Həmişə AYDINLIQDA!
Bu gün
oktyabrın 5-di...
Tüstülənir
şəhər parkı ertədən.
Od vurub dalandar
payızın sarı qulaqlarına.
Bu gün oktyabrın 5-di...
Aydın Talıbzadənin
ad günüdü.
Birləşdirib üç 5-i: Oktyabrın
5-i tamamlayır 55-i.
Aydın
Talıbzadə ömrünü
adına həsr edib, ömrü boyu aydınlığa can atıb,
AYDIN olmağa, adına
sadiq qalmağa çalışıb. Və sadiq
qalıb da. Ol səbəbdən Aydın
olan yerdə həmişə AYDINLIQ olub.
Aydın Talıbzadə otuz ildən çoxdur ki, öz əsərləri
ilə milli sənətşünaslığımıza naxış vurur. Burada naxış
sözü heç də təşbeh və ya mübaliğə
deyil, sözün birbaşa məna yükünü daşıyır.
Çün Aydın müəllimin
istər hər hansı yazısı, istərsə də kitabı olsun, zərgər işinə bənzəyir. Aydın Talıbzadə
yaradıcılığının məxsusi cəhəti ondadır ki, o, ona döğma olan teatrla yanaşı,
sənət adında
olan hər nədən yaza bilir və yazır.
Bu mənada, onun
əsərləri yalnız
teatrşünaslığımız üçün deyil, bütövlükdə milli
sənətşünaslığımız,
fəlsəfi-kulturoloji fikrimiz
üçün böyük
çəkiyə malikdir.
Bəzən deyirlər ki, filankəs filan sahənin ağır artilleriyasıdır. Yox, Aydın Talıbzadə
Azərbaycan teatrşünaslığının
ağır artilleriyası
deyil. O, teatrşünaslığımızın
snayperidir. Elə mövzular var
ki, yalnız onun nişangahına tuş gələ bilər. Necə ki gəlib.
O, "Faciə: janrın
təyininə dair"
(1990), "Ustad və
Ayna"(2004), "İslam
dünyasında teatr və teatrallıq"
(2006, rusca), "Şərq
teatr tarixi" (2008),
"Mehdi müəmması
və ya sənətdə konseptual
hamletizm" (2009) kimi
kitabları, yüzlərlə
məqaləsi ilə
Azərbaycan teatrşünaslığını
sadəcə zənginləşdirməyib,
ona fərqli baxış bucağı gətirib, ona dünya havası qatıb, onu yeni müstəvi üzərinə çıxarıb.
Aydın Talıbzadə çox geniş mütaliə və çoxşaxəli
istedad sahibidir. O, elmlə
yanaşı, bədii
yaradıcılıqla da
uğurla məşğul
olur. Görkəmli sənətşünasın oxucular tərəfindən
böyük maraqla qarşılanan şeirləri,
“Kəpənək modeli.
102.” romanı, “Tubinot” dram-zarafatı onun əsil SÖZ adamı olduğunu təsdiqləyir.
Aydın Talıbzadənin daha bir keyfiyyəti var ki, bu
da onun həm
bir şəxsiyyət
kimi xarakterini müəyyən edən,
həm də bir sənətşünas-alim
kimi bütün yaradıcılığından qırmızı xətlə
keçən kübarlığı,
ağayanalığıdır. O, hər
mənada SÖZÜNÜN ağasıdır!
Bu gün oktyabrın 5-di...
Tüstülənir şəhər parkı ertədən.
Od vurub dalandar
payızın sarı
qulaqlarına?
Bu gün oktyabrın 5-di...
Aydın Talıbzadənin ad günüdü.
Həmişə
AYDINLIQDA!
Vidadi Qafarlı
Teatrşünas
Hokkunun müəllıfı Aydın
Talıbzadədir.
Kaspi.-2013.-4-5 oktyabr.-S.9.