Hamının aşiq olduğu Leyli və Məcnun 

 

(Mehdi Məmmədovun təqdimatında)

 

Leyli və Məcnun... Sözlə ifadə edilməyəcək qədər dəyərli olan “Leyli və Məcnun” dastanı, əfsanəsi, poeması, tamaşası, filmi milli dərkimizin, düşüncəmizin ən ali zirvəsini hər bir zaman fəth etmişdir. Biz sevə-sevə “Leyli və Məcnun”u dinləyirik, oxuyuruq, həssaslıqla bu mövzuya toxunuruq.

Bildiyiniz kimi, 9-19 mart tarixlərində III Beynəlxalq Muğam Festivalı keçirildi. Artıq adət etdiyimiz kimi yeni simaların tapıntısı, Ustadların rəyləri, yüksək səviyyəli çıxışlar, simpoziumlar nələr... nələr... III Beynəlxalq Muğam Festivalının açılışı 9 martda Heydər Əliyev Mərkəzində oldu. Sonrakı günlərdə müxtəlif muğam ifaçıların müxtəlif bölgələrdə çıxışlarına həsr olunmuş konsert proqramları öz axarı ilə davam etdi.

Leyli Məcnun... Haqqında nağıllar, dastanlar yazılan, sevgiləri əfsanəyə çevrilən iki gənc, iki aşiq... Onların adı yüz illərdir ki, dillərdən düşmür... Əbədi eşq hekayəsindən söz düşəndə kimi bu nakam aşiqləri yada salır, kimi Dante Biatriça, Petrarka Laura, Romeo Cülyetta, Don Kixot Dulsineya pıçıldayır, kimi Ustad Marqarita deyir...

Mehdi Məmmədov... Tarix təkrarlanır... Ustad rejissorun genetik istedad daşıyıcısı olan digər bir isim-gənc rejissor Mehdi Məmmədov. Yeni quruluşda təqdim olunan film-opera qısa müddətdə hazırlanıb, tamaşaçılara çatdırıldı. Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin təşəbbüsü ilə daha bir yeniliyə imza atıldı: operanın ilk studiya yazılışı həyata keçirildi. Yüksək keyfiyyətli bu kompakt-disk zamanın fövqünə yüksələn aşiqlərə sözün musiqinin ecazkar təsirilə XXI əsrdə yeni ruh, nəfəs verdi...

Məhəmməd Füzuli Üzeyir Hacıbəyov... Leyli Məcnun... Bəşər mədəniyyəti tarixində adı əbədiləşən vəfalı Leyli ilə eşqdən dəli-divanə olan Məcnunun əfsanəsi dinləyənləri bu gün kövrəldir, könülləri yandırıb-yaxır... Sevgisiz həyatdan üz çevirən, hər cür köhnəliyə mühafizəkar adət-ənənələrə üsyan edən, insanlığı yeni dünyagörüşə, azad fikrə səsləyən Leyli Məcnun... Dövrə, zamana, mənəvi duxovlara qarşı çıxan nakam qəhrəmanlar... İlk baxışdan süjeti sadə görünən bir sevgi hekayəti... Amma Şərqdə elə bir filosof, şair tapılmaz ki, bu əfsanədən təsirlənməsin... Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai... Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 1537-ci ildə tamamladığıLeyli Məcnunpoemasının motivləri əsasında Üzeyir bəy Hacıbəyli 1907-ci ildə ilk operasını yazır... Bakıda 1908-ci il yanvarın 25-də tamaşaya qoyulan bu əsərlə müsəlman Şərqində operanın əsası qoyulur. İki dühanın-Füzuli sözü ilə Üzeyir musiqisinin vəhdətindən doğulan, özündə iki dünyanıŞərq Qərb sənətkarlığını birləşdirən bu ölməz sənət əsəri bəşər mədəniyyətinə daxil olan ilk muğam-opera kimi tarixə düşür. Bu sənət əsəri təsirli süjet xətti bənzərsiz musiqisi ilə elə ilk gündən tamaşaçıları heyran edir...

Dövrün çətinliyinə, sənətin teatrın əleydarlarının təzyiqinə baxmayaraq, “Leyli Məcnunoperası sevildi, səhnələrin, repertuarların bəzəyinə çevrildi... Üzeyir bəyin operası otuz il sərasər hər mövsümdə tamaşaya qoyuldu. Operanın yeni quruluşda səhnələşdirilməsini Soltan Dadaşov, Mehdi Məmmədov, Firudin Səfərov həyata keçirirdi. 1912-ci ildəOrucovlar qardaşlarımətbəəsində operanın ilk librettosu, sonra isə Qara Qarayevlə Nazim Əliverdibəyovun redaksiyası altında partitura klavirləri işıq üzü gördü. Bu tarixi məqamlar hər zaman tamaşaçı alqışı qazananLeyli Məcnun”un dünyəviləşməsi bəşər mədəniyyətinin inciləri sırasında yer alması baxımından atılan vacib addımlar idi.

Sonralar dünyanın bir çox səhnələrini fəth edən, indiyənədək özünəməxsus konsepsiyası dramaturgiyası ilə tamaşaçını heyrətləndirən bu əsəri tamaşaya qoymaq üçün böyük cəsarət, hünər tələb olunurdu.

Məcnun... Amma müsəlman Şərqinin ilk operasını yaradanların həqiqi sənət fədaisi olması, hədsiz ruh yüksəkliyi bütün maneələrə sinə gərdi. Daha bir inanılmaz fakt isə, onların çoxunun sənətdə qeyri-peşəkar olması idi. Yalnız üç il sonra, 1911-ci ildə Üzeyir Hacıbəyli yüksək musiqi təhsili almaq üçün Moskvaya gedir. Məcnun rolunun ilk ifaçısı, Üzeyir Hacıbəylinin yaşadığıTəbrizmehmanxanasının yaxınlığındakı su idarəsində işləyən Hüseynqulu Sarabski peşəkar deyildi. Bəstəkar işdə zümzümə edən bu gəncin səsini təsadüfən eşidib bəyənmişdi. Bir müddət keçəndən sonra Məcnun roluna dəvət olunması gənc Hüseynqulu üçün gözlənilməz olmuşdu.

Leyli... Dövrün adət-ənənələrinə görə, müsəlman qadına səhnədə çıxış etməyə icazə verilmirdi. Çayçı şəyirdi olan Əbdürrəhman Fərəcovu-cavan oğlanı Leyli rolunu oynamaq üçün yola gətirdilər. Onu qrimlədilər əmin etdilər ki, kim olduğu əsla hiss olunmayacaq. Bununla belə o, teatrsevərlərə edilən ardı-arası kəsilməyən təqiblər üzündən ikinci tamaşada səhnəyə çıxmaqdan imtina etdi. Vəziyyətdən çıxış yolu axtaran - o vaxtlar Məcnun rolunun ifaçısı, Üzeyir bəyin qohumu Bədəl bəy Bədəlbəyli qardaşı Əhməd Ağdamskini Leyli rolunu oynamağa razı saldı. Leyli rolunun ilk qadın ifaçısı yalnız 1920-ci ilin ortalarında səhnəyə çıxdı. O, Üzeyir bəyin bacısı qızı Məhbubə Paşayeva idi.

Bakı premyerasından sonra 1913-cü ildə opera bəstəkarın Vətəni Şuşada tamaşaya qoyuldu və böyük uğur qazandı. Hüseynqulu Sarabskinin dediyinə görə, iki tamaşanın bileti bir neçə gün əvvəldən satılsa da, “Leyli və Məcnun”u görmək istəyənlərin sayı-hesabı yox idi.

“Tamaşaya düşmək istəyənlər bilet əvəzinə nəzarətçiyə 5 və ya 10 rubl uzadırdı. O, gələnlərə deyirdi:-bütün yerlər satılıb: dedim ki, pəncərələri açın, qoy belə qulaq assınlar. Pərdəni qaldırdılar, xor “Şəbi-hicran”ı oxudu və ətrafa dərin sükut çökdü...”.

Bu gün və indi... Məcnun rolunun ifaçısı, xalq artisti Mənsum İbrahimov və Leyli obrazının ifaçısı, xalq artisti Aygün Bayramova iki aşiqin sevgi hekayətini-müasir lakin, hər bir zaman eyni olan hiss və həyacanla tamaşaçıları səslərinin sehrinə qərq edirək çatdırdılar. Bu görüntülərdən təsirlənməmək, “Şəbi-Hicran”ı dinləyibdə, laqeyd qalmaq, gənc rejissorun bu işini seyr edibdə fərəhlənməmək olmur. 3 pərdəli, 6 şəkildən ibarət olan muğam-opera filminin təqdimatı təkcə bizlərə deyil, şəhərimizin qonağı olan dünyaca məşhur Jerar Departye kimi aktyor tərəfindən də yüksək qəbul olundu və dəyərləndirildi.

 

 

Aygün Süleymanova,

teatrşünas

 

Kaspi.-2013.-30 mart.-1 aprel.-S.10.