Dədə Qorqud”un yeni “Dada Qorqudboyu

 

Bu il mayın 17-də Gürcüstan paytaxtında, vaxtilə Azərbaycanın müstəqilliyinin elan olunduğuYeniyetmələrsarayında Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın gürcü dilində dərc olunmuşDədə Qorqudkitabının təqdimatı keçirildi.

Tədbiri kitabın işıq üzü görməsində xidməti olmuş, təqdimat mərasiminin təşkilatçılarından biri - Gürcüstan-Azərbaycan Mədəni Əlaqəlar Assosiasiyasının vitse-prezidenti Tamara Lamparidze açdı. Sonra bir müddət bundan əvvəl bir qrup gürcü yazarı ilə birlikdə Dağlıq Qarabağasəyahət edən”, bu hərəkəti ilə gürcü ictimaiyyətində böyük qalmaqal yaradan şairə, Gürcüstan Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvili, “RustaveliCəmiyyətinin rəhbəri şair David Şemokmedebeli, gürcü rəssamı Rezo Adamiya çıxış edərək kitabın məziyyətlərindən danışdılar. Eləcə Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasın prezidenti Cavanşir Hadi, “Dədə QorduqFondunun rəhbəri Azərbaycan Dünyasıbeynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov səmimi sözlər söylədilər. Eldar İsmayılov xanım Tamar LamparidzeniDədə QorqudFondunun Azərbaycan dünyasıbeynəlxalq jurnalının təsis etdiyiMehriban anaordeni ilə təltif etdi. AnarınDədə Qorduqkitabının gürcü dilində nəşrinə rəsmlər çəkmiş 25 gənc rəssama, daha doğrusu, tələbə rəssamlara isə Eldar İsmayılov diplomlar təqdim etdi. 

Amma... bu şəkillər elə ilk baxışdan adamda təəccüb doğurur. Bir-ikisini çıxmaq şərti ilə - onlardan biri soydaşımız Əli Əliyevin gözəl əsəridir - qalanlarının mövzuya, demək olar ki,heç bir dəxli yoxdur. Gürcüstanda heç bir azərbaycanlı ictimai xadimin, azərbaycanlıların cəmiyyət təşkilatının təmsil olunmadığı Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının vitse-prezidenti Tamara Lamparidzenin layihəsi əsasında bizim üçün müqəddəs olan Dədə Qorqud mövzusu hələ təcrübəsi olmayan tələbə rəssamlara tapşırılıb.

Layihənin müəlliflərindən, öz pedaqoqlarından bir məsləhət almayan, mövzu barədə demək olar ki, heç bir məlumatı olmayan bu tələbələr ağıllarına gələn şəkilləri çəkiblər yaxud da hazır olan şəkillərini kitaba saldırıblar. Çılpaq qız şəklindən tutmuş kiminsə portretinə bir təsadüfi şəkillərə qədər. Tədbirdə iştirak edən mötəbər sənət adamlarının buna diqqət yetirməməsi təəccüblüdür.

Sevimli yazarımız Anar orda gözəl çıxış etdi: “Xəritəyə baxanda Gürcüstan Azərbaycanın sol tərəfində yerləşir. Lakin biz baxanda solumuza ürəyin yerləşdiyini görürük. Mənim ürəyimdə isə Gürcüstan Azərbaycanın ürəyidir”. qədər gözəl deyilmiş sözdür. Bunu onun Tiflisə son dövrlərdəki səfərləri təsdiq edir. Bu sözlərdə böyük məhəbbət ifadə olunub.

Anar daha sonra çıxışında  dedi: “Tiflisdə nəşr olunan kitabın maraqlı cəhəti odur ki, ona gürcü rəssamlarının çəkdiyi illüstrasiyalar əlavə olunub”.

Amma mən deyərdim ki, bu kitabın maraqsız cəhəti odur ki, ora həvəskar rəssamların illüstarsiyaları daxil edilib. Bu rəsm əsərlərinin toxunduğu mövzunu gözəl bilən, daha doğrusu, “Oğuznamə”ni gürcü dilinə tərcümə edən, giriş sözünü onun şərhini yazan tanınmış alim Mziya Slaidze, eləcə həmin dövrlərdəDədə Qorquddastanını gürcü dilinə tərcümə edən görkəmli türkşünaslar azərbaycanşünaslar Georgi Şağuladze Elizbar Cavelidze heç yada düşməyib. Bu görkəmli şəxslərlə məsləhətləşmədən edilən tərcümənin səviyyəsindən danışmaq isə artıq şeydir. Kitabın adının Azərbaycan dilindəDədə Qorqudəvəzinə “Dada Qorqudkimi getməsinə diqqət yetirmək kifayətdir.

1999-cu ildə BMT-nin Azərbaycan hökuməti ilə birlikdə Mədəni İrsin Qorunması Proqramı çərçivəsində hazırladığı, “Dədə Qorduqdastanının 1300 illiyinə həsr olunmuş nəfis tərtibatda açıqca dəsti çap edilmişdi. Görkəmli rəssamlar M.Abdullayev, F.Əliyev, L.Şarov L.Quritski tərəfindən yaradılmış kompozisiyaların hər biriDədə Qorquddastanındakı boylarda baş verən bütün hadisələri yığcam şəkildə əks etdirirdi. 2013-cü il mayın 17-də Gürcüstan paytaxtında təqdimatı keçirilənDədə Qorqudkitabında verilən rəsmlərsə sadəcə saxtakarlıq birabırçılıqdır.

Yeri gəlmişkən qeyd edim ki, Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvilinin Dağlıq Qarabağa gözlənilməzsəyahətiTiflisdə olduğu kimi, Bakıda da böyük əks-sədaya səbəb olmuş, o, Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz qonaqları siyahısına salınmışdı. Lakin bu çox uzun çəkmədi. Mirzə Fətəli Axundzadənin səssiz-səmirsiz keçən yubileyindən sonra sevimli yazarımız Anar ssenari müəllifi olduğuSübhün səfirifilminin Tiflsidəki təqdimatına gəldi Mağvala Qonaşvili şəhər merinin köməkliyi ilə onun yubileyilə əlaqədar kiçik bir tədbir keçirib günahlarını yumuş olğunu düşünərək tezliklə Azərbaycan televiziyalırının birinə belə bir bəyanat verdi: “Bəli, mən Dağlıq Qarabağa getmişəm. Dəvət alsam, yenə  gedəcəm. Poeziya heç bir sərhəd tanımır”.

Ancaq Mağvala xanım unutmamalıdır ki, dövlət tərəfindən dəstəklənən  rəsmi bir qurumun rəhbəridir. Maraqlıdır, o, hansı poeziyadan danışır? Rəhbərlik etdiyi qurumun artıq heç bir mətbu orqanı yoxdur. Onun özünəməxsus fəaliyyəti nəticəsində xeyli vaxt bundan əvvəlMnatobi” (“Məşəl”) aylıq ədəbi-bədii jurnalı Literaturili Sakartvelo” (“Ədəbi Gürcüstan”) həftəlik qəzeti bağlanıb, son aylarda isəSiskari” (“Dan ulduzu”) jurnalı fəaliyyətini dayandırıb. Zamanın tələbindən irəli gələrək yeni yazarlar birliyi - Gürcüstan Yazıçıları Milli Akademiyası yaradılıb. Onu da qeyd edim ki, belə bir qurum Fransada, Almaniyada, ümumiyyətlə Avropanın bir çox ölkəsində çoxdan mövcuddur.

Sonda onu demək istəyirəm ki, bu cür halların təkrar olunmaması üçün Gürcüstanın hər yerində tanınan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliyi müxtəlif layihələrə ayırdığı vəsaitə nəzarət etməli hesabat istəməlidir. Çünki neftdən əldə edilən o pullarda mənim milyonlarla soydaşımın haqqı var.

 

Mirzə MƏMMƏDOĞLU

 

Tbilisi

 

Kaspi.-2013.-1-3 iyun.-S.19.