Dionisinin köməyi

Rövşən Yerfi

«Penitensiar lövhələr» silsiləsindən...

 

Qarşıdan növbəti el bayramı gəlirdi. Dostlarından eşitmişdi ki, yuxarıdan gələn göstərişə əsasən töhməti olmayan bir qrup əməkdaşa bayram münasibəti ilə pul mükafatı verilməsi haqqında cəzaçəkmə müəssisəsi rəisinin əmri hazırlanır. Hər bayram öncəsi olduğu sayaq, bir daha qayğılandı ki, görəsən onun adını da mükafat almalıların siyasına yazıblarmı, yoxsa yenə guyayaddan çıxıb”...

Nahar fasiləsində imkan tapıb yolunu zonadan çöldə yerləşən mühasibliyə saldı. Mühasib məsələdən hali olunca təəssüflənib, həvəssiz-həvəssiz başını buladı:

-Yox, sən o siyahıda yoxsan...

-Niyə?..

-Bilmirəm...

-Əlavə etmək olmaz?

-Mümkün olası deyil, gecikmisən. Əmr artıq hazırdır. Sən keçən bayram almışdın, qalar gələn bayram yenə alarsan...

Qanı qaraldı. Gələn bayrama hələ azından iki - üç ay var. Bir də axı nəyə görə o bu dəfə almasın? Nə səbəbə? Günahı nədir? Dövlət tərəfindən ayrılan vəsaitdir. O pulu almaqla nəyəsə zərər dəyərsə, imtina edər, istəməz. Həmin puldan dövlətin vətəndaşı olan balasına bir bayram payı alsa kimə ziyan etmiş olar?

Ötən bayram da belə olmuşdu. Onu siyahıya yazmamışdılar. Siyahıya bir qayda olaraq mükafatı müəssisədə korrupsiyaya qarşı mübarizəninfəalaparıcısı, öndərisayılanrəisləəlli əlliyərazılaşan əməkdaşların adları yazılırdı. Adətən büdcədən ayrılan belə pullarılider”, ata malı kimi işçilər ilə yarıya bölürdü...

O, isəxeyirsiz adamlar”dan biri idi. Bu “xeyirsiz adamlar”dan beş nəfərlə birlikdə rəisin otağına daxil olub narazılığını bildirəndə, rəis hövsələsi çatmayıb telefonla onuntəşkilatçılığındanBaş İdarəyə şıkayətlənmişdi. Nəticədə Baş İdarənin məsləhəti ilə güzəştə gedərək narazıların bir hissəsinə mükafat ayırmaq məcburiyyətində qalmışdı. İndi etsin, yenəmi Baş İdarəni siyahının tərtibinəqarışdırsın”?

Yubanmadan əvvəlcə rəisin qəbuluna getməyi qərara aldı. Zona daxil olub, müəssisə idarəsinin binasına getdi. Kabinetin qarşısındakı dəhlizdə növbə idi. İki əməkdaşdan savayı dörd nəfər məhkum durmuşdu. Məhkumlardan biri ona təhkim edilən dəstədən idi. Şərti azadlığa çıxmaq üçün tərbiyə işinə baxan müavinləanlaşabilmədiyindən rəisdən güzəşt – “kompromis variant” xahiş etmək istəyirdi. pis oldu... Çoxusu da rəisin xəbər daşıyanlarıdır, - düşündü, - bunları gözləsə, xeyli vaxtı itəcək. Bəlkə qalsın başqa vaxta... Yox, vaxtı itirsə mühasibin dediyi söz yerini tutacaq, həqiqətən gecikəcək. Vaxtı itirmək olmazdı...”

-Qardaşlar, - o, əsasən əməkdaşlara müraciət etdi, - olarmı mənə icazə verəsiniz içəri sizdən əvvəl girim, çox ləngiməyəcəyəm, tez çıxacağam. Olar?

Onlar çarəsiz razılaşdılar:

-Neynək, eybi yox, cənab mayor, gəlin keçin.

Minnətdarlıq edərək qapını döyüb, otağa daxil oldu:

-Rəis, gəlmək olar?

-Gəl, buyur, - rəis yorğun nəzərlərlə onu süzdü.

İçəri girib bir-neçə metrlik məsafədə ayaq saxladı:

-Rəis, bir məsələ barədə sizi narahat etmək istədim, əgər mümkünsə...

- məsələdi? Buyur...

-Heç bilmirəm necə başlayım ki, sonra sözümü qəribçıliyə salmayasınız...

-Bax da, hardan istəyirsın, oradan başla...

-Onda sözümün canını tam şəkildə ifadə etməkdən ötrü gərək bir misal çəkəm. İcazə verirsizmi?

Rəis onun məntiqli misallarla danışmaq xasiyyətinə bələd idi. Bu “kalon filosofununmisallarının əksəriyyətini zamanında dinləyib bəyənmişdi. Ancaq fəlsəfi fikirlərlə sinəsi dolu savadlı əməkdaşının inadkarlığı heç xoşuna gəlmirdi. Üstəlik ötən bayramda özü azmış, o birifaydasızəməkdaşları da mükafat istəməyə cəsarətləndirməsi könlündən olmamışdı. Sadəcə işçisinin tələblərini qanun çərçivəsində tələb etməsi, qanuna əsaslanması, işində ciddi nöqsanlara yol verməməsi ona qarşı əks tədbir görməyə imkan vermirdi:

-Buyur, danış görüm bu misalın olacaq...

-Qədim yunanlarda Dionisi adlı hakim bəzən şeirlər yazar əsərləri haqda başqalarının fikirlərini öyrənmək istərmiş. Yazdığı şeirlərin şair Filoksen tərəfindən bəyənilmədiyini görən Dionisi, Filokseni daş karxanasında işləmək cəzasına məhkum edir. Bir müddətdən sonra Dionisi Filokseni yenidən sarayına çağırır ona bir neçə şeir oxuyur. Necədir, şeirlərimi bəyəndin?” Filoksen bu suala cavab vermədən sarayı tərk eləmək istəyir. Bu zaman Dionisi soruşur: “Hara gedirsən?” Filoksen cavab verir: “Karxanaya”… İndi mən neynəyim, keçən bayramda da belə oldu. Mənim adımı pul mükafatı alanların siyahısına əvvəl yazmadınız. Yuxarıməsələyə qarışandan sonra mənə verdiniz. Yenəmikarxanaya” - idarəyə narazılıq çatsın..?

Misal yerinə düşmüşdü. Həmişə iclaslarda Avropanın demokratik dəyərlərindən, ədliyyə işçilərinin etik davranış qaydalarından bəhs etməyi xoşlayan rəisin özünü yaranmış məntiqə uyğun aparmaqdan savayı yolu qalmamışdı. Heç nədən xəbəri yoxmuş kimi dilləndi:

-Axı olub ki, məgər indi siyahıda adınız yoxdur?

-Yoxdur, mühasibdən öyrəndim mən siyahıda yoxam

Rəis siyahını açıqlayan mühasibə daxilən əsəbiləşsə hirsini boğub üzə vurmadı:

-Ola bilməz, yəqin mühasib siyahıya yaxşı baxmayıb. Gedin deyin yaxşı baxsın, - əlini telefonuna sarı uzatdı, - özüm maraqlanaram.

-Oldu, sağ olun, - geri dönüb kabinetdən çıxdı.

On beş dəqiqə keçmişdi mühasibin onu axtardığını dedilər. Mühasibin sifətində bayaqkı boz ifadəni süni gülüş əvəz etmişdi:

-Heç demə, siyahıda sənin adın varmış. Necə olubsa gözümdən qaçıbmış

O da, əlavə şərhə ehtiyac bilməyib mühasibin üzgün gülüşünə səmimi gülümsəməklə cavab verdi. Şükür, bu dəfəkarxanaya getməklazım gəlməmişdi. Bu bayram ona Sirakuz hakimi zalım I Dionisi kömək etmişdi

Gələn bayrama isə, görünür Dionisidən betərinin təsirii lazım gələcəkdi...

01.13

Kaspi.-2013.-25-27 may.-S.17.