Litvada Elçin
Hüseynbəylinin əsərləri işıq üzü görüb
Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin dörd hekayəsi bu ilin fevral - aprel aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litvaca işıq üzü görüb.
Vilnüsdə
buraxılan “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat
və incəsənət həftəlik qəzetinin 1 fevral
2013-cü il tarixli 5-ci sayında yazıçının “Nənəm,
babam və kommunizm” adlı hekayəsi çap edilib.
Nasirin
yaradıcılığından edilmiş digər tərcümələr
isə Litva Yazıçılar Birliyinin ədəbi-bədii
nəşrlərində yer almışdır. Belə ki,
“Literatūra ir Menas” (“Ədəbiyyat və İncəsənət”)
həftəlik mədəniyyət jurnalının 1 mart
2013-cü il tarixli 9-cu sayında onun “Sular günəşə
nəğmə oxuyanda” əsəri nəşr olunub. “Nemunas”
(“Neman”) ədəbiyyat və incəsənət həftəliyinin
2013-cü ilin mart ayında çıxmış 10-cu
sayında E. Hüseynbəylinin “Məzar gəlini” hekayəsi
dərc edilib. “Metai” (“İlin fəsilləri”) adlı ədəbi-bədii
jurnalın 2013-cü ilin aprelində işıq üzü
görmüş 4-cü sayında Azərbaycan
yazarının “Gözünə gün düşür” hekayəsi
Litva oxucularına təqdim olunubdur.
Sözügedən
hekayələrdən ikisi - “Məzar gəlini” və
“Gözünə gün düşür” – Qarabağ
olayları mövzusunda yazılmış əsərlərdir.
“Gözünə
gün düşür» adlı hekayə ilə bağlı
vurğulamaq istərdik ki, yazıçı E. Hüseynbəyli
onun 2010-cu ilin fevral ayında yazılmış bu əsərinin
ideya və süjetinin erməni kinoçuları tərəfindən
plagiat olunaraq götürüldüyünü və bunun əsasında
onların Qarabağ müharibəsi barədə «Əgər
hamı…» adlı film çəkdiyini iddia edir. Ermənistan
“müəllifləri” çəkdikləri həmin filmi
2012-ci ildə hətta «Oskar mükafatına təqdim
etmişdilər və Hollivudda keçirilən “Arpa”
kinofestifalında lentin premyerası da keçirilmişdi.
Yuxarıda
göstərilən Litva ədəbi-bədii nəşrlərində
E. Heseynbəylinin hekayələri ilə bərabər, həmçinin
onun həyat və yaradıcılığı haqqında
bioqrafik bilgilər də yer alıb.
Əsərləri
orijinaldan Litva dilinə tanınmış türkoloq alim və
diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü, mütərcim Halina Kobetskayte və Litva azərbaycanlıları
cəmiyyətinin sədri, Azərbaycanın əməkdar
jurnalisti Mahir Həmzəyev tərcümə edib.
Kaspi.-2013.-18-20 may.-S.13.