Gülzar nənənin
sehrli dünyası
Suraxanı
rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı Əmircan
qəsəbə M.Əzizbəyov adına Mədəniyyət
evində uşaqların sevimli yazıçısı
Gülzar xanım İbrahimovanın iştirakı ilə
"Gülzar nənənin sehrli dünyası" adlı tədbir
keçirilib.
“Kiçik
Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək
İctimai Birliyi 200 nəfərdən çox uşaq
iştirak edən tədbirdə bütün
iştirakçılara “Sehrli Dünya” uşaq jurnalı hədiyyə
etdi. Tədbirdə 87, 114, 97, 154 saylı məktəb
şagirdlərinin ifasında Gülzar nənənin
nağıllarından səhnəciklər göstərildi,
müəllifin yeni şeirləri səsləndi.
Uşaqların ifasında milli və xarici rəqslər ifa
olundu. Şən tapmacalar viktorinası keçirildi. Gülzar
İbrahimova uşaqlara yaradıcılığının
yeniliklərindən danışdı. Onlara yay
mövsümünə hədiyyə olaraq yeni diskli
“Nağıllar” kitabını çapdan
çıxaracağını söz verdi. Tədbirin sonunda Əmircan
bələdiyyə sədrinin müavini, tarixçi Fəridə
xanım Bünyadova və Suraxanı rayonu MKS-nin 1 saylı
filialının rəhbəri Dilguşə xanım Babayeva
çıxış edərək, Gülzar xanıma təşəkkür
bildirib, yazıçı və şairə xanıma
yaradıcılıq uğurları dilədilər.
Kaspi.-2013.-24 may.-S.13.