Həşim oğlu Mustafa bəy
Mustafa Həşim oğlu Mərdanov-Azərbaycan milli teatrının məşhur isimlərindən, sevilən aktyorlarından, milli mədəniyyətimizin-teatr tariximizin yaradıcılarından biridir. Həşim oğlu Mustafa bəy bütün ruhu, qəlbi ilə teatra, kino sənətinə bağlı, sənətini-peşəsini sevən və hörmət edən aktyorlardan idi. Yaratdığı hər bir obraz aktyorun yaradıcılığında inkişafa doğru yönəlmiş, gələcək rolların, qəhrəmanların dərkində, ifasında oyun estetikasını zənginləşdirmişdi.
-Aktyor? Mən? Bəli, sən.
1894-cü il fevralın 28-də Cənubi Azərbaycanda-Mərənddə dünyaya göz açmışdı. Amma o uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını kiçik yaşlarından formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Tiflisin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. Ali təhsil almaq onun ən böyük arzusu idi. Ona görə də təhsilini davam etdirmək üçün Moskvaya, Dövlət Teatr Sənəti İnstitutuna gedir. Moskvanın məşhur sənət adamlarından sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir. Sənətdə qazandığı ilkin uğurlar onu daha da ruhlandırırdı. O, istəyirdi ki, Azərbaycanda da teatr sənəti yüksək inkişaf tapsın, burada da ən qiymətli əsərlər tamaşaya qoyulsun. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, obrazı sadəcə yaratmırdı, onunla yaşayırdı, nəfəs alırdı. Mustafa Mərdanovun ilk rollarında klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"-də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.
O vaxtlar Mustafa müəllimin Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. Elə İmamverdi ("Sevil"), Luka ("Həyatın Dibində"), Şmaqa ("Günahsız Müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdı. Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, milli aktyorluq sənətimizi öz gəlişi ilə zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.
Mustafa Mərdanovun oynadığı tamaşalarda həmişə nikbin bir ruh hakim olurdu. Deyirlər ki, o teatra məşqə gələndə həmin gün çox xoş keçərdi. Çünki deyib-gülən, şən bir insan idi. “Çoxmu qorxuncdur?”-yox.
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib idi.
Muzdur Qulu
("Bismillah"filmi, 1925) onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor
işi kimi çox qiymətlidir.
Səssiz kinomuzun dəyərli nümunələrindən
olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış
və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarımızda Aleksandr
Litvinovun "Müxətlif
sahillərdə" ("Əlbəyaxa")
filmi göstərildi.
Aktyor bu filmdə Abbas rolunda çəkilib.
Filmdə onun qəhrəmanı
yerli mütəxəssisdir.
Amerikadan
dəvət olunmuş
mütəxəssislərlə Abbasın tərəfdarları
arasında baş verən münaqişə
filmin əsasını
təşkil edir.
Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli
oldu. Bu nökər
obrazını o, çox
istedadla ifa etmişdi.
Sonralar onu daha tez-tez filmlərə
dəvət edirdilər. 1929-cu ildə çəkilən
"Sevil" filmində
aktyor Atakişi rolunu ifa etdi.
Bu rol əslində
çox mürəkkəb
xarakterdir. Çünki o, çox ciddi psixoloji vəziyyətlərlə
qarşılaşır, düşdüyü
mühit, oğlu Balaşın azğınlığı
onu sarsıdır.
O, bütün vəziyyətlərdə
obrazı təbii təqdim edir və tamaşaçı
qəhrəmanın taleyinə
həqiqətən acıyırdı.
Mustafa Mərdanov rollarında
bəzən tamamilə
başqalaşır. Məsələn, elə "Lətif" filmindəki qolçomaq əlaltısı Ələsgəri
yada salmaq kifayətdir.
1932-ci ildə kinorejissor
Nikolay Şengelaya
"Azərfilm"də çəkdiyi
"İyirmi altı
komissar" filmində
Mustafa Mərdanova menşevik
rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri,
jestləri ilə yadda qalır
Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində
yaranmış əksər
filmlərdə aktyora
rollar tapşırılır
və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər
menşevik rolunu isə o, "Bakılılar"
filmində yaratmışdı
Amma qardaşı,
məşhur kinorejissor
Səməd Mərdanovun
"Kəndlilər" filmi
Mustafa müəllimin yaradıcılığında
yeni bir hadisə idi. Belə ki,
o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli
Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.
Mustafa Mərdanov, demək olar ki, hər
il filmə
çəkilirdi. "Kəndlilər"dən sonra
1940-cı ildə "Yeni
Horizont"da Trest müdiri, 1941-ci ildə
"Səbuhi"də Akademiya
rəisi rolları kiçik olsa belə tamaşaçı
diqqətindən yayınmır.
Müharibə Azərbaycan kino sənətinin inkişafına
öz təsirini göstərsə də, bu illərdə də maraqlı filmlərimiz yaranmışdır. Çox təəəsüf
ki, Mustafa müəllim
həmin illər çəkilən filmlərə
dəvət olunmamışdır.
O, yenidən 1955-ci ildə
"Görüş" filmində
çəkildi. Burada
adi kolxozçu rolunu ifa edən
aktyor, bir il sonra
"Qara daşlar"da
Dəmirov kimi çox ciddi rolda göründi
Bu böyük sənətkarın
kinomuzda ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent"
Həsən bəy oldu. Bu obraz Mustafa müəllimin yeni aktyorluq keyfiyyətlərini
üzə çıxardı.
O, filmdəki çox
güclü aktyor ansamblı içərisində
öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə qonaqlıq səhnəsində
Məşədi İbadla
dialoqu tamaşaçıda
xoş əhval-ruhiyyə
doğurur. Aktyor filmdə
tamamilə özgələşir,
onun istedadlı ifası tamaşaçını,
sözün əsl mənasında, heyrətləndirir.
"Əhməd haradadır?"
filmində Məhəmməd
kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət
daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan
biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu "Qanun naminə" filmində gördük.
Murtuzov rolu ilə aktyor
ömrünün son akkordlarını
vurdu. Müstəntiq Murtuzov əslində
yaramaz, öz peşəsinə xəyanət
edən, min bir fırıldaqdan çıxan
insandır. O, hər
vəch ilə Mehmandan qisas almağa çalışır.
Çünki bu rüşvətxor
müstəntiqin əməllərinə
Mehmanın gəlişi
ilə son qoyulmuşdu.
Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının
yadında qalır.
Onun yaradıcılığı yüksək
qiymətləndirilmiş, Azərbaycanın
xalq artisti adına layiq
görülmüşdür. Sənətkarın "50 il Azərbaycan
Səhnəsində. Xatirələrim"
kitabı 1959-cu ildə
çap edilmiş, ölümündən sonra
1973-cü ildə "Mənim
Müasirlərim" xatirə
kitabı nəşr edilib oxuculara çatdırılmışdır
Mustafa müəllim bir neçə il
Teatr Xadimləri İttifaqına rəhbərlik
etmiş, onun təşkilatlanmasında böyük
xidmətləri olmuşdur
1968-ci ilin dekabrın
12-də Mustafa Mərdanov əbədi
olaraq gözlərini yumdu.
Məhsuldar və zəngin
ömrü ilə milli səhnəmizi və kinomuzu zənginləşdirən Həşim
oğlu Mustafa bəy həyata vida etdi! Ruhun şad
olsun-sənətkar!
Aygün Süleymanova,
teatrşünas
Kaspi.-2013.-2-4 mart.-S.11.