Paris Notr-Dam kilsəsi ya susmuş vicdanlar 

 

Nigar Rzayeva

 

Bir sıra filmlər var ki, müəyyən yaş keçdikdən sonra onu daha yaxşı dərk edirik. Belə filmlərdən biri 1956-cı ildə Viktor Hüqaonun eyni adlı əsəri əsasında çəkilmiş Jan Delaunnanın çəkdiyi "Paris-Notr Dam kilsəsi"dir.

Filmdə Fransanı orta əsrlər tarixini, dinin insanları, cəmiyyəti öz əsarəti altında saxladığı, hüquqsuzluq, cəhalət s. kimi məsələlərə toxunulur. Filmdə daha çox diqqətimi çəkən, əsas obrazlardan biri Kvazimodadı. Zahirən Kvazimodanın görüntüsü insanda vahimə oyadır, ətrafdakılar onun bu görkəmindən xoflanır, onu bəzən ələ salmaqdan belə çəkinmirlər. Filmdə Kvazimodanın zahiri görüntüsüylə, daxili aləminin ziddiyyəti çox gözəl şəkildə təsvir olunub. Əvvəldən sanki Tanrı Kvazimodanı bəxtsiz, talesiz yaradıb. Dünyaya gəldiyi andan kilsə qarşısına atılır, keşiş Klod Froll onu himayəyə götürür, ona "əksi-tamamlanmış" mənasını verən "Kvazimoda" adını verir. Ona kilsə zəngləri çalınmaq kilsə həyatına, ömürlük cəmiyyətdən təcrid olunmaq məhrumiyyətində qalır. Ətrafdakılardan gizlənir, insanlara yaxşılıq etmək, onlar kimi yaşamaq istəyir, amma təəssüf ki, cəmiyyətin sərt, amansız qaydalarını əzib keçmək, sındırmaq mümkün deyil. Bunun əzabını Kvazimoda daxilində çəkir, həyatını bu cür əzablarla davam edir, ta ki onun hisslərini alt-üst edəcək qaraçı qızı Esmeralda ilə qarşılaşana qədər....

Esmeralda qeyri-adi gözəlliyi gözəl rəqsi ilə hər kəsi heyran edir, kimsə ona laqeyd deyil. Klod Froll, Pyer Qrenquar digərləri ona heyrandılar. Amma bu insanlar içində onu ən təmiz, ən saf, pak hisslərlə sevən Kvazimodadır O isə bu hisslərini gizlətmək məcburiyyətindədir.

Rejissor Kvazimodanın timsalında bizə, əslində, öz simamızı göstərir. Kvazimodanın səsləndirdiyi kilsə zəngləri susmayan vicdanların səsidir. Esmeraldanın simasında gözəllik hər şey demək deyil. Parıltılı gözəllik göz görmədən uçurumun ən dərin yerinə səni ata bilər. Esmeralda da Tanrının ona verdiyi gözəlliyin qurbanına çevrilir, cəmiyyət onu məhv edir. Klod Froll onu nifrət qarışıq məhəbbəti ilə sevdiyi qadının qatilinə çevrilir, sevgisinin, hisslərinin qarşılıqsız olduğunu, rədd edildiyin görüncə cinayət törədib, günahı Esmeraldanın üzərinə atır, cəmiyyət onu rədd edir, hətta Phoebus bele ondan üz döndərir. İnsanların, cəmiyyətin amansız siması ilə üzbəüz qalır. Günahsızlığını sübut etməyə çalışsa da, kimsə onu dinləmir və sonda onu məhv edirlər. Göründüyü kimi Viktor Hüqo böyük ustalıqla iki situasiyanı qarşı-qarşıya qoyur. Bir tərəfdən qozbel, qüsurlu olduğundan rədd edilən, təhqir olunan, cəmiyyətdən təcrid olunan insani hisslərdən uzaqlaşdırılan Kvazimoda, bir tərəfdən də gözəlliyi ilə ağılları başdan alan, lakin sonunda bunun qurbanına çevrilən, haqsız yerə günahlandırılan və məhv olan gözəllik ilahəsi

 

Esmeralda...

 

 

Kaspi.-2013.-30 mart.-1 aprel.-S.24.