MƏN NİYƏ YAZIRAM - ESSE
Hələ
lap uşaq yaşlarımdan, təxminən 6 yaşım
olanda artıq bilirdim ki, mən
böyüyəndə yazıçı olmalıyam. 17-24 yaşlarımda özümü bu fikirdən
daşındırmağa çalışdım, amma tezliklə
anladım ki, həqiqi kimliyimə qarşı
çıxıram, gec-tez mən yazıçı
olacaqdım və kitablar yazmağa başlayacaqdım.
Ortancıl
uşaq idim və sadəcə 3 yaşım olmasına
baxmayaraq içimdə 5 illik boşluq var idi, 8 yaşımdan
əvvəl demək olar, atamı heç görməmişdim.
Bu və digər səbəblərdən özümü bir
qədər tənha hiss edirdim və çox keçmədi
ki, məndə xoşagəlməz xüsusiyyətlər
yaranmağa başladı, bu da mənim məktəb həyatım
boyunca qeyri-populyar birisi kimi formalaşmağıma şərait
yaradırdı. Tənha uşaqlara xas vərdişlərə
yiyələnmişdim, hekayələr yazırdım, xəyali
insanlarla danışırdım və düşünürəm
ki, lap əvvəldən təcrid olunmağım və
lazımınca dəyərimi almamağım ədəbi məqsədlərimin
formalaşmasına mane olurdu.
Yazıb-yaratmaq qabiliyyətimin olduğunu bilirdim,
xoşagəlməz faktlarla üzləşəcək qədər
güclü idim və belə hesab edirəm ki, məhz bu
uğursuzluqlarım qazandığım keçmişimi,
şəxsi dünyamı formalaşdırdı. Hər halda
uşaqlıq və gənclik illərimdə
yazdıqlarım (yəni ciddi hesab etdiyim yazılarım)
yarım düjün səhifə tutmazdı.
İlk poemamı 4 ya da 5 yaşımda
yazmışdım, bunu mənə anam
danışırdı. Mən bu barədə heç nə
xatırlamıram, sadəcə bir pələng haqqında
olması və pələngin "stul kimi dişləri”
olduğu yadıma gəlir. Yaxşı
ifadədir, ama deyəsən poema Blake’in "Tiger, Tiger” əsərindən
oğurlanmışdı. 11 yaşımda 1914-1918
müharibəsi başlayanda yerli qəzetdə çap edilən
vətənpərvərlik poemasını, 2 il
sonra isə digəri kimi vətənpərvər ruhda olan
Kitçenerin ölümünə həsr etdiyim digər
poemamı yazdım. Biraz daha böyüdükdən
sonra bəzən Gürcü üslubunda heç də
yaxşı olmayan və adətən natamam qoyduğum "təbiət
poemalarını” yazmağa başladım. Qısa hekayələr də yazmağa cəhd etdim,
amma bu səylərim də uğursuzluqla nəticələndi.
Bütün bunlar o illər ərzində
iddialı hesab etdiyim yazılarımdır.
Bununla belə, bu müddət ərzində müəyyən
mənada ədəbi fəaliyyətlə məşğul
olurdum. Əvvəla sifarişlə işləyən
işçi qrupu vardı və mən orada çox tez və
asan yazırdım, amma bundan o qədər də zövq
almırdım. Məktəb işlərindən
əlavə "qafiyəli hekayələr” və
yarı-komik şeirlər yazırdım, bunları o qədər
tez yaza bilirdim ki, indi bu mənə çox sürətli
görünür. 14 yaşımda bir həftə
içində Aristofaya həsr olunmuş böyük qafiyəli
pyes yazdım - həmçinin məktəb qəzetlərinin
həm çap edilməsinə, həm də redaktəsinə
kömək edirdim. Bu qəzetlər ağlınıza gələ
biləcək ən zəif parodiya materialları idi və mən
onları yazarkən indi ən ucuz jurnalistika işində
qarşılaşa biləcəyim çətinlikdən belə
çox az çətinlik çəkirdim.
Bütün bunlarla yanaşı 15 il, bəlkə
də bundan da çox müddətdə, mən bir çox
müxtəlif növ ədəbi fəaliyyətlərlə
məşğul oldum: özüm haqqında davamlı hekayə
yazdım, bu, bir növ yalnız təxəyyüllərdə
mövcud olan gündəlik idi. Düşünürəmki
bunlar uşaqların və yeniyetmələrin yiyələndikləri
ümumi vərdişlərdir. Kiçik
yaşlarımda Robin Hood olduğumu xəyal edirdim və
özümü həyəcanlı macəralar qəhrəmanı
kimi təsvir edirdim, amma çox keçmədi ki hekayəm
çox sərt bir şəkildə marağını itirməyə
başladı və çox bəsit bir hal aldı. Hər
dəqiqə: "O, qapını itələyib açdı və otağa
daxil oldu. Pərdələrin arasından
sızan sarı günəş şüaları
üstündə mürəkkəb qabı ilə
yanaşı qoyulmuş yarı-açıq kibrit qabı olan
stolun üzərinə düşürdü. O, sağ əlini
cibinə salıb, pəncərəyə tərəf
addımladı. Küçədə bir pişik quru
yarpaqlarla oynayırdı”... və s. bu kimi fikirlər
ağlımda dolanırdı. Bu vərdiş 25
yaşıma qədər, ədəbi fəaliyyətlə məşğul
olmadığım dövrlərə qədər davam etdi.
Buna baxmayaraq, doğru ifadələri tapmaq
üçün araşdırmalar etməli olurdum və
edirdim, amma bu əyani cəhdləri könülsüz, məcburiyyət
qarşısında qaldığımdan edirdim. Düşünürəm ki, hekayə müxtəlif
yaş dövrlərində heyran olduğum
yazıçıların üslublarını əks etdirir,
bununla belə xatırladığım qədəriylə
daim eyni təsviri keyfiyyətə malik olub. 16
yaşım olanda birdən sadə sözləri əyləncəli
etməyin yolunu kəşf etdim, yəni səslənməsi və
söz birləşmələri və s. Məs: " Paradise
Lost”-dan iki misra:
və
oo çətinliklə və ağır zəhmətlə
Davam etdi:
çətinlikə və əziyyətlə oo
İndi mənə maraqlı gəlməsə də bir
zamanlar buna gülməkdən onurğa sümüyüm
yerindən oynayırdı, "o” yerinə "oo” deyə tələffüz
etmək isə ayrı bir zövq verirdi. Əşyaları
təsvir etmə ehtiyacına gəldikdə isə mən
artıq bu barədə hər şeyi bilirdim. Mənim nə
cür kitablar yazmaq istədiyim aydın idi, ancaq o zaman
heç kim deməzdi ki, belə bir kitab
yazmaq istəyinə düşərəm. Bədbin
sonluqlu, təsvirlərlə və müqayisələrlə,
pəmbə çalarlı səhnələrlə zəngin
böyük naturalistik romanlar yazmaq istəyirdim. Əslində, 30 yaşımda
tamamladığım, lakin, uzun müddətdən sonra layihələşdirdiyim
"Burmese Days” (Birma günləri) adlı ilk romanım məhz
bu tipli bir kitab idi.
Heç kim yazıçının ilkin fəaliyyətləri
ilə bağlı məlumatı olmadan onun motivlərini dəyərləndirə
bilməz, elə buna görə də sizə bu məlumatları
verirəm. Onun əsas düşüncə tərzi
yaşadığı dövrlə müəyyənləşir,
ən azından bizim kimi həyəcanlı, inqilabi dövrlərdə
yaşayan insanlarda belə olur, amma hər şeydən əvvəl
yazmaq üçün onda heç vaxt tərk edə bilməyəcəyi
emosional yanaşma tərzi olmalıdır. Şübhəsizki, hisslərini ələ almaq,
qeyri-yetkinlik dövründə, ömrünün hansısa
axmaq çağında ilişib qalmaqdan çəkinmək
onun işidir, amma əgər bütövlükdə ona stimul
verən ilkin təsirlərdən qaçmağa
çalışsa, yazmağa olan həvəsini itirəcək.
Düşünürəm ki, gəlir əldə
etməkdən əlavə yazmaq üçün 4 əsas səbəb
var. Onlar hər bir yazıçı üçün müxtəlif
yerlərdə dururlar və bu tənasüb zaman-zaman
yazıçının yaşadığı mühitdən
asılı olaraq dəyişir. Səbəblər
bunlardır:
(I) Həqiqi eqoizm. Ağıllı görünmək istəyi,
haqqında danışılması, öldükdən sonra
xatırlanması, uşaqlıqda sizə etinasız
yanaşanlardan intiqam almaq və sair və ilaxır. Bunun güclü bir səbəb olduğunu danmaq əsl
cəfəngiyyatdır. Yazıçıların
bu xüsusiyyəti alim, rəssam, siyasətçi, vəkil, əsgər
və uğurlu biznesmenlərdə, bir sözlə cəmiyyətin
bütün yüksək təbəqələrinə xas
insanlarda olur. İnsanların əksəriyyəti
kəskin eqoist sayılmırlar. 30
yaşından sonra demək olar ki, tamamilə özlərinin
də bir şəxsiyyət olduqlarını unudurlar və əsasən
başqaları üçün yaşamağa, ya da, ancaq
işləriylə məşğul olmağa
başlayırlar. Bundan əlavə
yalnız istedadlı, inadcıl insanların olduğu bir toplum
da var ki, bu insanlar ölənədək sadəcə öz həyatlarını
yaşayırlar. Yazıçılar da məhz
bu sinfə mənsubdur. Və mən deyərdim ki, əsl
yazıçılar gəlirlə daha az
maraqlanmalarına baxmayaraq, jurnalistlərdən daha lovğa,
xudbin, eqoist olurlar.
(II)
Estetik zövq. Xarici aləmin, həmçinin,
sözlərin, onların düzgün quruluşunun gözəlliyi.
Bir səsin digərinə təsir etməsinin,
güclü bir nəsr əsərinin və gözəl bir
hekayənin verdiyi zövq. İnsanın dəyərli
hesab etdiyi və qaçırılmamalı olduğunu
düşündüyü təəssüratlarını
kiminləsə bölüşmək istəyi. Bir çox yazıçılarda estetik zövq
çox zəifdir, amma hətta dərslik və ya pamphlet
yazarlarının belə sevimli söz və ifadələri
olmalıdır. Dəmiryol bələdçisi
kitablarından biraz yüksək səviyyədə olan
bütün kitablarda belə estetik düşüncə
vardır.
(III)
Tarixi stimul. Varlıqları olduğu kimi
görmək istəyi, faktları aşkarlamaq və onları
insanların istifadəsi üçün saxlamaq.
(IV) Siyasi
məqsəd. – "Siyasi” sözünün
mümkün qədər geniş mənada işlənməsi.
Dünyanı müəyyən bir istiqamətdə
yönləndirmək arzusu, xalqları bir-biri ilə
mübarizə aparmaqdan çəkindirmək. Hər şeydən öncə elə bir kitab yoxdur
ki, ordada siyasi qərəzlilik olmasın. Sənətin
siyasətlə əlaqəsi olmaması fikri elə
özü də bir siyasi düşüncədir.
Aydın görünür ki, bu fərqli impulslar bir-biri
ilə necə ziddiyyət təşkil edir və zamanına
görə insandan-insana dəyişir. Yetkinlik
dövrümün ilk illərində mənə görə
ilk 3 motiv 4-cüdən üstün idi. Durğunluq
dövründə ibarəli, ya da sadəcə təsvirli
kitablar yaza və bununla siyasi bağlılıqdan tamamilə
uzaq ola bilərdim. Bununla sadəcə
bir publisist olmaqla kifayətlənərdim. Beş
ilimi mənə uyğun olmayan işə sərf etdikdən
sonra (Burmada, Hindistan Dövlət Baş Polis idarəsində)
uğursuzluqla üzləşdim və səfalət məni cənginə
almağa başladı. Bu mənim hakimiyyətə
olan nifrətimi ikiyə qatladı və ilk dəfə
işçi siniflərinin mövcudluğunu bu zaman
anladım, Burmada işləməklə imperializm barədə
bəzi anlayışları dərk etməyə müvəffəq
oldum, amma bu təcrübələrim məni müəyyən
siyasi istiqamətlərə yönləndirməyə kifayət
etmirdi. Sonra Hitler dövrü gəldi,
ardınca Vətəndaş Müharibəsi... 1935-ci ilin
sonlarına qədər hələ də bir qərar qəbul
edə bilməmişdim. Həmin dövrdə
bu qərarsızlığım barədə bir şeir
yazmışdım.
Xoşbəxt
bir keşiş olmaq istərdim
Təxminən
iki yüz il bundan əqdəm
Əbədi
həyat vəd edərdim
Və bir də bağçamda ağaclarımı izləyərdim.
Təəssuf
ki, bədbəxtlikdən
Möhtəşəm
cənnəti buraxdım əldən
Saç-baş
bir-birinə qarışıb bənizimdə
Ruhanilərsə
tər-təmiz gəzir hər yerdə
Hələ
də vaxtımız yaxşı keçirdi,
Həmişə
əfv edir, bağışlayırdıq
Çiçək
açmış ağacları hərdən seyr edir,
Qəmli fikirlərdən uzaqlaşırdıq.
İndi
lazımsız görünən şadyanalıqları
O zaman əldə
etmək həvəsindəydik
Alma
ağacında yaşıl alacəhrə
Bütün
düşmənləri salırdı lərzəyə
Xəyala
dalmaq belə yasaq edilmiş,
arzuları ya məhv edir, ya da gizlədirdik
Atlar da
sanki poladdan imiş
Pəzəvəng kişilər onları minərmiş.
Bəxti
gətirməyən bir insanam mən
Hərəmxanasız
hərəmağasıyam mən
Keşiş
ya komissar deyə düşünərəkdən
Yucin Aram
kimi sürünməkdəyəm mən
İspan Müharibəsi və 1936-37ci illərdəki
digər hadisələr hər şeyi dəyişdirdi və
mən artıq hansı mövqedə durmalı olduğumu
bilirdim. 1936-cı ildən bəri yazdığım
bütün yazılarım dolayı və ya birbaşa
totalitarizmin əleyhinə, demokratizmin lehinə olmuşdur.
Bu mövzular barədə yazmaq
şansını əldən vermək mənə axmaqca
görünür. Hamı bu və ya digər
şəkildə hansı mövqedən
çıxış etməsi barədə yazırdı.
İnsan nə qədər siysi cəhətdən
qeyri-obyektiv olursa, onun etik və intellektual
toxunumazlığının əldən alınması
şansı artır.
Ötən
on il ərzində ən çox görmək
istədiyim iş siyasəti ədəbiyyata qatmaq idi. Buna məni sövq edən insanların kor-koranə
sədaqətliliyi və ədalətsizlik idi. Mən hər
hansı bir kitabı yazmağa başlayanda öz-özümə
demirəm ki: "Mən incəsənət nümunəsi
yaradıram. Bunu hansısa faktın
üstünü açmaq və ya anlaşılmazlıqlara
son qoymaq üçün yazıram”. Məni
narahat edən əsas məsələ isə oxucu kütləsinin
diqqətini bu yazılara cəlb etmək idi. Amma nəinki kitab, heç iri həcmli jurnal məqaləsi
belə yaza bilmədim.
Məndə hansı motivlərin daha güclü
olduğunu deyə bilmərəm, amma ən azından
hansının izlənilməyə dəyər olduğunu
bilirəm. Geri dönüb keçmişimə baxdıqda isə
bir daim həyat işığı bəxş etməyən,
lazımsız, bir sözlə mənasız kitablar
yazmağımın səbəbini bir siyasi məqsədimin
olmamasında görürəm.
1946
SON
Tərcümə: Elmira Quliyeva
Kult.az
Kaspi.-2013.-11-13 may.-S.22.