Qadınlar dünyamızı gözəlləşdirir
- esse
Qadın və
onun gözəlliyi – bəşəriyyəti daim riqqətə
gətirən, öz cazibəsində saxlayan, Allahın
yaratdığı şəriksiz dahiyanə, əvəzi
olmayan incəsənət - incə sənət əsəri, ən
möhtəşəm möcüzəsidir…
Nahaq deyiməyib: gözəl olmayan qadın yoxdur. Yaradılanların ən gözəli olan qadının gözəlliyi elə onun qadın olmağındadır. Hər gülün öz gözəlliyi olduğu sayaq, hər qadının da özünə məxsus qəşəngliyi, cazibədarlığı var.
Bu
varlıq elə bir cazibədir ki, yaranışımızdan
dünyadan köçənə qədər onsuz yaşaya
bilmirik. Daim qəlbində - sevməyi bacaran əsl
kişiyə ehtiyac duyan, kişi üçün, sevilmək
üçün yaradılmış əsrarəngiz məxluq...
Allah
onu yaradarkən kişinin başına dəymədi -
başına şərik olmaması üçün,
ayağına dəymədi - ayaqda qalmaması
üçün, sinəsinə, ürəyinə yaxın
yeri, qabırgasını seçdi – bir birilərini
canları qədər sevmələri üçün...
Xoşbəxtliyi yalnız sevilməyindədir.
Ondan törənirik, əvvəl ana kimi sevirik, tərbiyə
alıb oğul oluruq. Yetkinləşdikcə isə,
qadını yarımıza çevirib ondan həyat eşqi
alırıq, kişi oluruq.
Bu
eşq könlümüzü o qədər valeh edir ki, etiraf
etməsək də bəzən, Allahdan sonra, qəlbən
onun gözəlliyinin quluna çevrilirik.
Doğrudan
da gözəl olmayan qadın yoxdur. Qüdrətli Yaradanım
qadına elə bir gözəllik bəxş etmişdir ki,
maddi aləmdə o gözəlliyin tayı – bərabəri
yoxdur. Nədəndir, nə sirrdir ki, onlar od kimi cəzbedici,
sevimli və ruhən yandırıcıdırlar?!
Olmaya
Allah Həvvanı yaradanda palçığına bir az od
qatıb ki, gözəlliyi ilə Adəmi heyran edib ürəyini
alsın… Bəlkə də həmin od qohumluğudur ki,
Şeytan insanlığın ilk günah sahibi – Həvvanın
vasitəsi ilə Adəmi də aldadıb qadağanı
pozdurdu. Yoxsa, paxıllığını çəkdiyi
insanı heç vaxt öz gücünə, tək
başına yolundan döndərə bilməzdi…
Cəzalandırılıb
hərəsi Yerin bir tərəfinə göndərilsələr
də Adəm havasız – Həvvasız yaşaya bilmədi.
Bu ayrılıqdan sonra Həvva qadın olmaq səadətinin
dəyərini dərk etdi. Əziyyətlər bahasına belə
istəklilər bir- birinə qovuşdu. Çünki, Allah
insanın qəlbinin dərinliklərində elə bir
heyratamiz hiss yaratmışdı ki, o hissin sehrindən nə
Adəmlə Həvva baş aça bildi, nə də əsrlərlə,
min illərlə bu günə kimi artıb çoxalan
övladları…
Odur ki,
Yerin seytanı, mələyi olan QADIN – şözsüz,
mübahisəsiz ömrümüzün, dünyamızın
yaraşığı – bəzəyi, gözəlliyidir!..
Rövşən
Yerfi
Kaspi.-2013.-8 mart.-S.18.