Novruz gəlir... yaz gəlir... həm də teatrlarımıza 

 

Martın ilk günlərini yaşamaqdayıq. Hər il bu ayda bir neçə bayramı qeyd edirik. Ayın elə ilk həftəsində 8 Mart Beynəlxalq Qadınlar Gününü, 2 gün sonra Azərbaycan milli peşəkar teatr sənətinin yaranması gününü, daha sonra Novruz bayramını qeyd edirik. Yəni Mart bayramlar ayıdır. Bunun üçün teatrlarımızla əlaqə saxlayıb, bayrama necə hazırlaşdıqlarını soruşduq. Məlum oldu ki, teatrlarımız bayrama yeni tamaşalarla, qastrol səfərləri ilə hazırlaşır. Bir sıra teatrlarımız isə bayramı yeni tamaşasız qeyd etməyi düşünür.

Akademik Milli Dram Teatrında Loğman Kərimovun quruluşundaQaraca qıztamaşası hazırlanır. A.Şaiqin səhnələşdirməsi əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə. rəqslərin quruluşçusu Nigar Güləhmədovadır.

Gənc Tamaşaçılar Teatrının (GTT) mətbuat katibi Hüsniyyə Mursaquluyevanın sözlərinə görə, Novruz bayramı teatrda maraqlı tamaşalarla yadda qalacaq. Belə ki, GTT- mart ayında üç yeni tamaşanın premyerası maraqlı bir layihənin həyata keçirilməsi ilə uşaqların böyüklərin xatirələrində dərin izlər buraxacaq.

İlk premyera uzun müddət teatrın repertuarında olmuş, “Qaraca qızəsərinin yeni quruluşundan ibarətdir. Maraqlı tərtibatla, yeni yaradıcı heyətlə bərpa olunmuşQaraca qıztamaşası seyrçilərin ixtiyarına veriləcək. S.S.Axundov A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanmışQaraca qıztamaşası martın 9-da öz tamaşaçıları ilə görüşə gələcək. İki hissəli nağıl əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur.

Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmışDörd əkizin nağılıadlı ikinci tamaşanın premyerası mart ayının 10-da baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanlıdır.

Novruz bayramı ərəfəsində təqdim olunacaq üçüncü tamaşa M.MüşviqinŞəngülüm, Şüngülüm, Məngülümpoeması əsasında səhnələşdirilmişKosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı”dır. Məktəblilərin tətil günlərində nümayiş etdiriləcək tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Azad Məmmədovun sözlərinə görə, Novruz bayramında teatrın kollektivi azyaşlı tamaşaçılarını sevindirmək üçün uşaq tamaşası hazırlayır. Əməkdar artist İqrar Salamovun quruluşunda hazırlananNağıltamaşasının musiqi tərtibatçısı Azad Məmmədov, rəssamı Valeh Məmmədovdur.

Tamaşanın süjet xətti Novruz bayramı, qədim adət-ənənələr, milli oyun-tamaşa mədəniyyəti üzərində qurulub. Qədim nağıl qəhrəmanlarından olan div keçəl ilə kosanı oğurlayır. El ağsaqqalları yığışıb, novruzun atributları sayılan kosa ilə keçəli azad edib bayram keçirirlər. Tamaşada teatrının aktyorları Məmməd Məmmədov, Zəhra Salayeva, Azad Məmmədov başqaları iştirak edirlər. Tamaşa martın ayının ikinci yarısında nümayiş olunacaq. Bayram üçün hazırlanan tamaşa səyyar tamaşası olduğuna görə ancaq regionlarda müxtəlif teatr binalarında göstəriləcək.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev mart ayında - Novruz bayramı ərəfəsindəSoyqrım tarixinin dastanıtamaşası ilə bir həftə Türkiyədə səfərdə olacaqlarını qeyd etdi. Teatrın kollektivi Martın 21-dən 28-nə kimi İğdır, Ardahan, Kars, İzmir, Manisa, Uşak Aydınlı şəhərlərində səfərdə olacağına görə Novruz bayramı üçün xüsusi tamaşa hazırlanmayacaq.

Onu da nəzərinizə çatdırım ki, ötən ay teatrda Firudin Məhərrəmovun quruluşundaKarlson uşaqtamaşası hazırlansa da, binasının olmadığından nümayiş olunmayıb. Tamaşanın may ayında göstərilməsi ehtimal olunur. Bu başqa mövzu olduğu üçün keçək digər teatrlara...

Sumqayıt Musiqili Dövlət Dram Teatrının mətbuat katibi Kamal Almuradlının sözlərinə görə, bu ay teatrın səhnəsində iki tamaşanın məşqləri gedir. Belə ki, Novruz bayramı ilə əlaqədar Vasif Məmmədovun quruluşundaDaşdəmirin nağılıtamaşası hazırlanır. Mətbuat katibi uşaqlara bayram sevinci yaşatmaq məqsədinə xidmət edən bu tamaşanın tamamilə yeni quruluşda hazırlandığını və maraqlı səhnə tərtibatı olacağını da qeyd etdi. Tamaşa mart ayının ortaları nümayiş olunacaq.

İkinci tamaşa isə Şirməmməd Nəzərlinin əsəri əsasında Bəhram Osmanovun hazırladığı “Yusifin qəmi” tamaşasıdır. Tamaşada Habil Xanlarov, Məzahir Süleymanov, İlqar İbrahimov rol alıb. Tamaşanın musiqi tərtibatı Telman Qəniyevə məxsusdur.

Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gümrah Ömər teatrın səhnəsində hazırda iki tamaşanın məşqlərinin getdiyini, ancaq məhz novruz bayramı üçün tamaşa hazırlanmadığını vurğuladı: “Novruz bayramında teatrın repertuarında olan “Tıq-tıq xanım”, “Meşədə hadisə” tamaşaları nümayiş olunacaqdır”.

Bakı Uşaq Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Həşimova teatrın 2 yeni tamaşa üzərində işlədiyini, hazırlanan tamaşaların məhz uşaqlar üçün nəzərdə tutulduğunu bildirdi. Belə ki, teatrın kollektivi İlhamə Əhmədovanın quruluşunda “Heyvanları birliyi” adlı yeni tamaşa hazırlayır.

Tamaşa adından da məlum olduğu kimi, heyvanların dostluğundan, gücündən bəhs edir. Teatrda hazırlanan ikinci tamaşa isə “Miras” ictimai birliyinin dəstəyi ilə hazırlanan Abdulla Şaiqin “Əşxard” əsərinin tamaşasına İntiqam Soltan quruluş verir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Novruz bayramı münasibəti ilə heç bir tamaşa hazırlamır. Belə ki, teatr bayram günlərində yalnız repertuarında olan tamaşaları nümayiş etdirəcəkdir.

Novruz bayramının milli bayram olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, bu il də Dənizkənarı Bulvarda, İçəri şəhərdə uşaqlar üçün bayram abu-havası yaradılacaq, uşaqların əylənməsi üçün şənliklər keçiriləcək.

 

 

 Xəyalə Rəis

 

Kaspi.-2013.-2-4 mart.-S.10.