Varmı səhnəmiz səhnələr içində? 

 

Bu gün milli teatrımızın dünya teatr prosesinin tamhüquqlu üzvü olduğunu demək çətindir

 

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edir. Bu ənənənin əsasını qoyanilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə ismarıc göndərən fransalı yazıçı Jan Kokto olub.

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Milli teatr tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir. Uzun və şərəfli tarixi yol keçmiş milli teatrımız son illər ərzində daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Azərbaycan teatrının beynəlxalq aləmdə hansı səviyyədə olduğunu öyrənmək məqsədilə ünvanladığımız suallara cavablar isə müxtəlif oldu.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə bu gün Azərbaycan teatrının xarici əlaqələrinin gücləndiyini və beynəlxalq aləmdə kifayət qədər tanındığını qeyd etdi: “Azərbaycan teatrı inkişaf etdikcə xarici teatrlarla olan əlaqələri daha çox artmaqdadır. Bütün bu əlaqələrin həyata keçməsinə imkan yaradan Azərbaycan teatrı ilə bağlı 2009-2019-cu illəri əhatə edən dövlət proqramıdır. Bu proqram çərçivəsində 2010-cu ildə Çexov Teatr festivalının “İpək yolu” layihəsi Bakıda relizə olundu. 2010-cu ildə Azərbaycanda Birinci Beynəlxalq Teatr Konfransı oldu. Ötən il bunun davamı olaraq ikinci belə bir konfrans həyata keçirildi. Konfransların keçirilməsində əsas məqsəd isə 40-dan artıq ölkənin teatr xadimləri arasında ünsiyyət yaratmaq, fikir mübadiləsi etmək və qarşılıqlı anlaşmaya imkan yaratmaqdan ibarət idi. 2011-ci ildə Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Bu il isə bunun davamı olaraq ikinci belə festival keçiriləcək. Azərbaycan teatrları beynəlxalq təşkilatlara, qurumlara üzvdür. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-nın, Gənc Tamaşaçılar Teatrı ASİTEJ-in, Musiqili Komediya Teatrı isə Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasının üzvüdür. Bizim teatr tənqidçiləri Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür. Bütün bunlar Azərbaycanın teatr prosesinin inkişafı ilə sırf əlaqədardır. Ölkəmiz inkişaf etdikcə bütün dünyanın Azərbaycanın incəsənətinə teatrlarına marağı artır. Azərbaycan teatrı yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycana əcnəbi ölkələrin teatrları qastrol tamaşalarına gəlirlər. Bizim teatrlarımız üçün beynəlxalq festivallarda iştirak etmək demək olar ki, adi hala çevrilib. Azərbaycan teatrı dünya teatr prosesinin tam hüquqlu bir üzvü kimi fəaliyyət göstərir. Bu gün biz beynəlxalq teatr məclislərində öz sözümüzü deyə bilirik”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarov isə Azərbaycan teatrının beynəlxalq miqyasda fəaliyyəti haqqında müsbət rəylər səsləndirə bilməyəcəyini təəssüflə qeyd etdi: “Hələ ki Azərbaycan teatrı yalnız postsovet məkanındakı teatr festivallarında fraqmental şəkildə iştirak edir. Teatrımız nəinki Avropa, heç MDB teatr prosesinin üzvi tərkib hissəsinə çevrilə bilməyib. Avropa, MDB teatr məkanına inteqrasiya edə bilməyib. Düzdür, bu yöndə çalışmalar var, amma hələ ki bu çalışmalar yetərincə deyil. mən düşünmürəm ki, bunun səbəbi bizim aktyor rejissorlarımızın zəifliyindədir. Bizim kifayət qədər yaradıcı potensialımız var. İş ondadır ki, ölkə Prezidentinin teatrla bağlı məlum sərəncamlarının olmasına baxmayaraq, vahid teatr konsepsiyamız, vahid, bütöv, milli teatr prosesimiz var. Azərbaycan teatr məkanında pərakəndəlik müşahidə olunur”.

Teatrşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıqov əvvəllər teatr prosesinin daha canlı olması bu gün teatrlarımızın inkişafı üçün müxtəlif amillərin nəzərə alınmamasından danışdı: “Bu gün Azərbaycanın incəsənəti çox inkişaf edib. Ancaq bəzən hansısa sahədə gerilik özünü açıq şəkildə büruzə verir. Əvvəllər rejissorluq ixtisasında oxuyan tələbələr üçün təhsil 5 illik idi. İndi isə bir il azaldıb, 4 illik olub. Bu gün təhsil sisteminin dəyişikliyə ehtiyacı var. Azərbaycan teatrının inkişafı üçün ilk olaraq təhsili genişləndirmək inkişaf etdirmək, daha sonra əcnəbi ölkələrin teatrları ilə geniş əlaqə yaratmaq lazımdır. Aktyorlar bilməlidir ki, vətənindən kənarda hansı tamaşalar hazırlanır, orada aktyor oyunu necə xarakterizə olunur. Bu gün maddi imkansızlıqdan aktyorlarımız bundan xəbərsizdirdlər. Ən əsas məsələ isə teatr tənqidini yenidən qurmaq tərifə son vermək lazımdır. Teatr tənqidçisi rejissor aktyordan yüksəkdə durmalıdır. Qonşu dövlət olan Rusiyanın teatrı dünya səviyyəsində tanınır sevilir. SSRİ dövründə rus teatrları ilə geniş əlaqələrimiz var idi. Aktyorlarımız rejissorlarımız oraya gedib, təcrübə toplayıb, teatlarımızda yeni quruluşda tamaşalar hazırlayırdılar. Əvəllər Dostluq Teatrı fəaliyyət göstərirdi oraya Leninqradın (Sankt-Peterburq), Moskvanın digər ölkələrin ən yaxşı teatrları dəvət olunurdu. Bu gün Dostluq Teatrının yenidən bərpa olunmasına böyük ehtiyac var. Həmin teatrın tamaşaları çox mükəmməl rəngarəng idi. Orada əcnəbi tamaşalar nümayiş olunurdu bizim aktyorlarımız, rejissorlarımız həmin tamaşalardan isə öyrənirdilər. Nəinki sənət adamlarımız, hətta tamaşaçılar belə fərqli üslubda hazırlanmış tamaşaya baxmağa maraqlı idilər”.

Teatrşünas köhnə tamaşaların daha çox baxımlı keyfiyyətli olduğunu da qeyd etdi: “Bu gün teatr tənqidini tərif üstələyib. Teatrşünasların əksəriyyəti jurnalistikaya meyillidir. Məryəm Əlizadənin, İlham Rəhimlinin, Mahmud Allahverdiyevin resenziyaları kimi tənqidi resenziya yazan teatrşünaslarımız azlıq təşkil edir. Teatrşünasları da qınamaq olmur, çünki onlar kimisə tənqid etsələr, həmin gün o teatrın qapısı teatrşünas üçün bağlanacaq. Vaxtilə Ədil İsgəndərovla Əlsgər Ələkbərovun düşmənçilik münasibətləri var idi. Ancaq Ə.İsgəndərov quruluş verdiyi demək olar ki, bütün tamaşalarında Ələsgər Ələkbərova baş rolları həvalə edirdi. Bu gün o proses davam etmir. Bu kimi münasibətlər Azərbaycan teatrının inkişafına öz təsirini göstərir. Vaxtilə MoskvadaTeatr”, “Teatralnaya jiznğkimi jurnallar dərc olunurdu. Bizim aktyorlar da o jurnalları oxuyub oradan yeni ifa, quruluş, oyun tərzi öyərnməyə çalışırdılar. Son zamanlar Akademik Milli Dram Teatrı tamaşaların hazırlanmasında fərqlilik edib, teatra əcnəbi rejissorlar dəvət edir. Həmin rejissorlar da Azərbaycanda öz ölkəsinin teatr prosesini təbliğ edir. Düşünürəm ki, bu da Azərbaycan teatrının inkişafına səbəb ola biləcək amillərdən biridir”.

Teatrşünas, AMEA Memarlıq İncəsənət İnstitutunun dissertantı Könül Əliyeva Azərbaycan teatrının dünya miqyasında tanınmamasının səbəblərini açıqladı: “Bu gün, özəlliklə Beynəlxalq Teatr Günündə milli teatrımız haqqında çox yüksək fikirdə danışmaq, əlbəttə, hər bir teatr adamının arzusudur. Təbii ki, aparılan islahatlar, həyata keçirilən layihələr teatrın inkişafına yönəlsə , “Hamburq hesabıprinsipi ilə davransaq, açıq etiraf etməliyik ki, bu gün Azərbaycan teatrı böyük mənada beynəlxalq arenaya çıxmaq gücündə imkanında deyil. Bunun da bir sıra obyektiv subyektiv səbəbləri var. Belə ki, əyalətçilik, məhəlli düşüncə, problematikanın bəsitliyi, sönük ideyalar rejissor düşüncəsinin cəsarətsizliyi, mövzu kasadlığı, köhnəlmiş texnika texnologiyalar, dünya teatrının janr əlvanlığı fonunda janr yeknəsəqliyi digər sadalaya bilmədiyim bu kimi səbəblər beynəlxalq arenaya keyfiyyətsiz, aktual olmayan bədii-estetik məhsulun təqdim olunması ilə nəticələnir. Bütün teatr icmamızı Beynəlxalq Teatr Günü münasibətilə təbrik edir ümid edirəm ki, bu bayramın zamansa bizə tam şəkildə aidiyyatı olacaq”.

Qeyd edək ki, ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova, Serbiyada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.

İnanırıq ki, 700-dək aktyoru birləşdirən, yaranmasının 140-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və ölkə mədəniyyətinin inkişafına böyük töhfələr verəcək.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-28 mart.-S.13.