Nəmə lazım? Və ya Akademik Milli Dram Teatrında uşaq evləri ilə bağlı layihə

Bu günlərdə eşitdiyim bir xəbər məni bir xeyli xoşnud etdi. Antuhumanizmin, haqsızlığın, yırtıcılığın baş-alıb getdiyi, güclünün zəifi parçaladığı, başına qapaz vurub çörəyini əlindən aldığı bir zamanda ölkəmizdə bu cür xəbərləri sıx-sıx eşitməzsənDeyə bilərsən ki, aya, görəsən, nə xəbər? Bu xəbər nə xəbərdir ki, səni belə sevindirib? Xub, əgər xəbərin yoxdursa, onda mən deyim, sən eşit. İş bu ki, Akademik Milli Dram Teatrı uşaq evləri ilə bağlı yeni bir layihə həyata keçirir. Teatrın həyata keçirdiyi yeni layihə uşaq evlərində olan azyaşlıların teatra cəlb olunması məqsədini daşıyır. Akademik Milli Dram Teatrı hər həftə uşaq evləri üçün pulsuz tamaşa oynayır, beləliklə də bu uşaqların teatr sənətinə cəlb edilməsini, onların mənəvi tərbiyəsinə yardımçı olmağı hədəfləyir. Ötən həftə Akademik Milli Dram Teatrında Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün “Danışan gəlincik” (A.Şaiq) vəQaraca qız” (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub. A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” nisbətən kiçik yaş qrupları üçün, “Qaraca qız” tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Hər iki tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar Artisti Loğman Kərimovdur. Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış edir. Teatr ancaq pulsuz tamaşa oynamaqla kifayətlənməyib. Uşaqların gününü daha da əlamətdar etmək, onları sevindirmək üçün tamaşadan sonra teatrın foyesində aktyorlarla görüş təşkil edilib, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb. Uşaqlar sevimli aktyorları ilə fotoşəkillər çəkdiriblər. Xatirələrinə əbədi həkk olunan həmin gün uşaqlar üçün əsl hadisəyə, bayrama çevrilib. Akademik Milli Dram Teatrı gələcəkdə də bu istiqamətdə işlərini davam etdirməyi planlaşdırır”. Bu xəbərin izinə düşüb də teatrın mətbuat katibi Elçin Cəfərovla əlaqə saxladıq və layihə haqqında daha ətraflı məlumat almaq istədik.

“Ailə, valideyn qayğısından məhrum olan uşaqlar bir növ, mədəni proseslərdən, o cümlədən teatr prosesindən də təcrid olur. Buna görə də, biz buə xüsusi önəm verir, uşaq evlərində böyüyən uşaqların və yeniyetmələrin teatr işinə cəlb olunmasına, onların estetik tərbiyəsinə, gələcəkdə cəmiyyətimiz üçün faydalı vətəndaş, şəxsiyyət kimi böyüməsinə çalışırıq. Erkən yaşlarda uşaqların mədəniyyətə, yaradıcılıq prosesinə qoşulması onların mənəvi-estetik tərbiyəsində çox mühüm rol oynayır. İstəyirik ki, bu tipli layihələr epizodik xarakter daşımasın. Valideyn qayğısandan məhrum olan uşaqların qayğısına qalmaq, onları aktiv şəkildə mədəni prosesə qoşmaq üçün əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının mənəvi borcudur. Ona görə də, digər teatrlar, səlahiyyətli orqanlar, müəssisə və təşkilatlar, o cümlədən media bu prosesə qoşulsa, başladğımız daha mütəşəkkil və sistemli xarakter daşıyar. Biz öz məhdud imkanlarımız çərçivəsində bacardığımızı etməyə hazırıq. Amma yaxşı olardı ki, bu proses daha geniş, ictimai miqyas alsın, bölgələrdə də anoloji layihələr həyata keçirilsin. Ümid edirik ki, təşəbbüsümüzə digər teatrlar və əlaqəli təşkilatlar da dəstək olacaq”.Nə deyim? Təki elə olsun. Həənd ki, düzü, inanmıram bu layihəyə Azərbaycanda elə də çox dəstək olmaq istəyən tapıla. Qarayaxma deyil, gözdənsalma deyil, siyasət deyil, şou deyil, biznes deyil, heç şou-biznes də deyil, axı, kimin nəyinə lazım. Nəmə lazım, uşaq evlərində böyüyən uşaqların mənəvi tərbiyəsi hansı istiqamətdə gedəcək, onlar sabah böyüyüb cəmiyyətə faydalı şəxslər olacaqlar, yaxud narkomaniyaya qurşanacaqlar, cinayət törədəcəklər. Əşi, biz makler təfəkkürlü, dəllal xislətli adamlarıq. Bizim üçün pul olsun, gəlir olsun. Ya da ki, qeybət eləməyə, çərənçiliyə mövzu olsun. Belə layihələr, kampaniyalar, türk abilərimiz demişkən, vız gəlir. Belə düşünməyən həmvətənlərimizin sayı, səncə, neçə nəfər olar, sayğıdəyər oxucum?

 

Könül Əliyeva

Teatrşünas

Kaspi.-2013.-16-18 noyabr.-S.10.