Gənc alim professorun
kitabını alt-üst etdi
«Fəxrəddin
Veysəllinin kitabı dilçiliyin əsaslarını əsaslandırmaq
və aydınlaşdırmaq əvəzinə, əsas
etibarilə özünəvurğunluq və
başqalarını ittiham etmək üzərində qurulub»
Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi,
ölkədə dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə
inkişaf etdiyi hazırkı qloballaşma dövrü ana
dilimizin zənginləşməsi və tətbiqi
imkanlarının genişləndirilməsi istiqamətində
aparılan işlərin yeni səviyyəyə
qalxmasını zəruri edir. “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda
yer alan əsas vəzifələr
sırasına ölkədə dilçiliyin inkişaf
etdirilməsi mexanizminin yaradılması daxildir. Dilçilik sahəsində yüksək ixtisaslı
kadrların hazırlanmasının təkmilləşdirilməsi
məsələsi də sənəddə yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent
İdris Abbasovla söhbətimiz də bu barədədir.
Fundamentallıq adı altında
- Bu gün Ana dilimizin
qarşısında duran mövcud qüsurlar və problemlər
nədən ibarətdir?
- Müasir Azərbaycan ədəbi dilinin tükənməz
im¬kan¬larından lazımınca və düzgün istifadə
edilməməsi narahatçılığın
başlıca səbəbidir. Dövlətin ana dilinə
olan qayğısının müqabilində
qarşımızda duran başlıca və¬zi¬fə¬lərdən
biri dili mövcud qüsur və pərakəndəliklərdən
qoruyaraq sabit qrammatik qay¬-daları bərpa etməkdən ibarətdir.
Qrammatik əsaslar üzərində formalaşmış Azərbaycan
ədəbi dili bu gün müəlliflərin əsərlərində,
bəzi mətbu orqanların ya¬zı¬la¬rın¬da, radio və
televiziya kanallarındakı verilişlərdə,
küçə və meydanlardakı reklam və
afişalarda, klub və cəmiyyətlərdə “ziyalı”
elitalar arasında gedən söhbətlərdə və
çı¬xışlarda, xüsusən özlərini ana
dilimizin qayğıkeşi kimi göstərən
alim-profes¬sor¬la¬rın dil¬çiliyə dair yazdığı əsərlərin
özündə belə az qala məhdudlaşıb. Halbuki dilimizin hüdudsuz ifadə imkanları var.
Dün¬ya dilçiliyi ilə səsləşən nəzəri-praktik
əhəmiyyətə malik elmi-fundamental əsərlərin
yazılması və yazılan əsərlərdə
dilimizin qrammatik qayda-qanunlarına riayət edilməməsi ən
ciddi məsələlərdən biridir.
- Yeri gəlmişkən, bu
yaxınlarda AMEA-nın Nəsimi adına
Dilçilik İnstitunun direktor əvəzi, professor Fəxrəddin
Veysəllinin “Dilçiliyin əsasları” adlı kitabı nəşr
edilib. Bu əsəri dilçilik elmi
üçün hansı yenilikləri vəd edir?
- Kitabın “Giriş” hissəsində dilimizin taleyi Fəxrəddin
Veysəllinin proqnozlarına görə yaxşı heç nə
vəd etmir. Ancaq kitab işıq üzü görər-görməz
həm şifahi, həm də yazılı olaraq gurultulu təriflərə
qonaq edildi. Bir sıra qəzetlərdə kitabı
“fundamental dilçilik əsəri – Azərbaycan elminə yeni
töhfə”, “Dilçilik elmimizi xeyli irəli aparan əsər”,
“Əsaslı dilçilik əsəri” adlandırdılar. Həmçinin “Fəxrəddin müəllimin yazdığı
bu əsəri dərk etmək üçün vaxt tələb
olunur” deyə qeyd olundu. Məqalə müəllifi “Fəxrəddin
müəllimin dilin əmələ gəlməsi barədə
“Şir nərildəyir, eşşək an¬qı¬rır, dana böyürür, qoyun mələyir,
çaqqal ulayır, it hürür və s.” kimi çox
“maraqlı” fikirlərini səsləndirir. Mətbuat
səhifələrində yeni bir kəşf kimi dəyərləndirilən
kitabın müəllifi ana dilimizin yeganə
qayğıkeş fədaisi kimi təsvir olunur, onun
elmi-linqvistik faktları təhrif etməsi cəsarətlilik
kimi qiymətləndirilir.
- Bəs gerçək vəziyyət
necədir?
- Bir
şeyi tam əminliklə deyə bilərəm ki, el¬mə, mədəniyyətə
göstərilən dövlət qayğısından
sui-istifadə edərək, elmi məziyyətləri
çox-çox aşa¬ğı olan bir əsəri ictimaiyyətə
“şedevr” kimi təqdim edib elmi yanlışlıqları bilə-bilə
ört-basdır etmək çox zərərli tendensiya olmaqla
vicdanın aşınması prosesidir. Əl¬bət¬tə,
elmi dərəcəli və elmi adlı alimlərin bu işdə
məsuliyyəti daha böyükdür. Bu
həm də döv¬lə¬ti¬mi¬zin yüksək titullu alimlərə
etibar etdiyi elm adlı əmanətə xəyanətdir.
Fəxrəddin Veysəlli kitaba yazdığı “Ön
söz”də Azərbaycan dilçiliyinin inkişafını
şübhə altında qoyan bədbin proqnozlar verir, fəqət
əl yeri də qoyur. Bu bir növ pasiyentin həkimə
müraciət etməsi və Hippokrat andını unutmuş
bir həkimin pasiyenti bilərəkdən həyəcanlandırıb
özündən asılı salmağa
çalışmasına bənzəyir.
“Alimlər alimi” eyforiyası
- Ümumiyyətlə, dilçilik
elmi sahəsində gənc, istedadlı kadrlara şərait
yaradılırmı?
-
Bilirsinizmi, problemin kökü nədədir yüksək
potensiala malik gənc istedadlı kadrların burunlanmasında,
onlara qarşı qısqanclıqda, mənəm-mənəmlikdə
və bunun kimi digər mənfi keyfiyyətlərdədir. İnternetin olmadığı zamanlarda elmi ədəbiyyatın
gizlədilməsini, zəif elmi potensiala malik, fəqət
yarınmağa meyilli olanlara “kadr” etiketi vurub diplomla təltif
etməyi də buna əlavə etmək olar. Nəhayət, “Var da mənəm, yox da mənəm”
deyərək şöhrətin zirvələrini fəth etmək
arzusu ilə “alimlər alimi” olmaq eyforiyasına qapılmaq və
elmin inkişafına əngəl olmaq. Fəxrəddin
Veysəlli yazır ki, ölkəmizdə çoxsaylı
diplomlu fəlsəfə və filologiya doktorlarının
arasında bir-iki nəfəri çıxmaq şərtilə
dünyanın qabaqcıl dilçilik elminə xarici dillərə
çıxışı olan yoxdur. Bu da,
sözsüz, dilçilik sahəsində vəziyyətin o qədər
də ürəkaçan olmaması deməkdir. Mən
bir şeyi başa düşə bilmirəm: məgər Fəxrəddin
müəllim kimə rəy və diplom verdiyini bilmir? Bir şəxsin elmi rəhbəri olur, ona diplom verilməsinə
müsbət rəy yazır, sonra da həmin şəxsi
“ürəkaçan” kadr olmamaqda ittiham edir, kadr yoxluğundan
gileylənir. Belə çıxır ki,
Fəxrəddin Veysəllinin 70 yaşa qədər səmərəli
fəaliyyətinin nəticəsi yalnız, özünün də
etiraf etdiyi kimi, “bir-iki fəlsəfə doktoru” ilə məhdudlaşır.
Bəs qalanları? Onda
“çoxsaylı diplomlu fəlsəfə və filologiya
doktorları” adlandırdığı həmin şəxslərə
diplomlar hansı kriteriyalar əsasında verilib? Axı bu gün də Dilçilik İnstitutunun nəzdindəki
Dissertasiya Şurasında həmin müdafiələr məhz
onun rəhbərliyi altında təşkil olunur.
- Sizcə problemin həllini nədə
görürsünüz?
- İnanın ki, nə populist çıxışlar,
nə səsli-küylü təkliflər, nə də
başdansovdu qələmə alınan kitablar problemin həlli
yoludur.
Problemin bir həll yolu var: enerjili, ləyaqətli, elmə
sonsuz həvəsi olan, həmçinin xarici dil, xüsusilə
ingilis dilini bilən və internet resurslarından istifadə
etməyi bacaran, dilçilik problemlərinə operativ şəkildə
müdaxilə edən, elmi istinadlarında dürüst və
sərrast olan istedadlı gəncləri qısqanclıq etmədən
qayğıkeşliklə elmə dəvət etmək. Belə istedadların sayı yüzlərlədir.
Cəfəngiyyat
- Fəxrəddin Veysəlli
“Dilçiliyin əsasları”nı bakalavr
və magistrlər, dissertant və doktorantlar, habelə
dilçiliklə maraqlanan digər mütəxəssislərin
istifadə etməsini nəzərdə tutur. Sizcə bu əsər
tədris üçün yararlı ola bilər?
- Təəssüf
ki, kitab elmi dəqiqliyi və fundamentallığı
özündə əks etdirmir və hər səhifəsi əsaslı
tənqidlərə tuş gəlir. Fəqət
bunları bir və ya bir neçə məqaləyə, yaxud
kiçik həcmli bir kitaba sığışdırmaq
mümkün deyil. Əsərdə
qrammatik qaydalara riayət olunmur. İrəli
sürülən müddəalar yarımçıqdır və
verilən misallarla nitq təəssüratı arasında maneələrin
olması ekspressivliyi pozur. Müəllif
dilin əmələ gəlməsi haqqında istinad etdiyi
tarixi faktların mənbəyini təhrif edir. Əksər hallarda xarici dillərdən gətirdiyi
misallar yanlışdır və həmin dillərin qrammatik təhrifindən
başqa bir şey deyildir. Onun Azərbaycan
dilində izah etməyə çalışdığı
fikirləri çox vaxt həm sintaktik, həm də üslub
cəhətdən natamam və qüsurlu olduğundan məna
ifadə etmir. Qrammatik-orfoqrafik səhvlər,
durğu işarələrinin yerli-yerində işlədilməməsi
faktları, demək olar ki, hər səhifədə
mövcuddur. Elmilik təsəvvürü
yaratmaq üçün kitaba daxil edilən terminlər əks
effekt verərək anlaşılmazlığa səbəb
olur. Əsər, dilçiliyin əsaslarını
əsaslandırmaq və aydınlaşdırmaq əvəzinə,
əsas etibarilə özünəvurğunluq və
başqalarını ittiham etmək üzərində qurulub.
Bir az da dərinə getdikdə
görürük ki, kitabda fundamentallıqdan əsər-əlamət
yoxdur. Fəxrəddin Veysəllinin Azərbaycan dilindən
savayı, ingilis, rus, ərəb, fransız, hətta ispan və
italyan dillərinin qrammatik materiallarını təhrif olunmuş
şəkildə təqdim etməsi qocaman bir alimin
“yaradıcılıq” faciəsindən xəbər verir.
İş ondadır ki, Fəxrəddin Veysəlli “Biz dilimizin
qayğısına qalmalıyıq”, “Köhnə
qrammatikanı bir kənara qoyub yeni qrammatika yazmaq”, “Dilimizin
qrammatik qayda-qanunlarına əməl edək” kimi tövsiyələrin
və tələblərin müqabilində dilçilik
faktlarının təhrifi ilə yanaşı Azərbaycan
dilinin sintaktik və üslub qaydalarını cəsarətlə
pozur, durğu işarələrini yerli-yerində işlətmir
və bu hal əsər boyu müşayiət olunur.
Kitabda müəllifin bir-birinə zidd fikirləri, məntiqi-üslubi
cəhətdən qıt və dolaşıq cümlələri
bir-birini təqib edir. Hələ kitabın hər səhifəsini
çulğamış qrammatik-orfoqrafik
yanlışlıqlardan danışmıram. Gah əcnəbi
dilləri yaxına buraxmamağı təkidlə tələb
edən, gah 4-5 dil bilməyənləri qınayan, gah da elmin və
texnikanın inkişafı ilə əlaqədar lüğət
tərkibimizə daxil olan neologizmlərin əley¬hinə
çıxan Fəxrəddin Veysəlli dilçiliklə
bağlı ciddi elmi diskussiyalar açmaq əvəzinə, əsər
boyu dil faktlarını təh¬rif edir, qəbul olunmuş ədəbi
dil normalarına riayət etmir. Kitabı oxuduqca
bir-birini təkzib edən yorucu fikirlərdən usanır və
qrammatik qaydalardan istefa vermiş üslub
anlaşılmazlığından təngə gəlirsən.
- Müəllif həmçinin
kitabda Azərbaycanın şimal bölgəsindən olan etnik
azlıqların nü¬ma¬yən¬də¬lə-rini və
Naxçıvandan olanları ana dilimizin orfofonok
qaydalarını pozmaqda qı¬naq obyektinə çevirir. Məgər
ləhcə, şivə, yaxud dialektlərdə orfofonik, yaxud
orfoepik qaydaların pozulması qınağa çevrilməlidir?
-
Bütün dillərdə danışıq şəraitindən
və danışanların ictimai və məhəlli mənsubiyyətindən
asılı olaraq meydana gələn danışıq müxtəlifliyi
vardır. Ləhcə, şivə, yaxud dialektlərdə
orfofonik, yaxud orfoepik qaydaların pozulması dünya dil təcrübəsində
heç də məzəmmətlə
qarşılanmamışdır. Bir də
unutmamaq lazımdır ki, ədəbi dil həm də ləhcələrin
əsasında zənginləşərək,
saflığını və orijinallığını
qoruyub saxlayıb. Ləhcələrdən
götürülmüş söz və ifadələrin ədəbi
dilə uyğunlaşdırılması prosesi tarixin
bütün mər¬hə¬lə¬lə¬rin¬də davam edib.
Ona görə də Azərbaycan ədəbi
dilindən söhbət gedirsə, şimal bölgəsindən
olan etnik azlığın nümayəndələri ilə
Naxçıvandan olanlar arasında paralellər aparıb
onların Azərbaycan dilinin ünsiyyət prosesinə çətinlik
gətirməsi fikrini iddia etmək cəfəngiyatdır.
- Azərbaycan
dilinin qrammatikasının dəyişdirilməsinin zəruriliyini
vurğulayanlara sözünüz...
- Bu gün Azərbaycanda dilçiliyin inkişafına dair imzalanan fərman və sərəncamlardan irəli gələn məsələləri düzgün anlamaq və fəaliyyəti məhz düzgün istiqamətdə qurmaq lazımdır. Sui-isti¬fa¬də hallarına yol verilməsi imkansızdır. Qoy bu gün kimsə dilçilik sahəsində zəhmət tələb edən və görülməsi çox vacib olan ciddi işləri bir kənara qoyub populist müsahibələr verərək əlifbamızın, hət¬ta uzun illərdən bəri qrammatik əsaslar üzərində formalaşmış, öz sözünü demiş və mövqeyini möhkəmləndirmiş, minlərlə qiymətli əsərlərin yazıldığı və yaddaşlarda həkk olunmuş ünsiyyətin qurulduğu Azərbaycan dilinin qrammatikasını dəyişmək sevdasına düşməsin! Bu, bizim ana dilimizdir. Nə alman, nə ərəb, nə fransız, nə də rus dilidir. Bu, Azərbaycan dilidir.
Təranə Məhərrəmova
Kaspi.-2013.-23 may.-S.7.