“Şuşanın şikəstəsi”ndə vətən
yanğısı
Sona Vəliyeva:
“Böyütdüyümüz uşaqlara düşmənimizin kim olduğunu, torpaqlarımızın sərhədlərinin haradan başlamasını öyrətməliyik”
Dünən
Beynəlxalq Mətbuat Mərkəzində
Qarabağa həsr
olunan növbəti
kompozisiya təqdim
olundu. Belə
ki, xalq artisti Nəzakət Teymurova
“Şuşanın şikəstəsi” adlı musiqili kompozisiyasının təqdimat mərasimini keçirdi. Mərasimdə
ziyalılar, xalq artistləri, tanınmış sənət adamları iştirak
edirdilər.İlk olaraq sözə
başlayan “Şuşanın şikəstəsi” musiqili
kompozisiyasının layihə
rəhbəri Bəxtiyar Qaraca bu gün
hər bir vətəndaş üçün Qarabağın vacibliyini vurğulayaraq son dövrlər
Şuşa
haqqında daha çox
əsərlər yazıldığını və ona
dair bir çox filmlərin
çəkildiyini qeyd etdi, bu
əsərdə iştirak etməyi özünə borc
bildiyini söylədi.
Klip şəklində təqdim olunan kompozisiyada Şuşanın
görüntüləri,
Nəzakət Teymurovanın
ifası və millət vəkillərinin oraya
səyahəti yer
alıb. Xalq artisti Nurəddin
Mehdixanlının şeiri isə kompozisiyaya
xüsusi bir rəng qataraq
onu daha da təsirli
edir. Tədbirdə iştirak
edən millət vəkili Rövşən Rzayev
çıxışıda Şuşada olduğu zamanı keçirdiyi
daxili əzablardan
danışdı: “Torpaqlarımız alınandan sonra oraları dağıdılmış vəziyyətdə görmək
bu dövlətin
vətəndaşı kimi mənə həqiqətən də çox
təsir etdi. Ancaq mən əminəm
ki, biz Şuşaya
yenidən
qayıdacağıq. Azərbaycanın
bu günkü mövqeyi bizi bu sözləri
deməyə əmin edir. İşğal olunmuş
torpaqlarımızda gördüyümüz
mənzərələr
bizi çox
sarsıtdı. Belə
ki, məscidlərimizi, tarixi yerlərimizi
dağıdılmış görmək
dilə gətirilməyəcək
bir duyğudur. Nəzərinizə
çatdırım ki, hazırda Şuşada heç bir tikinti işləri getmir.
Şuşa şəhərinin yalnız giriş hissəsi
təmir olunub. Başqa heç bir abadlıq
işləri
aparılmayıb. Arzu edirəm ki, işğal olunmuş torpaqlarımız geri
qaytarılsın və
biz də
öz növbəmizdə gözəl kompoziyalar
yaradaq, bayramlar
keçirək”.Öz
yaradıcılığında daim Qarabağ mövzusuna
müraciət edən şairə, filologiya
üzrə fəlsəfə
doktoru Sona Vəliyeva musiqili kompozisiyanı izlədikdən
sonra klipdəki
insanların gözlərinin
bir-birilərinə bənzədiyini
müşahidə etdiyini söylədi.
Onun sözlərinə görə, sanki
Azərbaycan
xalqının bütün nümayəndələrinin
gözləri
bir-birinə bənzəyir: “O gözlər yoldadır, kədərlidir,
qəmlidir. Mən o
gözlərdə kədər
görürəm.
İçimizdəki
ümidlər bizi ona doğru
aparır. Biz o
torpaqları geri qaytaracağımıza
inanırıq. Ümumiyyətlə, qələbəyə gedən yol
yaddaşdan başlayır. Bu gün Qarabağı nəinki gənclərə təbliğ
etməli, onu özünü dərk edən uşaqlara
təlqin etməli və vətənlə bərabər
Qarabağın da adının söylənilməsini öyrətməliyik. Bu bizim üçün çox vacibdir. Əgər Şuşanı
canlı hesab etsək,
onun başı kəsilən bədənimiz olduğunu
söyləyə bilərik. Hesab
edirəm ki, 1-ci sinfə
gedən uşaqlar Şuşa mövzusunda şeirlər
bilməlidir.
Yaddaşsızlığın gənclərin zəkasında kök salması torpaqlarımızın hissə-hissə verilməsi deməkdir. Məfkurə itirmək millətin itkisidir.
Böyütdüyümüz uşaqlara düşmənimizin kim olduğunu,
torpaqlarımızın sərhədlərinin haradan başlamasını
öyrətməliyik. Əgər
uşaqlarımıza göz açan gündən
daşıdığı dəyərləri öyrətsək, heç
zaman məğlub
olmarıq. Düşünürəm
ki, bu cür
mahnılara daha çox
yer ayrılmalıdır. Onların
ideyası qorunmalıdır. Məhz
bu yolla itirilən torpaqları geri qaytara bilərik”. Xalq
artisti, xanəndə Arif
Babayev musiqili
kompozisiyanı izlədikdən sonra
kövrəldiyini
dilə gətirdi. Onun sözlərinə görə, hazırda belə kompozisiyaların
hazırlanması çox vacibdir:
“Kompozisiyanı izlədikdə elə hesab
etdim ki, Nəzakət Teymurovanın səsi Şuşanı
dolanıb geri döndü.
İnanıram ki, biz Şuşaya geri
qayıdacağıq. Bunun üçün
əl-ələ verib bir olmalıyıq. İfadan
danışsaq, Nəzakət Teymurovanın səsi əvəzolunmazdır. Mən müəllimi
kimi hər
zaman Nəzakətlə fəxr
etmişəm. Kompozisiyaya gəlincə isə, əməyi
keçən hər kəsi təbrik edirəm”.Xalq artisti Ramiz Quliyev
Şuşanın həsrəti ilə yanıb qovrulduğunu söylədi.
Tarzən qeyd etdi ki,
hazırda hər bir azərbaycanlının
ürəyində bir
nisgil var: “Biz torpaqlarımızın 20%-ni itirmişik. Bunu unutmaq olmaz. Unutmaq bir təhlükədir.
Unutqanlığımızın əvəzinə inadkarlıq
göstərək ki,
itirilmiş torpaqlarımızı geri qaytara bilərik. Bu
gün təqdimatına
yığışdığımız kompozisiya
“Şuşanın şikəstəsi” deyil,
sanki bir Şuşanamədir. Bu
mahnı Şuşaya məktubdur. Kompozisiyada
musiqi ifası yanğı ilə ifa
olunub”. Xalq artisti Mənsum
İbrahimov xanəndəni təbrik edərək ünvanına xoş
sözlər
söylədi. Qeyd etdi ki,
Nəzakət xanımın
ifası hər zaman seçilib: “Xanəndəmiz bu
mahnıda Şuşaya sanki
ağı deyirdi. Mənə
elə gəldi ki,
o kompozisiyada Nəzakət xanım fəryad qoparırdı.
Mən ona görə
bu klipə
sakit baxa bilmirdim. Nəzakət xanımın
ifası hər zaman qəlbləri oxşayır. Amma bu dəfə
təqdim etdiyi ifada sanki
ürəyindən gələn bir
sızıltı var idi.
Klipdəki musiqi ilə
sözlər bir-birini tamamlayır. Şuşanın
görüntüləri
insanın ürəyini
ağrıdır. Düşünürəm ki, Qarabağ mövzusu çox işlənilməli və ona
tez-tez müraciət
olunmalıdır ki, heç
kim keçmişini
unutmasın. Nə qədər ki Qarabağ düşmən
tapdağı altındadır, hər
birimiz bu mövzuya üz tutaraq qarabağlı olmalıyıq. Arzu edirəm
ki, torpaqlarımız qaytarılsın və biz
də o torpaqlarda bayram
konserti ilə
çıxış edək”.
Xalq artisti Nəzakət Teymurova “Kaspi”-yə açıqlamasında Qarabağ mövzusuna biganə qala bilmədiyini və bu baxımdan özünü hər zaman borclu hesab etdiyini söylədi: “Qarabağda dünyaya gəldiyim və azərbaycanlı olduğum üçün bu mövzuya biganə qala bilmərəm. Mən ifaçı olaraq əlimdən gələni etməyə çalışıram. Tahir müəllim bu musiqini mənə təqdim edəndə doğulduğum yer, evlərimizin dağıdılması gözümün qabağına gəldi. Mən özüm işlərimdən heç vaxt razı qalmıram. Bizim gördüyümüz işlərə tamaşaçı qiymət verir. Düşünürəm ki, hələ çox şeyi etməmişəm. Mən özüm Ağdamda anadan olmuşam. İstəyərdim ki, torpaqlarımızın alındığı gün deyil, hər zaman bu mövzu aktual olsun. Xanəndə işgüzar olarsa, gənclərimiz də maariflənərlər. Klip və mahnının ərsəyə gəlməsində əməyi keçən bütün heyətə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, kompozisiyanın bəstəsi Tahir Əkbərə, sözləri isə Şöhrət Əfaşa məxsusdur. Musiqili komposiziya “O FİLM–STUDİYA”-da hazırlanıb. Əsərin operatoru Elxan Rüstəmov, rejissoru isə Kəmalə Əhmədlidir.
Xəyalə
Rəis
Kaspi.-2013.-19 noyabr.-S.9.