Qaqarinin ölümü:şayiələr
və həqiqətlər
45 il bundan əvvəl
baş vermiş qəzanın müəmmaları
Qırx
beş il əvvəl - 1968-ci il martın sonunda Vladimir vilayətinin
Kirjas rayonunda təyyarənin məşqi zamanı
dünyanın ilk kosmonavtı Yuri Qaqarin faciəli surətdə
həlak oldu.
Qəhrəmanın
ölümü ilə bağlı onlarla versiyalar yarandı. Faciədən
sonra kimsə dedi ki, artıq Qaqarin həminki qəhrəman
deyil, onun ümumdünya şöhrəti korlanıb. Yuri
Alekseyeviçin bir çox tanışları hesab edirdi ki,
onu sadəcə boğaza yığırlar. Axı o, dünyada
ilk kosmonavt idi. Onu SSRİ Ali Sovetinə deputat
seçmişdilər, ondan siyasi xadim hazırlamaq istəyirdilər.
Onu xarici ezamiyyətlərə göndərirdilər. O, siyasətçilərlə,
prezidentlərlə, krallarla görüşürdü. Deyirlər
ki, partiya işi onun o qədər də xoşuna gəlmirmiş.
«Bizim
kosmonavtlar dünyanın 35 ölkəsində olmuşdular» -
deyə Yuri Qaqarinin silahdaşı German Titovun həyat
yoldaşı Tamara Titova bildirib: «Yuri Qaqarini təkcə bir
ölkənin səfiri kimi deyil, kainatın vətəndaşı
kimi qarşılayırdılar. Hərdən o, öz vəziyyətinə
görə çətinlik çəkirdi, çünki bu,
çox böyük məsuliyyət idi. O başa
düşürdü ki, yorulduğunu və daha heç nə
istəmədiyini etiraf edə bilməz. Ancaq biz dostları
bilirdik ki, ona istirahət etmək, çox sevdiyi ailəsi ilə
bir yerdə olmaq lazımdır. Amma ona istirahət etmək olmazdı”.
Qaqarinə
KP MK-nın bütün qurultaylarında iştirak etmək
lazım gəlirdi. Hətta, o, özünü pis hiss edəndə,
xəstə olanda belə arxasınca maşın göndərirdilər.
«1961-ci ilin oktyabr ayında KP MK-nın 22-ci qurultayı
keçirildi» - deyə Moskva İcraiyyə Komitəsinin sədr
müavini Viktor Turovsev danışıb: «Mən KP MK-nın təlimat
şöbəsində ittifaq respublikaları üzrə təlimatçı
işləyirdim. Qurultayın açılışına 2
gün qalmış sədr məni və həmkarlarımı
dəvət edərək: «Yoldaşlar, siz çox vacib bir tapşırıq
yerinə yetirməlisiniz. Qaqarinin başına faciəli hadisə
gəlib. O, təyyarəsini yerə endirərkən qəza
baş verib. Hazırda o, həkim nəzarəti
altındadır. O, partiyanın 22-ci qurultayının
nümayəndəsi seçilib və onun işində
iştirak etməlidir. Ancaq həkimlər təminat vermirlər,
deyirlər ki, qurultayın işi onu səhhətini daha da
korlaya bilər”.
«Əhval-ruhiyyə
yaxşıdır, şikayət yoxdur»
İlk
kosmonavtın ölümü barədə həqiqətlər
də 45 ildən sonra üzə çıxıb. Bu isə
çox söz-söhbətlərin yaranmasına səbəb
olub. Artıq Rusiya prezidentinin arxivində saxlanılan sənədlərin
öyrənilməsi həmin faciənin təfərrüatları
ilə bağlı bir çox qaranlıq məqamları
açıb.
Belə
ki, qəzaya uğrayan UTİ MiQ-15 təyyarəsinin pilot heyətində
Yuri Qaqarin və instruktur Vladimir Seregin olub. Hamıya elə gəldi
ki, faciə dərhal gizlədilib. Qaqarin və Sereginin
ölümü haqqında yalnız martın 29-da xəbər
veriblər. Amma hökumət komissiyasının rəsmi sənədləri,
qəzanın tədqiqatı üçün yaradılan
komissiyanın rəyi, hətta KP MK-nın bu məsələ
ilə bağlı yazışmaları uzun müddət gizli
saxlanılıb.
1990-cı
illərin ortalarında təyyarəçi-kosmonavt Aleksey
Lionov belə bir hadisə danışıb:
-
Yura Çərşənbə axşamı vəfat edib. Ancaq
bir neçə gündən sonra – şənbə
günü biz onun ölümündən xəbər tutduq.
Biz həmin gün «Lujniki» stadionunun yaxınlığında
bərbər salonunda idik. Mən arxa kresloda oturub bərbərin
onun saçını necə düzəltməsinə
baxırdım. Yuranın boynunun arxasında yarım santimetr
böyüklüyündə böyük xal vardı. Bərbər
ülgüclə həmin xala yaxınlaşanda: «Diqqətlə
bax, ən böyük gözəlliyə təsadüfən
toxunma» dedim. O, incimədi, başa düşdü ki, mən
zarafat edirəm. Nə vaxt ki, insanlar vəfat edirlər, biz
onların davranışları haqqında qeyri-adi şeyləri
xatırlayırıq. Yuranın isə hər hansı
xoşagəlməyən hərəkətləri yox idi. Onun
və Sereginin ölümü haqqında ilk məlumatdan sonra
şayiələr yayıldı ki, onlar Şikovski aerodromundan
uyğun olmayan vəziyyətdə uçublar. Hökumət
komissiyasının təyyarəçi-kosmonavtların
ölümü ilə bağlı rəyində Qaqarinin səhhəti
ilə bağlı məlumatlar yer alıb. «27.03.1968. Tibbi
baxış hər hansı bir şikayət
aşkarlanmayıb. Əhval-ruhiyyə və özünü
hiss etmə yaxşı idi. Bədənin temperaturu 36.6, nəbzin
döyüntüsü 1 dəqiqədə 64 zərbə.
Polkovnik Y.A.Qaqarini əlavə tibbi baxışdan keçirməyə
ehtiyac yoxdur». Görünür ki, sağlamlığı yerində
olub. Burdan iki sual yaranır: sənəddə nə
üçün Sereqinin müayinəsi ilə bağlı
heç bir məlumat yoxdur. Söhbət yalnız bir tibbi
baxışdan gedir. Bu göstəricilərin hansı ideala
yaxındır? Daha bir detal isə uçuşa 5 gün
qalmış Yuri Qaqarinin ətraflı tibbi baxışdan
keçməsi və «Yay işinə məhdudiyyətsiz
yararlıdır» qərarını almasıdır. Amma nə
üçün bu «yararlılığın» müddəti
yalnız iki aylıq - 22 may 1968-ci ilə qədər müəyyən
edilib?”
Çex təyyarəsi
Komissiyanın
rəyində təyyarənin Qaqarin və Sereginin
uçuşu üçün təqdim olunduğu göstərilib.
«Təyyarə UTİ MiQ-15 N 612739 19 mart 1956-cı ildə
ÇSSR-in «Vodoxod» zavodunda hazırlanıb. Məlum olduğu
kimi təyyarəni çexlər düzəldib. O, texniki
resursun yarısından çox işlənib (hələ 986
saatı da varmış). Amma mühərrikin bir sıra problemləri
olub. Komissiyanın rəyində qeyd olunub ki, 533 saat müddətində
4 dəfə əsaslı təmirdən keçib. Amma
axırıncı (1967-ci ilin yanvarı) ona 100 saatlıq əlavə
vəsait quraşdırılıb. Qalıq vəsaiti cəmi
37 saat olub. Eləcə də təmir arası müddətdə
iki dəfə qüsurları qeydə alınıb. Bu faktlara
baxmayaraq, komissiya təsdiq edir ki, təyyarənin
bütünlükdə kifayət qədər vəsaiti olub və
reqlamentə uyğun xidmət göstərilib. Amma Qaqarinin təyyarələri
ən yüksək səviyyədə idarə etməsində
heç bir problem yox idi. Baxmayaraq ki, idarə etdiyi təyyarə
xaricdə hazırlanmışdı və kifayət qədər
istifadə olunmuşdu. Yeganə ciddi pozuntu uçuşa
hazırlanan təyyarəyə yanacaq üçün əlavə
çənin qoşulmaması idi. Onların manevr zamanı
yanacaq imkanları tükənib. Bir çox mütəxəssislər,
o cümlədən, Leonov hesab edirlər ki, Qaqarinlə
Sereginin ölümündə guya ikinci belə bir təyyarə,
mayor Andreyevin pilotu olduğu UTİ MiQ-15 təyyarəsi (o,
Qaqarindən 3 dəqiqə sonra havaya qalxıb), ya da həmin
vaxtı o rayonda uçan CU-11 təyyarəsi
günahkardır. Bu yüksək səsli təyyarələrin
pilotlarının soyadları uzun müddət gizlədildi.
Sonradan məlum oldu ki, CU-11-in pilotu Kreçetov olub. «Hər
iki təyyarənin uçuşu yoxlanıldı. Polkovnik
Qaqarinin təyyarəsinə oxşayan və mayor Andreyevin
pilotluğu ilə uçan təyyarə də yoxlanıldı.
Təyyarələrin kəsişmə nöqtəsində hər
hansı bir məsafə qeydə alınmayıb. Aviasiya Sənayesi
Nazirliyinin Tədqiqat İnstitutu təyyarələrin bir-birinə
təsirini öyrənib. Nəticə birmənalı olub: nə
Andreyevin təyyarəsi, nə də Kreçetovun təyyarəsi
Qaqarinin və Sereginin pilotu olduğu təyyarəyə təsir
edə bilməzdilər.
Qaqarin
və Sereginin ölümü barədə komissiyanın
gözlənilməz bir rəyi də olub: «Qəzanın əsas
səbəbi kəskin manevri yerinə yetirərkən hava
şarının borusunun (zond) bükülməsi olub. Komissiya
qeyd edib ki, uçuş günü
tapşırığın yerinə yetirildiyi ərazidə
hava şarlarının buraxılışı da həyata
keçirilib. Məsələn, akademiyanın Fizika
İnstitutu 3 min metr hündürlüyə radio zondlar
buraxıb. Həmin şarlar bu rayondan 16 min metr
hündürlüyə qalxıb. Nəzəri cəhətdən
o, Qaqarin və Sereginin təyyarəsi üçün əngəl
ola bilərdi. Tədqiqatın gedişindən aydın olub ki,
təyyarənin düşdüyü yerdə kifayət qədər
zədələnmiş radio zondlar, radio pilotlar və
uçuş balonları tapılıb. Qaqarinin
ölümünə həsr olunan məqalələrdə qətiyyətlə
bildirilib ki, təyyarə zondu kəsə bilərdi. Həqiqətdə
isə komissiya bu toqquşmanı əsas versiya hesab etməsə
də, sənəddə xatırlanır. Daha bir
çıxarış: «Təyyarənin şüşələri
sınmış kabininin 60 faizi tapılmadı. İstisna
deyil ki, havada kabinin şüşələrinin sınması
təyyarənin hava balonları ilə toqquşması nəticəsində
baş verib».
Yura daha yoxdur
Qararinin ölümünə kosmonavt yoldaşları dərhal inanmadılar. «Biz Qaqarinlə Sereginin təyyarəsinin qəzaya uğradığını eşidincə dərhal axtarış əməliyyatı təşkil etdik. Mən axtarışlarda iştirak etdim – Aleksey Arxipoviç danışır: sutka ərzində Yuranın xilas etməyin mümkün olacağı ümidini itirmədik. Sereginin ölümünü isə dərhal bildik – onun dağılmış kurtkasının bir parçasını tapdıq. Qaqarinin ölümünün izlərini isə uzun müddət tapa bilmədik. Müəyyən müddətdən sonra onun pulqabısını tapdıq. Amma o, bizim ümid etdiyimiz kimi katapulta ilə xilas oluna bilərdi. Axtarışlar meşədə gecə və gündüz davam etdi. Yalnız səhəri gün biz dəhşətli həqiqəti öyrəndik. Təsadüf elə gətirdi ki, onun ölümü haqqında məlumatı mən verməli oldum. Biz onun qalıqlarını, hətta, ən kiçik hissələri belə qəzanın baş verdiyi ərazidən yığmağa müvəffəq olduq. Hissə-hissə olmuş cəsədi adi emal olunmuş vedrəyə topladıq və ekspert kriminalistlər onunla məşğul olmağa başladılar. Vedrə demək olar ki, ağzına kimi dolu idi. Mən ona baxanda orada çiyin və boyunun böyük bir hissəsini gördüm – tanış xalı ətimi ürpətdi. Onda başa düşdüm ki, Yura daha yoxdur.
Kaspi.-2013.-30 mart.-1 aprel.-S.8.