Əbədiyyət nəğməsi
Mikayıl Müşfiq – 105
Cəmi 29 il
yaşamış, 11 il də
yazıb-yaratmış Mikayıl Müşfiq
elə əsərlərə imza atdı ki, yaratdıqları ədəbiyyatımızın
əbədiyyət nəğməsinə çevrildi.
Təkcə şəkillərdə cavan qalmayıb ki…
Poeziyamızda da həmişə təzə,
dəliqanlı, şaqraq şeirlər
müəllifi kimi gənc simalı Müşfiq ölməzliyin
ünvanıdır. 105 yaşlı şairin
yaradıcılığı həmişəbahar
çiçəkləri kimi əbədidir
və seviləndir.
Yazdıqlarının
əbədiliyini istedadı ilə təsdiqləyən
Mikayıl Müşfiq 5 iyun 1908-ci ildə Xəzərin sahi-lində,
Bakıda müəllim ailəsində dünyaya göz
açmışdı. Fələyin qara yelləri lap
körpəlikdən onun başı üzərində əsməyə
başladı. Lap erkən anasını, altı
yaşında isə atasını itirən Mikayıl
yetimliyin qara pəncəsinə keçərək həyatın
acılıqlarını yetərincə çəkmişdi.
İçindəki məğrurluq, elmə, maarif-lənməyə
sönməz həvəs onu uşaqlıqdan hamıdan fərqləndirirdi.
Orta məktəb illərində bütün
yol-daşlarından yaxşı oxuyurdu. Ədəbiyyata sonsuz
marağı vardı. Yazdığı şeirləri ilə
müəllimlərinin diqqətini çəkirdi. Hamı
bilirdi ki, bu gənc oğlanın köksündə çox həssas,
duyumlu bir ürək çırpınır. Onun gələcəyinə
inanırdılar. Azərbaycan Dövlət Universitetində
oxuduğu illər Mikayıl Müşfiqi nəinki Bakıda,
artıq respublikada bir şair kimi tanıyırdılar.
"Küləklər" adlı ilk kitabı çapdan
çıxan-da 20 yaşı var idi.
Ali məktəbi
bitirdikdən sonra ilk əmək fəaliyyətinə müəllimliklə
başlayan Mikayıl Müşfiq sonra "Azərnəşr"də
redaktor və mütərcim işləmişdi. "Küləklər"
şeiri kitabının qədəmi uğurlu oldu. On-dan
sonrakı illərin sevinci bir-birinə bağlandı.
Kitabları bir-birinin ardınca işıq üzü görməyə
baş-ladı. Səkkiz ildə doqquz kitabı ona oxucu sevgisi
gətirmişdi. On birinci kitabını nəşrə
hazırlayırdı. 1935-1937-ci illərdə
yazdığı şeir və poemalarını daxil etdiyi
"Çağlayan" kitabının əlyazmasının
nəşri müəllifə nəsib olmadı. Bir
şeirində deyirdi: "Yelkənim açılır, qara
yel əsmə". Təəssüf ki, 1937-ci ildə
başlayan repressiyaların qara caynaqları Azərbaycanın
sayseçmə oğullarının taleyin-dən yan
keçmədi. Kimini elə Bakıdaca Xəzərin
sularında balıqlara yem etdilər, kimini uzaq Sibi-rin buzlu
çöllərinə saldılar, kimini də… Naməlum
qalan aqibətlərdən birini
də Müşfiq yaşadı.
Müşfiq haqqında çox deyilib, çox yazılıb. Çünki onun incə rübabından qopan odlu nəğmələr neçə könüldə ünvan tapıb, neçə ürəyi vəcdə gətirib. Hamı böyük sənətkara olan tükənməz eşqini, vur-ğunluğunu sözlə deməyə çalışıb. Amma bir şəxsiyyət də var ki, o, bütün ömrünü Müşfiq yaradıcı-lığına, onun tədqiqinə, irsinin toplanmasına həsr edib. Bu, filologiya elmləri doktoru, Mikayıl Müşfiqin mənəvi varisi Gülhüseyn Hüseynoğludur. Bu fədakar alimin Müşfiqlə bağlı apardığı bü-tün tədqiqatlar təqdirəlayiqdir. Gülhüseyn müəllim həm də Müşfiqin əqidə dostu olub. 1937-ci ilin amansız repressiyalarına məruz qalaraq sürgün həyatı keçirmiş vətəndaşlarımızdan biri kimi bu zülmün hər cür sifətini, müdhiş əzablarını görüb. Mikayıl Müşfiqin latın qrafikası ilə üç cilidliyinin nəşr edilərək oxuculara çatdırılmasında böyük əmək sərf edən Gülhüseyn Hüseynoğlu yazırdı: "Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Ədəbiyyatımızda şairlərin vətəndaşlığından danışarkən Müşfiq örnək kimi göstərilməyə layiq cəsarətli, uzaqgörən bir şair kimi həmişə diqqət mərkəzindədir". Buna bariz nümunə kimi göstərə bilərik: milii musiqi alətimizdən olan tarın qafası dönmüş məmurlarımız tərəfindən Konservatoriyadan çıxarılması haqqında verdiyi qərar Müşfiqi, demək olar ki, əsəbiləşdirərək bu hadisəyə şeirlə etirazını bildirməyə sövq etmişdi:
Oxu, tar, oxu, tar!..
Səsindən ən
lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar…
Nəğməni
su kimi alışan ruhuma çiləyim.
Oxu, tar, səni kim unutar?
Ey geniş kütlənin
acısı, şərbəti
-
Alovlu sənəti.
Təkcə bu şeiri Mikayıl
Müşfiqin mənəviyyatının
necə dərin və zəngin olduğundan xəbər verir. Halbuki ötən əsrin
20-30-cu illərində tarın
ünvanına rişxənd
dolu münasibətlər
mətbuat səhifələ-rində
baş alıb getməkdə idi. Təkcə tara
qarşımı? Hətta
ədəbiyyatımızın klassiklərini də top atəşinə tutaraq onların yazdıqlarını
köhnəliyin qalığı
kimi qələmə verirdilər. Belə etinasız, sərt
münasibət-lərə böyük şairimiz Məhəmməd Füzuli
də düçar olmuşdu. Yenə də Müşfiq əsl varis, ədəbiyyat fədaisi kimi bir vətəndaş
olaraq bu cahillərə qarşı
şeiri ilə cavab verirdi:
Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.
Mikayıl Müşfiq elə əsərlərə imza
atıb ki, onlardan həmişə müdrik ifadə və meyar kimi
istifadə edirik. Məlumdur ki,
bu gün Azərbaycan ədəbiyyatında
cızmaqaraçı müəlliflərin
sayı artmaqda-dır.
Hər yerindən duran əlinə qələm alaraq moşusayağı şeirlər yazır.
Bu gün bizim həm də müasiri-miz olan Müşfiq öz poeziyasında belələrini
ciddi tənqid atəşinə tutaraq deyirdi:
Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm, söyləyir yerindən
duran,
Adamın üzündə haya
gərəkdir!
Müşfiqi daha yaxından duymaq, anlamaq üçün onun haqqında yazılan bütün xatirələri
yenidən oxumalı, düşünməli olduq.
Şairin
ömür-gün yoldaşı
Dilbər Axundzadənin
böyük məhəbbətlə
qələmə aldığı
"Müşfiqli günlə-rim"
kitabında Müşfiqin
işıqlı obrazı
görünür, sevən
ürəyinin səsini
eşidir, istedadlı
yaradıcılığı ilə yaxından tanış oluruq. Dilbər xanımın xatirələri
Müşfiqin məhəbbətinə
bürünərək könül
etirafına çevrilib.
Vaxtilə heç bir
kitabına düşməyən,
nəşr edilməyən,
yalnız Dilbər xanımın hafizəsində
ya-şayıb qalan Müşfiq şeirlərinin
bu kitabda verilməsi təqdirəlayiqdir.
Kitab bir neçə dəfə nəşr edilib. Həmişə də oxucular
tərəfindən maraqla
qarşılanıb. Çünki bu kitabda Müşfiqin
surəti necə vardısa, elə də yaradılıb.
Bu gün Müşfiqin
şeirlərinə musiqi
yozumu verilir. Sənətkarlar onun yaradıcılığına
müraciət edir-lər.
Korifey ifaçılardan tutmuş
gənc istedadlılara
qədər Mikayıl
Müşfiqdən oxumağı
özlərinə şə-rəf
sayırlar. Unudulmaz
Şövkət Ələkbərovanın
həzin səslə ifa etdiyi "Oxu, tar, oxu tar", Zeynəb Xanlarovanın məlahətlə oxuduğu
"Qal, sənə qurban", "Sənin gülüşlərin", rəhmətlik
Nəzakət Məm-mədovanın
can verdiyi "Maralım",
Eyyub Yaqubovun təqdim etdiyi
"Ana" mahnıları dinləyici al-qışını,
rəğbətini qazanmış
sənət inciləridir.
Düşünəndə ki Mikayıl Müşfiq cəmi 29 il
yaşayıb heyrətlənməyə,
dəhşətə gəlməyə
bilmirsən. Belə qısa ömürdə bu qədər mükəmməl yaradıcılığa
nail olmaq ancaq istedadın sayəsində
mümkün idi. Bir də tədqiqatçılar
haqlı olaraq söyləyirlər ki, Mikayıl Müşfiqin qəlbində həmişə
bir səksəkə var-mış. Əgər belə
olmasaydı, o, 1935-ci ildə
"Necə əl çəkim" şeirini
nədən yazardı.
Müşfiq sanki sövqi-təbii
duyurmuş ki, onun açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək.
Yoxsa, 27 yaşlı gənc bu harayı
çəkməzdi:
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan
atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin
fəzadan necə əl çəkim?
İlhamının çağlayan vaxtında
sumbatyanların, gerasimovların,
qalstukyanların, topuridzelərin
hə-yata keçirdikləri
cinayətlər nəticəsində
1937-ci ilin 4 iyun gecəsi (səhəri ad günü olacaqdı) Müş-fiqi apardılar. Ölümə, şərə, böhtana,
dönməzliyə apardılar.
Sanki Müşfiq qara
bataqlıqlarda qətlə
yetiriləcəyini əvvəlcədən
bilirmiş kimi "Əbədiyyət nəğməsi"
adlı şeirində
yazırdı:
Bir sərxoş ölümün
əlindən düşüb,
Nə zaman qırılan
kaşı mən olsam,
Şair yeni-yeni sözlər
bulacaq,
Kainat olduqca şeir olacaq.
Ömrünü qara tufanlarda görünməz etsələr
də, yazdıqları
inci kimi üzə çıxdı. Sanki uşaqlara
söylə-diyi nağıllar
dil açıb bizə Müşfiq haqqında həzin bir xatirə danışdı:
Biri vardı, biri yoxdu.
Bir şair vardı,
Od kimi alışıb
yanardı,
Yandırardı.
Mikayıl Müşfiq hisslərdə,
duyğularda, ürəklərdə
iz salan, daim yaşayan, sevilən şairdir. Mikayıl Müşfiqin
elə şeirləri
var ki, onlar
yaşından asılı
olmayaraq hər kəsin dilinin əzbəridir. "Yenə o bağ olaydı" şeiri əgər gənclərin
etirafını, sevgisini
bildirirsə, yaşlı
insanlarda da "nostalgiya" yaradır, ötən günləri yada salır. Azərbaycanda bu şeiri əzbər bilməyən az
adam tapılar:
Yenə o bağ olaydı,
yenə yığışaraq
siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən
kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı,
səni tez-tez görəydim;
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilhamE
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Bu cür pak duyğularla,
hisslərlə çırpınan
şair hansı pisliyin, namərdliyin yiyəsi ola
bilərdi? Hərdən ona da təəssüflənirsən ki, Müşfiq həbs edilən gecənin səhəri mətbuat səhifələrində
onun ünvanına hədyanlar yağdı.
Onu "inqilab düşməni",
"Vraq narodov" adlandırdılar. Özü demişkən,
"Bu du-manlı dağın
başı mən olsam, dibinin ağlıyan daşı mən olsam" yenə də nə vaxtsa əsl həqiqət üzə çı-xacaq.
Müşfiqi aparan qara yellərin əsl sənət nümunələrini
itirməyə gücü
çatmadı. Müşfiq
əbədi olaraq xalqının qəlbində,
ədəbiyyatında yaşamaqdadır!
Həyat
sevgisi, çoşqun
poeziyası, yaşına
uyuşmayan müdrikliyi
ilə çoxundan seçilən Mikayıl Müşfiq xalqına, millətinə bağlı
bir söz sərrafı idi.
Flora XƏLİLZADƏ,
əməkdar journalist
Kaspi.-2013.-5 iyun.-S.11.