor Mihriban!

 

Tarife sığmıyor aşkın anlamı,

Ancak çeken bilir bu derdi, qamı.

Bir gördügüm baştan sona tamamı,

Çözemedim, çözülmüyor Mihriban.

 

Yazdığı şeirlərin bir çoxuna musiqi bəstələnərək sanətçilərin dillər əzbərinə xalqın sevimli musiqisinə çevrildi. Mihribanunudulmaz türkülər sırasına daxil olub. Qəlbi imanla dolu, şeirləri türk islam dünyasına işıq salan Karakoç sevdasına qovuşa bilmir. Ama yaradıcılığının zirvə xəttinə çevrilir Mehriban. Sonda əlacı unutmağa qalır bu dəfə ürəyini ona açan MehribanaUnutursun Mihribanadlı şerilə cavab verir:

 

Zaman erir kelep-kelep,

Meyve dalında kalmaz hep.

Unutdurur bir çok sebep,

Unutursun Mihribanım!

 

Gün geçer, azalır sevgi,

Degişir her şeyin rengi.

Bu gün deyil, yarın belki,

Unutursun Mihribanım!

 

Süt emerdin gündüz-gece,

Unuttun ya büyüyünce.

Bu işte tıpkı öylece,

Unutursun Mihribanım!

 

 

ZAMAN QISA... MƏN YORGUNUM... YOL UZUN...

 

Ömrünün sonlarına yaxın bir Mihriban yarasıyla bir ağır xəstəliyə düçar olur şair. Mehribanlı dünyasından ayrılacağı gün kimi aydın idi.

 

Tabiplerde ilaç yoktur yarama,

Aşk degince ötesini arama.

Her nesnenin bir bitimi var ama,

Aşka hüdud çizilmiyor Mihriban!

 

Ölümün haqladığı anlarda qardaşına vəsiyyət edir ki, onu dünyasını dəyişərkən doğulduğu yerdə dəfn etsinlər: “Məmləkətimizin hər yeri eyni. Orası da müsəlman torpağı, burası da. Biz sanatçı deyiliz, milletvekili deyiliz. Ona görə arxamca alqışlar istəmirəm”. 2012-ci ilin iyun ayında Vətən Mehriban sevgisiylə yaşayan Abdurrahim Karakoç onu sevənlərdən sevgili millətindən ayrılıb dan ulduzu tək göylərdə parıldamaq üçün əbədi yolçuluğa çıxdı. Bu cür insanlar üçün ölmək bu dünyadan o dünyaya nur daşımaqdır. Bu ölüm Türk xalqını sevənləri çox üzdü. Şair sevgisini ürəyini onlara qoyub getmişdi, bir cildlərdə kitabları, nəsr əsərləriylə. Bir il öncə 80 yaşlı Türk ədəbiyyatının şerinin ünlü səslərindən biri Abdurrahim Karakoç Türk xalqının sevgisiylə son mənzilə yola salındı. Bu parçanı şair sanki məzardan özünə yazmışdı:

 

Artık ne kar yağar, ne ben üşürüm,

Ne de saçlarımı dağıtır rüzgar.

Sağ iken bir günde bin kez ölürdüm,

Şimdi ölüm yoktur, ölümsüzlük var

 

 

Rəsmiyyə RZALI

 

Kaspi.-2013.-7  fevral.-S.9.