Qış parkı zövqləri
oxşayır
Gözəlliyi ilə sakinləri
heyran edən istirahət guşəsi istifadəyə verildiyi
ilk gündən diqqətləri üzərinə toplayıb.
Mayın
10-dan etibarən paytaxt ərazisində daha bir möhtəşəm
istirahət guşəsi istifadəyə verildi. İnsanlar
arasında "Qış bulvarı" kimi tanınan park
kompleksi Bakının Füzuli küçəsi ilə
Mirzağa Əliyev küçəsi arasında inşa olunan
və 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil
dayanacağının üstündə salınıb.
Öz
gözəlliyi ilə sakinləri heyran edən istirahət
guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri
üzərinə toplayıb. Biz də yeni açılan və
ərazisinin böyüklüyü ilə seçilən park
kompleksi ilə tanış olmaq üçün buraya
yollandıq. Məlumat üçün bildirək ki, bu
kompleks şəhərin içindəki ən böyük
parkdır və ümumi ərazisi 7 hektardır. Parkın
uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev
sarayının arxasından başlayaraq Füzuli meydanına
qədər olan ərazini əhatə edir. Parkda 7 yeraltı
keçid inşa olunub və keçidlərə 24 eskalator
quraşdırılıb, hər keçiddə isə əlillərin
rahat hərəkət etmələri üçün
xüsusi qurğular qoyulub.
Bundan
başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların
parka rahat qalxmaları üçün 14 lift fəaliyyət
göstərir və dayanacaqdakı piyadaların parka
çıxışını təmin etmək məqsədilə
də 32 keçid var. Parka daxil olarkən ilk olaraq ən
müasir tələblərə cavab verən fəvvarə
kompleksi diqqəti cəlb edir. Parkın girişində və
çıxışında quraşdırılan fəvvarələrin
ətrafına sakinlər üçün xüsusi oturacaqlar
qoyulub. Bununla yanaşı, ətrafı
yaşıllıqlarla örtülən istirahət guşəsində
müxtəlif güllər və palma ağacları əkilib.
Belə ki, bura 2 minə yaxın ağac, 10 mindən çox
bəzək kolu və növbənöv güllərlə əhatələnib.
Güllərin hər birinin üzərində onun haqqında
məlumat verən xüsusi "məlumat lövhələri"
qoyulub. Buraya sakinlərin istirahət etmələri
üçün çoxlu skamyalar quraşdırılıb.
Skamyaların
ətrafında isə güllər diqqəti cəlb edir. Parkın
ərazisində qeyri-adi dizaynla bəzədilmiş
üç kafe də sakinlərin istifadəsinə verilib.
Kafelər qeyri-adi dizaynları ilə fərqlənir. Parkı
maraqla gəzən şəhər sakinləri burada çoxlu
şəkillər çəkdirərək parkın gözəlliyindən
həzz alırdılar. Asudə vaxtlarını səmərəli
keçirməyə çalışan insanlar sanki parkın
seyrinə çıxmışdılar. Kimisi öz
dostları ilə, kimisi də övladları ilə istirahət
edirdi. Parkın ərazisi böyük olduğu
üçün burada velosiped sürənlərə də
rast gəlmək mümkündür.
Qış
parkı haqqındakı təəssüratlarını
öyrənmək üçün burada istirahət edən
sakinlərlə söhbətləşdik. Parkın
yaxınlığında yaşadığını deyən
30 yaşlı Qəmər Hüseynova bizimlə söhbətində
buranı çox bəyəndiyini bildirdi və evinin
yaxınlığında belə bir parkın
salındığına sevindiyini dilə gətirdi:
"Yayın isti günlərində və işgüzar həyatdan
yorulanda istirahət etmək üçün ən gözəl
məkanlardan biridir. Mən yaxınlıqda
yaşadığım üçün hər gün buraya gəlirəm.
Çünki burada insan şəhərdə
yaşadığını unudur və təbiətdən
zövq alır. Sevindirici hallardan biri də odur ki, əvvəl
burada tıxac çox olduğu üçün
maşınların səsindən heç evdə də
istirahət edə bilmirdik. Amma park salınarkən yol
genişləndirildiyi üçün artıq belə
problemimiz olmur".
55
yaşlı Arzu Nemətova isə asudə vaxtını burada
keçirdiyini və güllərdən xüsusi zövq
aldığını bildirdi: " Park çox gözəl və
istirahət üçün tam yararlıdır. Burada vaxt
keçirmək həm mənə, həm də nəvələrimə
çox yaxşı təsir edir. Burada əkilən güllərdən
xüsusi zövq alıram. Parkın adı Qış
parkıdır amma, insana bahar ab-havası verir. Şəhərin
mərkəzində olmasına baxmayaraq burada sakitlik hökm
sürür və gözəlliyi ilə insanın
zövqünü oxşayır".
Parkın
axşam görüntüsü isə xüsusi olaraq
seçilir çünki, buraya müasir tələblərə
cavab verən işıqlandırma sistemi
quraşdırılıb.
Qeyd
edək ki, Milli Parkdan sonra ikinci böyük park kompleksi olan
Qış parkının açılışında
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
öz ailəsi ilə birlikdə iştirak edib.
Kaspi.-2013.-15 may.-S.9.