ÇÖPÇATAN - hekayə

Ünlü Rus elm adamı V.M.Jirmunskinin iri həcmli “Türk Qəhrəmanlıq Dastanları” kitabını Türkiyə Türkçəsinə tərcümə edərkən insanüstü zəhmətinin nəticəsi olan bu əsər məni heyrətlər içində buraxmışdı. İkinci Dünya müharibəsi zamanı Leninqrad şəhərindən o zamankı ölkənin savaşın hələ ulaşa bilmədiyi uzaq bölgəsinə Daşkəndə göndərilən Jirmunski ilk öncə bütün Türk ləələrini öyrənmiş, sonra da bütün Türk topluluqlarının şifahi xalq ədəbiyyatı örnəklərini toplamış, öncə onları bir-biri ilə sonra da dünya dastan və rəvayətləri ilə qarşılıqlı müqayisə etmiş və belə bir sonuca varmışdır ki, türklər dünyada ən çox şifahi xalq ədəbiyyatı örnəkləri yaradan xalqıdır.

Bu önəmli fikri nədən burada yenidən təkrarlamaq istədim. Qələm dostum Mustafa Bərçin taledən pay aldığımız Çanaqqala günlərinin birində mənə çox maraqlı və maraqlı olduğu qədər də diqqəəkən bir hekayəsini danışdı. Amma daha hekayəni oxumadan əvvəl onun çox anlamlı süjeti tüklərimi tikən-tikən etdi. Mustafa bəydən danışdığı hekayənin məzmununun xəyal məhsulu olub-olmadığını soruşdum. Yox, dedi, xəyal-filan deyil, Anadolunun çeşidli bölgələrində belə bir adətin var olduğu bilinməkdədir.

Ondan bu hekayəni internet ünvanıma göndərməsini rica etdim. Alıb oxuduğumda gerçəkdən də yaxşı mənada çaşıb qaldım. Mən Mustafa bəyi şair kimi tanıyırdım, o isə qarşıma istedadlı bir hekayə ustası kimi çıxmışdı. Danışdığı hadisəyə öz yaradıcı təxəyyülünü də qataraq çox maraqlı bir əsər ortaya qoymuşdu. Və o axşam özümü tuta bilməmiş, eyni mövzuda Mustafa bəyə həsr etdiyim şeirimi yazmışdım:

Hər kəsin gözündə bu yuxudan var

Mürgülü dünyanın masal çağında:

Orda, çay başında çöp axıdan var,

Çöpçatan dayanıb çay ayağında…

Anadolu Türk toplumun içində belə bir adət varmı, yoxmu, bunu isbatlamaq elə də asan deyil. Amma əslində sübuta-filana da gərək yoxdur. Hətta həyatda, adətdə olmasa belə, bu əfsanə və onun mövzusu Jirmunskinin də dediyi kimi Türk xəyal gücünün nəyə qadir olduğunun bir başqa göstəricisidir. Bu əfsanə çox əsərlərə mövzu ola bilər, amma ilkinlik Mustafa Bərçin dostumuza aitdir. «Kaspi»nin dəyərli oxucularına təqdim etdiyim bu hekayə sirli, sehirli məqamlara doludur. Çox sözə nə hacət dəyərli oxuyucularım, bu siz, bu da Mustafa Bərçin dostumuzun dilimizə uyğunlaşdırdığım “Çöpçatan” hekayəsi…

Məmməd İSMAYIL

 

 

ÇÖPÇATAN

 

“Sən vaxtından sonra gələn...” deyirdin

Mən vaxtında gəldim, sənsən gec qalan.

Çöpçatan oturmuş, suyun başında

Çöpləri tərs düzmüş, budamı yalan.*

 

O gün günortadan sonra sevdiyim qızla birlikdə çayın sahilində gəzirdik. Havanın şaqqı sınmış, təbiət canlanmağa, canı isinməyə başlamışdı. Ən azından üşümürdük artıq. Salxım söyüdlər, budaqlarını səcdəyə əyilmiş kimi torpağa doğru sallamışdı. Çay suları isə bütün bunlara acığına bozbulanlıq axırdı. Hərdən-birdən kiçik balıqların atlanıb təkrar sulara daldığını gülərək izləyirdik.

Sakit bir yerdə ayaqqabılarımızı çıxarıb yaşıl çəmənlərə oturub, balağını çirmələdiyimiz ayaqlarımızı çayın sərin sularında bir-birinə vurub şaqqıldadırdıq. Bir kimsə yoxdu yaxınlığımızda. Mən isə fürsəti qaçırmırdım, ara-sıra sevgilimin saçlarını qarışdırır onun ürkək bədəninə toxunmağa çalışırdım. Sevdiyim qız içini çəkərək mənə tərəf döndüyündə, hardansa birdəncə peyda olan bir qəribə adamla göz gözə gəldim. Ötkəmlə ona tərəf boylansam da yavaş-yavaş baxışlarımdakı ötkəmliyin yox olduğunu və özümü güvənli bir limana yanaşan gəmi kimi sükanımı əllərinə təslim etməli olmuşdum.

-Qorxutdum, deyəsən! - təbəssümlə səsləndi.

Onsuz da baxışlarımı ondan yayındırmağım mümkün deyildi. Sevdiyim qıza da nəzər saldım, onun da məndən fərqi yoxdu, sərxoş kimiydi.

- Bağışlayın siz Allah, - dedi - Fikrim sizi qorxutmaq deyildi, amma o qədər dağlındınız ki, özündən keçmiş bir halınız vardı.

-Siz… - dedim, siz kimsiniz?

Duruxdu.

- Mənmi? Mənə çöpçatan deyirlər. Mənimlə zarafat eləyir deyə düşündüm əvvəlcə. Amma yenə baxışlarıyla məni təslim olmağa məcbur etdi. Buna nə qədər duruş gətirməyə çalışsam da, bacarmadım. Arzusuna boyun əyəsi oldum.

Artıq üçümüz də salxım söyüdlərin altında oturmuşduq. Maraqdan ölürdüm, desəm inanın. Uzun sayıla biləcək qara saqqalı, geniş və qırışıqsız alnı, parlaq və kömürqarası gözləriylə güvənin özüdür diyə düşündüm. Ağlımdan keçənləri oxuyurdu sanki; mənə güvənə bilirsən deyir kimi bir halı vardı.

-«Çöpçatan»mı dediniz, heç belə bir isim duymadım, yaxşı nə işlə məşğulsunuz? - diyə soruşdum.

-Çox gözəl, - dedi - Nə işlə məşğul olduğunu soruşursan, o zaman danışım nə iş gördüyümü.

Sevgilimlə biz qalın söyüd ağacının gövdəsinə söykənmişdik ki, o da, qarşımızda sakitcə bağdaş qurub yerini rahatladı.

- Hə mənim işim bu çayın kənarında oturub axıntıyla gələn çöpləri tutub bir-birinə çatmakdır, bildiyim başqa iş yoxdur, eləcə mənə tapşırılan işi layiqincə yerinə yetirmək istəyirəm, - dedi - Bilirsinizmi doğulan hər uşaq üçün çayın başından suya bir çöp buraxırlar. Dediyim kimi mənim işim çayın kənarında durub o axan çöpləri bir-birinə çatmaqdır. Elə buna görə də el içində mənə “çöpçatan” deyirlər. Onu da bilin ki, çöpləri çatılanlar sonradan evlənirlər deyib, eyhamla qıyıq gözlərini üzümüzə zillədi.

Mən də bu eyham qarşısında söz altda qalmadım:

- Yəni nikah qılıb, kəbin kəsirsiniz,- dedim.

-Elə sayılmaz,- dedi. Nikah qılanlar evlənməyə qərar verənlərin kəbinini kəsib evləndirirlər. Mənim isə işim başqadır, hələ uşaq doğulduğu zaman, mənə verilən biliyə arxalanaraq onun irəlidə kiminlə evlənəcəyinə qərar verib çöplərini çatıb başlarını bağlamaq qalır. Və çöplər çatıldımı, gerisi artıq nikah qılana qalır...

-Yaxşı, - dedim, hələ evlənəmədən ölənlər və ya heç evlənməyənlər, bəs onları necə ayırd edirsiniz?

-Onların, yəni vaxtsız ölənlərin çöpləri mənə gəlib çatmadan suya batıb yox olur, heç evlənməyənlərin isə çöpləri axıntıya qoşulub gedirlər. Bəlkə mənim qədər arxasınca qarğış qarğanan, söyüş söylənən ikinci bir adam yoxdur.

-Necə yəni, oyunun nəticəsinə təsir göstərən hakim olsaydınız, yenə başa düşərdim.

-Mənimki daha fərqlidir. Fikirləşsənə evlənib də xoşbəxt olan nə qədər adam var? Ayrılmasalar belə ər-arvad aralarındakı hər problemin səbəbi mənim işim kimi ağzızlarına gələni arxamca deyib söylənərlər.

-Görünür haqlısınız,-dedim.

-Dünya üzərində yaşayan milyardlarca insan var, bu qədər insanın kimin kiminlə evlənəcəyinə qərarı bəlkə də bu qarşımdakı adam vermir, amma çöpləri qarışdırmadan bütün bunları görməsi də hər halda imkansız, - deyə içimdən keçirərkən qeyri-ixtiyari əlimdə tutduğum son model iPhonə telefona gözüm sataşdı. Və ya sataşdırıldı.

-Baxın,- dedi insanlar özləri hazırladıqları texniki alətlərlə eyni zamanda milyardlarca iş görə bilirlər. Əlavə başqa bir şey demədi. Artıq başa düşdü ki qarşımdakı insan ummadığım qədər fərqli xüsusiyyətlərə sahibdir. Duruşu, danışığı, səsinin tonu, sadəcə səsi yox, həm də səsiylə birlikdə bədən diliylə bütünləşən ifadə tərzi, “artıq sual verməyin zamanı deyil” dedim öz-özümə. Sevgilimə baxdım, o, da məndən əvvəl özünü bu qərib adamın ixtiyarına vermişdi. Ağzı bir qarış açıq qalmış, deyilən hər kəliməni qaçırmamaq üçün can qulağıyla dinləyirdi.

Bu arada söyüd budaqlarında civildəşən səələr də sanki adamın söhbətlərindən ilhama gəlib eşqlərini təzələyirdilər. Erkəklər dişilərinin ətrafında fırlanıb dururdu. Dişilər isə bu anın dadını çıxarırcasına işi uzatdıqca uzadırdılar. Eşq mövzusunda onların da bir bildikləri var yəqin deyə düşünürdüm ki, fikirlərim bıçaq kimi ortadan kəsildi.

-İnsanlar fitrəti gərəyi sevgi üzərinə yaradılmışdır. Sevgi onun xamırında, mayasında vardır. Sizə eşq mövzusunda gərək bir neçə söz söyləyim. Deyirlər ki; eşqi arayan tapmaz, tapan aramağa başlar. Təbii ki, insan ruhunu davamlı tox tutan da eşqdir. Amma günümüzdə eşq ilə şəhvət duyğuları bir-birinə qarışmış durumda. Bu çinarı görürsünüzmü?

Adamın işarət etdiyi tərəfə baxdıq. Qocaman çinar ağacı görülməyəcək vəziyyətdə idi. Adam təəccübləndiyimizi görüb sınarı saran sarmaşıqlara da yaxşıca baxın, - dedi. Bu çinar dibində bitən sarmaşığı yaşadıb böyütmək üçün gövdəsini ondan əsirgəməmişdir. Aradan zaman keçmiş artıq kökü torpaqdan güc alan sarmaşıq çinarın gövdəsiylə birlikdə onun budaqlarını da bürüməyə başlamış. Elə bir an gəlir ki sarmaşığın zoğları çinarın üstünə minib onu böyüməz hala gətirmişdir. Özü böyüyüb gücləndikcə, onun böyüməsinə imkan yaradan çinarı sıxıb-sıxıb suyunu çıxarar, qurumasına səbəb olarmış. Eşq də belə bir şeydir, əslinə baxsan: aşiq olan; çinar kimi yükü və çiləni özü çəkər hər zaman. Aşiq olunan da; sarmaşıq kimi öz çiləsini başqasına çəkdirər. Aşiq yavaş-yavaş ölərkən eşq yaşamağa davam edərmiş.

Bu arda hardasa əlli metrə irəlimizdə çox yaşlı görünən bir qadın və bir kişi yavaş-yavaş yeriyirdilər. Qəribə adama onları görüncə, - bunları görürsünüzmü,- dedim. Dönüb göstərdiyim yönə doğru uzun sürə baxdı - Onlar özləri də başqadır, hekayələri də bambaşqadır. Bu arada gördüyümüz ikili bağda adamlar bizə yaxın sayıla biləcək bir ağac altında oturdular.

Danışa bilərsinizmi bizə, əgər sizə zəhmət deyilsə,- dedim. Güldü.

Heyrət ediləcək şeydi. Bu yaşda insanın, bu qədər baxımlı və gözəl dişlərə sahib olması çox da rastlanan bir şey deyil hər halda. Gülüşün bir insana bu qədər yaraşdığını da ilk dəfə idi ki görürdüm.

Bu xanım altı uşaqlı ailənin ən kiçik qızı idi. Ən kiçik olmanın verdiyi bütün imkanlardan istifadə edərək məsud bir uşaqlıq dönəmi keçirdi. Siyah saçları, parlaq kömür qarası gözləri və ələ, ovuca sığmayan, dediyim dedik, çaldığım düdük cinsindən özünə xas biri idi. Daha kiçik yaşından etibarən ön planda olmağı sevən, mənliyi ön plana çıxmış olmasına baxmayaraq ürəyi özündən belə saxlamağa çalışdığı sevgi pıtırcıklarıyla dolu idi. Məktəb illəri dərslərdəki başarılarından çox, şəxsiyyətinin hər yönüylə daha bəlirgin bir şəkildə ortaya çıxdığı illər oldu. Universitet illərində belə yaşından gözlənilməyən çılğınlıqlar edər, ətrafındakı insanların nə dedikləri və nə deyəcəklərinə məhəl qoymadan özünə çox yaraşan burnunu dik tutub gəzərdi.

Evliliklərinin bu günə qədər ona qazandırdığı möhtəşəm şeyin tək oğlu olduğunu o da bilir. Əslində ətrafında pərvanə olan ərindən çox da hoş hal deyil. Nə də olsa evdə də tək söz sahibi o özüdür. Bütün qərarlarda son sözün ona aid olduğunu bildiyi halda könlünün bir yerində onu rahatsız edən nəyinsə olduğunu da inkar etməzdi. Amma nə yazık ki, bunu bəzən özünü düşünərkən belə üzünün aldığı şəkildən özü belə hürkərdi. Belə vaxtlarda isə hər zaman etdiyi kimi oğluna sarılırdı. Tək dərmanı oydu çünki.

Qadının yanındakı bəy də səkkiz uşaqlı bir ailənin ikinci övladıydı. Fağır bir ailə idilər. Atasının səkkiz , on hektarlıq verimsiz bağçaları xaricində başqa bir gəlirləri yoxdu. Bütün həyatı internat məktəblərində keçdi. Pulsuzluğun, yoxsulluğun necə bir acı olduğunu ondan yaxşı kim bilə bilər ki?! İnternat məktəbdə oxuduğu günlərin birində, daha on beş yaşında ikən məktəbə hər həftə olduğu kimi göstərmək üçün film gətirmişdilər. Giriş yetmiş beş qəpikdi. Amma cibində kinoya veriləsi pul yoxdu. Bugünkü kimi xatırlayıram bayırda tüpü, qar, boran vardı və onun özü kimi elə sanıram ki üç də yoldaşı klubun bayır kapısı üzlərinə bağlanınca, çöldə kino bitincəyə qədər repraduktorların altında filmin səsini dinləyərək keçirmişdilər və mənim belə ürəyim ağrımışdı bu hadisədən.

Məktəb illərinin bu amanasız hadisəsi onun hər nə qədər bədənini yıxılmaz bir qala divarı kimi möhkəmlətsə də içində yaşayamadığı uşaqlığının verdiyi iztirabı ürəyinin bir küncündə hər zaman hiss etmişdi. Daha uşaq deyiləcək yaşda atasının da şikəst qalmasıyla birlikdə həm məktəb həyatı, həm də ailənin dolanışığını öz öhdəsinə almış qeyri-adi sayıla biləcək bir zəhmətlə həyata tutunmaya çalışmışdı.

Eşqmi? Ona görə, eləmi? Yaxşı sən Allah adamı güldürməyin. İnternat yataqxanalarında iki yüz şagird içində olsa-olsa səkkiz on qız vardı. O da müəllimlərin uşaqları. Qızlardan birinin bir oğlan sinif yoldaşına sabahın xeyir deməsi belə günlərcə danışılırdı: Bax, Əminə var ha, Abuzərə sabahın xeyir dedi .

-Ola bilməz, doğrudan? Nə zaman, harda?

Ardı arası kəsilməyən suallar.

Yalnızlıq, kimsəsizlik. Kimsəsizlik dedimsə bəzən insan el içində özünü yapayalnız hiss edər eləcə yəni. O da həyat şərtlərinin ona təqdim etdiyi nə varsa qəbullanmaq məcburiyyətində qalmışdı. Çünki inançlı biri idi. Taleyə inamı tamdı. Ümitsizlikmi deyirsən, tövbələr tövbəsi, bağışla, Allahım, səndən gələn hər şey başım gözüm üstünə deyib gülüb keçərdi.

Bir gün sözlərinə inandığı bir böyüyü- oğlum, həyat qumar deyildir ancaq içi fərqli şkloatlarala dolu torbaya bənzər. Əlini saldığında hansının sənin əlinə gələcəyini bilməzsən. Şayət arxan, dayın yoxdursa. Hələ ki həyat məsələlərində də insan ona biçilən köynəyi geyər, bunu unutma demişdi. Bu söz qulaqlarına sırğa olaraq taxılmışdı. Tabii ki hər insan fərqli sırğalar da taxır. Buna da şükür, buna da şükür” deyərək səmimiyyətlə həyatda ayaqda qalmağa çalışırdı.

Gözünü qan örtmüş, tutduğunu qoparan, dediyini elətdirmə gücünə sahib biri olsa da, artıq yenə də ürəyinin dərinliklərində sürəkli onu rahatsız edən bir düşüncənin əsiri kimiydi. Evliliyinin ilk günündən etibarən içini gəmirən bəxtiyarlıq deyilən şeyin isə ona varmasına əngəl olan bir şeylər vardı. Bunu hiss edirdi.

İki uşaqları vardı artıq. Allah sağlıq versin bu günə qədər bir dəfə belə ana və atasının üzlərini qara edəcək bir harəkətləri olmamışdı uşaqlarının. Amma evliliklərinin də eyni gözəllikdə sürmədiyi aşikardı. - Bunun səbəblərini bir-bir təkrarlayıb başınızı çox ağrıtmıyım uşaqlar,- dedi, danışarkən saqqalını sığallayan qəribə adam.

Yuxudanmı oyanırıq. Özümüzdənmi keçmişik, nədir? Danışıq tərzindənmi dəsəm, söylədiklərinin bizi heyrətə saldığındanmı, bilmirəm, sevgilimlə bir ağızdan:

-Siz Allah davam edin,- deyər kimi baxdıq qəribə adamın təbəssümü əksik olmayan aydınlıq üzünə.

Bir az nəfəsini dərdi, bərabərcə bizə danışılanlardan xəbərsiz yan tərəfimizdə oturan ər-arvada çevrildi nəzərlərimiz. Hər ikisinin üzündə də bir dinclik, huzur, illərin yorgunluğuna inad həyatı aldıqları nəfəs kimi içlərində tutaraq Allahın onlara bəxş etdiyi nəfəs qədər doyunca yaşamağa çalışırlar. -Allahım məni də sevdiyim qızla bunlar kimii bəxtiyar yaşat, deyirdim ki, içimdə, qəribə adam heç ona yaraşmayan sərt bir şəkildə mənə baxan bir nəzərlə göz gözə gəldik.

-Tələsik qərar vermək lazım deyil,- dedi.

Yenidən mənə baxdı və mən bu baxışdan diksindim.

-Onlar bəhs etdiyim həyatlarını yaşarlarkən təbii ki gələcəktə başlarına nələr gələcəğini görmələrinə də imkanları da yoxdu. Hər insan kimi onlar da ölümün haqq olduğunu, sırası gələnin gedecəğini bilir və səmimi olaraq da bu inanmalarına baxmayaraq, ölümü özlərinə və yaxınlarına yaraşdırmırdılar. Ta o gün gələnə qədər. Öncə adamın həyat yoldaşı zamansız deyiləcək bir anda, ona verilən sürə bitmiş olmalı ki, dünyasını dəyişdirdi. Ölümün sevimlisi olmaz əlbətdə ki. Yaradan hər ölümə də mütləq bir səbəb xalq etmişdir. Bu da gözü doymaq bilməyən insanların acıları daha tez qəbul etməsini üçündür. Əlbəttə ki, Allah bizim hesab edə bilməyəcəyimiz və ağlımıza gəlməyən bir çox şeyi görən və ya görməyən, görmək istəməyən bütün yaradılmışlara göstərmişdir.

Sevgilim ölüm söhbətini eşidincə bir az daha yaxından sığındı mənə. Əlimi daha da bərk tutdu. Bu arada Çöpçatan söhbətinə davam edirdi yenə:

-Bənzər bir aqibət indi yaşlı kimi gördüyünüz xanımı da gözləyirdi. O ağrı-acılı günlərində oğluna daha düşgün hala gələn xanım fərqli xarakterinə görə özünü vaxtında ələ aldı deyə bilərəm. Onsuz da qadınlar kişilərə nisbətən bu məsələdə daha şanslımı deyim, yoxsa daha dözümlümü, ona da siz qərar verin.

-Bəxti belə gətirən adamlar yaxşı, sonralar necə yenidən təkrar evlənə bilirlər,dedim səbirsizcə, çöpləri çatılmıştı deyirdiniz hər ikisinin də?!

-Başa düşdüm, həmən nəticəni istəyirsiniz, sizi qınamıram, gənçlik hər zaman belədir, onsuz da,- dedi. Evli birinin,kişi ya qadın fərq yoxdu, hər hansı biri vəfat edər, və ya ayrılırsa onun çöpü yeni doğan bir körpəninki kimi yenidən suyun başına bıraxılır - diyə davam etdirdi söhbətini.

-Bəlli ki onların həyatında yeni bir dönəm başlayacaqdı. Bunu, daha öncə gələn adamın çöpünün çayın axıntısı kənarında qalan hissəsində heç cür mənə tərəf meyillənməməsindən başa düşdüm. Nə zaman ki, qadının çöpü də axıntı ilə eyni bərabərə gəldi, o zaman sanki sehirli bir əl ikisini tutub çatmam üçün çöpləri gözümə soxdu. Vardır əlbət bunda bir kəramət deyərək onları bir-birinə çatdım.

-Bir-birlərinin üzünü görməmiş bu iki dul insan axıllarından evlilik keçməmiş olsa da taleyin onlara çizdiyi çizgiyə girmiş oldular. Və duydum ki, bir il sonra artıq nigah masasındadırlar. Gördüyünüz üçün rahatıqla söylüyürəm, hər ikisi də keçmişdə könüllərinin bir küncündə gizli tutduqları yaşaya bilmədiklərini indi bir-birlərində tapdılar. Zaman- zaman əski həyat yoldaşları ilə yaşadıqları yadlarına düşsə də bir-birlərinə mümkün olduğu qədər bu ağıllarından keçənlərdən danışmamağa qərarlıydılar.

Bu arada qarşımızdakı oturanların ayağa qalxaraq bizə doğru qol-qola gəldiklərini görərək sohbəti kəsib onları izləməyə başladı. Mənə elə gəldi ki, durub sevgilimlə yeriyirəm. Və o yaşlı adamların simasında özümüzü görürdüm sanki. Tam qarşımızdan keçdikləri zaman başlarıyla bizə salam verdilər. Sanki onların haqqında danışığımızı bölmək istəmədiklərindən durub getmək istədiklərin hiss etmişdim. Yaşının artmasına baxmayaraq hələ qara gözləri əvvəlki parlaqlığını və canlılığını itirməmişdi. Kişi ilə göz-gözə gəldiğimiz bir anlıq zamanda isə sanki o mənim yerimə, mən onun yerinə keçdim.

-Artıq qalxmalıyıq,- dedim. Ayağa durduq. Vəda etmək zamanı gəlmişdi. Sevgilim əlimdən sıxıca yapışdı. Qəribə adamı sevmiştik. Onun bu xoş sohbətini unutmamız hər halda mümkün olmayacaqdı. Əlini sıxdım. Əlləri də gözləri kimi nufuzedici idi.

-Hoşca qalın,- dedim. Gülə-gülə,- dedi. Sevgilim - icazənizlə sizdən bir şeyi soruşmaq istəyirəm,- dedi üsulluca. İndiyədək sözə ilk dəfə idi ki, qrışırdı.

-Səni dinləyirəm,-dedi, qızım.

-Bəlkə bu sualım mənasız gələ bilər sizə ancaq, bizim evlənməmizlə bağlı nə deyə bilərsiniz?- dedi. Belə bir sual məni çaşqına çevirdi. Hal bu ki, onu necə sevdiyimi çox yaxşı bilirdi. Bu necə sualdır, deyər kimi sevgilimə baxdım. Amma o, bütün diqqətini sualın cavabına yönəltmişdi.

-Mən belə bir ehtimal görmürəm,- dedi qəribə adam. Sevgilim cavabı eşidən kimi həmən əlini əlimdən çəkdi. İti addımlarla suyun axışı yönündə yeriməyə başladı. Arxasından yüyürdüm. Önünə keçdim, nə söyləyəcəyimi bilməz bir halda:

- Dur görüm adam daha sözünün gerisini gətirmədi, təkrar danışalım,- deyərək Çöpçatanı qoyub gəldiyimiz səmtə döndüyümüzdə ortalıqda bir kimsə yoxdu.

Kaspi.-2013.-16-18 noyabr.-S.16.