“Cırtdan”II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı başlayır
“Azərbaycan Teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq 2013-cü il noyabr
ayının 9-dan 16-dək Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNİMA Beynəlxalq Kukla Teatrları
Assosiasiyasının birgə təşkilatçılığı
ilə II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Bu
ildən etibarən festivalımız xalq nağıllarının qəhrəmanı Cırtdanın
adını daşıyacaq. Festivalın
açılış mərasimi
noyabr ayının 9-da saat
10:30-da Azərbaycan
Dövlət Kukla Teatrında başlayacaq.
Festival
çərçivəsində 11 ölkənin kukla
teatrları - Azərbaycandan
A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrı, Qax Dövlət Kukla
Teatrı, Böyük Britaniyadan
Dorset Kukla Teatrı
Kompaniyası, Yaponiyadan «Yuki»
Teatrı, İtaliyadan Teatro
Verde Burattini, «Kapra Ballerina»,
Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan «Zorin dom» Karlovaç
Şəhər Teatrı,
İsveçrədən «Le
Ginyöl A Roulettes» Kukla Teatrı, Macarıstandan İvet
Bojik Kompaniyası, Tatarıstandan «Ekiyat» Tatar Dövlət Teatrı
çıxış edəcək.Festival zamanı həmçinin,
UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək. Toplantıda nüfuzlu beynəlxalq
teatr təşkilatlarının
rəhbərləri – UNİMA-nın prezidenti
Dadi Dorab Pudumyee (Hindistan),
UNİMA-nın baş katibi
Jak Trüdeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının
Baş Katibi Mişel VAİS (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru
İbrahim ASSİRİ
(Səudiyyə Ərəbistanı),
UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez
(ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit
(Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya),
Rafaele Fleuri (Fransa), Anqel Kasado Qarretas (İspaniya), Knut Alfsen (Norveç), İda Xledikova (Sloveniya), Pyer-Alen Roll (İsveçrə),
Roni Alfons Antoin Aelbrext (Belçika), Qreta Mariya Brugeman (Belçika) və
başqalarının iştirakı gözlənilir.Noyabr ayının 9-da saat 09.30-da Azərbaycan
Dövlət Kukla Teatrında media
nümayəndələri üçün
mətbuat
konfransı təşkil
olunacaq.
Kaspi.-2013.-9-11 noyabr.-S.9.