Gəldi “Son zəng”in sədası
216.734 nəfər şagird məktəblə vidalaşdı
Orta ümumtəhsil
məktəblərində “Son zəng” çalındı. Məzunların həm həyəcanla gözlədiyi, həm də onları məktəb illərindən
həmişəlik ayıran
son zəng.
Nə az, nə
çox - ölkə
üzrə 2012-2013-cü tədris
ilində ümumtəhsil
məktəbləri üzrə
216.734 nəfər şagird
məktəblə vidalaşır.
Bu sırada IX sinif şagirdlərinin sayı 125.250 nəfər,
XI sinif şagirdlərinin
sayı isə 91.484 nəfər təşkil edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
olan ümumtəhsil müəssisələrinin IX və
XI siniflərini bitirən
şagirdlərin sayı
isə 49321 nəfərdir.
Təhsil İdarəsinin məlumatına
görə, cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların
sayı isə 21000 nəfər təşkil edir.
Təhsil
Nazirliyinin tabeliyində
olan ali
təhsil müəssisələri
üzrə 2012/2013-cü tədris
ilində tələbələrin
gözlənilən buraxılışı
26137 nəfərdir. Orta ixtisas
təhsili müəssisələri
üzrə gözlənilən
tələbə buraxılışı
isə 10.399 nəfər
təşkil edir.
Yalnız
təhsil müəssisələrinin
ərazisində
Şagirdlər məktəbdən ayrılmalarını
ənənəvi olaraq
“Son zəng” tədbiri
ilə qeyd ediblər. Ötən illərdə olduğu kimi Bakı Şəhər Baş
Polis İdarəsi bu il də
tədbirlərlə əlaqədar
gücləndirilmiş iş
rejimində çalışıb.
Paytaxtda fəaliyyət göstərən
bütün məktəblər
polisin nəzarətinə
götürülüb, orta
məktəblərin yerləşdiyi
ərazilərdə polis naryadlarının
sayı artırılıb.
"Son zəng”lə bağlı tədbirlər
yalnız təhsil müəssisələrinin ərazisində
keçirilib. Bununla bağlı
məktəb rəhbərlərinə
müvafiq tapşırıqlar
da verilib.
Belə ki, səhər saat 10.00-dan başlayan tədbirlər saat 13.00-da
başa çatıb. Bundan sonrakı
vaxt ərzində övladlarına cavabdehliyi
valideynlər boyunlarına
götürüblər. Belə ki, onlar məsuliyyətlərini
yazılı imzaları
ilə təsdiqləyiblər.
Valideynlərə bildirilib ki,
"Son zəng”lə bağlı
məktəb ərazisindən
kənarda keçirilən
tədbirdə hər
hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə
düşəcək.
Əlaqə saxladığımız məktəb
direktorları da “Son zəng” tədbirlərinin
yalnız məktəblərin
daxilində keçirildiyini
qeyd ediblər.
Yasamal
rayon 18 saylı orta məktəbin direktoru Vaqif Hüseynov qeyd edib ki,
rəhbərlik etdiyi məktəbi bu il 122 şagird
bitirir. Belə ki, şagirdlərdən
58 nəfəri qız,
64 nəfəri oğlandır.
Məktəb direktorunun sözlərinə
görə, məzunların
“Son zəng”i məktəbin
daxilində keçirilib.
Keçən ilin sentyabr ayında təmirdən sonra yenidən təhvil verilən məktəbin tədbirində Yasamal
rayon İH başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, müharibə veteranları və valideynlər iştirak ediblər. Əsas məqsədlərinin vətəndaş
hazırlamaq olduğunu
bildirən direktor tədbir boyu şagirdlərin ayrı-ayrılıqda
öz arzularını
ifadə etdiklərini
bildirib: «Təbii ki, uşaqların öz arzuları var. Ancaq təcrübə göstərir ki, onların hamısı ali təhsil
dalınca getmir. 70-80 faizi instituta
sənəd verir, onlardan da 50-60 faizi daxil olur».
38 saylı orta məktəbin direktoru Yaşar Əliyev “Son zəng”in yüksək əhval-ruhiyyə ilə keçdiyini bildirib. Bu tədris
ilində məktəbi
36 məzunun bitirdiyini
bildirən direktor məktəb binasının
yüksək səviyyədə
təmir olunduğunu da qeyd edib:
“Bu tədris ili ərzində bizi razı salan məqamlardan biri təmir olunmuş məktəbdə dərs
keçməyimiz idi.
Müasir avadanlıqlar gətirilib.
Təhsillə bağlı uğurlar
gözləyirik”. Direktorun sözlərinə
görə, “Son zəng”ə
qatılan şagirdlər
məzun andı içərək, ulu öndər siyasətinin davamçıları olacaqlarını,
itirilmiş torpaqlarımızın
düşmən tapdağından
xilas edəcəklərini
bildiriblər. Məzunların hazırladıqları bədii
kompozisiya maraqla qarşılanıb.
Xəzər rayonu 136 saylı
məktəbin direktoru
Lütfiyyə Qasımova
qeyd edib ki, bu il məktəbi 85 şagird bitirir. Məzunların “Son zəng”ə böyük maraq göstərdiklərini qeyd
edən direktorun sözlərinə görə,
şagirdlər arasında
keçirilən sorğulara
görə onlar daha çox I və III qruplara imtahan vermək arzusu ilə yaşayırlar.
M.Cuvarlinski adına 52 saylı orta məktəbin direktoru
Elmira Əsgərova da
“Son zəng” tədbirlərinin
yüksək səviyyədə
keçirildiyini qeyd edib. Belə ki, tədbirə qatılan rayon İH və
Təhsil İdarəsinin
nümayəndələri razılıqlarını
ifadə ediblər: «Tədbir musiqi və rəqslərlə müşayiət olundu. Şagirdlər oxudular, oynadılar.
Tədbir saat 13.00-a qədər
davam etdi. Tədbirdən sonra isə
valideynlərin özlərinin
övladlarına cavabdehlik
daşıyacaqları ilə
bağlı imzaları
var». E.Əsgərova
qeyd edib ki, rəhbərlik etdiyi məktəbi bu il 57
şagird bitirir: «Məktəb daxilində
son zəng tədbiri keçirildi. Şagirdlər tədbirin davamını
restoranda qeyd etməyəcəklər. Bununla bağlı qabaqcadan razılığa gəlinib».
Məktəb direktoru həmçinin 2012-2013-ci tədris
ili ilə
bağlı təəssüratlarını
da bölüşüb:
«11-ci sinif şagirdlərinin
hamısı imtahana buraxılıb. Qəribədir
ki, bu il ərzində 11-ci siniflərə dərs deyən müəllimlərin
heç biri bircə dəfə də bülleten götürmədi. Dərslər normal qaydada keçib. Ancaq hamı kimi mənim də yaralı yerim 11-ci sinif şagirdlərini dərslərə zorla gətirmək olub. Eşitdiyimə görə, təzə
nazirin bu problemlə bağlı yeni qərarı olacaq. Biz şagirdləri
səhərlər telefon
zəngləri ilə
məktəbə gətiririk.
Valideyn deyir ki, «uşağım
yorulur». Bu cür hallar olmamalıdır. Fərdi hazırlıqlar
uşaqları məktəbdən
yayındırır. Düzdür, 70-80 faiz şagird məktəbdə dərslərinə
davam ediblər. Ancaq biz onları məktəbə
əziyyətlə gətirmişik.
Bu, həm də
bizim yox, bütün respublika məktəblərinin problemidir.
Mən istəyirəm ki, uşaqlar səhər yuxudan durub könüllü
surətdə məktəbə
gəlsinlər”.
C.Cabbarlı adına 161 saylı orta məktəbin direktoru Rövşən Niftəliyevin
sözlərinə görə,
bu il rəhbərlik
etdiyi məktəbi cəmi 9 məzun bitirir. Ümumilikdə isə məktəbdə
101 şagird təhsil
alır. Direktor şagirdlərin
azlığını məktəbin
yerləşdiyi ərazi
ilə əlaqələndirib.
Məktəbdə təşkil
olunan “Son zəng” tədbirinə isə şagirdlərlə bərabər
valideynlər də qatılıb: «Bu şənlik
yalnız məktəbin
daxilini əhatə etdi. Uşaqlar öz arzularını
səsləndirdilər. Onların ali
məktəbə daxil
olmaq ehtimalı 40 faizdir. Məktəbin direktoru növbəti tədris ili
ilə bağlı arzularını da dilə gətirib: “Məktəbdə şagirdlərin
sayının çoxalmasını,
ali məktəblərə
daxil olan şagirdlərin artımını,
tədrisin səviyyəsinin
daha da yüksəlməsini
arzulayıram!”
Binəqədi rayonu 115 saylı məktəbin direktoru Tanrıverdi Orucov da son zəng tədbirinin yüksək səviyyədə keçdiyini
qeyd edib. Tədbirə qatılan qonaqlar da, valideynlər də razılıqlarını
dilə gətiriblər.
Bu il məktəbi
125 şagird bitirib: «Şagirdlərin təhsil
səviyyəsini buraxılış
imtahanları göstərəcək.
Yaxşı qiymət
alanlar da, olimpiadada nəticə göstərənlər də,
tərifnamə alanlar
da var. Fikrimizcə,
10-15 şagirdimiz imtahanlardan
600 bal toplaya bilər. Ancaq bilmirik onlar
özlərini doğrultacaqlar,
yoxsa yox. Çünki şagird var ki, sınaq
imtahanında 600 dən
çox bal toplayır. Buraxılış imtahanında isə
həyəcandan həmin
balı toplaya bilmir».
Məzunlara müstəqil həyata
aparan “Son zəng” tədbirlərində məktəb
direktorları da, müəllimlər də,
valideynlər də orta məktəbi bitirən şagirdlərə
arzuları sırasında
”Ölkənizə layiqli
vətəndaş olun!”
sözlərini xüsusi
vurğulayıblar.
Təranə Məhərrəmova
Kaaspi.-2013.-1-3 iyun.-S.6.