“Çölçü”
Oskar yolunda…
Şamil Əliyev: ““Çölçü” filmi
bütün qayda qanunlara riayət olunaraq “Oskar” mükafatının uzun
siyahısına təqdim olunub
Ötən
gün mətbuatdan Azərbaycanlı rejissor Şamil
Əliyevin “Çölçü” filminin dünyaca məşhur
olan “Oskar” mükafatına iddialı olması xəbəri mətbuatda
böyük müzakirələrə səbəb oldu. Belə
ki, bir çox
beynəlxalq layihələrdə iştirak
etmiş “Çölçü”
filmi “xarici dildə olan ən yaxşı film”
kimi müsabiqədə filmlərin uzun siyahına daxil olub. Xəbəri eşidib
sevindik. Nəhayət ki,
bizimdə filmlərimiz artıq beynəlxalq layihələrin uzun siyahısında belə olsa
yer ala bilib.
Nağılvari
həyatın müsabiqəyə gedən yolu
“Oskar” mükafatının siyahısında yer alan “Çölçü” bədii filminin mövzusunu və ideyasını fərqli ekran əsəri hesab etmək də olar. Belə ki, həmin filmdə çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsindən bəhs olunur. Sivilizasiyadan uzaq bir məkanda yaşayan ata-oğul dəvə sürüsü saxlayır. Film dəvənin doğulması ilə başlayır. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır. İnsan amilinin əsas götürüldüyü kinodramın quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.
Filmin
ekran həlli ilə bağlı bir sıra kino mütəxəssisləri
ilə əlaqə saxladıq.
Nazirliyin
Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və
qeydə alınması sektorunun müdiri Yusif Şeyxovla
söhbətimiz zamanı kino təşkilatlarının
“Oskar” mükafatının namizədlərinin müəyyən
olunmasında onların iştirak etmədiklərini söylədi:
“Hər ölkədə “Oskar” komitəsi adlanan ictimai qurum fəaliyyət
göstərir. Həmin komitə
kinematoqrafçılardan ibarət bir qurumdur ki, onlar
həmin mükafatlandırılmada iştirak
edəcək filmləri müzakirə edib,
qərar verirlər. Bizdə də işlər həmin prosedura ilə hazırlanır. Dövlətin
bu işə heç
bir qarışacağı yoxdur. Bu müsabiqə ilə
bağlı bütün məlumatları
oradan əldə edə bilərsiniz. Ancaq onu da
qeyd edim ki, dövlət “Çölçü”
filminin çəkilməsini məqsədə
uyğun sayıb və dəstəkləyib”.
Filmin
rejissoru Şamil Əliyev çəkdiyi filmin beynəlxalq
layihədə uzun siyahıya düşdüyünün
sevindirici hal kimi qiymətləndirdiyini, həmin müsabiqəyə
200 yaxın filmin təqdim olunduğu halda, onlardan yalnız
76-sının qeydiyyatdan keçə bildiyini söylədi:
“Bu ölkəmizə baş ucalığı gətirən
bir hadisədir. Biz sadəcə filmin həmin müsabiqədə
iştirakına səy göstərmişik və səyimiz də
nəticəsiz qalmayıb. Müsabiqənin şərtləri
elədir ki, heç
nə bizdən asılı deyil.
Əslində, bu mərhələni
keçmişiksə bu da
böyük hadisədir. Filmin həmin müsabiqəyə
gedib çıxması barədə
yalnız onu deyə bilərəm ki, bu layihə ölkəmizin
strateji planına daxildir.
“Çölçü” filmi
qayda qanunlara riayət
olunaraq “Oskar”
mükafatının uzun siyahısına
təqdim olunub. “Çölçü”
filmi gələcək taleyini
gözləyir. Bundan sonrası isə
bizdən asılı deyil”.
Şamil
Əliyev müsabiqədə filmin taleyində uğurun
rolundan və onun gələcəkdə nələr gətirə
biləcəyindən danışdı: “Filmin uzun siyahıda
yer aldığı üçün heç də sənət
yoldaşlarımın içində qürrələnmirəm.
“Oskar” mükafatına layiq görülsəm də heç
zaman özümdən razılıq edib, qürrələnmərəm. Mənim
düşüncəmə görə, “Oskar”
mükafatını Azərbaycan kinosu
tarixində bir çox
rejissorlar ala bilərdi.
Təəssüflər olsun ki, o zaman
biz SSRİ-nin tərkibində
olmuşuq. Ölkə olaraq
belə layihələrdə iştirak edə
bilməmişik. Keçmişdə dünyaya
səs sala biləcək filmlərimiz çox olub. Əslində
hər şey şansdan
asılıdır. Bu dəfə də o şans “Çölçü”
filminin payına düşüb.
Bundan sonrası da
allahın işidir”.
Bizim üçün
çox tezdir
Kinorejissor
Tahir Əliyev həmin müsabiqədə beynəlxalq filmlərin
nümayiş olunduğunu söyləyərək Şamil
Əliyevə uğurlar arzuladı. O, hər
il “Oskar”
mükafatına filmlər göndərdiyimizi, hətta bir neçəsinin 76-lıqda yer
aldığını da qeyd
etdi. Onun sözlərinə
görə, filmin dünya
standartlarına cavab verməsi və
keyfiyyətinin yüksək olmasını təkcə rejissordan tələb etmək düzgün
deyil: “Həmin müsabiqədə
işlər heç də siz düşündüyünüz
kimi asan deyil. Əsas iş kino sənətini idarə edənlər, onu hərəkətə gətirənlərdən
asılıdır. Əslində filmlərimizin “Oskar” mükafatı almasına inanmaq
bir az sadəlövhük
olardı. Ancaq həmin müsabiqəyə
filmlərimizin getməməyi o demək deyil ki, biz
film çəkə bilmirik
və ya çəkməyəcəyik.
Ümumiyyətlə, kino çox
çətin sənətdir. Bu sahədə
uğur qazanmaq bizim üçün çox tezdir. Arzu edirəm ki, həmin film “Oskar”-ın 54-lük, 9-luq
siyahısına düşsün və böyük uğur
qazansın. Biz ancaq buna sevinə bilərik”.
Söhbətimiz
zamanı kinorejissor qonşu dövlətlərin kino siyasətindən
də bəhs etdi: “Hazırda Türkiyədə çox
gözəl filmlər çəkilir. Onlar
hələ indiyədək “Oskar”
mükafatına layiq görülməyib.
Bu o demək deyil ki, türklər film çəkə bilmirlər. Deməyim odur ki, filmi
çəkən rejissorun bu
müsabiqəyə təsiri yoxdur. Orada münsiflər heyəti qismində iştirak edənlərin bu
məsələdə böyük rolu olduğunu
düşünürəm. Şamil
Əliyevə də bol-bol uğurlar
arzulayıram”.
Rejissor
Nicat Feyzullayev mətbuata “Çölçü” filmi barədə
öz fikirlərini bölüşərək həmin filmin
beynəlxalq layihələrdə iştirakını qənaətbəxş
hesab etdiyini söyləyib. Belə ki,
rejissor peşəkar nöqteyi-nəzərdən
filmi bəyəndiyini deyib:
“Film ətrafında çox
böyük qalmaqallar
vardı. Ona görə mənə ikiqat maraqlı gəlirdi. Fikirləşirdim ki, qalmaqallardan sonra film necə olacaq? Biz
tamaşaçıları bayağı filmlərə baxmağa öyrəşdirmişik. Ona görə belə filmlər
tamaşaçıya darıxdırıcı görünür.
Peşəkar nöqteyi-nəzərdən isə “Çölçü” incəliklə işlənmiş,
düşünməyə vadar edən ekran əsəridir. Film mənəvi
saflıqdan danışır. Ağlı başında olan tamaşaçı ona
baxacaq. Film Azərbaycanı
beynəlxalq festivallarda təbliğ edə
biləcək əsərdir. Ona baxmağa dəyər”.
Onu
da nəzərinizə çatdıraq ki,
“Çölçü” bədii filmi indiyədək bir
çox beynəlxalq layihələrdə iştirak edib və
müxtəlif nominasiyalara layiq görülüb. Onlara “Didor”
V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB
ölkələrinin, Latviya, Litva və Estoniyanın
“Kinoşok” XXI açıq kino festivalı (Rusiya), XVI
“Qaranlıq gecələr” Beynəlxalq film festivalı (Tallin),
35-ci Qahirə Beynəlxalq film festivalı, XXII “Qızıl pəhləvan”
Beynəlxalq kinofestivalı (Xabarovsk, Rusiya), XXIV Beynəlxalq
kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq Film
Festivalında və bir sıra önəmli müsabiqələri
də daxil etmək olar.
Bizə isə filmin yaradıcı heyətinə və filmin bundan sonrakı taleyinə uğurlar arzulamaq qalır. Hərçənd bəziləri buna ümid etməsələr də.
Xəyalə Rəis
Kaspi.-2013.-18 oktyabr.-S13.