“Yenə görüşdürdü bizi bu
yollar”
«Söz yoxu var etdiyinə və hakimi mütləq olduğuna görə dünyanın uzun ömürlüsüdür. Bəşər yaranandan sözün qüdrətinə güvənib və dünyanı dərk etdiyi vaxtdan üzü bəri sözə sığınıb, özünü sözdə tapa bilib» - deyən şair, telejurnalist Ramazan Səməroğlu «Yenə görüşdürdü bizi bu yollar» adlı sayca 3-cü kitabı ilə poeziyasevərlərin görüşünə gəlib. Bundan əvvəl «Özüm də itirəm vaxtın içində» və «Nə qədər səhərlər sənsiz açacaq» - şeirlər kitabı işıq üzü görən şairin yeni nəşrə son illərdə yazdığı şeirləri toplanıb. Lirik şeirlər toplusunda müəllif onun hisslərinə hakim kəsilən bir çox mövzulara toxunaraq onlara yeni-yeni poetik boyalar verməyə çalışır.
Kitaba ön söz yazan filologiya elmləri doktoru Qulu Məhərrəmli “Şair özünün fikir və duyğularını lirikada daha mükəmməl ifadə edə bilir” deyə yazıb. “Çünki poeziyanın bu sahəsi istənilən istedadlı şairin qəlbindəki yaşantıların poetik sözdə əksidir. Məhz şairin istedadı sayəsində lirika lal duyğulara qol-qanad verərək onu poeziyanın təmiz havasına çıxarır”.
Topluda yer alan sevgi şeirlərində R.Səməroğlu
bir şair kimi insani duyğularını səmimi və
coşqun pafosla ifadə edir. «Bütün
varlığımız səndən başlayır» - deyə
Vətənə, torpağa aid şeirlərində doğma
yurd sevgisini, Qarabağ dərdini sərgiləyir. «Vətənim
bölünüb, parça-paradır» - yazan şairin bu
mövzudakı şeirləri çox təsirlidir. «Bir vaxtlar bu yollarla», «Bacılar», «Mən gec
anladım», «Yadına düşəcəyəm», «Tələsmirəm»,
«Sən inanmadın», «De, hansı dünyamda axtarım səni»,
«Yaltaq adamlar», «Ömrümün hər anı
hesablanıbdır» və s. şeirlər şairin qəlbinin,
hiss və duyğularının tərcümanıdır.
R.Səməroğlunun
şeirlərini oxuyan oxucu bir daha əmin olur ki, həqiqi
poeziyanın mənbəyi, şairin mənəvi aləmi,
onun duyğuları, düşüncələridir. Məhz bu
üzdən əlvan poetik nümunələrlə zəngin
olan bu şeirlər insan qəlbini dilə gətirə,
ürəklərə köçə bilir.
Vətən
Ömrümdə
bir dəfə xəyanət etsəm,
Çörəyin
haramdır mənə, ey Vətən!
Dünya
cənnət olsa eynimə deyil,
Sənə
güvənirəm, sənə, ey Vətən!
Hər
daşın, hər qayan əzizdir mənə,
Bir
sısqa bulağın dənizdir mənə
Adın
gözyaşımtək təmizdir mənə,
Sənə
and içirəm, sənə, ey Vətən!
Qürbətdə
bilinir qəlbimdə yerin,
Sən
elə varlıqsan yoxdur dəyərin.
Əzəl
beşiyisən xoş əməllərin,
Sənə
baş əyirəm, sənə, ey Vətən!
Ana torpaq
Nəyin
var heç birin əsirgəmirsən,
Verirsən
bizlərə pay, Ana torpaq.
Bütün
varlığımız səndən başlayır,
Yoxdur sənə
bənzər, tay, Ana Torpaq.
Həyat
mənbəyidir hər xırda daşın,
Nə vaxt yaranmısan bilinmir yaşın.
Çaylardır,
göllərdir yarın, yoldaşın,
Biz də övladınıq, ay Ana Torpaq.
Var, bərəkət
axır damarlarından,
Suyumuz çağlayır dağda qarından.
Gözümüz
doymayır dövlət, varından,
Tuturuq biz sənə «toy», Ana Torpaq.
Ana ürəyi
Ayları,
illəri yola salsa da,
Həmişə cavandır ana ürəyi.
Odur
ömrümüzün laylası, şirri,
Yazıb yaradandır ana ürəyi.
Qayğılar
hörülür incə telində,
Duyur acısını əsən yelin də.
«Ay can»
salxım-salxım bitir dilində,
Əbədi cahandır ana ürəyi.
Həzin
musiqidir çırpınan səsi,
Günəştək görünməzdir odu,
şöləsi.
Duasıyla
qalır bu yer kürəsi,
Təbibdir, loğmandır ana ürəyi.
Ramazan
yuxadır, tez-tez kövrəlir,
Nə rahatlıq axtarır, nə də dincəlir.
Dünyanın
dərdini özünün bilir,
Nə vaxt nigarandır ana ürəyi.
Vüsal dilə gəlir incə simində.
Qarşıda
çıxmalı sıldırımlar var, -
Təbrizə aparır məni bu yollar.
Nə dəyişdi ki
Dədəm
Qorqud sənə qarındaş dedi,
Mən də
qardaş dedim, nə dəyişdi ki.
Qarın
da, qaşın da üzü soyuqdur,
Qarlı daş demədim, nə dəyişdi ki.
Qarnına
qardaşdan irəli dedin,
Tikə dostu oldun, nə gördün, yedin.
Sən məni
hamıdan aşağı bildin,
Xətrinə dəymədim, nə dəyişdi ki.
Gödənin
ağlını yedi sənin də,
Sözü çox çeynədin qaldı dilində.
Babalın
boynumda, yükün belimdə,
Özümə elədim, nə dəyişdi ki.
Əlvida
Sən
getdin, yollarım qırıldı, artıq,
İndi
yoxuşdayam, düzə əlvida!
Küləklər
izini yol etdi tamam,
Məni sənsiz
qoyan izə əlvida!
Yıxıldım
gəncliyin köhlən atından,
Bəlkə
unuduldum – çıxdım yadından,
Qurtara
bilmədim hicran odundan,
Ömrün
çoxu getdi, aza əlvida!
Göylərdən başıma daş gəldi mənim.
Sənsiz
həyatıma qış gəldi mənim,
Yaşımın
üstünə yaş gəldi mənim,
Daha əllidəyəm,
yüzə əlvida!
Soldu
bağçanızda əkdiyim gül də,
Məcnunam,
axtarsan, gəz məni çöldə,
Sonam
ürküb getdi, qalmışam çöldə,
İndi
yaşla dolan gözə əlvida!
İki damcı göz yaşım
Qəhərimdən
doğuldu,
İki damcı göz yaşım.
Gözlərimdə
boğuldu,
İki damcı göz yaşım.
Yağdı
yağışlarını,
Çəkdi naxışlarını.
Yudu
baxışlarımı,
İki damcı göz yaşım.
Bu sevgidə gətirmədi mənimki
Ah çəkməkdən
ürəyimdə ah bitib,
Bu sevgidə gətirmədi mənimki.
Ömrümüzdən
gör nə qədər vaxt itib,
Bu sevgidə gətirmədi mənimki.
Çeşmə
idim, suyuma sel qarışdı,
Ətəklədin, dərd sinəmdə
alışdı.
Diləmədim,
söz dilimdə yapışdı
Bu sevgidə gətirmədi mənimki.
İllər
məni ögey bildi özünə,
Vaxta döndüm, görünmədim gözünə.
Kim dedi
ki, yiyə durma sözünə,
Bu sevgidə gətirmədi mənimki.
Gözəl də heç
qocalarımı, ay Allah
O
gördüyüm şəhla gözlər solubdu,
Gözəl də heç qocalarmı, ay Allah?!
İllər
bitib saçlarında qalıbdı,
Gözəl də heç qocalarmı, ay Allah?!
Öləziyib
baxışının istisi,
Əyilibdir ocağının tüstüsü.
Ta oxunmur,
unudulub bəstəsi -
Gözəl də heç qocalarmı, ay Allah?!
Ötən
günlər alnındakı qırışdır,
Göz yaşları payız yağan
yağışdır.
Cavanlığı
çoxlarına tanışdır,
Gözəl də heç qocalarmı, ay Allah?!
Gəncliyini
uzaqlarda itirib,
Zaman onun
ömrünə qış gətirib,
Neçə payız, neçə bahar
ötürüb? –
Gözəl də heç qocalarmı, ay Allah?!
Sən bulağa gələndə
qız
Yollar
qurtarmaq bilməyir,
Sən bulağa gələndə, qız.
Sevincim səni
gözləyir,
Sən bulağa gələndə, qız.
Gözlərimin
kökü yanır,
Ürəyim sinəmdə donur.
Başıma
şah quşu qonur,
Sən bulağa gələndə, qız.
Kölgən
kimi sürünürəm,
Oyuq kimi görünürəm.
Sevincimə
bürünürəm,
Sən bulağa gələndə, qız.
***
Səni
sevən aşiq çətin ki bəxtiyar olsun,
Varmı elə bir dilbər, bəxtə yar olsun.
Boynuma
doladım kəfəni, gəl öldür məni,
Öldürməsən deyirəm sənə ar olsun.
Doğrandı
sinəmdə ürəyim, oldu parçam-para,
Varmı eşqdən özgə bir aləm yoxdan var
olsun.
Qoymadın
rahat olam, «öləm öldüyüm yerdə»,
Dedin ki, səndən
qazancım təki intihar olsun.
Ramazanam
qismətim canavar ağzında getdi,
Gözlərim qan-yaş axıtdı, bəxtim evi
tar-mar olsun.
Sənin gözlərinə
Suyu
süzülmüş qayıdır,
Gözüm sənin gözlərinə.
Damla-damla
yaş olaydım,
Özüm sənin gözlərinə.
Bənövşə
koldan baxaydı,
Quzeydən
çeşmə axaydı,
Öpəydin
gülüş taxaydı,
Üzüm sənin gözlərinə.
Zaman vurdu
naxışımı,
Səhv
salmışam yoxuşumu,
İcazə
ver baxışımı,
Süzüm sənin gözlərinə.
Necə də tənhayam dünyada
indi
Necə də
tənhayam dünyada indi,
Bir kəs yox yanımda həyanım sənsiz.
Həsrətin
günümü göy əski etdi,
Qoymadı odlara qalanım sənsiz.
Getdikcə
ömrümə qış gəldi mənim,
Öz ñÿñim özümə xoş gəldi
mənim,
Bəxt
yanımda əli boş gəldi mənim,
Ömrümdə yox oldu olanım sənsiz.
Yalan
sözlər hardan gəldi dilinə,
Uydun
ürəyinin fitnə-felinə,
Sənli
günlər mindi seyran belinə,
Yoxdur bir kəs ona inanım sənsiz.
Qul xətasız
olmaz, qulun say məni,
Yollarda
ayağı yalın say məni,
Demirəm,
«qabığı qalın» say məni,
İzin ver dərdinə talanım sənsiz.
Tələsir
Ömür
deyir qocalmışam,
Ürək deyir yaşa hələ.
(Hüseyn
Arif)
Ürəyim
qocalmaq istəmir hələ,
Ömrüm qocalmağa yaman tələsir.
Günəşdən
gizlənən dağa dönmüşəm,
Üstümü almağa duman tələsir.
Enimə
boyumdan uzun deyirlər,
Şax kimi qəddimi yerə əyirlər.
Başıma
nahaqdan daşla döyürlər,
Gətirən tələsmir, vuran tələsir.
Ramazan,
dinmə, «öl öldüyün yerdə,
Qıfıl
vur ağzına danışma bir də,
Ömrünü
ələdin köhnə xəlbirdə,
İllər sənə vermir aman tələsir.
Kaş bulaq olardım, qaynardım
yerdən
Kaş
bulaq olardım, qaynardım yerdən,
Yatmış dərələrə layla
çalardım.
Yanan
ürəkləri sərinlədərdim,
Sevən ürəklərə sirdaş olardım.
Axıb qoşulardım
Araza, Kürə,
Yaşıl
çəmənlərə can verə-verə.
Baharda
gurlaşıb sığmazdım yerə,
Payızda azalıb sızqalaşardım.
Mamırlı
daşlara can verərdim mən,
Küsən yamacları dindirərdim mən.
Bölünmüş
Vətəni bir görərdim mən,
Hər ellə, obayla salamlaşardım.
İllər mənsiz darıxacaq
Arxamca
uzalı qalan,
Əllər mənsiz darıxacaq.
Meh olub
üzümə əsən,
Tellər mənsiz darıxacaq.
İzim
yoldan silinəcək,
Yoxluğum
tez bilinəcək,
Ömrünə
bahar gələcək,
Güllər mənsiz darıxacaq.
Açmayacaq
sünbül, süsən,
Qulaqlardan itən səsəm.
Gedəndə
yolumu kəsən,
Yellər mənsiz darıxacaq.
Arzunun
yolu gödəkdi,
Həyat daim, ömür şəkdi.
Ramazan da
gedəcəkdi,
İllər mənsiz darıxacaq.
Dünya
Çox
da dolanma başıma,
Sinəmə dağ çəkən dünya.
Əlində
kotanın sazdır,
Ay ömrümü əkən,
dünya.
Vaxtın
özünə qənimdi,
Hər yanı gəzən – gəmindi.
Var sənin,
dövlət sənindi,
Əbədilik məkan dünya.
Hökmün
var dəyişməz, qəti,
Kim edər belə cürəti.
Məramın,
məqsədin nədir?-
Zəhər olub tikən, dünya.
Ramazan da
gedər, gəlməz,
Heç
kəs yerin tapa bilməz,
Çölümdə
gəz, içimdə gəz,
Ay belimi
bükən, dünya!
İlləri
yormuşam özümlə birgə
İlləri
yormuşam özümlə birgə,
Gedirəm, ayağım sözümə baxmır.
Əllərim
uçunur, gözlərim axır,
Daha yollar əsən dizimə baxmır.
Çoxdan
yadırğanmış sorağam indi,
Özüm-öz
hissimdən uzğam indi,
Ömrünü
yaşayan yarpağam indi,
Külək
sovuranda yüzümə baxmır,
Qopardım
qaysağın göynədi yaram,
Mən də bu dünyada dərdimlə varam.
Ha
üfür, ətəklə çətin od
alam,
Külək öləziyən közümə
baxmır.
Ramazan, nəfəs
də, ta yükdür sənə,
Ağlın uçur göyə əsdikcə çənə.
Qırışlar
özümdən yol çəkir mənə,
Üzümdən xətləyir gözümə
baxmır.
Qocalıq
Almanlardan yaşını soruşanda neçə
yaşı varsa, o qədər qocalığını deyir.
Əl
atır, sarmaşır, tutur yaxamdan,
Məni düzdən – dağa çəkir qocalıq.
Əlində
nə xışı, nə kotanı var,
Alnımda qırışın əkir qocalıq.
Odur, gecə-gündüz
qovan ömrümü,
Üyüdən ömrümü, ovan ömrümü.
Məndən
zorla alır cavan ömrümü,
Yaşını üstümə tökür
qocalıq.
İcazə
istəyib, qapımı döyür,
Məni yerə yıxır, özünü
öymür.
Bir
ağır söz deyib xətrimə dəymir,
Yaxama düyməsin tikir qocalıq.
Ramazan,
itiyin itib deyəsən,
Göz
qoyub hər yana baxdın, niyə sən?!
Harda idi
bu vaxtadək görəsən,
İndi yollarıma çökür qocalıq.
Kaspi.-2013.-16-18 fevral.-S.21.