YARADANA AND OLSUN Kİ!..

 

Gülayə

Vaqif Bəhmənlinin sözləridi; eynən beləcə yazıb: “Allah sənə balaca bir səs veribsə buna şükür et oxu, zilə qalxmağa çalışma. Yaradana and olsun ki, bəmdə bağışlananın adı zildə cəzadır...”

Bir şey var ki, mən Vaqifin şeirlərini zildə, ya bəmdəmi oxumasının fərqinə varmadan yaddaşıma köçürürəm. Ən fərqli məkanlarda, ovqatımın ən fərqli məqamlarında oxuyuram düşünmyi heç unutmuram. Bu xüsusda, onun özünün dedikləri var: “Oxuduğun barədə düşünməmək yeyib, həzm etməməyə bənzəyir”. Həzm etdikcə isə baxıb görürəm ki, Vaqif Tanrıdan özgə kimsəyə dil verməyən şairdi, öz könül evinə Tanrıdan özgə buraxmır mələyin özünü belə... Onun üçün səhər salamının lütfü başqadı. Yazdıqları da şeirdən, essedən, kəlamdan öncəsəhər salamının lütfükimidi. Bilir ki, “şairi qanad yox, ürək uçurdur”.Yazı üslubu sadə, səmimi, fikir yükü dolğun müdrikdi:

 

Sabaha xərclədim günləri çin-çin,

Diriykən başıma döyməmək üçün.

Səninçün çalışdım, adam, səninçün,

Öləndə göruma söyməmək üçün...

 

Vaqif oxucunu yormur, fikir dəryasında boğub saxlamır, bir dodaq qaçımı gülüşlə deyir bəzən

görürsən ki, beş pudluq sözü:

 

Gül açır hər yerdə gerçəkli həyat,

Qəddar ürəklərdən gördan başqa.

Hər yerdə gerçəkli həyat var, heyhat,

Gözünə ox batmış televizordan başqa.

 

Vaqif müşahidələrində gözlənilməzdi... Bu gözlənilməzliyi o, dahilik iddiasıyla büruzə vermir, əksinə, adi oxucunu belə heyrətə salan səmimiyyətlə ifadə verə bilir:

 

Əslində, mən

balaca bir adamam

amma çox nəhəngdi kölgəm.

Çünki kürəyimi

İşığa söykəmişəm.

 

Ədəbi tənqidin, ədəbiyyatşünaslığın özünəməxsus bölgüləri, istilaları var. “Kənd-şəhərşairi deyilən bölgülər məlum. Sevgi şairləri”, “təbiət şairləri”, “fəlsəfi şairlər çoxdu, Vaqifsə sadəcə, səmimiyyət şairidi. Onun poetik çevrəsinin, üslubunun ayrı adı yoxdu. Yoxsa, bu misralar belə şirin, yatımlı duyğulu olmazdı:

 

Qızarır müqəddəs canın harayı,

Gözüm qarmaq gəzir asılmaq üçün.

Haçan ki, yetişir qurbanlıq ayı,

Boğazım udqunur kəsilmək üçün.

 

...İsmayıl dirilib yoxdan içimdə,

Ona toxunmayın, qoyun yaşasın!

Hönkürüb ağlayır çoxdan içimdə,

Deyir: “Məni kəsin, qoyun yaşasın!”

 

Vaqifmən heç ceyranı da ceyran saymaram, qazlar, qazlar deyil, qazlar qızlardısu görəndə xısın-xısın xısıldayıb ağlayan anasızlardı, anasız qızlardıyazanda da səmimi kövrəkdi, “Ayaq mumdu, diz bükük, karvan yolu çarıx daşdı, dəvə heyvan deyil, ay yolu dönük, dəvə-yoldaşdıyazanda da. Haqlıdı ki:

 

Unutma, insan oğlu,

Dərya içrə cəzirədən

Xilas yolun qurd açdı.

Qumral quzu-bacım oğlu,

Buynuzlu qoç-qardaşdı.

 

Bu səmimiyyət ordan gəlir ki, Vaqifin poetik nəfəsi pak təmizdi, “istedada şükr et, zəhmətə baş əy, təcrübəyə inan, şöhrətdən qaç” – düşüncəsiylə yazıb-yaradır. Bütün deyilən dəyərlər onun dünyanı görüş yerinə çevirmək istəyindən, xoş niyyətindən gəlir:

 

Axır ürəyimdən bir arzu, bir hiss,

Qarışır məhəbbət üfüqlərinə.

Bürüyək dünyanı görüşlərə biz,

Dünyanı çevirək görüş yerinə.

 

Çinarlar altında görüşək, inan,

Yarpaqlar saxlayar xatirələri.

Bütün ağacların budaqlarından

Asaq iki kəlmə: “Görüş yerləri”.

 

Onun üçün bu görüş yerinin kiçiyi əziz, doğmadı, şirindi hər cığır, hər iz. Onun üçünyer üzünə gələn bütün vəhlərin bircə mətləbi var: mərhəmət!” Onun üçün “lap o başsız bulud, lap o boz duman aparır bir azca harasa xeyir...”

 

Bütün səmimiyyətin, kövrəkliyilə bərabər V.Bəhmənlinin poetik dünyası həm sərt divar kimidi o poetik dünyanın sərt divarına dirənib qalınca həyat, vaxt baxt haqqında daha çox düşünür, düşünürük. Onun şeirləri məhz bu durumumuzun dostu, sirdaşı, həmdəmidi:

 

İtki ağrısa da, heç batma yasa,

Axı faydası, Tanrını çağır.

Əgər haray çatan bir quyu varsa,

O quyu içindi, içinə bağır.

 

Vaqifin şeirləri yaxın dost, məsləkdaş ahıl, dünyagörmüş qocalar kimiıdiyol göstərməyi, təsəlli verməyi bacarmağı var:

 

Hökmə müntəzirdi uçan, yeriyən,

Hələ qədər ki, cansız cismini

Dartıb yaxmayıblar yuat yerinə,

Pıçılda Allahın əziz adını.

 

Qorxma ifritədən, ki, cindən,

İnsanın ən gerçək məbədinə gir.

Ovxarlı qılınctək çıx bədənindən,

Təkrarən özünün bədəninə gir.

 

Qan tökməz necə ki, qılınc qandadı,

Yeri, öz qınına gir, adam oğlu.

Başqa yerdə yoxdu, öz içindədi,

Varsa bu dünyada sirr, adam oğlu.

 

Vaqif Bəhmənlini oxuyuram... Bilirəm ki, bu deyilənlər ona məxsusdu, onunkudu. Ancaq eyni zamanda, bu deyilənlərin dünyasında bizim hər birimizin düşündüklərindən çox şey var. Bu çox olan, duyulan, hiss edilən həqiqətlər adamı doğmalaşdırır, müəllif ani bir an unudulur, arxa plana keçir. Elə bilirsən ki, bu deyilənlər elə sənin öz düşüncələrindi. Haçansa bir yaşıl ağaca, bir axar suya söylədiklərin, ya yuxuda gördüklərin, röyadan bildiklərindi. Təsirlənirsən. Vaqif özü belə deyir: “İnsanı təsir yaradır. Təsir-başı kükürdlü kibrit kimidi; od vurur, yaşlar yanmır, sönür, qurular bir göz qırpımında alovlanıb kül-kül olur. Daim bir təbdə yanmaq isə hər an ələ düşməz, bu, az sayda xoşbəxtlərin alın yazısıdı”.

Həmin o az sayda olan xoşbəxtlərin taleyini yaşamaqdadı V.Bəhmənli. Onun poetik ovqatı bircə çəkimdə alovlanmağa, məşələ dönməyə hazır kibrit kimidi. İstənilən hadisə, detal bu kibriti alışdıra, odlaya bilər. Əvəzində, qazanan isə poeziyamız, söz sənətimizdi. Çünki Vaqif yazmağa haqqı çatan şairdi. Onunmən hamı üçün yazıram... Hamı susur. Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...” nigarançılığı da yaza bilmək haqqının səslənişi kimidi. Vaqifin gənc şairlərəöyrən, hər şeyi öyrən! “səslənişi quru nəsihətçilik yox, sənətkar məsuliyyətindən qaynaqlanan həyat həqiqəti kimi yadda qalır. Ona görə ki, doğrudan da bəzənəlifba sırasını yaxud vurma cədvəlini əzbərdən bilməmək yazmağa mane olur”. Necə ki, “başqasının söz bostanına oğurluq girən şairin dili həmişə topuq çalır...”

Bu deyilənlər o qədər mükəmməl, o qədər cəlbedicidi ki, birini qoyub, .o birinə getmək istəmirəm. Necə var, Vaqifin özünün sıraladığı kimi təqdim etmək istəyirəm oxucuya: “Şairliyin elə bir ustad səviyyəsi var ki, orada səslər, hecalar, vəznlər, ümumiyyətlə, formalar sərbəst, maneəsiz bir ardıcıllıqla bədii məzmun halına keçir. Bu, ona bənzəyir ki, dərvişin əlini sürtməyi ilə qara daş qızıla çevrilir”.

yaxud: “Sənətkarlıq bacarığından ardıcıl yüksək bəşəri düşüncədən məhrum olan istedad nadan uşaq kimidir; o, həm girdiyi güllü-çiçəkli bağçanı korlayır, həm üst-başını toza-torpağa batırandan sonra it günündə evə dönür”.

Əsl istedadsa qabağa aparır, aydınlığa çıxarır.

Vaqifin poeziyası aydınlığa aparan, xeyirə işığa çıxaran poeziyadı. O. düz deyir ki, insanı təsir yaradır... Elə şeri ! Bu gözəl düşüncələrin təsiri olmayıbmı mənə bu şeri yazdıran:

 

Sizin günahınız mənim boynuma,

Mənəmsə qurbanı bu haqsızlığın -

Öldürün, öldürün, öldürün məni,

Cəzası ölümsə günahsızlığın.

 

Əgər bir günahım varsa öldürün,

Zaman kəfənimi gözüylə biçsin.

Bir şey dəyişmədim yaşamağımla,

Öldürün siz məni, hər şey dəyişsin.

 

Öldürün siz məni, yaxşılıq itmir,

Mənə verdiyiniz zülüm sevinsin.

Bir anda min kərə öldüyüm yetmir,

Öldürün bir kərə - ölüm sevinsin.

 

Ölümün tələsi gözlə qurulub,

Gözləyin, gözləyin, gözlə öldürün.

Məni öldürməyin min bir yolu var,

Varsa haqq sözünüz-sözlə öldürün.

 

Asın məni, asın dar ağacından,

Könlüm razı deyil ölüm qəm yeyə.

Bir edam kötüyü sevincə bəlkə,

Bir cəllad libasın qırmızı geyə...

 

Boyların içində boyum görünmür,

Məni görə-görə görmürsünüz siz.

Öldürün siz məni,

Öləndən sonra

Məni dünya boyda görəcəksiniz.

 

Kaspi.-2013.-4-5 oktyabr.-S.24.