ŞAH XƏTAİ VƏ AZƏRBAYCAN SUFİZMİ 

 

Üç böyük fəlsəfi təlim, üç nəhəng təsəvvüf təriqəti – Xəlvətilik, Hürufilik və Qızılbaşlıq Azər¬bay¬can insanını çox fərqli biçimdə formalaşdırırdı.

Əmir Teymurun və Miranşahın hücumlarına qarşı Naxçıvandakı Əlincə qalasında on dörd il mücadilə verən xalq məhz Şah Fəzlullah Nəiminin banisi olduğu Hü¬ru¬fi¬lik ideyaları ilə silahlanmışdı. Əks təqdirdə dünya fatehi olan bir ordunun qarşısını mühasirə vəziyyətində, silahsız, sadə bir xalq necə ala bilərdi?

Səvəfilik barəsində ən fərqli fikirlər müxtəlif elm adamları tərəfindən irəli sürülmüşdür. Sə¬fə¬viliyin və Şah Xətainin özünün şiə yox, məhz sufi dün¬ya¬gö¬rü¬şünə sahib olması danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza, musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi hücrələr ayırır, zikrbaşqa rituallar üçün təkyələr saxlayırdı. Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin – təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır. Bəli, Səfəvilər İmperiyası dini dövlət deyildi. Zahirdə İslam üləması dövlət işlərində müəyyən qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə sa¬hib olan təsəvvüf ideologiyası təşkil edirdi. Tarixçilərin bu məqamdakı yalnış ya¬naş¬ma tərzi çoxlu faktların və hadisələrin təhrif olunmasına gətirib çıxarmışdır. Lakin, tanınmış şərqşünas alim Triminqeminİslamda sufi ordenləri” əsərində oxuyuruq: “İmamlar kimi, sufi bö¬yükləri də ezoterik bilgilərə sahib idilər. Lakin imamlardan fərqli olaraq, onlar həmin bilgiləri genoloji yolla deyil, ruhani ötürmə ilə, ruhani xətlə alırdılar” Buradan da aydın görünür ki, Şah Xətainin öz dövründə həm hakimiyyət, həm də təkyə-orden statusu, çoxlarının bəyan etdiyi kimi, nəsildən-nəslə deyil, məhz təsəvvüfdə nəzəri əsaslara malik olan ruhani ötürmə yolu ilə keçmişdi. Şiəlikdə isə bu belə deyildi. İmamlığın ötü¬rül¬mə¬si məhz genoloji faktora söykənirdi. Necə ki, Şah Xətaidən sonra siyasi hakimiyyət oğlu Təhmasibə keçsə də, mənəvi-ruhani ha¬kimiyyət başqalarına – yəni, təsəvvüf elminin daşıyıcıları olan batini-nihan dərvişlərə, övliyalara keçdi. Qısaca da olsa, bir məsələyə toxunmaq yerinə düşərdi ki, sufiliyin şiəliklə əvəz olunması, yəni, təriqətdən şəriətə qayıdış XVIII əsrdə Şah Abbas Səfəvi zamanında baş verdi. Elə Şah Abbasa qədər də bu proses Şah Xətainin ölümündən sonra başlamışdı. Belə demək mümkünsə, xalqın əlindən sazı alıb, yerinə “şaxsey zənciri” verdilər. Elə bu dövrdə də dövlət dili yenidən qayıdıb fars dili oldu. Bunun məntiqi davamı olaraq da Səfəvilər Dövlətinin paytaxtı Təbrizdən fars mədəniyyətinin göbəyi olan İsfahana köçürüldü. Bu, nəinki Azərbaycan türklərinin, eləcə də bütün Türk dünyasının tarixində faciəvi bir proses olmuşdur. Məhz bu baxımdan yanaşdıqda, Şah Xətai dövrünü Türk dünyasının qızıl dövrü adlandırmaq olar. Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə Türk xalq təsəvvüfü, Türk ürfani mənəviyyatı bu günə qədər də görünməmiş bir kulminasiya nöqtəsinə çatdı. Daha mütəsəv¬vüf və ariflərə mücadilə verərək, saray əxlaqına qarşı çıxaraq, xal¬qın öz dilində, öz ruhunda ilahi həqiqətləri bəyan etməyə gərək yox idi. Bu proses sarayın özündən başladı. Şah özü ana dilində, heca vəznində şeirlər yazmağa başladı. Özü saz çaldı, Haqqın hikmət və ürfan sirlərini öz sadə və şirin dilində bütün xalqa əzbərlətdirdi. O, istəsəydi, klassik üslubda, fars dilində əzəmətli divan bağlaya bilərdi. Öz sələfləri kimi, o da dərin təsəvvüf terminləri, sufi istilahları ilə dolu qəsidə və məsnəvilər yazardı. Lakin o, bunu etmədi. O, sübut etdi ki, İlahi hikmətlərin ən dərinlərini, ən qəlizlərini sadə xalqın dilində çox gözəl bir şəkildə ifadə etmək olar. O, bunu şəxsən özü etdi və beləliklə də, çoxlarına qol-qanad verərək, ilham qaynağı oldu. Bu, çox möhtəşəm bir vəziyyətdir, analoqu olmayan bir ta¬ri¬xi dövrdür. Həqiqətən də tarix buna bənzərini bir daha görmədi.

Lakin, qeyd etmək lazımdır ki, aşıqlığa, eləcə də, ümumtürk ruhunun çox mühüm atributu olan saza meyl Şah Xətaidə birdən-birə yaranmamışdı. Məlumdur ki, Səfəvilik ideologiyası Şeyx Səfiəddin İshaq Ərdəbilidən gəlir. Bu ideoloji təlim özü¬nə¬məx¬sus çalarları, yeni əsasları ilə bərabər xüsusi olaraq milli-mənəvi də¬yərlərə meylli deyildi. Açığı, onlar da farsca yazır, divan ədə¬biy¬yatının cazibəsi altında öz sələflərinin yolunu davam etdirirdilər. Əlbəttə, Şeyx Səfi çox böyük bir türk oğlu idi. Möcüzələr, kəramətlər sahibi olan bu zat zamanının təsəvvüf ərbabı tərəfindən qütbi-övliya hesab olunurdu. Lakin onun təkyəsində oxunan kəlamlar, zikrlər ənənəvi olaraq, sufi musiqi alətləri olan neyin, tənburun, dəfin müşaiyəti ilə gerçəkləşirdi. Çünki, qadirilərdə də nemətullahilərdə də xəlvətilərdə də belə idi. Hətta uzun müddət təkyələrə tənburdan başqa heç bir musiqi aləti buraxılmadı. Tənbur ənənəsi çox qədimdən, Cavidan və Babək Xürrəmidin dövründən gəlir. Cünglərdə və təzkirələrdə Babəkin də tənbur çalaraq, zikr nəğmələri oxuduğu qeyd olunur. Şeyx Səfi təkyəsinin xürrəmilərlə əlaqəsi barədə Fəzlullah ibn Ruzbehxan Xunaci “Tarixi-aləmarayi-Əmini” əsərində yazır: “Şeyx Heydər müridlərinə Babək xürrəmilərinin dini qanun¬la¬rı¬nı, “ibahət” (qeyri-qanuni işləri qanuni saymaq – müəllif) inanclarını təlim edirdi” Əlbəttə, müəllifin bu məsələyə yanaşma tərzi birtərəfli və qərəzlidir. Fəzlullah Xuna¬ci¬nin xürrəmilərə də səfəvilərə də münasibəti ərəb və Osmanlı tarix¬çi¬lə¬rinin münasibətlərindən heç nə ilə fərqlənmir. Təriqət məktəblərində zikrin, semahın, şeirin, musiqinin istifadə olunması şəriət tərəfindən “ibahət” hesab olunurdu. Təbii ki, bu sıraya sufi musiqisinin aparıcı alətlərindən olan tənbur da daxil idi. Şərq xalqlarının estetik dəyərləri içərisində bu gün də özünə mühüm yer tutan bu musiqi aləti iki simli olub, mizrabsız çalınır (Lakin bu, indiki Türkiyədə ifa olunan və adına tənbur deyilən çoxsimli, uzun qollu musiqi aləti deyil). Tənbur uzun zaman müqəddəs və yeganə halal musiqi aləti sayılıb. Şah Xətai də Lahicanda, Gilanda olarkən tənbur çalarmış. Bu, Şeyx oğlu olaraq, onunçün bir təkyə ayini idi.

Lakin Şah Xətainin qısa, ancaq çox zəngin hadisələrlə dolu həyatında onun qədim Türk yurdu Göyçəyə gəlişi çox mühüm yerlərdən birini tutur. Göyçənin piri, ariflər arifi, zamanının ən böyük qütblərindən olan Miskin Abdalla görüşü ömrünün sonuna qədər gənc Şahın məfkurəsinə hakim kəsilmişdi.

Bizim düşüncələrimizə görə, məhz Miskin Abdalla baş tutan müqəddəs görüş nəticəsində Şah Xətai əlinə saz aldı. Bir şeyi də nəzərə almaq lazımdır ki, Şah İsmayılın doğulub böyüdüyü o zamankı Ərdəbil mühitində sazın mövcudluğu, hətta bu musiqi alətinin təriqətin içərisinə girişi məntiqi cəhətdən mümkün görünmürdü. Yerdə qalan tək ehtimal Şah Xətainin Göyçə səfərindən əldə etdiyi milli Azərbaycan sazıdır. Bu fikir hələlik nə tarixi baxımdan, nə də dastan yaradıcılığından gələn nümunələrlə təsdiq olunmur. Lakintarixi nə də ədəbi mənbələr bu fikri inkar da etmir. Birvurğulamaq istərdik ki, Şah Xətainin saza bağlılığı barəsində yalnız müəyyən məntiqə söykənərək, yuxarıdakı fikri yürütmək olar. Beləliklə, Şah Xətainin saza, aşıqlığa vurğunluğu birinci növbətə onun öz təfəkkürünə mühüm milli çalarlar gətirdi. Məlumdur ki, bütün Şərq mənbələrində “sazsözü ümumi musiqi aləti mənasında işlənmişdir. Bu gün də əksər Şərq xalq¬larında bütün musiqi alətlərinə “sazdeyilir. Lakin öz şeirlərində Xətainin ifadə etdiyisaz” kəlməsi məhz onun özününifa etdiyi aşıq sazıdır. Çünki, Şah Xətai əksər şeirlərini məhz aşıq üslubunda yazırdı. O, başqa əsərlərində sazla bərabər digər musiqi alətlərinin də adını çəkir. Bu fakt bir daha subut edir ki, Şah Xətai məhz Azərbaycan sazından bəhs edir. Onun nüfuzlu simasında aşıqlıq ən dərin ürfani qaynaqlarla zənginləşdi. Tənburdan fərqli olaraq, sazdakı çoxcəhətli improvizə imkanları, gur tembr, coşqulu intonasiya məhz Azərbaycan-Türk təsəv¬vüfünə, bu bölgə insanına məxsus olan halzikr keyfiy¬yətlərinə artıqlaması ilə cavab verirdi. Nemətullahi, Qadiri, Mövləvi təkyələrindəki sakit musiqi, dinamikadan bir qədər uzaq olan zikrhal keyfiyyətləri Qızılbaş sufilərinin simasında, sa¬zın müdaxiləsi ilə şəklini dəyişərək, coşquludinamik bir hal aldı. Bu məntiqi müstəvi ilə şeirlərin dili də, mahiyyəti də, fəlsəfi-ürfani cəsarəti də dəyişərək, ən yüksək mərtəbəyə yetişdi. Azərbaycan sufilərinin zikr və kəlam olaraq yazılmış şeirləri bütün təsəvvüf dünyasında yeni bir mərhələnin, yeni ürfani ənənənin əsasını qoydu. Bu möhtəşəm tarixi olay məhz Azərbaycan sazının, aşıqlığın əli ilə baş verdi. Təbiidir ki, burada türk ruhunun, islamiyyət öncəsi türk mənəviyyatının arxaik ünsürlərini görməmək mümkün deyildi. Məhz təsəvvüfün ilkin qaynaqları olaraq, qamlığın, şamanlığın bu nöqtədəki tarixi əhəmiyyəti danılmazdır. Xətainin şeirlərindəki təsəvvüf mətləbləri də o qədər dərin və cəsarətli idi ki, bunların hal və məqam olaraq bənzərinə yalnız Mənsur Həllacda, İmadəddin Nəsimidə rast gəlmək olur.

Belə bir dövrdə geniş xalq kütlələri arasında təsəvvüf aşıqlarının və onların tərənnüm etdikləri ürfani dünyagörüşün nə dərəcədə geniş vüsət aldığını təsəvvür etmək çətin deyil. Şeirin, incəsənətin, musiqinin azad olduğunu və istedadlı bir xalqın bu dəyərlərə yiyələndiyini düşündükdə, tarixin hansı bir dövlət quruluşuna şahid olduğunabu möhtəşəmliyi qoruyub saxlaya bilmədiyinə dərin təəssüf hissi keçir¬mə¬mək olmur. Lakin bu ənənə sonralar gizli təkyələr halına keçərək, yaddaşlarda, məfkurələrdə yaşayaraq, nəsildən nəslə ötürülürdü. Xüsusilə də məkan amili burada çox mühüm rol oynadı. Qısa ömür sürən Şah İsmayıl Xətainin taxt-tacı oğlu Şah Təhmasibə qaldı. Lakin dünya tarixində ən uzun hökmranlıq sürənlərdən biri olan Təhmasib Xətainin mənəvi varisi ola bilmədi. Şah Təhmasib sadəcə siyasi hakimiyyətə gələ bildi. O, atası kimi xalqın “mürşidi-kamili”, “dədəsi”, “piri” olmadı. İndinin özündə də dərvişlər arasında (Təbriz, MakuAnadolunun bir hissəsindəki Əhli-Həqlərdə) Şah Xətainin “nihan dərvişlər”ə yazıb bağışladığı “Divanmövcud¬dur. Onu demək lazımdır ki, əvvəla, bu divandakı mətləblər ürfanın təriqət və mərifət mərhələləri üçünyenibatini idi. Bu divan yalnız Əhli-Həqlərə, yəni ürfanın “həqiqət” mərhələsində olanlara ünvanlanmışdı. Şah Xətainin zahiri şahlığı, yəni hökmdarlığı, taxt-tacı oğlu Təhmasibə, batini, könül şahlığı isə həmin batini, nihan dərvişlərə, Əhli-Həqlərə verildi. Bu, tarixi zərurətdən çox, İlahi təqdir idi. Xətai könüllər şahı idi. Onun şahlığı da Xətailiyi də əslində təsəvvüf sirlərini özündə ehtiva edirdi. “Şah” kəlməsi, qeyd olunduğu kimi, könüllər şahına isnad edilir. Əksər ürfan dahiləri də “Şaholaraq çağrılıblar. Məsələn, Şah Fəzlullah Nəimi, Şah Nemətullah Vəli, Şah Qasim Ənvar və s. Bu zatların heç birisi, daşıdıqları “şah” ünvanına rəğmən zahiri taxt-tac sahibi olmayıblar. Şah Xətai də məhz onlar kimi, batini dünyanın şahı idi.

Bu fikirlərlə hələlik mövzunu burada nöqtələyirik. Fəqət öncə ulu Şah babamızın hələ tarixin heç bir dövründə, bu günə qədər də rast heç bir filosofda, mü¬tə¬səv¬vüfdə rast gəlinməyən bir cəsarət və əzəmətlə söylədiyi bir mənzum parçanı siz¬lər¬lə paylaşmaq istərdik:

 

Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,

Gövhərin yekdanəsindən iləri pərgar idim...

Girdim Adəm cisminə, bir kimsə bilməz sirrimi,

Mən bu Beytullah içində ta əzəldən var idim...

 

 

Fəxrəddin Salim

 

Kaspi.-2013.-4-6 may.-S.24.