Hələ bizə çox gərəksən...
Qənbər
Şəmşiroğlu
– 80
Çoxdandır məni narahat edən bu duyğuları,
düşüncələri yazıya almaq istəyirdim.
Amma nədənsə cəsarətim çatmırdı. Hər dəfə qələmə toxunanda bütün vücudum titrəyirdi.
Çünki haqqında yazacağım
adama ulu Tanrı öz səxavətiylə, mənim
nəzərimdə, saymaqla bitməsi mümkün
olmayan çox qabiliyyətlər, istedadlar, məziyyətlər bəxş
eləyib.
Bunları vəsf
eləmək isə
təpər, bacarıq, hünər istəyir.
Nəhayət ki, bu cürəti, bu hünəri Kəlbəcər
adına, Kəlbəcər qüdrətinə söykənib
tapdım özümdə. O Kəlbəcər ki, adı dilimizi, odu könlümüzü
yandırır. O Kəlbəcər ki, altı da, üstü
də,
florası da, faunası da möcüzələrlə doludur.
Dünyanın ən
məşhur
səyyahları
onu dünyanın səkkizinci
möcüzəsi
adlandırmışlar.Bu möcüzələr içərisində səyyahların
qeydə
almadığı, ancaq
ədəbiyyatçıların,
folklorşünasların, nəhəng söz
adamlarının kəşf etdiyi ulu bir
saz-söz ədəbi məktəbi də var idi. Bu məktəbin təməli Ağdabanlı Qurbanla qoyulmuş, sarayı XX əsrdə aşıq sənətinin
dədəlik zirvəsinə ucalmış Dədə Şəmşir tərəfindən ucaldılmışdı. Artıq iki əsrə yaxındır, bu məktəb özünün çox istedadlı, tərlan təbli varisləri
ilə
saz-söz vurğunlarını
heyrətə gətirir.
Kəlbəcərdə
ucalan, Kəlbəcəri ucaldan, kəlbəcərlilərin
başını uca edən
uca şəxsiyyətlər sırasında bu gün haqqında söz açdığım,
ömrünün 80-ci ilini
qürurla yaşayan, bütün həyatı fəaliyyəti ilə
həm
müasirlərinə, həm
gələcək nəsillərə örnək olan Qənbər Şəmşiroğlunun
müstəsna
yeri var.Qənbər
Şəmşiroğlunu
xalqına sevdirən nədir?
Bu düşündürücü
və
aydın sualın cavabını onu tanıyanların əksəriyyəti
yaxşı bilir.
Mənim isə
bir daha bu cavaba aydınlıq
gətirmək kimi bir borcum
var. Hələ əmək fəaliyyətinə başladığı ilk müəllimlik illərindən şagirdlərinin,
həm
də
şagirdlərin
valideynlərinin
əzizi,
sevimlisi olub. Hələ elmin, texnikanın
geri qalan vaxtlarında Azərbaycanın hüdudlarından kənara çıxan Kəlbəcər
təhsilinin
şöhrətlənməsində
Qara Bəhmən,
Aslan müəllim, Cəfər Əhmədov
kimi neçə-neçə təhsil
fədaisinin
sırasında Qənbər müəllimin də
şərəfli yeri olub. Həmin vaxtlarda rayonun
ən
iri məktəblərindən olan 2 saylı orta məktəbə rəhbərlik edib.
Bu gün Qənbər müəllim həmin
məktəbin yetirmələri olan çoxlu alimlərlə, həkimlərlə, mühəndislərlə, müəllimlərlə fəxr edir. Onlar da öz müəllimləri ilə
qürur duyurlar.
Bundan sonra Qənbər müəllimin
daha məsuliyyətli
əmək fəaliyyəti dövrü başlayır.
Respublikanın ucqar dağ
rayonu olan Kəlbəcərdə
rayon partiya komitəsinin ikinci katibi, rayon icraiyyə
komitəsinin
sədri
kimi çətin və
məsul
vəzifələrdə
çalışır. Xalqa canıyananlıq, yurda-yuvaya
bağlılıq, işində prinsipiallıq bu vəzifələrdə
çalışdığı vaxtlarda özünü parlaq şəkildə
göstərir.
Kəlbəcərin əksər kəndlərinə maşın yolu, elektrik, telefon xətləri çəkilir,
bu kəndlərdə məktəb, klub, kitabxana, mağaza, xəstəxana kimi sosial tikinti
obyektləri
tikilir. Kəlbəcər şəhərinin özündə
“Yuxarı düz” adlanan sahədə
yeni bir gözoxşayan şəhər salınmışdı.
Bircə faktı qeyd
etmək
yerinə
düşər
ki, Qənbər
müəllim
və
onun yaxın yoldaşlarının fəaliyyəti ilə
Murovun amansız, sərt
aşırımları yarıldı
və
oradan bütün kəlbəcərlilərin
nicat yolu açıldı. Yeri gəlmişkən, əgər Qənbər müəllim
Kəlbəcərin dar macalında, mühasirə günlərində vəzifədən uzaqlaşdırılmasaydı,
bu gün Kəlbəcər boyda itkimiz, həsrətimiz olmazdı. O zaman Gədəbəy rayonunda
rəhbər işləyən Qənbər Qurbanovun cəhdləri,
uzaqgörənliyi,
tədbirliliyi,
təşkilatçılığı
sayəsində bədnam
qonşularımızın Gədəbəyi ələ keçirmək niyyətləri gözlərində qaldı. İctimai fəaliyyəti ilə
bağlı söhbət düşəndə Qənbər müəllim
həmişə qürurlanır ki, mən
çox xoşbəxt adamam, çünki ulu babam Miskin
Abdal şah İsmayıl Xətai ilə
çox yaxın ünsiyyətdə olub, mən
də
ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında, ayrı-ayrı işlərdə çalışmışam.
Şair dostum, görkəmli
söz ustadı Məmməd Aslanın bir gözəl
sözü məni yaman tutub: o deyir ki, dövlət işlərində işləmək Qənbər Şəmşiroğlunun
söz istedadını
uzun illər pərdələyib.
Doğrudan da elədir,
vaxtilə
yüksək
dövlət
işlərində gecəsini-gündüzünə qatan Qənbər Şəmşiroğlunun
dəyərli şeirlərindən, nəsr
əsərlərindən, publisistikasından uzun illər
özündən
başqa bəlkə də heç kim
xəbərdar deyildi. Bizdən gizli saxlanılan
bu əsərlərlə
tanışlığımız sonralar bizi bu
heyrət
dünyasına çox
zərif
və
qırılmaz tellərlə bağlayıb.
Hər gün gözləyirik ki, Qənbər Şəmşiroğlundan
yeni dadlı-duzlu, şəhdi-şəkər bir söz çələngi
alacağıq. 80 yaşında, bu nurlu çağında Qənbər Şəmşiroğlu
ilə
bu günlərdə yenə mötəbər məclislərdə görüşürük.
Qənbər müəllim
öz ləngəri,
müdrikliyi ilə ölkəmizdə gedən
dinamik inkişafı,
dövlətimizin
artan beynəlxalq nüfuzunu
elə
incəliklərlə izah edir ki, insan
heyran kəsilir.Kəlbəcərli gənclərin ali məktəblərə
qəbul
olunmasının təbrik məclislərinin ilk xeyir-dua verəni məhz Qənbər müəllim olur. Kəlbəcərin işğalından sonra pərən-pərən düşən elimizə
rəhbərlik eləyib,
onları təmkinə, səbrə, öz qeyrətlərini,
qürurlarını qorumağa
çağıran da
Qəmbər müəllimdir.
Bu gün hər bir kəlbəcərlinin xeyrinin-şərinin bəzəyi, ağsaqqalı da Qənbər müəllim
sayılır. Deyiləsi sözləri
yığın-yığın olan ürəyimi tam boşalda
bilməsəm də,
bir qədər
rahatlıq tapıb, nüfuzlu ictimai xadim, şair, nasir, publisist, Qızıl Qələm
mükafatı laureatı,
Azərbaycan
Ağsaqqallar Şurasının
və
Yazıçılar Birliyinin
üzvü, Aşıq
Şəmşir
Mədəniyyət ocağı İctimai Birliyinin sədri, ən əsası, sevimli insan, nurani ağsaqqal Qənbər
Şəmşiroğluna
hələ bundan sonra bir
neçə
onilliklərdə ad günləri
keçirməsini,
daima belə təravətli, gümrah qalmasını arzulayır və deyirəm ki, yaşa, var ol, Qənbər müəllim! Sən bu pərən-pərən düşən
elimizə
hələ çox gərəksən. Bir şeirlə bu ürəyimdən keçənlərə nöqtə qoyuram:
Kərəmlə yaratmış ulu
yaradan,
Elinə, gününə
yaraşıq olmuş.
Fəhmlər, kamalla başdan-binadan,
Əkiz xəlq
olunmuş, qarışıq
olmuş.
Müqəddəs ocağın pir yetirməsi,
Əbədi məşəldir eşqi, həvəsi.
Odlu sinəsində söz xəzinəsi,
Bir şair xəlq olmuş, bir aşıq olmuş.
Qurbandı, Şəmşirdi
– mötəbərdi o,
Ay Zahid, əhli-hal bir Qənbərdi o.
Hə parlaq fikirdi, həm hünərdi o,
Zülmət yolumuza nur, işıq olmuş.
Zahid MUXTAR
“Kəlbəcər
harayı” qəzetinin baş redaktoru
Kaspi.-2013.-16-18 noyabr.-S.24.