Salam olsun, milli teatrımıza... sənət və sənətkarlarımıza... 

 

10 mart... məhz bu gün 1873-cü ildə Azərbaycan peşəkar milli teatrının əsası qoyulmuşdur.

10 mart... məhz bu gün 2013-cü ildə Azərbaycan peşəkar milli “teatr günü” kimi qeyd olunur.

140 il... Azərbaycan milli teatrının qeyd etdiyi bu tarix uzun, keşməkeşli yolların, çətin, ağır proseslərin və enib-yüksələn teatr sənətimizin sonucu-sonu olmasa da, yuvarlaq yubileyidir.

Beləki, Milli Teatr Günü qeyd olunur:

Akademik Milli Dram Teatrımızın səhnəsində Zərnigar Ağakişiyevanı, Məcnun Hacıbəyovu, Firəngiz Mütəllimovanı, Zemfira Nərimanbəyovanı, Ramiz Məliki onların simasında bütün görkəmli sənətkarlarımızı salamlayan teatrın direktoru İsrafil İsrafilov, Mədəniyyət Turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ölkə başçısının sənətə sənətkara, teatra verdiyi dəyəri bundan qaynaqlanan, çoxdan gözlənilən dəyərli Sərəncamları milli teatrın sonrakı inkişafı üçün mühüm stimul olduğunu qeyd etdilər.

Yeri gəlmişkən, bu Sərəncamlar-milli teatr gününün teatrın 140 illiyinin qeyd olunması bu ərəfədə bütün teatr xadimlərinin, teatr nümayəndələrinin, yəni teatrla ilişkisi olan hər bir kəsin içində bir bayram ovqatı yaratdı.

10 mart-Teatr Günü

Teatr Xadimləri İttifaqı-tarixi günün keçirilməsini, qeyd olunmasını gözləyən buna çalışan əsas teatr qurumu olaraq sənətkarları heç bir zaman unutmur, bu əziz günü məhz onların varlığı ilə qeyd edir. İttifaqın sədri Azər Paşa Nemətov başda olmaqla, bütün işçilərin sevgisi, diqqət qayğısı ilə əhatə olunan veteran qocaman sənətkarlarımız özlərinin bir-birindən dəyərli xatirələrini bölüşürlər: Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Ağakişi Kazımov, Altay Sadıqzadə teatrda keçən ömürlərindən bir-iki fraqmenti əslində bu fraqmentdə kök salan böyük teatr mədəniyyətimizi xatırlayıb, sənətə olan sevgilərini nümayiş etdirmiş olurlar.

Tarixlər dəyişsə belə faktlar dəyişməz olaraq qalır tarix təkrarlanır.

Məsələn, necə ki, 1873-cü ildə teatr sevərlər M.F.AxundzadəninSərgüzəşti-vəziri-xani-Lənkərantamaşasını nümayiş etdirmişdilər, bu gün 2013-cü ildə biz bu tamaşanı Akademik Milli Dram Teatrının səhnəsində görürük seyr edirik.

Milli səhnəmizin tarixi hadisəsi olan bu tamaşa məhz milli dramaturgiyamızın banisi M.F.Axundzadənin Azərbaycan xalqına bir hədiyyəsidir. Sərgüzəşti-vəziri-xani-Lənkərankomediyası peşəkar teatrımızın başlanğıcı üçün əsas olmuş, sevgi ilə yazılmış hər bir zaman qanımızdan, tarixi yaddaşımızdan ötürülərək sevilə-sevilə səhnələrimizin bəzəyinə çevrilmişdir.

Rejissor Vaqif İbrahimoğlunun dəsti-xəttinin sonuncu imzası olan bu tamaşa klassikaya yeni yanaşmanın, aktual səslənmənin ən dəyərli nümunəsidir. Burada böyük dramaturqumuz Axundzadə var, burada yeni, müstəqil köhnə Azərbaycan da var, burada yeni köhnə idarəetmə var burada ən ümdə Vaqif İbrahimoğlu kimi ziyalının gerçək sənət nümunəsi var.

Bir vəzirin sərgüzəştlərinin timsalında Əhli-Lənkəranı, Əhli-Azərbaycanı nağıl edən dramaturqun vasitəsilə rejissor bütöv bir tam, yəni tamaşa yarada bilmişdi. Vəzir onun xanımları tamaşanın əsas ideya xəttinə çevrilərək, bütün çılpaqlığı ilə tamaşaçıya təqdim olunur.

Biz tamaşada əsl komediyanın, məhz ən çətini klassik komediyanın gurultusunu görürük. Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Bu tamaşa özündə komediyanın məişət janrını qabardaraq, ictimai qınağa təqdim edir: baxın görün, özünüzü görün tanıyın, tanıyın ya utanın: yaltaqlıq, pafos, vəzifə xəstəliyi, atılan daşlar, dəyməyən zərbələr nələr... nələr...

 

ƏFRADI-ƏHLI-MƏCALIS

 

Tamaşa böyük taxtın onun qarşısındakı kiçik taxtın yəni, Xan vəzirin iqtidarından ibarətdir. baş verirsə, bu konteksdə oxunulur. Lənkəran vilayətinin xanı (xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Sabir Məmmədov) belə xarakterizə olunur: bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki, dərya kənarında lötgə hazır etsinlər!

 

İşinin əsas hissəsinin lötgə ilə gəzməkdən, seyrdən xoşhalanmaqdan ibarət olduğuna əmin olduğumuz Xan ondan heç geri qalmayan Vəzir.

Vəzir Mirzə Həbib (əməkdar artist Cəfər Namiq Kamal) tamaşanın mərkəzi fiqurudur, hadisələrin inkişaf xəttidir.

 

Bir nimtənə kim, ta ola zərbəftü nikutər,

Diba ona möhtac.

Mətnində tamam rabitə mövzun sərasər,

Tək haşiyə qıyqac,

Üstündə onun aşiqü məşuq müsəvvər,

Dil şövqünə minhac.

 

Cəfər Namiq Kamalın canlandırdığı Vəzir aktyorun daxili xarici texnikası ilə yüklənmiş canlı qəhrəmandır. Sadə hərəkətlərdən tutmuş mürəkkəb, dolaşıq daxili yaşantılara, qadınların hər birinə ayrı-ayrılıqda yanaşmaya qədər hər bir jest, mimika, səs, intonasiya peşəkar məntiqə əsaslanır. Cəfər Namiq Kamal işlətdiyi hər bir sözü hiss edir, hiss hərəkətləri ümumi bir harmoniya, ahəngdarlıq təşkil edir.

Qadınların oyununu təsvir etmək yox, sadəcə görmək lazımdır. İstər Ziba xanım (Şəhla Əliqızı, əməkdar artist Münəvvər Əliyeva), istərsə Şölə xanım (Şəlalə Şahvələdqızı, Rada Nəsibova) tipik Azərbaycanlı qadının ən mükəmməl və ən məsum nümunəsidir. Onların ritmik oyunları, bədən nahiyyələrinin ritmik istifadəsi tamaşanın komediya səthini daha da qabardır, həyasız və inadcıl qadın qəhrəmanlarını tamaşaçıya sevdirir.

İki gənc cütlük isə bu tamaşada ən çox qazanan tərəf olur. Nisə xanım (Həcər Ağayeva, İlahə Həsənova) və Teymur ağa (Hikmət Rəhimov) Əhli-Lənkəranın nümayəndələri olsalar da, müasir “Beşmərtəbə” uşaqlarının əhvali-dünyalarına daha yaxındırlar.

Əhli-məclis bununla tamamlanmır. Pəri xanım (əməkdar artist Mətanət Atakişiyeva, Əminə Babayeva) kürəkən qaynana münasibətlərində gerçək obrazı ilə gerçək həyatımızın real faktlarına çox yaxındır. Heydər bəy (Aslan Şirinov) hər məsələdən hali olan şəxs kimi bütün təfərrüatları qaçaraq, tullanaraq varmağı və hər bir detalı dəqiq bilən şəxs kimi maraqlıdır.

Tamaşanın mühüm hissəsi olan musiqi, himn (bəstəkar Səyavuş Kərimi) başlanğıcda və sonluqda tamaşaçını kökləyən və onu baxacağı tamaşanın ritminə salan mühüm faktordur.

Biz bu günü mərhum Vaqif İbrahimoğlunun tamaşasının akkordları ilə başa vurduq. Lakin teatrı sevən hər bir kəs üçün hər gün “teatr günü”dür. Vaxtsız... zamansız...

 

 

Aygün Süleymanova,

teatrşünas

 

Kaspi.-2013.-16-18 mart.-S.10.