Ədəbi tənhalığımdan məmnunam
Məmməd
İsmayıl: Sәnәtkarın
çağdaşlığı onun zamana məhkum
olmasıdır
– Anar-Elçin-Əkrəm Əylisli,
Çingiz Əlioğlu-Sabir Rüstəmxanlı-Nüsrət
Kəsəmənli, Vaqif Səmədoğlu-Vaqif Bayatlı Odər-Ramiz
Rövşən. Görürsünüz, adlar birgə
çəkilir. Bəs çox vaxt Məmməd
İsmayıl adı niyə tək çəkilir?
– Həyat
hekayəmi eşidənlər mənim evin ilk və son
övladı olduğumu, tək böyüdüyümü
bilirlər. Görünür, həyat hekayəmdəki bu
amansız şərtlər sənət
yollarımçün də bəlirləyici rol oynayıb.
Gözəgörünməzlərin gözəgörünənlərin
qədərini bu şəkildə dəyişə biləcəyinə
inananlardanam. Şairin karyerası yox, qədəri var deyənlər
də bu baxımdan haqlıdırlar. İnsan yaranış
etibarı ilə tənhalığın övladıdır.
Qruplardan başqa bir yalquzaq ömrü də var axı. Allah bəzən
insanı oxşadar, Tanrı təkliyi hər yoldan ötənə
etibar etməz. Tale deyilən nəsnə özünə
oxşadıb mənə də yalquzaq ömrü seçdi.
Bəlkə qürbətə bir başqa şairin yox, mənim
düşməyimdən bu seçimdən qaynaqlandı. Bu
bir, ikincisi, anama görə qiyabi oxumaq məcburiyyətində
qaldım, hardasa Bakıya 26-27 yaşlarımdan yaşamağa
gəldim. O zamana qədər də aşağı-yuxarı ədəbi
qrupların konturları cızılmışdı. Həm də
hansısa qrupa yamaq olmaq mənə uşaqlıqdan yad olub. Təvazökarlıqdan
uzaq olsa da deyim ki, hələ uşaqlıqdan "mən kimnənəm"
yox, "kim mənnəndi" düşüncəsiylə
yaşamış biriyəm. Adını çəkdiyin
hardasa ədəbi tənqidin oluşdurduğu qruplardı.Və
mən bu ədəbi tənhalığımdan məmnunam.
Çünki, seçilən bəndədir, seçən
Allahdır. Bu cəmlər içində sən tək, mən
də tək, Minlərin içində birə bax, Allah! Riskin
də, qürurun dərsi, taleyin dərsi var və bu tənhalıq
dərsidir. Haqqımda yazanlara vә susanlara Belinskinin sözlәri
ilә sәslәndirmәk istәrdim: tәnqidçilәrdәn
әn böyüyü, dahiyanәsi vә yanlış
yapmayanı әlhazarәt zamandır, öz gələcək
yolçuluğunda mәni tәkmi yaşadacaq, yoxsa
hansısa qrupa qoşacaq, bu yalnız onun bilidiyi bir işdir.
–
Bizdə şairlərin yaratdıqları üslublara sadiq
qalmasının əsas səbəbi nədir sizcə? Siz də
üslubunuza sadiqsiz və improvizələrə və
eksperimentlərə az rast gəlirik şeirlərinizdə.
– İnsan müdaxiləsi olmadan yatağını dəyişən çaylara təbiətdə rast gəlinməz. Çayın, çay olması uçün suyun davamlılığı lazımdır. Bəlkə yatağını dəyişsəydi heç yaranış idealına, dənizə qovuşmaq arzusuna da çatmazdı. Bir bizim ömrümüz var, bir də taleyin ömrü. Çay, sonunda adının belə yox olacağını bilmədiyi bir yolu tutub gedir, bu yol taleyin ona seçdiyi yoldu, hardansa başlayıb hardasa bitməlidir. Fərdi üslubun ədəbi okeana qovuşması, ya da qovuşdurulması da buna bənzəyir. Doğrudur, o çaya yollar boyu xırda qollar da qarışır, amma bu qarışımlar onun dənizə çatmaq amacına əngəl olmur, əksinə bu amacı bir az da sürətləndirir. Tarixin də, ədəbiyyatın da qədəri belədir. Hər üslub da davamlı bir fədakarlıq örnəyidir. Şair tənhalığı hardasa bir az da onun üslubunun tənhalığıdır. Təbiət ənənəsindən (yaz, yay, payız, qış təkrarları və s.) dərs alan topluluqlar hər zaman ayaqda qalmağı başardılar. Bu gün dünyanın ən öndəgələn ölkələri ilə yarış içində olan Çin,Yaponya örnəkləri beşminillik ənənəyə sadiqliyin örnəyi ola bilər. O fikrinlə razı deyiləm ki, yazılarımda improvizələrə və eksperimentlərə az rast gəlinir. Yazmağa başladığım ilk çağlarda şuuraltı bulduğum və bulmaqdan məndən çox, doğub böyüdüyüm mühitin təsiri olan, ya da ilahi bir sədanın pıçıldadığı üslub içərisində çalışıram ki, deyəcəyim fikirlər misra qəlibinə sığmasın, çəkirsə diqqəti pozulmuş ölçüsüylə deyil, yeni deyilişləri ilə çəksin. Puşkinin maraqlı bir fikri var; şairin şair olana qədər ki, şeirləri gözəldir, çox zaman professionallıq sənəti öldürür. Və Marina Svetayeva da deyirdi ki, Puşkini modernistlərdən ayıran cəhət onun sadə, anlaşılır yazmağında idi. Elə dahiliyi də bu yöndəydi bəlkə?!
Hər halda bilməmiş deyilsən ki, hәr
nəsnə Tanrı mükəmməlliyinin təkrarsız
örnəyidir. Bu mənada "yenilik" adına forma
mükəmməlliyindən qaçmaq nə dərəcə
də ağlabatandır? Bir də nə zamandan Qərbdən
gələn yenilik, Şərqin bağrından qopanlar isə
köhnəlik olub? Bir də türkün
bağrından qopan heca vəzni tarxi missiyasını hələ
tamamlamamış, daha doğrusu, ona bu missiyanı
tamamalamağa imkan verilməyib. Əslində, ədəbiyyatda
süni yaradılmış vəzinlər qovğası millətimizin
tarixi sürəc içərisində siyasi arenada
başına gətirilənlərlə paralelik təşkil
edir. Monqolustandakı Bəngü daşlarında tarixə həkk
olunmuş heca vəzni İslamın gəlişiylə yerini əruza
buraxmaq zorunda qaldı. Bu sürəc hardasa XVII-XVIII yüzillərə
Abbas Tufarqanlıya, Vaqifə qədər davam etdi.
Tufarqanlı və Vaqiflə yenidən yarımçıq
ömrünü davam etdirməyə başlayan heca vəzninin
önünü bu dəfə də Rusiya üzərindən
Avropadan əsən sərbəst vəzn rüzgarları kəsdi.
Halbuki, bu, o dönəm idi ki, elə
formasız, biçimsiz şerin təsiriylə Avropada
şeir ölməyə başlamışdı. Şerin
ölümü isə bir baxıma Allahın ölümü
demək olardı. İnsanlığa göndərilən səmavi
kitabların hamısının şeirlə endirilməsi
Allahın şeirə verdiyi önəmin bir başqa
göstərgəsidir. Yaralı yerimə toxunduğundan bu
sualın cavabı bir az uzandı, deyəsən?! Yuxarıda adlarını çəkdiyin,
yaradıcılıqlarına sayğı göstərdiyim
Vaqif Səmədoğlu və Ramiz Rövşənin ilk
şeir kitapları ilə sonrakı kitablarına baxsan hardasa
sərbəstdən daha çox heca ağırlıqlı
şeirlərdə uğur qazandıqlarını görəcəksən.
Bu şairlərimiz çevrələrində oluşdurulan tənqid
çəmbəri ilə ünə qovuşdurulmuşdular.
Amma sevilmək bir başqa şeydir, ün qazanmaq isə bir
başqa şey.Vaqif də, Ramiz də öz təbii
axarlarına qayıtdıqdan sonra haqlı olaraq sevilməyə
başladılar. Fikrimcə heca vəzni öz tarixi
missiyasının tamamlamayıb və hələ də gəlişmə
çağlarını yaşayır. Sərbəst
vəznə gəldikdə isə nə qədər qəzet,
jurnal və internet səhifələrini "sərbəst vəzində
yazılmış" mətnlərlə doldurulsa da, bu vəzn
hələ də onu milli vəznə çevirəcək
dahisinin yolunu gözləyir.
– Məmməd müəllim,
şair üçün getmək nə deməkdir və bu
sizin reallığında hansı məna kəsb edir?
– Cəm
təkə qovuşar, tək cəmdən qaçar. Hər
doğuş hardasa bir ayrılış, bir qopuşdur. Anadan,
doğulduğun məkandan, uşaqlıqdan qopuş! İnsan
hərəkətin övladırdır, bu yönüylə
suya bənzər, eyni yerdə qalışı ölümə
bərabərdir. Uşaqlıq insanın başlanğıc
nöqtəsi – ana vətənidir! Qoratsiy deyirdi ki, özgә
günәşi altında (yәni qürbәtdә) isinәn
torpaqlarda bizim nә alış-verişimiz? Vәtәni tәrk
edәn özündәn haraya qaçacaq? Başqa bir Roma
düşünürü qürbәt hәyatını tәkrarlamaq
zorunda qaldığım Ovidiy isә: Cәsur adam
üçün yerüzünün hәr yeri vәtәndir,
deyirdi.
Ağacı böyüyüb kökündәn qaçar,
Ha qaçar kökündәn ayrıla bilmәz.
Yayından çıxan ox bizә hәqiqәti necә axtarmağın yollarını öyrәdir, Konfutsiyә görә. Bәladan qorxmaq yox, ona qarşı getmәk lazımdır. Çәtinliyә dözüb sәbr edәnlәr gәlәcәk zamanlara daha güclü qalanlardır. Bir baxıma güclüyә, cәsurlara tale dә kömәk elәyir. Sәnәtkarın çağdaşlığı onun zamana mәhkum olmasıdır - mәhkum olmaq vә mәhkum olduğunu yönlәndirmәk! Yaşadığı tarixdәn qaçmaq hәr sәnәtkarın işi deyil. Zaman insan üçün mövcuddur, insan zaman üçün yox. Bir düşünürә görә sәnәtkarın zamanı ilә nigahı zorla qılınmış nigahdır. Bәzәn tanınmaq baxımından öz әsrinә gecikәnlәr gәlәcәk әsirlәrin vәtәndaşı olurlar: "dünya qalacaq yer deyil, ey dil sәfәr eylә". Gəlmək hardasa getmək deyimli?
Gәldiyin kimi dә getmәk gözәldi
Bәdәndәn sıyrılıb ruh oılmaq gözәl.
Dәnizә qarışıb itmәk gözәldi,
Tanrıya qovuşub yox olmaq gözәl.
Hәqiqi
sәnәtkar elә öz mәmlәkәtindә dә
mühacirәtdәdir. Vә bir şeirdә deyildiyi kimi:
Pisatel,
esli tolko on
Est nerv
velikoqo naroda,
Ne mojet
bıt ne porajen,
koqda
porajena svoboda.
Marina
Svetayevanın yazdığı kimi: Şairә bütün hakimiyyәtlәrin qanuni sifarişi birdir: bizim әleyihimizә yazmayın, çünki
siz gücsünüz. Dünya hamımız üçün
qürbətdir, mənə isə qürbətin qürbətində
yaşamaq nəsib oldu: Gün bulud arxasında, qürbət
araxasında mən! 1920-ci, 1927-ci ilin gedənləri ilə
müqayisə də buna da şükür deyə bilərik!
O, bu
zamaneden söz götürmedi,
Başını götürüb getti deyersiz!"
– Məmməd müəllim, nəyə
görə ən böyük qələbəni qadını
ram etmək, ən böyük məğlubiyyəti isə
qadın xəyanətinə məğlub olmaq hesab edirsiz?
– Bunun nəyə
görəsi yoxdur ki?! Sualın cavabı
insanın yaradılış hekayəsində gizlidir. Hər
halda bu qədər yalan olmaz ki, bütün səmavi kitablar
insanlığın başlanğıcı Adəmlə Həvvada
görür:
İnsan
ağacının kökü dərində
Yüz yol boşalsa da, dolsa da dünya.
ikicə
adam var yer üzərində
İkicə
adam var: Adəmlə Həvva!
Sevәn adam
üçün dünyanın oxu sevdiyi adamın olduğu
yerdә
fırlanır, ya da sevәn adam üçün dünyanın әn cazibәli, çәkici mәrkәzi sevdiyi adamın olduğu yerdir. Rus filosofu Berdyayaev deyirdi ki, әbәbdiyyәtdәn başqa heç nәyi ürәkdәn sevmәk
lazım deyil. Əgәr әbәdiyyәt yoxsa, demәli, heç nә yoxdur. Qadın
isә böyük
sevgisi vә doğum
sancılaryla bir baxıma әbәdiyyәt
daşıyıcısıdır.
Qadına
fəth olunmaq yenilməkdirsə, kim belə
yenilgini istəməz ki? Atılmışlıq,
unudulmuşluq, enerjisiz qalmaq isə bir başqa şey!
Belə
yaşamağın varmı lüzumu,
Varı
yoxa çıxıb, yoxu vardadı...
Dünya
içi düşən güz qarpızımı
Allahım, dünyanın ruhu hardadı?
İnsan tərif, övgü, sevgi və
özünütəsdiqin övladıdır. Qadının sevgisini
qazanmaq, onu ram etmək, dolayısıyla özünütəsdiqin
başqa bir ifadəsi deyimi? Cənnətdən
qovulduğumuzdan hər birimizin şuuraltında cənnətə
dönüş canatımımı var. Amma cənnətdən
qovulmağımızın, ölümlü bəndəyə
çevrilişimizin də bir səbəbkarı var axı?
Qızılı odla, qadını qızılla, kişini
qadınla sınaqdan keçirirlәr:
Qönçəmi
xoş sözə açılan çiçək,
Eh, kimin
xoşuna gəlməz ki tərif?!
Aldadan
Havvadır hər qadın mələk,
Aldanan Adəmdi
hər kişi hərif.
Qadından
və qadın sevgisindən söhbət
düşmüşkən Marina Svetayevanını
xatırlamamq hardasa insafsızlıq olardı.Yaxşı mənada
bir şair və qadın olaraq bu işin uzmanı idi o:
Qadının kişi üzərindəki
ilk qələbəsi kişinin bu sevgi haqqında
başqasına danışmağından başlayır. Və qadının tam qələbəsi isə
qadının o başqasına kişinin onu sevməsi onun da o
kişini sevməsindən danışması ilə
tamamlanır. Bütün gizlinlər aşikar olur: sənin
sevgin mənəm. Nə qədər ki, bu deyilənlər
baş tutmayıb rahat yatmaq olmaz. Qadın
nəfəs çəkmənin arxasınca gedir.
Qadın – dərindən bir nəfəsdir! Kişi
bir işarət, bir jestdir. Nəfəs dərimi
hər şeydən öncədir, atlayış zamanı nəfəs
alınmaz. Kişi heç zaman birinci olmaz, kişi diləyirsə, qadın çoxdan istəyir.
“Şairlər, şairlər, qadınların yeganə həqiqi
sevgiləridi!”. Bu sözləri
də M.Svetayeva deyirdi. Qısacası ip ən
nazik yerindən qırılır. Məhəbbətlə
nifrətin arası çox olsa bir qarışdır. “Xәyanәt” dә “ayrılıq” kimi mükәmmәl bir sözdür. Əslindә,
xәyanәt dövlәtә, ucalığa olar insana yox, belә baxanda içindә olana necә xәyanәt
etmәk olar? Hәyatın
özü hardasa ruha xәyanәtdir. Böyük sirr, hәm
dә böyük
şantajdır bir baxımdan. Qadının dilindәn bizdәn çox qadınlar
anladığından yenә dә
sözü M. Svetayevayanı xatırlayaq:
...S
bessmertya zmeinım uksusom
Konçaetsya
jenskaya strast!
M.Svetayeva
Pasternaka göndәrdiyi mәktubda
yazırdı:” Mәnә ev yox, küçәlәr lazımdır. Kişilәrin yox,
qadınların küçәsi var. Sәn
yalnız bir qadını – Həvvanı sevәn Adәmi anlamazsan, mәn
hәr şeyi sevәn Havanı başa
düşә bilmәrәm”. Başqa bir fikir
adamı isə baltanı kökündən vurur: Allah iki
şeyi yanlışlıqla yaratdı, qızılı və
qadını!
– Qəribədir,
adətən qürbətə gedənlər narazı
görünür, amma siz qürbətdə daha dönməz
oldunuz.
–
"Dönməzi" hansı anlamda – geri dönməzlik, ya
dönməz anlamındamı işlətdiyin bir az qaranlıq qalsa da deyim ki, öz iradələri
xaricində qürbətə salınanların narazı
görünməsindən təbii nə ola bilər ki?
Qürbətdə dost yoxdur, şeir sevilməz! Ağac
ağacdır ki, başqa bir yerə yox, bağın bir tərəfindən
çıxarıb o biri tərəfinə əksən yerini
alması ən azı iki-üç il
çəkər. Ağzında qürbət
deyirsən, gör o zaman qürbətə düşənlərin
durumu necə olar? Bütün olub
qopanlarını vətəndə qoyub getmək zorunda
qalanları qürbətdə gözləyən nədir?
Vətəndə beş kişidən biri
olanı qürbət milyonlardan birinə çevirir. Brodski demişkən, milyonlardan biri olmaq gerçəkliyi?
Halbuki sənin vətəndə bəlli-başlı
bir mövqeyin, sevdiklərin, sevənlərin vardı. Qürbətdə varın yoxluğu başlayır
və yoxun varlığına sığınmaq zorunda
qalırsan. Bax belə yerdə dadına
yenə də söz yetişir.
Gedərsə,
vətənin qalar vətəndə
İçinin içində köz vətən olar.
Dərdinə,
sərinə vətənsən sən də
Qürbətdə sənə də söz vətən
olar.
Dünya sürgün yeridir. Bu sürgünü bu
dünyanın hansı köşəsində sürməyin
bir baxıma elə də çox fərqi yoxdur.
Çəkib
elin gözündən
Bizi yasaqlayarlar.
Bizi qovub
bu gündən
Tarixə saxlayarlar.
Brodski deyirdi ki, əgər qürbətə düşən
sənətkarın həyatının janrını bəlirləyəcək
olsaq, bu tragikomediyadır.Tragi-komediyanın müsbət qəhramanınına
çevrilmək üçün sənin inadlı
axtarışların azdır, həm də gərək tale də
yanında yer alsın. Endirildiyin, ya da enmək zorunda
qaldığın zirvə dumanlar arxasından da olsa sənə
gəl-gəl deyir. Milyonlardan on kişidən
birinə çevrilmək, yenidən qürbət dərələrindən
fəthinini gözləyən zivəyə doğru inadlı
yürüşlər başlayır. Qürbətdəki
hər cür əngəllərə baxmayaraq o zirvəyə
ulaşa bildinsə, beş kişidən
biri oldunsa, qürbət qürbətlikdən
çıxıb hardasa dünyəvi vətən olur:
Vәtәnә cavab verәcәk,
Qürbәtә salanlar mәni.
Kim
anlamır anlamasın
Ovidiyi anlar mәni.
"Ruhun
qəhrəmanığı – yaşamaq, bədənin qəhrəmanlığı
– ölməkdir..."
– Stalin
ölən gün ağlamağınızın səbəbi
nə olub? Belə bir məqam şeirinizdə də
var.
– Buna
ictimai psixoz da demək olar. Bir yeniyetmə
düşünün ki, hansı fənn olmasından
asılı olmayaraq aşdığın hər kitabın ilk
səhifəsindən, uçuq-sökük məktəb
koridorlarının, sinif otaqlarının baş köşəsindən,
kolxoz idarələrinin, kənd klublarının, seçki məntəqələrinin
al-əlvan plakatlarından yağlı boya ilə çəkilmiş,
lopa bığlı eyni kişinin vahiməli
baxışları hər yandan onu izləyir, hər işinə
göz qoyur. Çox sevdiyin, inandığın el
aşıqları məclisə başlayar-başlamaz onun
adını dua kimi zikr edir: “Yaşa, yaşa can Stalin, Dillərdə
dastan Stalin!” Və bu adamın ölümünü hər
vasitə ilə topluma elə təlqin edirlər ki, sanki
dünyanın axırı gəlib, Stalin öldüsə
dünya da dağılacaq! Mən 1953-cü ildə
baş verən hadisələri xatırlamışam
sözü gedən şeirdə. Amma o
zamandan bu zaman çox elə də bir şey dəyişməyib,
dünya elə həmin dünyadı. Bir
müddət əvvəl Şimalı Koreyanın prezidenti Kim
Jong Ilin ölümü zamanı keçirilən mərasimləri
yəqin ki, televizorlardan izləmiş olarsan. Koreya toplumu bu yasdan dəli olmaq dərəcəsinə
gəlmişidi. Deməyim odur ki,
qloballaşan ictimai psixoz hələ də davam etdirilir. Və beləcə mənim o zamankı göz
yaşlarım nəyə ağladığını bilməyə-bilməyə
axıtdığım göz yaşlarıydı. Zaman, öz doğmaca atasını ələ verən
Pavlik Morozovların qəhramanlaşdırılan zamanı
idi. Adı keçən şeirdən də
görüldüyü kimi yaxşı ki, əmim
zamanınında məni şübhələndirmiş və
vaxtında gözümün açılmasına səbəb
olmuşdu. Və təazökarlıqdan uzaq olsa da deyim
ki, mən bəlkə də yaşlı ədəbi nəsillər
arasında, Leninə, movzoleyə, partiyaya, nə bilim daha nəyə...şeir
yazmamış tək adamam:
Gör
kimə ağlayır axmağın biri,
Bir dur, səninləyəm, ayə karmısan?
Onun
var-yoxunu... Ağlama, kiri,
Ağlama, mən ölsəm, ağlayarmısan?
– Şair üçün və
əlbəttə sizinçün barışmaq nədir?
–
Bir-biri ilә rәqabәt aparan aşağılardır,
zirvәlәr hәr zaman ortaq dil tapa bilirlәr. Özü
öz içiylә barışıq içindә olmayan
insan dünyayala necә barış içindә ola bilәr?
Doğum dünyayala, ölüm tale vә Tanrı ilә
barışmaqdır. Və sən barışmasan da zaman səni
hər şeylə barışdırır. Qoru görüm gəncliyini
qocalan çağlarına qədər qoruya bilirsənmi?
İnsanların yaşadığı qanunlara deyil, Tanrı
ehkamlarına boyun əymək dünyəvi barışın
ilk şərtlərindəndir!
Fərid Hüseyn
Kaspi.-2013.-1-3 iyun.-S.17.