Mingəçevir sənədli filmlər festivalına ev sahibliyi
edəcək
Festivalda ABŞ, İsveçrə, Hollandiya, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan, Türkiyə, Azərbaycan kinematoqrafçılarının filmləri nümayiş olunacaq
Bir neçə aydır ki, Azərbaycanda davamlı olaraq beynəlxalq film festivalları keçirilir. Hər dəfə paytaxtda keçirilən beynəlxalq film festivalları yüksək nəticələr göstərir. Bu dəfə beynəlxalq sənədli filmlərin festivalı bölgələrimizin birində, yəni Mingəçevirdə baş tutacaq.
Noyabrın 19-dan 21-dək Mingəçevirdə “CAUCADOC” adlı sənədli filmlər festivalı keçiriləcək. Festivalın açılışı Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunacaq. Bölgəmizdə gerçəkləşən festivalda ABŞ, İsveçrə, Hollandiya, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan, Türkiyə, Azərbaycan kinematoqrafçılarının filmləri nümayiş olunacaq. Aldığımız məlumata görə, filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirələr aparılacaq.
Festivalın açılışı noyabrın 19-da saat 16:00-da Mingəçevir Politexnik İnstitutunun akt zalında “Bizim Məktəb” (Mino Nikoara, Miruna Koka-Kozma/ABŞ, İsveçrə) və “Xarabalıq hekayələri” (Andrey Daskalesk/Hollandiya, Rumıniya) filmlərinin nümayişi ilə başlayacaq.
Festivalın davamı isə Mingəçevir Media
Mərkəzində davam edəcək. Belə ki, 20 noyabrda
saat 11:00-da “Qızıl
Payız” (Yan Tethaven/Avstriya, Almaniya/2010/54 dəq),
17:00 -da “Gürcüstan
qadınları” (Levan
Kouqaşvili/Gürcüstan,
ABŞ, 21 noyabrda 11:00-da isə “Sərhədsiz xatirələr” (Mehmet Binay, Ayaz
Salayev, Levon Kalantar/Türkiyə, Azərbaycan,
Ermənistan)
filmlərinin
nümayişi nəzərdə
tutulub. Nümayiş olunan filmlər müxtəlif
mövzulara müraciət olunub. Belə ki, onların
içərisində münaqişəli
ərazilər, müharibədən sonrakı travma, sülh, miqrasiya, qadın məsələləri, millətçilik, rasizm və
ekstremizm, sosial məsələlər,
ailə
əlaqələri kimi mövzular yer alıb. Mövzuların seçilməsi
isə
müasir dövrümüzlə səsləşdirildiyi üçün seçildiyi
söylənilir.
Festivalın keçirilməsi
və
ümumi prosesi barədə danışan əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, Azərbaycanda
bədii
filmdən
çox sənədli filmlərə ehtiyac var: “Bədii
filmin bədii təfəkkür yükü
var. Bədii
təfəkkürü kimsə
bəyənə və ya bəyənməyə
bilər.
Çünki bu hansısa
bir rejissorun təfəkkürünün
məhsuldur.
Amma sənədli film konkret fakta əsaslanır.
Çox
təəssüf
edirəm
ki, mənə
müraciət
etməyiblər. Mənim “Qan yaddaşı”
adlı bir saatlıq sənədli
filmim var. Bu film zaman-zaman
xalqımıza qarşı
təşkil
olunan bu deportasiyalar, işğalçılıq
siyasəti,
ikili standartlar, erməni
faktoru, ərazilərimizin
işğalı, soyqırımlardan
bəhs
edir. Bu filmi
Ulu Öndərimizə ithaf etmişəm. Çünki ilk dəfə azərbaycanlılara
qarşı bu soyqırımları, deportasiyaları,
işğalçı siyasəti rəsmən bəyan
edən
Heydər
Əliyev olub. Filmi Heydər Əliyevlə başlamışam. Festivalda belə bir filmin nümayiş
olunması çox gözəl
olardı. Mənim də
bu filmimi həmin
festivalda festivaldan kənar
olsa belə nümayiş
etdirsələr çox gözəl olardı. Çünki bizim tariximizi
əks
etdirən
bir filmdir. Mən özüm bu
filmi 5-6 dildə yayımlanmasına hazırlaşıram.
Bunun üçün
iş aparılır.
Heç
nə
etməməkdənsə
cəhd
etmək
yaxşıdır. Mingəçevir şəhərinin belə
bir festivala ev sahibliyi
etməsi
çox yaxşı haldır. Ümumiyyətlə, xalqımız,
onun tarixi üçün nə iş görürlərsə Allah canlarını
sağ eləsin, uğurları
bol olsun”.
Azərbaycanda
çəkilən sənədli filmlərin
keyfiyyətinə gəlincə isə,
Şeyx Əbdül Mahmudbəyov hazırda bir çoxlarının sənədli film çəkdiyini
söylədi:
“Belə
bir obrazla bunu izah edək. Düşmən təyyarəsi başımızın üstündən uçur və biz də hər
cür silahla ona hücum edirik. Təyyarəyə heç nə olmur və
çıxıb gedir.
Amma biz iş görürük. Nə qədər çalışsaq da, istədiyimiz
nəticəni əldə edə
bilmirik. Bizdə bu sahənin inkişafı belədir. Bədii sənədli film sənədlərə
əsaslanır.
Buna görə də filmi çəkən
rejissorun savadı, intellektual səviyyəsi,
yanaşma mədəniyyəti,
cəsarəti olmalıdır. Çünki ortaya fakt qoymaq
hər
adamın işi deyil. Sözsüz ki, bunların
əsası
elmi olmaqdan asılıdır. Əgər elmi, savadlı, milli- mənəvi ruhlu insan bu
işi görürsə təbii
ki, o zaman gözəl
sənət əsəri yaranır”.
Festivalın yerli təşkilatçısı
olan “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri
Fərman
Nəbiyev
bildirib ki, bu festival təşkilatın 2013-cü ildə
keçirəcəyi ikinci kino bayramıdır:
“Birinci festival bu ilin aprel ayının
8-dən 10-dək Mingəçevir Media
Mərkəzində baş tutmuşdu. Hər iki layihəyə Avropa Komissiyası dəstək göstərib. Biz inanırıq ki, filmi izləməyə
gələnlər heç
də
peşman olmayacaqlar.
Belə festivalların davamlı
olmasını təşkil etməyə çalışacağıq”.
Nəzərinə çatdıraq ki, filmləri izləmək üçün tamaşaçılara giriş pulsuz olacaq. Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirə aparılacaq. Sonda festivala təqdim olunan filmlər müxtəlif mükafatlarla qiymətləndiriləcək.
Xəyalə
Rəis
Kaspi.-2013.-16-18 noyabr.-S.7.